Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə34/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   30   31   32   33   34   35   36   37   ...   70

140
si-konspirativ dildə danışır. Sözsüz ki, o, mənim üçün özgə 
bir dövrün adamı idi. Üstəlik uzun müddət ərzində MK-nın 
partiya  aparatında  işi  və  Kanadadakı  səfir  fəaliyyəti  ona 
birbaşa deyil, eyhamla danışmağı öyrətmişdi. 
Bəzən kəskin sual verirdim, o isə elə cavab verirdi, san-
ki eşitmir. Mən onun eşitmədiyini düşünərək, sualı təkrar 
edirəm, o isə yenə də başqa şey danışır. Bunu görə də mən 
daimi olaraq onun qeyri-səmimi olduğunu yox, amma ma-
hiyyəti danışmamaq, çətin suallardan qaçmaq istəyini du-
yurdum.  
Bu baradə təəccüblə ərimə danışdım. Aleksey mənə izah 
etdi ki, Yakovlev beləcə göstərir ki, cavab olmayacaq. Özü 
də yalnız onun özünə məlum olan səbəblər üzündən.  
Mən  təkid  etmək  istəmədim  və  çəkiliş  problemsiz  başa 
çatdı.  Biz  onun  MK-nın  “Belorusskaya”dakı  binasındakı 
mənzilində  və  Köhnə  meydandakı  işçi  kabinetində  çəkir-
dik. Amma dama oyunundakı “daş vurdurma” kimi kifayət 
qədər  maraqsız  kino  alındı.  Ehtiras,  münaqişə,  insanilik 
yoxdu, hər şey çox düzgün, çərçivəli idi.
Məni  həm  də  digər  detallar  pərt  edirdi. Aleksandr  Ni-
kolayeviçdən filmdə onun haqqında kimin maraqlı danışa 
biləcəyini  soruşduğumda,  o,  birinci  olaraq  Oleq  Kaluqi-
nin  adını  çəkdi.    Kaluqindən  xoşum  gəlmirdi.  Mətbuatda 
onu “gözdən düşmüş DTK generalı” adlandırırdılar, o, isə 
ciddi-cəhdlə  özünə  üsyançı-general,  sovet  xüsusi  xidmət 
orqanlarında əsil həqiqət uğrunda mübariz obrazı yaratma-
ğa çalışırdı. Halbuki, bütün ömrü boyu həmin orqanlarda 
çalışmışdı və xeyli təltifləri vardı. Xidmət yoldaşları isə bir-
mənalı olaraq onu satqın adlandırırdılar – nəticədə də çox-
larının güman etdiyi kimi, ABŞ-a getdi.
Kaluqində heç nə mənim xoşuma gəlmirdi: həyasız, bir 
az domba gözləri, əyri ağzı, qeyri-səmimi gülüşü, onda hiss 
olunan ümumi abırsızlıq. O vaxt avqustda özü mənim həya-
tımda peyda oldu. Gecələr qısa olduğundan, doyunca yat-
mağın mümkün olmadığı yay səhəri mənzilimizdə telefon 
zəngi  səsləndi.    Saat  altı  idi,  ya  da  yeddiyə  işləyirdi.  Belə 
tezdən adamı adətən hansısa ciddi məsələyə görə narahat 


141
edirlər. Mən telefon dəstəyini qapdım, ürəyim isə instinktiv 
qorxudan dayandı: “Nəsə baş verib...”
Gümrah  və  qətiyyən  yuxusuz  kişi  səsi  mənim  “Eşi-
dirəm”imə  cavab  olaraq,  elə  gəldi  ki,  tam  cəfəngiyyat  da-
nışır.
-  Bax,  obyektləri  məhz  belə  yoxlayırlar.  Əvvəlcə  gecə 
yarısı,  sonra  isə  səhər  tezdən  zəng  edirlər.  Gecə  yarısı  siz 
cavab vermədiniz, səhər isə başa düşdüm ki, bu sizin nöm-
rənizdir. Nina, bu general Kaluqindir.
Qəribədir, əvvəlcə mən onun zənginə sevindim, hərçənd 
başa düşmürdüm ki, hansı obyektəm və niyə belə erkəndən 
zəng etmək lazım gəlib. Lakin mənim filmimin qəhrəman-
larından biri, “üsyançı general” zəng etmişdi, ola bilər ki, 
nə isə sensasiyalı xəbər verə bilərdi.
O,  çəkilişi  səhər  saat  ona  təyin  etdi,  bildirdi  ki,  başqa 
vaxtı olmayacaq.  
Televiziya adamına izah etmək lazım deyil ki, o, bütün 
çəkiliş  qrupu  üçün  necə  tələsiklik  yaradır.  Mən  rejissora, 
operatora  zəng  etməli,  bütün  çəkiliş  qrupunu  erkən  çəki-
liş üçün səfərbər etməli idim. Qısası, mən general Kaluqin 
kimi,  hamıya  zəng  etdim,  adamları  yataqdan  qaldırdım. 
Tam  yuxudan  oyanmaları  və  yaxın  bir  neçə  saat  üçün  və-
zifələrini dərk etmələri üçün eyni sözləri təkrar etdim: “Bu 
gün səhər saat onda çəkiliş var. Kaluqini çəkirik. O, özü tə-
yin edib. Səhər onda çəkilişdir. Aydındır?”
Səhər onda biz Lubyanka meydanında idik.
Kaluqin sensasiyalı heç nə danışmadı. Aleksandr Nikola-
yeviçin necə qeyri-adi insan olması, Kaluqinin onu hamıdan 
çox və yaxşı tanıması haqqında ümumi sözlər, vəssalam. 
Çəkiliş başa çatdıqdan sonra, o, mənə göz vurdu və iki-
başlı ifadə işlətdi:
- Hə, bax biz partiya və hökumətin tapşırığını əla yerinə 
yetirdik. 
Öz zarafatına da yalnız özü güldü. Xudahafizləşmədən 
yaxınlıqda dayanmış qara “Volqa”ya tərəf getdi.
Sonralar mən dəfələrlə Yakovlevin film üçün mənə ver-
diyi fotoya baxmışam: o, Kaluqin və üçüncü bir şəxs 1961-ci 


142
ildə,  Nyu-Yorkda,  o  dövrün  dəbinə  uyğun  geniş  şalvarda 
Kolumbiya Universitetinin pillələri üzərində dayanıblar. 
O vaxt Yakovlevi, əyalətdən partiyanın irəli çəkdiyi şəxs 
kimi Amerikaya təcrübə keçməyə göndərmişdilər. Mən nə-
dənsə düşündüm: o, sovet gənci kimi oraya getmişdi. Bəs 
oradan necə gəldi, demək çətindir.
Həmin  yay  mənə  dəhşətli  müsibət  üz  verdi.  Bacım 
xəstələndi və tezliklə vəfat etdi. Gənc idi, bir neçə günün 
içində ömrü bitdi. Ərim onu Kreml xəstəxanasına düzəlt-
sə  də,  ən  yaxşı  mütəxəssislərə  göstərsə  də,  heç  nə  kömək 
etmədi.  Mən  burdan-ora  atılırdım,  onu  xilas  etməyə  çalı-
şırdım!  Gənc  həyatı  qəbirdən  dartıb  çıxarmaq  istəyirdim! 
Hər şeyi sınaqdan keçirdim. Mənə hətta xüsusi rejimlə iş-
ləyən Mərkəzi Kreml Xəstəxanasına bütün ölkədə məşhur 
olan ekstrasensləri buraxdırmağa icazə vermişdilər. “Son-
ra özünüzü ittiham etməmək üçün, necə lazım bilirsinizsə, 
edin,  amma  şəxsən  mən  onlara  inanmıram”  –  baş  həkim 
belə dedi. Onun dediyi kimi, ekstrasenslər də kömək etmə-
di, hərçənd televiziya ilə hamıya özlərinin güclü biosahələ-
ri, qeyri-məhdud imkanları haqqında danışırdılar. Bacımın 
ölümü elə dəhşətli, qəfil oldu ki, sarsıntıdan səs bağlarım 
tutuldu. Mən səsimi itirdim – yalnız xırıldayırdım. Qısası, 
mən özüm xəstəxanaya düşdüm. 
Həmin il yayın əvvəlləri isti keçirdi. Xəstəxananın par-
kındakı  meşə  gilasının  ağ  kolları,  yasəmən  ətri,  ətrafdakı 
şəhər təlaşı və səs-küyün əvəzinə, burda bərqərar olan sü-
kunət məni sakitləşdirirdi. Birdən xiyabanın kölgəliyində 
axsaya-axsaya gəzişən fiquru gördüm. Gözlərimə inanmır-
dım. Yakovlev! Buradadır!
Məlum oldu ki, o, partiyadan çıxmaq haqqında qərar qə-
bul edib və bu barədə Qorbaçova deyib. Bütün həyatı par-
tiya ilə bağlı olan (o vaxt sovet filmlərində deyildiyi kimi: 
“Mənə partiya hər şeyi verib!”) insan üçün bu ciddi qərar 
idi. Həyəcandan o da xəstəxanaya düşmüşdü. 
Budur, müxtəlif cür yaralanmış iki nəfər şamdan sonra 
birlikdə Mərkəzi Kliniki Xəstəxananın xiyabanları, cığırla-
rı ilə birgə gəzişirlər. Və danışır, danışır, danışırlar... Əv-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə