Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

157
sağlamlığı korlanmış insanlar idi. İnqilabi mübarizə bu adamları 
üzmüşdü. Buna görə də “Qırmızı daşlar” sanatoriyasını tikmiş-
dilər. Kislovodskda, öz sanatoriyalarını. Çar imperiyası dövrün-
dən insanlar ora dincəlməyə və müalicə olunmağa gedirdilər. Rus 
zadəganlarının orada tikdirdikləri mülklər hələ  də durur. Onlar 
şəhərə yaraşıq verir. Dağların yaxınlığı, zəngin və gözəl park bü-
tün Rusiyadan insanların bu şəhərə axınını təmin edir. Rusiyanın 
birinci prezidenti də bu sanatoriyanı seçmişdi. O, tez-tez sağlamlı-
ğını bərpa etmək və tennis oynamaq üçün oraya gəlirdi. 
“Qırmızı  daşlar”  sanatoriyasında  Yeltsinin  həkimi  mənə  da-
nışırdı ki, həkimlərə, şaxtaçılara maaşlarını verməyəndə və tətil-
lər başlayanda, xalq və demokratiya oyunu oynamağı sevən Bo-
ris Nikolayeviç bir dəfə ondan soruşur: “Lüdmila Nikolayevna, 
siz burada necə yaşayırsınız? Maaşınız nə qədərdir?” – “Belə də 
Boris Nikolayeviç, bütün əlavələrlə, mənim baş həkim vəzifəm, 
35 illik iş təcrübəmlə dörd min beş yüz rubl alıram. Onu da qey-
ri-müntəzəm”, - o, kədərlə cavab verib. O isə cavabında: “Çox pul 
sizin nəyinizə lazımdır? Sizin ki, burada bostanınız var, əyalətdə 
yaşayırsınız. Sizə çox pul heç lazım da deyil. Torpaqdan, yerdən 
ayrılmamağı  öyrənin.  Sizi  burada  torpaq  yedizdirməlidir.  Dörd 
min beş yüz rubl! Gör nə qədər çox puldur!”
Aradan xeyli müddət keçməyinə baxmayaraq, o, göz yaşlarını 
boğaraq, mənə deyirdi: 
- O vaxt ona hər şeyi deyə bilməməyim, indiyə kimi məni ağrı-
dır. Mən bütün sanatoriyaya cavabdeh olan həkiməm. Siz bütün 
sutka boyu buradasınızsa, mən də sutka boyu burada olmalıyam. 
Mən bostana qaçıb, orada özümə ərzaq yetişdirə bilmərəm.
Yəni mən kartof yetişdirməli, onu belləməli, cərgələr arasında 
alağını çıxartmalıyam ki, öz ərazimdə bitən məhsulla ərzağa olan 
tələbatımı  ödəyim?  Onun  insanların  həyatından  xəbəri  yoxdur. 
Mənə toxunan odur ki, bu adam dörd min beş yüzü az pul hesab 
etdiyimə görə məni məzəmmət edir. Həm də ona görə acıyıram 
ki, ümid edirdim: indi şikayət edərəm, o da maaşları qaldırmağı 
tapşırar. Ya da təəccüblənər: belə ola bilməz! Nə danışırsınız! Nə 
dörd min beş yüz! – Heç nə, bir az qaşqabağını tökdü və heç bir 
söz demədi.


158
* * *
P.S. Həmin kürk əhvalatını mən sonralar Albert Qora danış-
dım. Biz onunla kifayət qədər tez-tez görüşürdük: həm Davos-
da, həm də Moskvada. Bir dəfə Amerikada, məşhur Amerika 
konqresmeni  və  onun  dostu,  Qorun  şərəfinə  təşkil  etdiyi  qə-
bulda  mən  vitse-prezidenti  kürkün  itməsi  ilə  bağlı  əhvalatla 
şənləndirdim. O isə cavabında mənə xatırlatdı ki, 2000-ci ildə 
prezident kürsüsü uğrunda Corc Buşla mübarizə aparıb:
-  Orada  heç  olmasa,  oğurlananı  qaytardılar.  Mənim  isə 
yaxınlarda  seçicilərimin  səslərini  oğurladılar  və  elə  görüntü 
yaratdılar ki, belə də olub. Nəticədə mən ABŞ prezidenti seç-
kilərini uduzdum... 


159
ABŞ vitse-prezidenti Albert Qorla. 2003-cü ildə Qor seçicilərin 
səs çoxluğu ilə Buşa qalib gəldi, amma prezident ola bilmədi. 
Demokratiya bax, belədir 


160
YENİ ZƏNGİNLƏR VƏ YENİ SƏFİLLƏR
Amma  məhz  bu  zəmanə  üçün  yaranmış  adamlar  da  az 
deyildi. Onlar bir göz qırpımında uğur mücəssəməsinə çev-
rildilər, üstəlik hamıya həyat dərsi keçməyə başladılar. İndi 
dəbdə  olan  tərzdə  desək  yeni  trend  belə  yarandı.  “Pulun 
yoxdur – oğurla!” – oliqarxlardan birinin bütün ölkəyə ya-
yımlanan  müsahibəsində  səsləndirdiyi  “məsləhət”  belə  idi. 
Üstəlik, bu heyranlıqla göstərilirdi: öyrənin avamlar, həyatın 
yeni qanunu budur! Öyrən, “dünyadan baş çıxara bilməyən 
kütbeyinlər ölkəsi!” “Həyat müəllimləri” öz aralarında həm-
vətənlərini belə adlandırırdılar.
Bizə o vaxt elə gəlirdi ki, tezliklə bu əxlaqsızlıq məzhəkəsi 
dayandırılacaq, əliəyrilər isə həbs ediləcəklər.
- Nina, sən nə danışırsan? Doğrudan? Kimi həbs edəcəklər? 
Sən axı həyatı bilmirsən... Bu, həmişə belə olacaq, - Kamil zə-
manəyə hökm çıxarırdı.
Kamil  bizim  qonşumuz  idi.  O,  həyatı  yaxşı  başa  düşür-
dü  və  pərakəndə  ticarətlə  məşğul  ola-ola  kəşflərini  hər  gün 
həvəslə nümayiş etdirirdi. Qapıbir qonşularını harasa köçür-
düb, mənzilləri birləşdirmişdi. Mənzilində memarlıq inciləri 
yaradırdı. Bu səsli-küylü prosesin bütün qonşuların gününün 
göy əskiyə bükülməsi demək olduğunu xüsusi qeyd etməyə 
dəyərmi?
- Qulaq as, Kamil, - bir dəfə onu saxladım, - sənin mağa-
zandan aldığım bu şokolad İsveçrənin deyil, hərçənd ki, üzə-
rində “Tobleron” yazılıb! Şampun da Almaniyanın deyil...
- Nina, nə danışırsan? Əlbəttə, İsveçrənin deyil, əlbəttə, Al-
maniyanın deyil, -  Kamil özünü o yerə qoymadan dedi. – Biz 
ancaq qabları onlardan alırıq. İçindəki isə polyak, ya çex malı 
olsa,  yaxşıdır.  Əslində  isə  hər  şey  sexlərdə  istehsal  olunur. 
Heç kəsin başı çıxmır axı. Camaat razıdır, - o, məmnun halda 
əlavə etdi.
-  Bəs  məhkəmələr?  Axı  həmin  “Prokter  ənd  Gembl”  sizi 


161
məhkəməyə verə bilər. Siz onun brendindən istifadə edirsiniz, 
içində isə zir-zibil satırsınız.
- Yox, heç nə olmaz. Bu axı bizim biznesimizdir, biz fikir-
ləşmişik.
Məni heyrətləndirən bu adamların həmişə bütün təhlükələ-
rin sovuşacağına inanmaları idi. Onların belə tostu da vardı: 
“Bizim hər şeyimiz olsun, amma buna görə başımız ağrıma-
sın”.
Bir  dəfə  Davos  forumunda  bizim  oliqarxlardan  birinə, 
məncə, Oleq Potaninə xarici jurnalistlərdən biri tənə etmişdi:
- Siz ki, soyğunçu-baronlarsınız... – Potanin gülümsəyərək, 
demək olar ki, Kamil kimi cavab vermişdi:
- Bəli, belə də demək olar. Amma axı bizi heç kəs tutmur.
Bu  arada  Kamilin  xarici  görünüşü  sürətlə  dəyişilirdi.  O 
varlandıqca üzündən məyus ifadə əksik olmurdu: gözlərinin 
altında göyərtilər, şişkinlik vardı, hətta sıx və qara saçları da 
tökülməyə başlamışdı.
- Sən saçlarını öz şampunlarınla yuyursan? Ümumiyyətlə, 
özünü necə hiss edirsən? – növbəti dəfə alaqapıda onunla qar-
şılaşanda maraqlandım.
- Pis deyiləm. Həyat yoldaşım oğlumla İsveçrəyə gediblər. 
Həmişəlik.  Arxalarınca  qaynanam  getdi.  Öz  xromosomumu 
yeddi arxa dönəninə kimi təmin etmişəm.
- Bəs niyə sevinmirsən?
- İndi sevinc hardadır? Kim sevinir?
- Kamil, gəl bir az aralanaq. Sənə vəd edirəm – on dəqiqə 
sonra sevinc də olmasa, normal insan hissləri sənə qayıdacaq.
Mən onu küçəyə çıxartdım. 
- Mənimlə olacaqsan? – nəhəng cipinin qapısını nəzakətlə 
açaraq, zarafat etdi.
- Əyləş, testosteron. – Mənim başımda artıq hazır plan var 
idi.
İki  dəqiqə  sonra  biz  artıq  metro  dayanacağının  yanında 
idik.
- Sənin nəğd pulun var? – gedə-gedə maraqlandım.
- Metronu alacağıq? – Gördüm ki, Kamil mənim ona nə tək-
lif edəcəyimi maraqla gözləyir. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə