Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


SƏLCUQ VƏ OSMANLI İMPERİYALARI.BÖYUK MONQOL



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

5.SƏLCUQ VƏ OSMANLI İMPERİYALARI.BÖYUK MONQOL 
İMPERİYASI. QIZIL ORDU.TEYMURİLƏR DÖVLƏTİ. HİNDİSTAN VƏ 
ÇİN. 
Səlcuqlar oğuz türklərinin qınıq boyundan idilər. Bu tayfa öz adını Səlcuq 
bəyin adından götürmüşdü. Oğuz dövlətində subaşı vəzifəsini daşıyan Səlcuq bəy 
Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfası ilə birgə Seyhun 
(Sırdərya) çayının sahilindəki Cənt şəhərinə gələrək İslam dinini qəbul etdi. 
Qəznəvilərin işğalları dövründə səlcuqlar Xorasan vilayətinə köçməyə məcbur 
oldular. Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy səlcuqları bir bayraq altında 
birləşdirib Qəznəvilərə qarşı mübarizəyə başladılar və Xorasanın əsas şəhəri olan 
Nişapuru ələ keçirdilər. Toğrul bəyin başçılığı ilə səlcuqlar 1038-ci ildə paytaxt 
Nişapur olmaqla Səlcuq dövləti yarandı.. Qəznəvilər Xorasanda yeni bir dövlətin 
yaranmasını qəbul etmədiyi üçün böyük bir qoşunla səlcuqlar üzərinə hücum 
etdilər. 1040-cı ildə Mərv şəhərinin yaxınlığındakı Dəndənəkan adlı yerdə 
səlcuqlarla qəznəvilər arasında qanlı döyüş baş verdi. Dəndənəkan döyüşü 
nəticəsində: Səlcuq ordusu Qəznəviləri məğlub etdi. Səlcuqlar üçün Azərbaycan, 
İran və İraqa yol açıldı. Döyüşün ertəsi günü Dəndənəkan döyüşündə qazanılan 
qələbəyə görə Toğrul bəyə (1038-1063) Sultan titulu verildi. Dəndənəkan 
qələbəsindən dərhal sonra səlcuqlar Mərv şəhərində qurultay çağırdılar. Mərv 
qurulyatında səlcuqlar: Qərb və Şərq istiqamətlərində yeni torpaqlar tutmağı 
planlaşdırdılar. İran, Cənubi Qafqaz və Bizansa qarşı hücuma keçmək qərara 
alındı. 1043-cü ildə Səlcuq dövlətinin paytaxtı Rey şəhərinə köçürüldü. Səlcuq 
orduları buradan Həmədan, İsfahan və Gilanı tutaraq Azərbaycana doğru yürüşə 
başladılar. 1054-cü ildə səlcuqlar Cənubi Qafqaza hücum edərək Rəvvadiləri, 
Şəddadiləri və Tiflis müsəlman əmirliyini özlərinə tabe etdilər. Bundan sonra 
Sultan Toğrul yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə 
gücləndirmək məqsədi ilə Bağdada yürüş etdi. 1055-ci ildə Sultan I Toğrulun 
başçılığı ilə səlcuqlar o zaman Ərəb xilafətinin paytaxtı olan Bağdadı tutdular. 
Xəlifə I Toğrulun şərəfinə ziyafət verərək ona «Şərqin və Qərbin hökmdarı» 
titulunu verdi. Bağdadın tutulması nəticəsində Abbasilər xilafəti səlcuq 
türklərindən asılı vəziyyətə düşdü. Sultan I Toğrulun dövründə Oğuz dövlətinin 
davamı hesab olunan Səlcuq dövlətinin ərazisi Mavəraənnəhrdən Mesopotamiyaya 
və Hindiquş dağlarına qədər torpaqları əhatə edirdi. Səlcuqlar dövründə əsas torpaq 
mülkiyyət forması iqta idi. İqta qoşun başçılarına hərbi xidmətə görə verilirdi. 
Səlcuqlar dövründə uc torpaq mülkiyyət forması meydana gəlmişdi. Bu torpaqlar 


sərhəddə xidmət edən sərkərdələrə verilirdi. Dövlətin əsas gəliri kəndlilərdən 
alınan üşr adlı torpaq vergisi idi. 
Böyük Səlcuq imperiyası süquta uğradıqdan sonra onun ərazisində Kirman, 
Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Atabəylər dövləti meydana gəldi. Konya 
sultanlığı dağıldıqdan sonra onun ərazisində müstəqil bəyliklər yarandı. Bu 
bəyliklərdən birinə Osman bəy başçılıq edirdi. Osman bəy 1299-cu ildə Osmanlı 
dövlətinin əsasını qoydu. Osmanlılar oğuz türklərinin qınıq boyundan idi. Osman 
bəyin ölümündən sonra Osmanlı dövlətində hakimiyyətə Orxan qazi (1326-1359) 
gəldi. Orxan qazinin hakimiyyəti dövründə: Dövlətin paytaxtı Bursa şəhərinə 
köçürüldü. Maltəpə döyüşündə Bizans ordusu məğlubiyyətə uğradıldı. Yeni fəthlər 
davam etdirildi, dövlətin ərazisi genişləndi. Sultan I Murad Osmanlı dövləti 
tarixində ilk dəfə olaraq sultan titulunu qəbul etmişdi. Sultan I Muradın 
hakimiyyəti dövründə: Balkanlarda Osmanlı fəthləri davam etdirildi, Ədirnə 
şəhəri ələ keçirildi. 1361-ci ildə Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhərinə 
köçürüldü. 1370-ci ildə Bizans və Bolqarıstan Osmanlılardan asılı vəziyyətə düşdü.
1371-ci ildə Çirmən döyüşündə Osmanlılar Serbiya dövlətini məğlub etdi. İldırım 
Bəyazidin (1389-1402) hakimiyyəti dövründə: Osmanlı dövlətinin sərhədləri 
genişləndi. Albaniya və Bosniyanın bir hissəsi osmanlıların hakimiyyəti altına 
düşdü. Osmanlılar bütün Bolqarıstanın işğalını başa çatdırdı. Əmir Teymur 
Osmanlı dövləti üzərinə yürüş etdi. İldırım Bəyazid Balkanlarda Bizansın sonuncu 
dayağı olan Konstantinopolu ələ keçirmək məqsədi ilə hazırlıqlara başladı. Lakin 
Əmir Teymurun Kiçik Asiyaya yürüşü bu planı pozdu. 1402-ci il, iyulun 28-də 
Bəyazidlə Əmir Teymur arasında Ankara döyüşü baş verdi. Döyüş osmanlıların 
məğlubiyyəti ilə nəticələndi. Döyüşdə Bəyazid və onun iki oğlu əsir düşdü. Əmir 
Teymur Osmanlıların hakimiyyəti altında olan torpaqları Bəyazidin dörd oğlu 
arasında böldü. Teymur özü də bilmədən Avropanı Osmanlı işğallarından xilas 
etdi. Bəyazid Teymurun düşərgəsində olarkən özünü zəhərləyib öldürdü. İldırım 
Bəyazidin hakimiyyətdən getməsindən sonra Osmanlı dövləti xeyli zəiflədi və 
hakimiyyət mübarizəsi gücləndi. XV əsrdə Bizans imperiyasının ərazisinə yalnız 
«Qızıl körpü» adlandırılan Konstantinopolun ətrafıındakı torpaqlar daxil idi. II 
Mehmet hakimiyyətə gələn kimi Konstantinopolu tutmaq üçün şəhəri qurudan və 
Mərmərə dənizindən mühasirəyə aldı. Oslamlıların divarların altından lağım atıb 
şəhərə girmək çəhdi uğursuz oldu. Osmanlılar yeni çıxış yolu kimi gəmiləri piy 
sürtülmüş taxtaların üzəri ilə sürüyərək Qızıl Buynuz limanına çıxardılar. 1453-cü 
il mayın 29-da Konstantinopol Osmanlılar tərəfindən fəth edildi. Bu münasibətlə II 
Mehmetə «Fateh» təxəllsü verildi. Konstantinopolun osmanlılar tərəfindən tutması 


nəticəsində: Bizans məğlub oldu və Bizans imperiyasının varlığına son qoyuldu.
Konstantinopol şəhəri İstanbul adlanaraq Osmanlı dövlətinin paytaxtına çevrildi.
Monqollar qədim zamanlardan Mərkəzi Asiyanın geniş çöllərində ( Kulun-
Bugir gölündən başlayaraq Altay dağlarının qərb ətəklərinədək olan ərazilərdə) 
yaşayırdılar. Monqolların əsas məşğuliyyəti köçəri maldarlıq idi. 1206-cı ildə 
Onon çayı sahilində monqol və türk tayfa əyanlarının qurultayı keçirildi. Onon 
çayı qurultayında: Monqol dövləti yaradıldı. Temuçin böyük xaqan seçildi və 
Çingiz adlandırıldı. Monqol dövlətinin ilk paytaxtı Qaraqorum şəhəri olmuşdu. 
Monqol dövləti hərbi demokratiyanı özündə birləşdirən feodal dövləti idi. Monqol 
dövlətində ilk qanunlar toplusu (məcəlləsi) «Böyük Yasa» adlanırdı. «Böyük 
Yasa» Çingiz xanın dövründə yaradılmışdı. «Böyük Yasa»da: Monqolların feodal 
münasibətlərinə keçməsi öz əksini tapmışdı. Feodalların imtiyazlarından, 
mülkiyyət, vergi və idarəçilik sistemindən bəhs olunurdu. Çingiz xan (1206-1227) 
qısa vaxt ərzində monqol, həmçinin qonşu türk tayfalarını birləşdirdi və geniş 
işğallar üçün güclü ordu yaratdı. Çingiz xan bu məqsədlə itaət altına alınan bütün 
torpaqları verdikləri əsgərlərin sayından asılı olaraq tümənlərə, minlərə və 
yüzlüklərə böldü, tayfa başçılarını, hakimləri və noyonları tümənbaşı, minbaşı, 
yüzbaşı təyin etdi. Tümən rəisləri, minbaşılar və yüzbaşılar Çingiz xanın vassalları 
idi. Çingiz xanın dövründə monqol qoşununun özəyini çevik süvarilər təşkil edirdi. 
Çingiz xan güclü süvari ordu ilə yanaşı, xüsusi qoşun növü də yaratdı. Monqol 
ordusu divardeşən, daş və yanan maye atan mancanaqlar - qurğular ilə təmin 
edilmişdi. Çingiz xanın özünəməxsus hərbi strategiya və taktikası var idi. Çingiz 
xanın hərbi strategiya və taktikasının əsas xüsusiyyətləri aşağıdakılar idi: Dəqiq 
kəşfiyat məlumatları toplamaq. Düşmənin qüvvələrini parçalamaq. Çoxsaylı 
süvari dəstələrlə gözlənilmədən hücuma keçmək. Çingiz xan dövləti qurduqdan 
sonra qalibiyyətli hərbi yürüşlərə başladı. Monqolların hərbi yürüşləri nəticəsində:
1207-1211-ci illərdə Sibir və Şərqi Türküstanda yaşayan qırğız, merkit, bunyak və 
uyğur tayfaları monqollara tabe edildi. 1211-ci ildə Şimali Çin işğal edildi. 1215-ci 
ildə Pekinin monqollar tərəfindən tutulması ilə Şimali Çinin işğalı başa çatdırıldı.
1219-1221-ci illərdə monqol ordusu zəngin Xarəzmşah şəhərlərini (Otrar, Buxara, 
Səmərqənd, Üzgənc, Mərv və.s) ələ keçirdi. 1220-1222-ci illərdə monqol orduları 
Cəba və Sabutayın başçılığı ilə Cəlaləddini təqib edərək Şimali İran və Cənubi 
Qafqaza yürüş etdilər. 
XIII əsrin 40-cı illərində Batı xanın başçılığı ilə monqol işğalları nəticəsində 
Şərqi Avropada Qızıl Ordu dövlət yarandı. Dövlətin banisi Batı xan olmuşdur. XIII 
əsrin sonlarında Qızıl Ordu Monqol imperatorluğu ilə əlaqələrini tamamilə kəsərək 


müstəqil siyasət yürütməyə başladı. Qızıl Ordu geniş bir əraziyə malik dövlət idi. 
Rus knyazlıqları isə Qızıl Ordu dövlətinin tərkibində olmasalar da, ondan vassal 
asılılığında idilər. Qızıl ordunun ilk paytaxtı Saray-Batı sonra isə Saray-Bəkrə 
şəhəri olmuşdu. Qızıl Ordu dövlətində əhalinin və qoşunun əsas hissəsini türklər 
təşkil edirdi. Qızıl Ordu xanlarının fərmanları türk dilində yazılırdı. Qızıl Ordu 
dövlətində İslam dini rəsmi dövlət dini elan olunmuşdu. zıl Ordu feodal monarxiya 
dövləti idi. Dövlətin idarəetmə sistemi aşağıdakı kimi idi: Xan - dövləti idarə edən 
birinci şəxs idi. Divan - dövləti idarə edən orqan idi. Məclis - dövlətdə ali 
məşvərətçi orqan idi. Tarxan - dövlətdə imtiyazlı şəxslər idi. Baskaklar - vergi 
yığılmasına rəhbərlik edirdilər. Qızıl Ordu dövlətində xan və xan ailəsinin üzvləri 
ən böyük feodal idilər. Onlardan sonra noyonlar (bəylər) gəlirdi. Noyonlara xidmət 
müqabilində böyük torpaq sahələri verilirdi. Feodallardan asılı olan köçəri 
maldarlar, əkinçiliklə məşğul olan kəndlilər töycü ödəyir və mükəlləfiyyətlər 
yerinə yetirirdilər. Bəzi feodallar torpağa sahib olmaq, məcburi işlərdən azad 
edilmək üçün xandan fərmanlar alırdılar. Belə fərmanlar yarlıq, yarlıq alan 
imtiyazlı şəxslər isə tarxan adlanırdı. 
Teymur Çingiz xanın yürüşləri zamanı Mərkəzi Asiyaya gəlmiş Barlas 
qəbiləsindən idi. Teymur gəncliyində Səmərqənd və Bəlx hakimi Əmir Qazanın 
yanında xidmət etmiş, hərbi yürüşlərdə onun etimadını qazanmışdır. Teymur eyni 
zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girmiş və 
Qaşqadərya vadisini idarə etmişdi. 1370-ci ildə Teymur Səmərqəndə qoşun yeridib 
çevriliş etdi. Nəticədə Səmərqənd və ətraf bölgələr Teymurun ixtiyarına keçdi. Elə 
həmin ildə qurultay çağırıldı. Mərkəzi hakimiyyətin tərəfdarları olan iri feodalların 
köməyi ilə Teymur sərkərdələrin qurultayında « əmir» titulunu qəbul etdi və 
Teymurilər dövlətinin əsasını qoydu. Səmərqənd yeni dövlətin paytaxtı oldu. 
Beləliklə, Monqol imperiyasından sonra Mərkəzi Asiyada böyük bir 
imperatorluğun əsası qoyuldu. Əmir Teymur yürüşlərə başlamaq üçün güclü süvari 
ordu yaratdı. Əmir Teymurun hərbi yürüşləri nəticəsində: Ürgənc şəhərinin 
tutulması ilə Xarəzmi tamamilə tabe edildi və bununla da bütün Mərkəzi Asiya 
işğal edildi. Qafqaz, o cümlədən Azərbaycan, Ön Asiya (İraq, Suriya) işğal edildi.
Qızıl Ordu dövlətinin şərq əyalətləri Teymurilər dövlətinə birləşdirildi. Hindistanın 
yürüş edildi. Dehlinin tutulması nəticəsində Hindistanın zəngin sərvətləri 
Teymurun əlinə keçdi. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə