Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


Şərqə doğru səlib yürüşləri.Avropda şəhərlərin inkişafı.Qərbi Avropada



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

6.Şərqə doğru səlib yürüşləri.Avropda şəhərlərin inkişafı.Qərbi Avropada 
mərkəzləşdirilmiş dövlətlərin yanması . Mədəniyyət 
Xaç yürüşləri orta əsrlər tarixində mühüm yer tutan Səlib yürüşlərində katolik 
kilsəsinin böyük rolu olmuşdu. 1095-ci ildə Fransanın Klermo şəhəri yaxınlığında 
xalq yığıncağında Roma papası II Urban nitq söylədi. Qurultayda çıxışında Roma 
papası II Urban xristianları Şərq ölkələrinə yürüş edib, səlcuqların hakimiyyəti 
altında olan “İsanın qəbrini kafirlərdən xilas etməyə” çağırdı. Xristian rəvayətinə 
görə, İsa peyğəmbər Fələstində Qüds şəhərində (Yerusəlimdə) dəfn olunmuşdu. 
Çoxları elə oradaca «müqəddəs torpağı» azad etməyə hazır olduqlarını bildirdilər 
və bunu nümayiş etdirmək üçün paltarlarına qırmızı parçadan xaç tikdilər. 
Beləliklə, Şərqə yürüşlərin iştirakçılarını xaçlılar (səlibçilər), yürüşləri isə Xaç 
(Səlib) yürüşləri adlandırmağa başladılarXI-XIII əsrlərdə səlibçilər Şərqdə - türk-
müsəlman ölkələrində kütləvi qırğınlara və dağıntılara yol açan səkkiz yürüş 
etdilər. Birinci səlib yürüşünə 1096-ilin yazında ilk olaraq kəndlilər başladılar. 
Lakin Səlcuqlar səlibçiləri darmadağın etdilər. 1096-cı ilin payızında isə Fransa
Almaniya və İtaliya cəngavərləri Şərqə doğru hərəkət etdilər. Birinci səlib yürüşü 
nəticəsində Avropa səlibçiləri: Səlibçilər səlcuqları məğlub edərək Qüdsdə 
müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törətdilər. Suriya və Fələstinin Aralıq 
dənizi sahillərində səlibçilər tərəfindən Qüds krallığı (1099-1187) adlı dövlət 
yaradıldı.. Qərb feodalları 1147-ci ildə ikinci səlib yürüşünə başladılar. Lakin, 
ikinci Səlib yürüşü uğursuz oldu. Belə ki, ikinci səlib yürüşü nəticəsində Misir 
hökmdarı Səlahəddin Əyyubi səlibçi qoşunlarını məğlub edərək onları Qüdsdən 
qovdu. Qərb feodalları 1147-ci ildə ikinci səlib yürüşünə başladılar. Lakin, ikinci 
Səlib yürüşü uğursuz oldu. Belə ki, ikinci səlib yürüşü nəticəsində Misir hökmdarı 
Səlahəddin Əyyubi səlibçi qoşunlarını məğlub edərək onları Qüdsdən qovdu. XII 
əsrin sonlarında səlibçilər dördüncü səlib yürüşünə başladılar. Dördüncü səlib 
yürüşünü ona başçılıq edən Roma Papası III İnnokenti təşkil etmişdi. Digər səlib 
yürüşlərindən fərqli olaraq bu yürüşdə səlibçilər quru yolları ilə hərəkət etmək 
çətin olduğundan Fələstinə gəmi vasitəsilə dəniz yolu ilə yürüş etdilər. Bu 
məqsədlə səlibçilər o dövrdə «dəniz kraliçası» hesab olunan Venesiyadan kirayəyə 
gəmilər aldılar. Bu dövrdə Şərq ölkələri ilə ticarətdə vasitəçilik etmək üçün 
Venesiya ilə Bizans arasında mübarizə gedirdi. Odur ki, venesiyalılar Bizansa 
zərbə vurmaq üçün səlibçilərə kömək edərək onları bura yönəltdilər. Dördüncü 
Səlib yürüşü nəticəsində səlibçilər: 

1204-cü ildə Konstantinopolu tutaraq 
dağıtdılar. 

Müqəddəs Sofiya kilsəsi qarət olundu. Bu hadisədən sonra Bizans 
ticarətdə Venesiya və Genuya ilə rəqabət apara bilmədi. Səlibçilər Bizansın 


paytaxtı olan Konstantinopoldan yalnız 57 il sonra, 1261-ci ildə qovuldular. 
Səlibçilərin qarətçilik və işğalçılıq məqsədləri dördüncü səlib yürüşündə özünü 
daha aydın göstərdi. 
Şərqdən fərqli olaraq, Avropada feodal münasibətləri nisbətən gec yarandı. Buna 
baxmayaraq, Qərbdə bu münasibətlər daha sürətlə inkişaf etdi. Bu inkişafın 
nəticəsi olaraq, Avropada şəhərlər meydana gəldi. Avropada sənətin kənd 
təsərrüfatından ayrılması nəticəsində şəhərlər meydana gəldi. Avropada Erkən orta 
əsr şəhərləri özünəməxsus xüsusiyyətlərə malik idi. Həmin xüsusiyyətlər 
aşağıdakılar idi: Əsasən feodalların torpağında salınır, ərazisi az olduğu üçün evlər 
iki-üç mərtəbə tikilirdi. Sənətkarlıq və ticarət mərkəzi idi, əhalisi əsasən 
sənətkarlıq və ticarətlə məşğul olurdu. Şərq şəhərlərindən fərqli olaraq su kəməri 
və kanalizasiya sistemi yox idi. Şəhərin mərkəzində bazar meydanı, baş kilsə və 
şəhər şurasının binası yerləşirdi. Şəhərlərdə ən geniş yer bazar meydanı idi. Hər 
biri qala divarları ilə əhatə olunurdu. Qala divarlarından xaricdə əkin sahələri, bağ 
və bostanlar, otlaqlar yerləşirdi. Yüzillik müharibədən sonra Fransada feodal 
dağınıqlığı gücləndi. Kral XI Lüdoviqin (1461-1483) dövründə Fransada mərkəzi 
hakimiyyətə qarşı iri feodalların çıxışı baş verdi. Bu qəsdə Burqundiya hersoqu 
İgid Karl baçılıq edirdi. İgid Karl XI Lüdoviqə qarşı açıq müharibədə onu məğlub 
etdi. Lakin, sülh bağlanmasına baxmayaraq Lüdoviq hiylə yolu ilə İgid Karlı 
məğlub edib öldürdü. XI Lüdoviqin dövründə Burqundiya, Marsel və Bretan 
vilayətləri Fransaya birləşdirildi. Beləliklə, XV əsrin sonunda Burqundiya, Marsel 
və Beratan vilayətlərinin birləşdirilməsi ilə Fransanın birləşdirilməsi prosesi başa 
çatdı. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə