Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


Böyük coğrafi kəşflər və müstəmləkə işğalları. ABŞ-ın yaranması. Rusiya



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

8.Böyük coğrafi kəşflər və müstəmləkə işğalları. ABŞ-ın yaranması. Rusiya 
dövləti.Osmanlı dövləti. Çin,Hindisdan və Mərkəzi Asiya. Mədəniyyət 
Böyük coğrafi kəşflərin səbəbləri XV əsrdə Avropada təsərrüfat və ticarətin 
inkişafı ilə əlaqədar olaraq qızıla olan tələbat artdı. Qızıl əldə etmək məqsədilə 
avropalılar müxtəlif yollar axtarırdılar. O zaman qiymətli daş-qaş, qızıl ilə zəngin 
olan Hindistanla ticarət ərəblərin əlində idi. Kiçik Asiyadan və Suriyadan keçən 
yollara Osmanlılar yiyələnmişdilər. Osmanlıların fəthləri avropalıların Asiyaya 
yeni yollar axtarışlarını sürətləndirdi. Bu məqsədlə Portuqaliya kralları Atlantik 
okeanının qərb sahilləri boyu gəmilər göndərirdilər. Beləliklə, Böyük coğrafi 
kəşflərin səbəbləri aşağıdakı kimi ümumiləşdirmək olar: 1. Avropada əmtəə 
istehsalının çoxalması, ticarətin inkişaf etməsi, pula və qızıla tələbatın artması. 2. 
Çin və Hindistanla ticarətin ərəblərin əlinə keçməsi. 3. Kiçik Asiya və Suriyadan 
keçən ticarət yollarına osmanlıların yiyələnməsi. 4. Avropalıların Şərqlə birbaşa 
ticarət etmək, ticarətdən gələn böyük gəlirə sahib olmaq istəyi. 5. Dəniz 
cihazlarından, kompasdan istifadə, karavella gəmilərinin düzəldilməsinin uzaq 
dəniz səyahətlərinə çıxmasına imkan verməsi. Şərqə yeni yollar axtarmaq məqsədi 
ilə XV əsrin əvvəlindən başlayaraq Portuqaliya kralları Atlantik okeanına və 
Afrikanın qərb sahillərinə ardıcıl gəmilər göndərdi. Bu gəmilər Afrikanın qərb 
sahilləri ilə üzürdü. Portuqaliyalılar ilk dəfə kölə alverinə başladılar. Onlar yerli 
əhaliyə şüşə parçaları, kiçik güzgü verir, yerinə qızıl tozu, fil sümüyü alırdılar. 
Qızıl sahili, Fil dişi sahili, Kölə sahili adı buradan yaranmışdı. Portuqaliya 
ekspedisiyalarından birinə Bartalomey Diaş başçılıq edirdi. Bartalomey Diaş 
başçılıq etdiyi ekspedisiya ilə ilk dəfə Afrikanın cənubundan keçib Hind okeanına 
çıxdı. Lakin yolun çətinliyi və uzunluğu dənizçiləri yorduğuna görə onlar geri 
qayıtdılar. Beləliklə, Bortolomey Diaşın səyahətini Afrikanın cənubundakı Ümüd 
burnunadək davam etdirə bildi. Ekspedisiya zamanı Bortolomey Diaş Afrikanın 
cənubundakı burunu Ümüd burnu adlandırdı (indi İynə burnu adlanır). Sonralar 
Portuqaliya kralı Vasko da Qamanın başçılığı altında Hindistana dəniz yolu 
axtaran yeni ekspedisiya göndərdi.
 
XV əsrdə dənizçilər qədim alimlərin yerin 
kürə şəklində olması haqqında fikirləri ilə maraqlanırdılar. Bu fərziyyəyə əsaslanan 
alimlər qərbə tərəf üzməklə Hindistana gedib çıxmağı düşünürdülər. Belə 
adamlardan biri Xristofor Kolumb idi. Əslən italiyalı olan Xristofor Kolumb Qərbə 
tərəf üzərək Hindistana çatmağa cəhd edən ilk Avropa dənizçisi olmuşdu. Kolumb 
Hindistana gedən dəniz yolunu kəşf etmək istəyirdi. Bu məqsədlə o, İspaniya kral 
sarayına müraciət etdi. Kral Kolumba müsbət cavab verib, onu gələcəkdə ələ 
keçirəcəyi ərazilərə hakim təyin edir və maddi kömək göstərir. Kolumb 1492-ci 


ildə 90 nəfər heyyətlə və 3 karavella ilə yola düşərək İspaniyadan Atlantik okeanı 
vasitəsilə qərbə doğru üzməyə başladı. X.Kolumbun gəmiləri 70 gündən sonra, 
Kuba və Haiti adalarını kəşf etdi. Lakin nə qızıl, nə də başqa qiymətli sərvət 
tapmadı. Salamat qalmış bir gəmi ilə İspaniyaya qayıtdı. Kolumb həmin yolla daha 
üç dəfə səfərə çıxdı. Kolumbun sərvət axtarışları nəticəsiz qaldı. Buna görə də 
bütün var-dövlətini sataraq səfərə çıxdıqları gəmilərin xərcini ödədi. Kolumb kəşf 
etdiyi əraziləri Hindistan hesab edirdi. Ona görə buranı “Hindistan”, əhalisini isə 
“hindular” adlandırdı. Əslində isə onun kəşf etdiyi yeni qitə Amerika idi. Lakin, 
Kolumb ömrünün sonunadək yeni qitə kəşf etdiyini bilməmişdir. Az sonra İtaliya 
səyyahı Ameriqo Vespuçi Kolumbun kəşf etdiyi torpaqların yeni qitə olduğunu 
sübut etdi (1499-1504-cü illərdə). Buna görə də yeni qitə onun adı ilə Amerika 
adland. Portuqaliya kralı Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da 
Qamanın başçılığı ilə ekspedisiya göndərdi. Vasko da Qama 1498-ci ilin mayında 
ərəb İbn Məcidin köməyi ilə Hindistanın Kəlküttə (Kalikut) şəhərinə gəlib çıxdı. 
Beləliklə, Hindistana dəniz yolu kəşf olundu. Daha sonra Vasko da Qama 
Hindistandan çoxlu ədviyyat aldı və Avropaya qayıtdı. Bununla da portuqaliyalılar 
ekspedisiyaya çəkilən xərcdən 60 dəfə çox qazanc əldə etdilər. 519-cu ildə 
Fernando Magellanın başçılığı ilə ispan gəmiləri dünya səyahətinə başladılar. 
Magellanın ekspedisiyası Cənubi Amerika sahilləri boyu üzüb qərbə doğru gedən 
bir boğaza çatdılar və oradan keçib okeana çıxdılar. Bu okeanda 4 ay üzdükləri 
müddət ərzində heç bir hadisə baş vermədiyinə görə ona “Sakit okean”, keçdikləri 
boğaza isə “Magellan boğazı” adı verildi. Səyahət zamanı Magellan Filippin 
adalarında yerli əhali ilə toqquşmada öldürüldü (1521-ci ildə). Lakin səyahət Del 
Kano tərəfindən davam etdirildi və 1522-ci ildə başa çatdırıldı. Dənizçilər 
İspaniyadan qərbə doğru üzərək yenidən İspaniyaya qayıtdılar. Magellanın ilk 
dünya səyahəti yerin kürə şəklində olduğunu və vahid dünya okeanının 
mövcudluğunu sübut etdi. Magellandan sonra dünya səyahətini dəniz qulduru 
ingilis Frensis Dreyk təkrar etmişdir. İşğala məruz qalmış və müstəqilliyini itirmiş 
ərazilər müstəmləkələr adlanırdı. Böyük coğrafi kəşflər nəticəsində ilk 
müstəmləkələri Portuqaliyaya və İspaniya ələ keçirdi. Portuqaliyalılar donanma və 
odlu silahdan istifadə edərək, Ərəbistan və Hindistan yarımadasını, Şərqi Afrikanın 
Hind okeanı sahillərini müstəmləkəyə çevirdilər. Bununla kifayətlənməyən 
portuqaliyalılar Şərqə doğru irəliləyərək daha çox ədviyyat növləri becərilən Zond 
və Molukk adalarını tutdular. Onlar daha sonra Çinə və Yaponiyaya gedib çıxdılar. 
Cənubi Amerikada isə yalnız Braziliya müstəmləkəsi portuqaliyalılara məxus idi. 
İspaniya Braziliyadan başqa bütün Cənubi Amerikanı müstəmləkəyə çevirdi. 
İspanlar Kuba və Karib dənizlərindəki adalarda hindiləri tamamilə məhv etdilər. 


Sağ qalmaq istəyən əhali dağlara və meşələrə çəkildi. Yerli əhalinin kütləvi şəkildə 
məhv edilməsi Amerikada qula ehtiyacı artırdı. İşçi qüvvəsi çatışmadığına görə 
avropalılar Afrikadan zənci qullar gətirməyə başladılar. Qul alveri ilə əvvəlcə 
portuqaliyalılar, sonra isə ispanlar, hollandlar və ingilislər məşğul oldular. 
Beləliklə, Böyük coğrafi kəşflər ilk müstəmləkə işğallarının başlanmasına zəmin 
yaratdı. Müstəqilliyini itirmiş və işğalçıların zülümü altına düşmüş ərazilər 
müstəmləkə adlanmağa başladı. Hindistandan gedən dəniz yolunun kəşfi, 
müstəmləkələrin yaranmasına aparan yol oldu. 
Şimali Amerikada ilk ingilis məskəndlilərinin salınması XVII əsrin 
əvvəllərində təsadüf edir. Belə ki, 1607-ci ildə Şimali Amerikada ilk ingilis 
koloniyalasının təməli qoyuldu. İngiltərədən Şimali Amerikaya köçüb gələnlər 
tədricən ölkənin şimalına gedərək bir neçə koloniya yaratdılar və bu koloniyaları 
―Yeni İngiltərə‖ adlandırdılar. Şimali Amerikada ilk ingilis koloniyası Virciniya 
koloniyası idi. Bundan sonra İngiltərədən Şimali Amerikaya köçüb gələnlərin sayı 
sürətlə artdı. İngiltərədən Şimali Amerikaya kütləvi şəkildə köçüb gələnlərin 
sürətlə artmasının əsas səbəbi aşağıdakı amillərlə bağlı idi: Kəndlilərin 
torpaqsızlaşması. Əhalinin dini təqiblərə məruz qalması. Koloniyaları İngiltərə 
kralı tərəfindən təyin edilmiş qubernatorlar idarə edirdilər. Hər bir koloniyanın 
varlı kolonistlər tərəfindən seçilmiş qanunverici məclisi var idi. Britaniya kralı və 
parlamenti Amerikadakı müstəmləkələrinə manufakturaların açılmasını, dəmir 
məmulatlarının hazırlanmasını və parça (yun parçalar) istehsalını qadağan etmişdi. 
Çünki metal alətlər və parçalar müstəmləkələrə İngiltərədən gətirilməli idi. Ona 
görə də İngiltərə parlamenti koloniyalarda bu proseslərin genişlənməsinin qarşısını 
almaq üçün müstəmləkələrin əleyhinə aşağıdakı qanunları qəbul etdi: Bütün 
koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi kimi tanınmadı. Kral ordusunu 
mənzil və ərzaqla təmin etmək tələbi qoyuldu. Bütün çap məhsullarına vergi 
möhürü vuruldu və rüsum alındi. Müstəmləkələrdə ingilis ağalığına qarşı boykot 
hərəkatını getdikcə silahlı mübarizə əvəz etdi. 1775-ci ildə Şimali Amerikada 
bütün ingilis koloniyaları üsyan qaldırdı. Bir çox yerlərdə silahlı dəstələr yaradıldı. 
İngiltərə müstəmləkəçilərinə qarşı silahlı mübarizə başladı. 1775-ci il aprelin 19-da 
İngiltərənin silahlı qüvvələri ilə ingilis koloniyaları arasında ilk döyüş baş verdi. 
Bununlada Amerikada İngiltərə kralı III Georginin (1760-1801) buradakı 
tərəfdarları ilə kolonistlər arasında İstiqlaliyyət müharibəsi başladı. 1775-ci ilin 
mayında Filadelfiyada bütün müstəmləkələrin nümayəndələrinin ikinci kontinental 
Konqresi keçirildi. İkinci kontinental Konqresin qərarlarına əsasən: İngiltərə ilə 
əlaqəni kəsmək qərara alındı. 

Corc Vaşinqton azadlıq ordusunun baş komandanı 


təyin edildi. 776-cı il iyulun 4-də, müharibənin gedişində Filadelfiyada Konqres 
«İstiqlaliyyət bəyannaməsi»ni qəbul etdi. «İstiqlaliyyət bəyannaməsi»nin müəllifi 
Virciniya plantatoru, inqilabın görkəmli xadimi, Tomas Cefferson idi. 
«İstiqlaliyyət bəyannaməsi» üsyan qaldırmış keçmiş müstəmləkələrin İngiltərədən 
ayrılması və yeni müstəqil dövlət - Ameriya Birləşmiş Ştatlarının tam müstəqilliyi 
haqqında bəyanat idi. «İstiqlaliyyət bəyannaməsi» nə əsasən: İnsanların hüquq 
bərabərliyi elan edildi. ABŞ-ın yaradıldığı elan edildi. Üsyan qaldırmış 
müstəmləkər İngiltərədən ayrıldığını elan etdilər. İngiltərənin Şimali Amerikadakı 
müstəmləkələri müstəqilliyinin elan etdilər. Bəyannamədə göstərilirdi ki
İngiltərənin müstəmləkələrə zülm etməsi insanın «azadlıq, yaşamaq və xoşbəxtliyə 
can atmaq» kimi ayrılmaz hüquqlarına ziddir. Bununla da xalq hakimiyyətin 
mənbəyi elan edildi. 
XVII əsrin əvvəllərində qabaqcıl Avropa ölkələrində kapitalist münasibətləri 
inkişaf etdiyi halda Rusiyada natural təsərrüfat hələ də öz hökmranlığını qoruyub 
saxlamışdı. XVII əsrdə Rusiyasının sosial-iqtisadi həyatında baş verən 
dəyişikliklər siyasi quruluşa da təsir göstərirdi. Çarın təkbaşına hakimiyyəti 
Rusiyada mütləqiyyət rejiminin yarandığını göstərirdi. 1613-cü ildə Zemstvo 
yığıncağında Mixail Romanov (1613-1645) çar seçildi. Bu hadisə ilə Rusiyada 
yeni sülalənin – Romanovlar sülaləsinin (1613-1917) hakimiyyəti başladı. Mixail 
Romanovdan sonra Rusiyanın hökmdar taxtına Aleksey Mixayloviç Romanov 
(1645-1676) çıxdı. XVII əsrin ikinci yarısında Rusiyanın dövlət quruluşu aşağıdakı 
kimi idi: Boyar duması - ölkədə məşvərətçi orqan idi. Prikaz sistemi ən yüksək 
inkişaf səviyyəsinə çatdı, sayı çoxaldı və səlahiyyətləri genişləni, saray, maliyyə, 
hərbi, məhkəmə, vilayət və digər sahələrə bölünürdü. Lakin onlar arasında 
münasibətlər tam aydınlaşdırılmadığı üçün dövlətin idarə edilməsinə maneçilik 
törədirdilər 

İnzibati vahid qəza idi. Çar qəzaları idarə etmək üçün boyar və 
zadəganlar sırasından voyevodalar təyin edirdi. Voyevodalar idarə etdiyi ərazidə 
qoşuna və məhkəməyə başçılıq edir, vergilərin toplanmasına nəzarəti həyata 
keçirirdi. 
XVII 
əsrin 
ortalarında 
Rusiyada 
mərkəzi 
hakimiyyətin 
möhkəmləndirilməsi dövlətin fəal xarici siyasət yeritməsinə imkan yaratdı. Bu 
dövrdə Rusiyanın xarici siyasətində üç əsas məsələ mühüm yer tuturdu: 1. Ukrayna 
və Belarusiya torpaqlarını Rusiyaya birləşdirmək. 2. Ukrayna və Belarusiya zəbt 
edildikdən sonra Qara dəniz sahillərinə yiyələnmək. 3. Baltik dənizi sahillərinin ələ 
keçirmək və dənizə çıxış ələd etmək. XVII əsrin ortalarında Ukrayna və Belarusiya 
torpaqları Polşa və Litva maqnatlarının (Reç Pospolita dövlətinin) tərkbində idi. 
Ukrayına və Belorusiyada Reç-Pospolita hökmüranlığına qarşə azadlıq mübarizəsi 


baş verən zaman Rusiya dövləti bundan öz xeyrinə istifadə edərək 1667-ci ildə 
Solsahil Ukraynası və Kiyevi özünə birləşdirdi. Həmin dövrdə Rusiyanın 
Ukraynaya tamamilə yiyələnmək cəhdləri Osmanlı dövləti ilə müharibəyə səbəb 
oldu. Osmanlı imperiyasının Ukrayna uğrunda Rusiya ilə apardığı müharibə 1681-
ci ildə Baxçasaray sülhü ilə başa çatdı. Baxçasaray sülhünün şərtlərinə əsasən:
Osmanlı sultanı Solsahil Ukraynasının Rusiyaya birləşdirilməsini qəbul etdi. Sağ 
sahil Ukraynası Osmanlı dövlətinə verildi. Dnepr çayı iki dövlət arasında sərhəd 
oldu. Bu müharibə Osmanlı imperatorluğu ilə Rusiya çarlığı arasında baş verən ilk 
böyük müharibə idi. Baltik dənizi sahillərini ələ keçirmək üçün Rusiya ilə İsveç 
arasında 1700-cü ildə başlanan müharibə 21 il (1700-1721) davam etdi. Bu 
müharibə Şimal müharibəsi adlanır. I Pyotrun hərbi islahatları və yeni yaratdığı 
ordu 1721-ci ildə Rusiyaya Şimal müharibəsini uğurla başa çatdırmağa kömək etdi. 
1721-ci ilin avqustunda Fillandiyanın Niştadt şəhərində Rusiya ilə İsveç arasında 
sülh müqaviləsi imzalandı. Sülhün şərtlərinə görə: 1. Rusiya Baltik dənizinə çıxış 
əldə etdi. 2. Rusiya Baltik dənizinin sahili ərazilərinə yiyələndi. Niştadt sülh 
bağlandıqdan sonra Senat I Pyotora imperator titulu verdi, Rusiya isə rəsmi surətdə 
Rusiya imperiyası adlanmağa başladı. XVII əsrin sonlarında gərgin beynəlxalq 
vəziyyət, eləcə də Rusiyanın gələcək inkişafı bütün sahələrdə islahatların həyata 
keçirilməsini zəruri edirdi. Baltik dənizinə çıxmaq uğrunda 1700-cü ildə İsveçlə 
müharibənin başlanması I Pyotru müəyyən islahatlar həyata keçirməyə vadar etdi.
Hərbi islahata əsasən ordu yenidən təşkil olundu. Ordunun komplektləşdirilməsi 
üçün hər 20 kəndli həyətindən bir rekrut (əsgər) toplanırdı. Hərbi islahat 
nəticəsində daimi ordu və donanma yaradıldı. Dövlət idarəçilik islahatlarına 
əsasən 1711-ci ildə idarəçilik sistemini möhkəmləndirmək məqsədilə Boyar 
duması əvəzində Senat yaradıldı. Senat I Pyotrun ölkədə olmadığı müddətdə icra 
orqanı kimi nəzərdə tutulmuşdu. Bir müddət sonra Senat ali icra orqanına çevrildi 
və məhkəmə funksiyasını da həyata keçirməyə başladı. Prikazların əvəzinə isə 12 
kollegiya yaradıldı. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə