Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


. Avropada reformasiya. İlk burjua respublikaları.İngiltərə və Fransa



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

7
.
Avropada reformasiya. İlk burjua respublikaları.İngiltərə və Fransa 
XVI əsrin əvvəllərində Almaniyada ən qüdrətli qüvvə Katolik kilsəsi idi. 
Almaniyada imperator hakimiyyəti zəif olduğu üçün katolik kilsəsinin xalqı soyub-
talamasının qarşısını ala bilmirdi. Bu dövrdə Almaniyada əhalinin bütün təbəqələri 
katolik kilsəsindən narazı idi. Roma papasının Almaniyada indulgensiya alverini 
genişləndirməsi Almaniyada katolik kilsəsinə qarşı mübarizənin başlanmasına 
təkan verdi. Belə bir şəraitdə Vittenberq universitetinin professoru Martin Lüter 
1517-ci ildə katolik kilsəsinin Almaniyada «cənnət qəbzi» alverinin əleyhinə çıxdı. 
Lüterin çıxışı reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda 
mübarizənin başlanğıcı oldu. Almaniyada kilsənin yenidən qurulması reformasiya 
adlanırdı. Lüter dinə qarşı çıxmırdı. O, Katolik kilsəsini islah etmək uğrunda 
mübarizə aparırdı. Lakin keşişlər Lüteri kilsəni parçalamaqda günahlandırdılar. 
Martin Lüterin «cənnət qəbzi» alverinin əleyhinə çıxışına görə Roma papası xüsusi 
fərman göndərərək onu lənətlədi. Lüter isə papanın özünü bidətçi elan etdi və onun 
fərmanını tonqalda yandırdı. Roma papasının tərəfini saxlayan Alman imperatoru 
Lüteri Vorms şəhərində keçirilən qurultaya dəvət etdi. Burada imperator Lüteri 
həbs etmək istədi. Lakin cəngavərlər onu gizlədərək, buna imkan vermədilər. 
Katolik kilsəsini islah etmək uğrunda mübarizədə (reformasiyada) bütün şəhər və 
kənd əhalisi, cəngavərlər, hətta knyazların bəziləri də iştirak edirdi. Reformasiya 
dövründə onların hər birinin öz məqsədi var idi: Kəndlilər və yoxsul şəhərlilər - 
katolik kilsəsinə və feodal zülmünə qarşı çıxırdılar. Varlı şəhərlilər - kilsə 
vergilərinin azaldılmasını və monastırların bağlanmasını tələb edirdilər. 
Cəngavərlər - kilsənin torpaqlarına sahib olmaq istəyirdilər. Martin Lüterin 
«cənnət qəbzi» alverinə qarşı çıxması xəbəri dörd həftə müddətində bütün xristian 
dünyasına yayıldı. Almaniyadan sonra Avropanın başqa ölkələrində də reformasiya 
hərəkatı başladı. Avropa ölkələrinin kralları və katolik kilsəsi reformasiyayanın 
qarşısını almaq üçün tədbirlər həyata keçirdilər. Almaniyada reformasiyaya qarşı 
atılan addımlara knyazlar və bir çox şəhərlər etiraz (protesta) etdi. Buna görə də o 
zamandan etibarən Lüterə tərəfdar olanlara, protestant deyilməyə başlandı. Yeni 
kilsə isə protestant kilsəsi adlandırıldı. Protestant və katolik knyazlar arasında 
1555-ci ildə imzalanan Auqsbruq sazişinə əsasən: 1. Katoliklər protestantların 
etiqad azadlığını tanıdı (bu din azadlığı yalnız knyazlara aid idi). 2. Hər bir knyaz 
torpağındakı kilsənin başçısı oldu, Katolik kilsəsinə mənsub torpaqlar zəbt edildi. 
3. Knyaz hansı etiqadı qəbul edirdisə, əhali də həmin etiqadı qəbul etməli idi. 4. 
Knyazın qəbul etdiyi etiqadı istəməyənlər knyazlığın torpağından köçüb gedə 
bilərdi. Auqsbruq sazişinin imzalanmasından sonra Almaniyada katolik kilsəsi ilə 


yanaşı, protestant kilsəsi yaranmış oldu və Lüteran kilsəsi adlandı. Lüteran 
kilsəsində təmtərqalı mərasimlər, ikonaya sitayiş, dini bayramlar ləğv edildi. Bəhs 
edilən dövrdə İngiltərə, Danimarka və İsveçdə krallar kilsə islahatı keçirərək kilsə 
başçısı oldular. Beləliklə, reformasiya kral hakimiyyətini gücləndirdi. Fransa, 
İsveçrə və Niderlandda isə kilsə islahatını varlı və nüfuzlu şəhərlilər həyata keçirdi. 
İsveçrənin Cenevrə şəhərində protestant kilsəsinin başçısı fransız Jan Kalvinin 
əsasını qoyduğu kilsə kalvin kilsəsi adlandı. Kalvin kilsəsi insanlara müxtəlif 
əyləncələri və oyunları qadağan etmişdi. Kalvinizmə görə hamı kilsəyə getməli, 
səhər tezdən durub işə başlamaq üçün axşam işıqları tez söndürməli idi. Roma 
Papasının başçılıq etdiyi Katolik kilsəsi katolik kilsəsinin əvvəlki qüdrətini bərpa 
etmək və reformasiyaya qarşı mübarizə aparmaq məqsədi ilə aşağıdakı tədbirləri 
həyata keçirdi: İsa cəmiyyəti və Yezutilər ordenini yaratdı. Öz əleyhdarlarına 
qarşı kütləvi qırğınlar həyata keçirdi. Katoloklər vasitəsilə protestant qırğını 
törətdi. Papanın qərarlarına əməl etməyən şəxslər aradan götürüldü. Yezuitlər 
ordeni hərbi qaydada təşkil olunurdu. Ordenə başçılıq edən general Roma papasına 
tabe idi və Roma papasının iradəsini yerinə yetirirdi. Yezuitlər reformasiya 
tərəfdarlarını izləyir, topladıqları məlumatları ordenin başçısına çatdırırdılar. 
Katoliklər reformasiyaya qarşı öz əlehdarlarını kütləvi surətdə qırmaq məqsədi ilə 
1572-ci ildə protestantları kralın bacısının toyuna dəvət etdilər. Protestantlar 
yaşayan binaların divarlarına tabaşirlə ağ xaç vurdular. Avqustun 23-də, yəni 
Varfolomey gecəsi katoliklər protestantları qırmağa başladılar, 30 mindən çox 
protestant vəhşicəsinə öldürüldü. Bu gün də Varfolomey gecəsi düşmənə 
qəddarcasına, amansız divan tutulması mənasında işlənir. Lakin kilsənin 
reformasiyaya qarşı bu tədbirləri reformasiyanın yayılmasının qarşısını ala bilmədi, 
yalnız bir neçə ölkədə - Polşa, İtaliya və Cənubi Almaniyada reformasiya hərəkatı 
qalib gəldi. 
XVI əsrin ortalarında İspaniya dünyada ən geniş müstəmləkəsi olan ölkə idi. 
Niderland isə feodal İspaniyasının ən zəngin müstəmləkəsi hesab edilirdi. Bu 
zaman Niderlandda protestantlıq dini yayılmağa başladı. İspan ağalığına qarşı 
etiraz katolik kilsəsi əleyhinə çıxışlarla qüvvətləndi və Niderlandda inqilab baş 
verdi. Niderlandda ispan zülmü aşağıdakı formalarda təzahür edirdi: Niderland 
əhalisi üzərinə çox ağır vergilər qoyulmuşdu. Tacirlərə İspaniyanın Amerikadakı 
müstəmləkələri ilə ticarət qadağan edilmişdi İspaniyanın İngiltərə ilə düşmənçiliyi 
ucbatından manufaktura sahibləri zərər çəkirdi. XVI əsrdə Niderlandı İspaniya 
kralının canişin və onun yanında yaradılan gizli şura idarə edirdi. Əslində bütün 
hakimiyyət gizli şuranın əlində idi. Niderlandda ispan zülmünə qarşı qəzəb 


getdikcə artırdı. Xüsusilə katolik kilsəsi kəskin narazılıq doğururdu. Əhali arasında 
kalvinçiliyə meyil güclənirdi. Bu dövrdə İspaniya kralı II Filip Niderlandda 
aşağıdakı tədbirləri həyata keçirdi: Niderlandda protestantlara qarşı inkvizisya 
(kilsə məhkəmələri) tətbiq etdi. Özlərini katolik hesab etməyənləri və ya kilsəyə 
getməyənləri tutaraq inkvizisiya məhkəmələrinə verdi. 566-cı ildə Niderlandda 
xalq hərəkatı başladı. 1579-cu ildən xalq hərəkat inqilaba çevrildi. Bu elə bir 
inqilab idi ki, feodalizm quruluşunu kapitalizm quruluşu ilə əvəz edəcəkdir. 
Niderland burjua inqilabının əsas səbəbi katolik kilsəsi və ispan zülmü idi. 
İspaniya kralı II Filippin Niderland inqilabına qarşı mübarizə aparmaq üçün sərt və 
rəhimsiz hersoq Albanı seçmə qoşunla buraya göndərdi. Hersoq Alba Niderlanda 
gələn kimi Niderland inqilabına qarşı aşağıdakı tədbirləri həyata keçirdi: 
Fövqaladə məhkəmə olan “qiyam işlərinə baxan şura” (“qanlı şura” ) yaratdı.
Yerli zadəganları qorxutmaq üçün ən varlı və adlı-sanlılarını cəzalandırdı. 
Niderland burjua inqilabı zamanı inqilabçıların əsas qüvvəsini meşə gözləri və 
dəniz gözləri təşkil edirdi. Meşə gözlərinin tərkibi kəndlilər, sənətkarlar və 
fəhlələrdən ibarət idi. Onlar meşələrə çəkilərək ispanlara qarşı partizan dəstələri 
yaratmışdılar. Dəniz gözlərinin tərkibinə isə dənizçilər və balıqçılar daxil idi. 
Niderlandda inqilaba burjuaziya başçılıq edirdi. Niderlandın şimalında hakimiyyəti 
ələ keçirən burjuaziya şimal əyalətlərinə Oranlı Vilhelmi hakim təyin etdi. Vilhelm 
zadəgan olsa da Niderlandın azadlığı uğrunda mübarizə apardığı üçün burjuaziya 
onu hakimiyətə gətirmişdi. Niderlandda uğursuzluqlara baxmayaraq kral II Filipp 
müharibəni davam etdirdi. İspan ordusu Leyden şəhərini mühasirəyə alaraq ərzaq 
ehtiyyatı tükənən şəhərlilərə təslim olmağı tələb etdilər. Ölkəni dəniz sularından 
qoruyan bəndlər dəniz gözlərinin şəhərə yaxınlaşmağa və kömək etməyə imkan 
vermirdi. Mühasirədəkilərə kömək etmək üçün dəniz gözləri “torpağı itirməkdənsə 
suda batırmaq yaxşıdır” deyərək şəhəri qoruyan sahildəki bəndləri dağıdıb 
ispanların üzərinə axıtdılar. Nəticədə ispanlar vahiməyə düşüb qaçdılar. Dəniz 
gözləri Leydenə daxil oldular. 1576-cı ildə ispan əsgərləri Antverpen şəhərini tutub 
dağıtdılar. Bununla da şəhər tənəzzül etdi. İspanların Antverpen şəhərini 
dağıtmasından qəzəblənən cənub əyalətlərinin əhalisi üsyana qoşuldu. Lakin 
qorxuya düşmüş yerli zadəganlar burada üsyanı yatırmaqda ispanlara kömək 
etdilər. 1579-cu ildə bəzi cənub əyalətləri birləşib, İspaniya kralına tabe olmağa 
razılaşdılar. Cənubi Niderland II Filippin hakimiyyətini tanıdı. Beləliklə, 1579-cu 
ildə Cənubi Niderland İspaniyanın hakimiyyəti altında qaldı. Cənubi Niderlandın 
İspaniyanın hakimiyyəti altında qalmasının səbəbi xalq hərəkatından qorxan 
zadəganların üsyanı yatırmaqda ispanlara kömək etməsi idi. Cənubi Niderlandın 
İspaniyanın hakimiyyəti altında qalmasına cavab olaraq 1579-cu ildə Niderlandın 


yeddi şimal əyaləti cənub əyalətlərindən fərqli olaraq, Utrext şəhərində birləşərək 
vahid dövlət - Hollandiya respublikasını yaratdılar. Bir qədər sonra Şimali 
Niderland II Filippi öz kralı kimi tanımaqdan imtina etdi. Burjuaziya dövlətin 
başında Oranlı Vilhelmi görmək istəsə də, o ispanların pulla tutduğu qatil 
tərəfindən öldürüldü. Dövləti burjuaziya və əyanlardan ibarət “Milli şura” idarə 
etməyə başladı. Lakin Hollandiya daha 30 il (1579-1609) İspaniyaya qarşı 
mübarizə aparmalı oldu. Nəhayyət, 1609-cu ildə İspaniya ilə Hollandiya arasında 
barışıq imzalandı. Sazişin şərtlərinə əsasən: 1. Niderlandın şimalında İspaniya 
ağalığına son qoyuldu. 2. İspaniya Hollandiyanı müstəqil dövlət kimi tanıdı. 
XIV əsrin əvvəllərində Fransa ərazisinin çox hissəsi birləşdirildi. Kral IV 
Gözəl Filippin (1285-1314) dövründə: Fransanın birləşdirilməsi əsasən başa çatdı.
İlk dəfə Fransada Baş ştatlar çağırıldı. Kilsə torpaqlarına vergi qoyuldu. Kralla 
Roma Papası arasında münaqişə baş verdi. IV Gözəl Filippin hakimiyyəti 
dövründə kral ilə Roma papası arasında münaqişə baş verdi. IV Gözəl Filipp ilə 
Roma papası arasında baş verən münaqişənin əsas səbəbi kralın pul əldə etmək 
məqsədi ilə kilsə torpaqlarına vergi qoyması idi. Kral IV Filipp papaya qarşı 
mübarizədə silklərdən köməkə almaq məqsədi ilə 1302-ci ildə ilk dəfə Fransada 
Baş Ştatları çağırdı. Çünki kral papaya qarşı mübarizədə silklərə arxalanırdı. Kral 
yeni vergilər təyin etmək istəyərkən Baş Ştatları çağırırdı. Baş Ştatlar Fransada 
silki nümayəndəli ali orqan idi. Lakin, silklər arasında ixtilafların mövcud olması 
Baş ştatların dövlət işlərinə təsirini azaldırdı. IV Gözəl Filipp ilə Roma papası 
arasında baş vermiş münaqişə nəticəsində: Fransa kralı qalib gəldi. Fransada 
Roma papasının hakimiyyəti zəiflədi. 
265-ci ildə İngiltərədə ilk dəfə parlament yaradıldı. XIV əsrdə İngiltərə 
parlamenti iki palataya bölündü: Lordlar (ağalar) palatası. Bu palataya ali 
ruhanilər, zadəganlar daxil idi. Nümayəndələr palatası. Bu palataya cəngavərlər və 
varlı şəhərlilər daxil idi. Kəndlilər qanunverici orqan olan parlamentdə təmsil 
olunmurdular. Fransadakı Baş Ştatlarından fərqli olaraq, İngiltərə parlamenti 
dövlət işlərinə böyük təsir göstərə bilirdi. Bunun səbəbi İngiltərədə Fransadakı 
kimi silklər arasında ziddiyyətlərin olmaması idi. 1381-ci ildə İngiltərədə kəndli 
üsyanı baş verdi. Kəndli üsyanına Yüzillik müharibənin iştirakçısı, sənətkar Uot 
Tayler başçılıq edirdi. Uot Tayler üsyanının səbəbi aşağıdakılar idi: Feodal 
zülmünün güclənməsi. Vergi və mükəlləfiyyətlərin artırılması. Yoxsullara qarşı 
qəbul olunan amansız qanunlar. Yüzillik müharibə başa çatdıqdan az sonra 
İngiltərənin daxilində iki əyan nəsli və onların tərəfdarları arasında hakimiyyət 
uğrunda müharibə başladı. Müharibə 30 il (1455- 1485) davam etdi. Onlardan 


birinin gerbində al qızılgül, o birinin gerbində isə ağ qızılgül olduğuna görə tarixdə 
bu müharibə Al və Ağ qızıl gül müharibələri adlanır. Al qızılgül və Ağ qızıl gül 
müharibələri nəticəsində: Feodal nəsillərindən biri olan hersoq VII Henrix Tüdor 
qalib gəldi. İngiltərədə Tüdorlar sülaləsinin (1485-1603) hakimiyyəti başlandı. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə