Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

125
Romaşinin həyatına 17 yaşlı Yulya daxil olandan sonra, dostca-
sına ünsiyyətimiz bitdi


Mən hətta xahiş edirəm: “Bir şey fikirləş, heç olmasa uydur!” “Nə 
uydurum  axı?”  –  cavab  verir.  Necə  kütbeyindirlər!  Ancaq  pul 
haqqında uydururlar, onu da bacarıqsızlıqla. 
Kostya  bu  qəzəbli  monoloqu  ilə  öz  yaşıdları  olan  qızlara 
hökm çıxarırdı. 
Başa  düşürdüm  ki,  onun  yaradıcı  naturası  inkişaf  istəyir, 
ona yeni bilgi, yeni təcrübə verəcək, məsləhət göstərəcək birisi-
ni axtarır. Bir sözlə, onun mənəvi, yaradıcı və insan kimi inki-
şafına səbəb olacaq birinin axtarışındadır. 
Bunu qadınlardan almağa nail ola bilmədikdən sonra, bir-
cinsli  sevgiyə  üstünlük  vermişdi.  Elə  bir  aləmə  ki,  orada  eh-
tiraslar  gurlayır,  rollar  yenidən  düzülür,    fantaziyalar  coşur. 
Orada  onlar  özlərinə  yeni  adlar  verirlər:  buradakı  Mahmud 
yeni dünyada Marsel, buradakı Vanya, orada Jandır. Bu, onları 
həyəcanlandırır,  darıxdırıcı  gündəlik  həyatlarına  qeyri-adilik 
gətirir. Bu qayda ilə onlar Anatoli Romaşinin bir neçə il əvvəl 
haqqında danışdığı darıxqanlığı aradan qaldırırlar.
Lakin  Anatoli  Vladimiroviç  qadın  dünyasını  öz  ətrafında 
dəyişməyə  cəhd  edən,  qadınların  inkişafına  təsir  göstərməyə 
və yardım etməyə çalışan kişi idi. O, Piqmalion kimi, özünün 
heyran olduğu və ilham aldığı Qalateyasını yaratmaq istəyirdi.
Gənc qızla evlənməsi də görünür, özünə ideal yaratmaq istə-
yində axırıncı cəhd idi. Bilmirəm, o buna nail ola bildimi. Çünki 
aşiqlik hissi olmadan yaşaya bilməyən Anatoli Vladimiroviçin 
həyatına 17 yaşlı Yulya daxil olduqdan sonra bizim dostcasına 
ünsiyyətimizə son qoyuldu.
* * *
P.S.  Anatoli  Vladimiroviçin  ölümü  dəhşətli  oldu.  Bağında 
kəsdiyi ağac üstünə düşərək, onu əzmişdi.


127
SOV. İKP MK DÖVRÜNÜN UYDURULMAMIŞ 
ƏHVALATLARI
ÖZ İMTİYAZLARINI VER BURA, ALÇAQ!
1991-ci ilin avqustunda Lubyanka meydanında qəzəbli və 
demokratiya həsrətində olan insan kütləsi qanlı Feliksin,  Fe-
liks Dzejinskinin heykəlini iplərlə sararaq postamentdən yıx-
dı. Kütlənin digər hissəsi isə “MK-nı ələ keçirək” bağırtısı ilə 
nizamsız cərgələrlə qonşuluqdakı Köhnə meydana axışdı.
Mən  öz  çəkiliş  qrupumla  Lubyankada  qaldım.  Bura  çox 
maraqlı idi. Böyük sayda tele, foto və kinokameralar vardı. İn-
sanlar həyəcanla danışırdılar. Gah burda, gah orda improvizə 
edilmiş  mitinqlər  keçirilirdi.  Yıxılan  heykəlin  və  alqışlayan 
kütlənin  kadrları  bütün  aparıcı  teleşirkətlərin  arxivlərində 
var. Həmin kadrları qalib gəlmiş demokratiyanın və SSRİ-nin 
sonunun rəmzi kimi dəfələrlə göstəriblər.
Elə həmin vaxtda MK binasında nələr baş verdiyi barədə 
bizə bir neçə il sonra Alekseylə birlikdə beynəlxalq şöbədə ça-
lışmış, Çin iqtisadiyyatı və tarixi üzrə mütəxəssis danışıb.
Onun söhbətini bütövlükdə verirəm:
“O  vaxt  mən  Moskvada  idim.  Məzuniyyətə  getməyə  ma-
cal tapmamışdım. Baxıram ki, xəbərlərdə axşam Dzerjinskinin 
heykəlini  yıxmağa  hazırlaşdıqları  haqda  danışırlar.  Mən  işə 
getməyi, öz kitablarımı və Çinlə əlaqədar məlumat kitabçala-
rını götürməyi qərara aldım. Məlum deyil, onlar daha nələri 
yıxmaq fikrinə düşəcəklər. 
İşə gəlirəm və üçüncü alaqapıdan içəri girirəm. İlk baxışdan 
hər şey qaydasındadır, milis girişdə buraxılış vəsiqəsini yoxla-
yır. Amma dəhlizlərdə adam azdır – hər halda məzuniyyət döv-
rüdür. Açarı  götürdüm.  Beşinci  mərtəbəyə,  öz  otağıma  qalxı-
ram. Otururam: kitabları, məqalə tikililərini saf-çürük edirəm, 
nəyi götürüb-götürməmək haqqında düşünürəm. Başım o qə-
dər qarışır ki, iki çanta doldurduğumun fərqinə varmıram.


128
Kabinet bürkülü və tozlu idi – çoxdan yığışdırmamışdılar. 
Havanı təmizləmək məqsədilə pəncərəni açmaq qərarına gəl-
dim. 
Açan  kimi  səs-küy  hiss  etdim,  sanki  insanlar  nəyisə  bölə 
bilmirlər.  Mən  pəncərə  altlığının  üstünə  çıxdım  ki,  küçəni 
görə bilim. Orada isə... Ay ana! Camaat toplaşmışdı! Mitinq 
edənlər  nəsə  çığırır,  əllərilə  binanı,  hətta  mənə  elə  gəldi  ki, 
düz məni göstərirlər. Düşündüm ki, yenə Lenin dövründəki 
kimi,  poçtu,  teleqrafı,  telefonu  ələ  keçirməyə  gəliblər.  Çan-
taları  qamarlayıb,  aşağı  cumdum.  Qərara  aldım  ki,  mərkə-
zi alaqapıdan meydana yox, arxa çıxışdan dalana çıxım. Elə 
küçəyə addım atmışdım ki, nəhəng gövdəli, pırtlaşıq saçlı bi-
risi möhkəmcə çiynimdən yapışdı və sakit səslə mırıldadı:
- Hə, alçaq, bilirdim ki, kimsə arxa çıxışdan qaçacaq. Ver 
bura, çantaları! Xalqın malını talayırsınız, nə var burada: pul-
lar, MK kolbasası?
Mən divara qısıldım – birdən dalaşmağa başlayar. Və de-
yirəm:
- Orada kitablar var. Çin kitabları.
- Nə uydurursan, hansı kitablar? Nə Çin kitabları? İmtiyaz-
lı yaramaz!
Çantaların ağzını cıraraq, mənim bütün sevimli kitablarımı 
birbaşa asfaltın üstünə tökdü. 
- Həqiqətən də kitablardır... – Çantaları silkələyir, silkələ-
yirdi. – Nədir, dəlisən? Bəs Kreml kolbasaları, sosislər hanı? 
– düz üzümə bağırdı.
- Mən aliməm, beynəlxalq şöbənin məsləhətçisiyəm, - küçənin 
ortasından kitablarımı yığa-yığa, onu başa salmağa çalışıram.
- Hə, məsləhət verib, qurtardın. Sənin MK-nı bağlayacaq-
lar, imtiyazlarına da son qoyulacaq, - kişi bu dəfə artıq müla-
yimliklə deyirdi.
Yenidən məyus halda xəstəyə baxan kimi mənə baxdı.”
Bunları  danışarkən  beynəlxalq  şöbənin  keçmiş  əməkda-
şı dazlaşmağa başlamış başını sağa-sola fırladırdı, sanki hər 
dəqiqə həmin nəhəng və pırtlaşıq saçlı kişinin peyda olmasını 
və yenidən sorğu-suala başlamasını gözləyirdi.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə