Sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci “Ümumi tariX”


QƏRBİ AVROPA.BİZANS İMPERİYASI VƏ



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix20.05.2022
ölçüsü0,66 Mb.
#87457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
ümumi-tarix

4.QƏRBİ AVROPA.BİZANS İMPERİYASI VƏ
SLAVYANLAR.MƏDƏNİYYƏT

Eramızın I əsrində german tayfaları qərbdən və şərqdən Reyn və Visla 
çayları, cənubdan Dunay çayı, şimaldan isə Baltik və Şimal dənizlərinə qədər 
ərazilərdə yayılmışdılar. Sonralar çoxsaylı işğallar nəticəsində germanlar digər 
xalqlarla qarışaraq bir çox Avropa xalqlarının yaranmasında mühüm rol oynadılar. 
V əsrin sonlarında german tayfalarının (frank, qot, vandal, anql-saks) işğalları 
nəticəsində: Qərbi Avropada quldarlıq quruluşu dağıldı və feodalizm quruluşu 
meydana gəldi. Qul əməyini xırda torpaq sahibi olan icma üzvləri - kəndlilərin 
əməyi əvəz etdi. V əsrin sonlarında German tyafalarından biri olan fank 
tayfalarının başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa 
girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson 
şəhəri yaxınlığında franklarla romalılar arasında həlledici döyüş baş verdi. Suasson 
döyüşü nəticəsində: Xlodviq romalılar üzərində parlaq qələbə qazanaraq 
Qalliyanın bir hissəsini ələ keçirdi. Xlodviqin hakimiyyəti dövründə: Frankların 
ilk qanunlar toplusu yaradıldı. Qalliyanın yerli dini olan xristian dini dövlət dini 
kimi qəbul edildi. Xristianlığın qəbul edilməsi ilə kilsə ilə kral arasında ittifaq 
yarandı. Kilsə kralın hakimiyyətini möhkəmləndirdi. Frank dövləti inzibati 
cəhətdən vilayətlərə bölündü. Böyük Karlın (768-814) hakimiyyəti dövründə Frank 
dövlətinin ən qüdrətli dövrü olmuşdur. Böyük Karl hakimiyyəti dövründə:
İtaliyanın çox hissəsini tutaraq Frank dövlətinə birləşdirdi. Frank imperiyasını 
yaratdı (Frank dövləti imperiyaya çevrildi). Reyn və Elba çayları arasında yaşayan 
saksları itaət altına aldı. 800-cü ildə Roma şəhərini tutaraq özünü imperator elan 
etdi. 843-cü ildə Böyük Karlın üç nəvəsi Verden şəhərində Frank imperiyasını 
bölmək haqqında müqavilə bağladılar. Verden müqaviləsinin şərtlərinə əsasən 
Frank imperiyası bölüşdürüldü. Bu bölüşdürmə nəticəsində imperiyanın ərazisində 
üç dövlət – krallıq meydana gəldi: 1. Fransa krallığı. 2. Almaniya krallığı. 3. İtaliya 
krallığı. 
Erkən Orta əsrlərdə Şərqi Roma imperiyası Bizans adlanırdı. Bizans 
imperiyası 395-1453-cü illərdə mövcud olmuşdur. Orta əsrlərin ilk dövründə 
Bizansı Qərbi Avropa ölkələrindən kəskin fərqləndirən xüsusiyyətlər var idi. Belə 
ki, Erkən Orta əsrlərdə Qərbi Avropa ölkələrindən fərqli olaraq Bizans 
imperiyasında vəziyyət aşağıdakı kimi idi: Feodalizm zəif inkişaf etmişdi. 
Quldarlıq quruluşu daha çox davam etmişdi. Qüvvətli imperator hakimiyyəti və 
vahid dövlət qalmışdı. Sənətkarlıq, ticarət və kənd təsərrüfatı yüksək inkişaf 
etmişdi. Erkən orta əsrlərdə (VI əsrə qədər) Bizans imperiyasının ərazisi aşağıdakı 


torpaqları əhatə edirdi: Balkan yarımadasını və Kiçik Asiyanı, Ərəbistan və Şimali 
Afrikanın bir sıra torpaqlarını. Suriya, Misir və Fələstini, Krımı və Qafqazın Qara 
dəniz sahillərini. Çox əlverişli coğrafi mövqedə yerləşmiş Bizans imperiyasının 
paytaxtı Konstantinopol şəhəri idi. Keçmişdə Bizans adlanan Konstantinopol 
Avropa və Asiyanı birlədirən «qızıl körpü» adlanırdı. Şəhər iki ticarət yolu 
üzərində yerləşirdi: 1. Avropadan Asiyaya gedən karvan yolları. 2. Aralıq 
dənizindən Qara dənizə gedən su yolu. Konstantinopoldan başqa Bizansın 
Antioxiya, İsgəndəriyyə, Beyrut, Korinf şəhərləri var idi. Onlar ticarət və 
sənətkarlıq mərkəzi idi.
Slavyanlar qədim zamanlardan Mərkəzi və Şərqi Avropada yaşayırdılar. VI 
əsrdə onların yaşadığı ərazi şərqdə Dnepr çayının ortalarından, qərbdə Elba çayına 
qədər, şimalda Baltik dənizindən, cənubda Dunay çayına və Qara dənizə qədər 
olan ərazini əhatə edirdi. Slavyanlar 3 qrupa bölünürdülər: Qərbi slavyanları- 
çexlər, polyaklar, slovaklar. Cənubi slavyanları - (Balkan yarımadası) bolqarlar, 
serblər, xorvatlar. Şərqi slavyanları - ruslar, ukraynalılar, belaruslar. Eramızın ilk 
əsrlərində slavyanlar ibtidai icma quruluşunda yaşayır və hələ dövlət 
yaratmamışdılar. IX-X əsrlərdə feodalizmə keçidlə əlaqədar olaraq slavyanlarda ilk 
dövlətlər yarandı. IX əsrin sonlarında Şərq slavyanların ilk dövləti olan Kiyev 
dövləti (882-ci ildə) meydana gəldi. Kiyev dövləti bir müddət xəzərlərdən asılı 
vəziyyətdə olmuşdur. X əsrin əvvəllərində Qərb slavyanların ilk dövləti olan 
Çexiya dövləti meydana gəldi. Çexiya dövlətinin ərazisi ticarət yollarının üzərində 
yerləşdiyi üçün bu dövlətin inkişafına müsbət təsir göstərdi və paytaxtı Praqa 
şəhəri Avropanın ən böyük şəhərlərindən birinə çevrildi. X əsrin ortalarında Polşa 
dövləti meydana gəldi. Knyaz İgid Beloslav (I Beloslav) dövründə bütün Polşa 
torpaqları birləşdirildi və Polşa dövləti qüvvətləndi. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə