Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

1. İrax (sif.) -  nahaq. -  İrax yerə gəlif özmü əziyyətə saldırn.
2.  İrağ/hrax  (sif.)  -  uzaq.  -  İrağ  olsun,  deyillər  kəndin  aftoyu 
Qarakahyada  dəvrilib.  “Kitabi-Dədə  Qorqud”  dastanında  da  həmin 
söz  işlənmişdir (12, 43).
İrəx’ (is.) -  rəng. -- Əvin pencərəsini ağ irəklə boyadım.
Irəvan  əppəyi (is.) -   yemsSi  bitki.  -  İrəvan  əppəyi  yaz  ağzı,  bir 
də payız pitir, ağ da çiçəyi olur.
İrdələməx' (f.) -  seçmək. -- Qartolu irdələdim,  qoydum quyya.
İrgənci  (sif.)  -   iyrənci.  -   Bir  irgənci  adamdır,  bu  Əsgər 
tutdurnu,  buraxmır,  dağı  arana  aparır,  aranı  dağa,  sən  də  qalırsan 
mətəl.
İrpənrnəx (f.) -  iyrənmək.  -  Bacım ziyilli  qurv’ağadan yamanca 
irpəndi.
İrişməx  (f.)  -   yersiz  hınldamaq,  şit-şit  gülmək.  -N aginin  oğli 
Əhməd elə kimi görsə irişir, tişdəri heç örtülmür.
İrgün  (z.)  -  həmişə,  hər  vaxt.  -  İrgün  bu  uşağm  gözünün  yaşı 
əlindədi.
İrsiz  (sif.)  -   həyasız,  sırtıq.  -   Çox  irsiz  adamdı  bu  quluf 
müdürü Şakir.
İrz (sif.) -  sifət. — Qaranmxda qızın qavağma nəsə çıxıb,  onnan 
irzi qaçıf.
İrz-irəx' (sif.) -  sir-sifət.  ~ Xəstəlix'dən  xırda  nəvəmin  irz-irəyi 
qalmıyıf.
İrənd/Zirəd (is.) -  nişaıı,  iz,  sərhəd. -  Pay torpaxlarının arasmda 
irənd olor (Q., E.).
İrəmə  (sif.) -  dik, hündür yer. -  Traxtırrar irəmədə əkin  ediliər.
İrzə (is.) -  cəftə. -  Pəvə qapısmm irzəsi qınlıf düşüf yerə.
İrtməx  (is.)  -   büzdüm.  -   Qazın,  touğun,  eləcə  də  qounutı 
irtməyi pişəndə daddı olur.
Irakqı  (is.)  -  əl-üz  sabuııu.  -   Gəncədəki  qohumlar  uşaxlara 
gulqoxulu irakqı gətiriflər.
İrəfətə  (is.)  - təndirdə çörək bişirmək üçün içi  otla doldunümuş 
yastı kətan torba. -  İrəfətəynən təndirə çörəx' yapıllar.  İrəfətə olmasa. 
çörəx' təndirin badrna tap yapışmaz.
İzzixöm əx (f.)- bezmək.  Bir şeyə izzix[Jdinm i,  qutardı daha.
İsgənə  (is.)  -   dülgər  aiəti.  -Pencərənin  vanoyunu  iskənəynən 
yondum (B., X.,  E.).
İsrafçı  (sif.)  -   qənaətcil  olmayan.  -   Zəhrə  qan  çox  israfçı 
arvatdı,  cna yörə də hamı ona üz tutur.
İsfaha//isvaha -  üsullu,  səliqəli.  -  İsfaha iş görən  adam  indi  az 
tapıiar.
İsmarış 
(is.)  -   xəbər, 
sifariş.  -   İsmanş  göndərdim,
Daşkəsəndəki qohumlara toya gəlsinnər.
Ismarramax  (f.)  -   xəbər  göndərmək.  -   İsmarradım,  uşax 
Bakıdan gələndə bir əz noğul alıf gətisin.
İskələ  (is.)  -  ayaqaltı.  -   İskələnin  üstünnsn  usda  Nuru  yıxılıf 
qoiu  çatdıyıf.
İstahan  (is.)  -   buğdanı  qabıqdan  çıxanb  yarma  eləyən 
mexaniki  dəyirman.  Un  dəyirmanmdan  fərqli  olaraq  stahanda 
buğdanı  döyən  daş  dikinə  hərlənir.  -   Lellakana,  (Gümrü)  istahana 
yaımalıx döydürməvə bir meşəy ağ buğda aparmışdım (G.Ox.).
İsvai (is.) -  sübut. -  İndi gəl isvat elə,  bunu başa sal.
İşdənməx  (f.) -  şitənnmək.  -  Al.ı  da bu uşağınm  ağzma gəlmir, 
hər yetənə işdənir.
İşdəngi  (sif.)  -   şuluq,  nadinc.  -   Çox  işdəngi  uşaxdır  bu 
Namazm Mirisi.
İşarmax  (f.)  -   yaş  olmax.  -   Təpənin  altmnan  yaz  vaxtı 
həıuməşə su işarır.
İşqırıx//şqırıx  (is.)  -   hıçqıııx.  -   Nədəndisə  bu  tifil  yuxusunda 
da işqırır.
1.  İşgil  (is.)  --  qapmı  bağlayan  dəmir.  -   Qapmın  işgiiini 
salginən uşax-muşax aşmasm.
2.  İşgil  (is.)  -   boyunduruğun  ortasmdakı  deşiyə  salman 
nıöhkəm  ağac.  İşgil  iş+gir  sözündəndir.  İki  söz  birləşərək  sadə  sözə 
çevrilmişdir.  -   Boyunduruğa  qara  ağacdan  işgil  düzəldillər  kin, 
qmlmasm.
İşdix' (is.) -  qolsuz smqlı. -  İşdiyi geyməsəm,  soyuxluyaram.
İşdəx' (sif.)  - əməl. -  Osmanın işdəx'lərinnən xavann varmı?
İşdəx' (sif.) -  Çox işdəh adamdı Vəli kişi.


lşıxgözü//şıxgözü  (z.)  -   qaraımıx  düşməmiş.  -   İşdərim izi 
işıxgözü qutarax kin, əvimizdə qonax var, bizi gözdüyüilər.
İlcannı  (sif.)  -   dözümlü.  -Bu  Şərif  çox  itcaıım  adam dır,  h ər 
şeyə dözür.
İtix' (is.)  -  itən  əşya.  -  İtix',  adama çox pis  gəlir.  heş yadmxıan 
çıxmır.
İtyosunnu  (sif.)  -   itsifət.  -   O,  ityosuımuııun  üzünü  görəııdə 
hersdənirəm mən.
İtöldüsü  (is.)  -   qanqarahq.  -   Şər  qavışanda  qonşuda  bir  bir 
itöldüsü oldu.
İtxılı  (sif.)  -   çoxlu.  -   İtxılı  kimi  qolxozun  canma  daraşıflar 
Məmmədin uşaxlan.
İtkusdu  (is.)  -   uşaq  oyunu.  -Uşaxlax  itkusdu  oynuyullar 
qapıda.
İv  (is.)  -   saçm  bölünməsi.  -   Güləndam  saçmı  bir  neçə  ivə 
aym fhörm üşdü.
İtdirsəyi (is.) -  göz çibanı.  -  Uşağın gözünə itdirsəyi çıxıf,  onu 
yaman incidir.
İy  (is.) -  cəhrənin ip  dolanan mili.  -  Cəhrənin  iyi pasdı  olanda 
yumax çıxmır.
İyitmə  (sif.)  -  hər  şeydən  bır  həngama  çıxaran  adam.  -   İyitmə 
adamlar çoxdu indi, hər şeyə bir qulp qouliar.
İybaldır  (sif.)  -  əyribaldır.  -   İybaldır  Nuru  orda  dayamf nəsə 
güdürdü.
- K -
Kağa//kaha  (is.)  -   qoyun  saxlanan  kaha.  Güllübulaq  kəndinin 
cənub  şərqində  Arpa  çayı  dərəsindəki  qayahqda  qoyun  saxlamaq 
üçün  kahaiar  vardı.  -   Keçmişdə  Məşədi  Söyün  Arpaçayı  kağasmda 
qoun saxhyırmış; -Qara kahanm yolunda çox qəzalar oiuf.
Kağala  (is.)  -   qamış  və  ya  çubuqdan  hörülmüş,  toxunmuş 
səbət. -  İnəx'lərə öynədə bir kağala ot verirəm (G.).
Kağan  (is.) -  tikan. -  İştəpənin qavağmdakı  düzənnix'də  çoxlu 
kağan pitir.
K ahal  (sif.)  -   tənbəl.  -   Kahal  adamnan  nə  yaxşı  iş 
gözdüyürsən,  sən.
K al  (sif.)  -   bacarıqsız,  qanmaz.  -   Kal  adam  qanmazdığmnan 
çox şeyi bilmir.
KaUo//kaUoy  (sif.)  -  ot bitməyən  dağ.  -  Qar gec  əridiyinə bəzi 
hündür dağlarda ot bitmir. Ona görə də Kallo dellər.
Kalça  (is.)  -   camışın  bir  yaşında  olan  balası.  -   Kalça  yenə 
çamıra batıf gəlif.
Kalış  (is.)  -  qarğıdalınm  qurumuş  gövdəsi.  -  Kalış  göy  olanda 
mal yaxşı yeir.
Kalafa  (sif.) -  xaraba ev yeri.  -  Bozqaiadakı  kalafa evlərdən 3 
avtoy hörgü daşı y ığ ıf gətdix', əv tix'məyə.
K aiafahx (is.) -  xarabalıq. -  Çaldaşm yanmda bir kalafalıx var.
Kaian  (say.)  -   çox.  -   Kalan  adam  gəlmişdi  Bəhdaş  məllimin 
oğlunun touna.
Kalaş  (is.)  -   aiaq  otu.  -   Arpıyı  kalaş  basıf,  xavanmız  yoxdu 
(Q., E„ B.).
Kalxud  (sif.)  -   key,  qanmaz.  -   Kalxud  adamlan  çətin  başa 
salarsan.
Kambax  (is.)  -   xaraba,  uçuq.  ~  Üş  gündü  arvad  dədəsinin 
kambağma gedif,  g əlif çıxmır.
Kamaş  (is.)  -   təmbəkinin  bir  növü,  tütün.  -   Köhnə  kişilər 
kamaşı  qəzetə pü küf çəkirdilər.
1.  K arn  (sif.)  -   işəyarayan.  -   Əmim  uşaxlan  vəzifədə  olsalar 
da, kam  adamlar döüllər.
2.
  Karrı  (sif.)  -   bol,  çoxlu.  -   Uşax  bir  kam   iş  tapıf,  axıratan 
işdəsə, yaxşı olacax.
Karxana (is.) -  daş kəsilən yer. -  Qannıcamn karxanasını  88-ci 
üin  zəlzələsində  Gümrü  şəhərinin  uçuq  daş-kəsəyi  ilə  doldurdular 
tamam.
Karıx  (sif.)  -   ağıreşidən.  -   Kanx  adamlar  öz  tüşündüx'lərini 
annıyıllar.
Karroy  (sif.) -  kar.  - Karroy adam öz qandığını eJiyir.
Karvanqıran  (is.)  -   Kosmonim.  Zöhrə  ulduzu  (Venera). 
Karvanqıran səhərrər panlhyır.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə