Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

Kığlamax  (f.)  -   basdırmaq,  gizlətmək,  örtmək.  -   Y ayJada 
elədiyi oğurruğu Ağəli  elə kiğladı kin, heş kəs baş çıxarammadı.
Kilkə  (is.)  -  ərinmiş  kərə  yağm  çöküntüsü.  -   Y ayda  ərinən 
yağm kilkəsi az,  qışda ərinən yağm kilkəsi çox olur.
K ım az  (sif.)  -   xəsis  və  lovğa.  -   Bu  təzə  gələn  zotexnix'  çox 
qımazdı.
Kısqırmax  (f.)  -   iti  kiməsə  yönəltmək.  -   Getmişdim  C ələf 
kəndinə, köpəyuşağı erməni dığalan itdəri üstümüzə kısqırdılar.
Kısdırmaq  (m)  -   qənaət  etmək.  -   Lələm  kısdırdı  saxladı,  axrı 
noldu?
Kısdamax  (f.)  -  sıxışdırmaq.  -  Tərifə  arvat təzə  gəlnini  yam aıı 
kısdıyır.
Kısnämax  (m.)  -   ehtiyat  etmək,  qorumaq.  -   Hammı  kısnam ax 
olmur ha.
Kifləmə  (is.) -  an xəstəliyi. -  A nnın kötüyü nəm  yerdə olanda. 
həm də an zəif olanda kifləmə xəstəliyinə tutulur.
Kilit  (is.)  -   açar,  -   Qapıya  vurduğxım  kilit  açılmadı,  m ən  də 
qırdım,  tökdüm.  M.Kaşqarhnm  “Divan”ında  həmin  söz  kirit 
formasında işlənmişdir (IV.303).  Belə bayatı da var:
Getdim aya baxmağa,
Qapıya kilit taxmağa.
Oğlan xma göndərif,
Qız əlinə yaxmağa.
Kilitdəməx'//kitdəməx'  (f.)  -   açarla  bağlamaq.  -   Q apıyı 
kitdəməyi unutmuşam.
Kin,  kün,  kın,  ki (b.) - Bağlayıcı kimi üç variantda işlədilir.  Baş 
cümlədən  sonra kin,  kın,  kün daha çox  işlənir. -  Bir də  gördüm kün, 
budu  gəlir;  Onda  bildim  kin,  Yetim  İdris  qız  qaçırdıf;  Baxdım  kin, 
uzaxdan maşın gəlir.
Kinə  (is.)  -  tabletka.  -   Hamasadakı  əvdix'dən  bir  kutu  tımo 
kinəsi aldım.
Kir  (is.)  -   çirk.  -   Şalvarı  yaylaxda  o  qəddər  geyif kin,  k in   də 
çıxmır.
Kirşoy  (sif.)  -   saçm  və  ya  paltann  təmiz  yuyulmaması.  -  
Yaylada yuyulan paltar kirşoy olur həmməşə.
Kiriş  (is.)  -   hasil  olmuş  mal  gönündən  nazik  formada 
hazırlanan cəhrə ipi. -  Cəhrənin kirişi boşaldığmnan iyi firratmır.
Kiriməx'  (f.)  -   susmaq.  -   Bu  Yunus  kiriməx'  bilmir  ha,  kuş 
kimi ötür.
Bəzi mənbələrdə kiri(mək)  felini erməni  dilindən ahnma hesab 
edirlər.  Ancaq bu  əsassızdı.  Çünki  heç  vaxt başqa dildən  dilimizə  fei 
keçməyib.
Kirimiş  (sif.)  -   sakit.  -   Haxartana  desən  kirimiş  uşaxdı 
Fatmamn qız nəvəsi.
Kirnaz//qımaz  (sif.)  -   təkəbbürlü,  lovğa.  -   Kımaz  qızdı 
Sənbərin qızı Ədilə.
Kirt  (z.)  -   yan,  tən.  -   Qapıdakı  torpağı  qardaşımnan  kirt 
böldüx'.
1.  Kirtix'  (n.,s.)-  dənə,  qəlib.  -   Ay  gəlin,  tükannan  mana  4 
kirtix' sabın alginən.
2.  Kirtix'  (is.)  -   işlədilmiş  sabunun  hissəsi.  -   Sabmnann  laf 
kirtiyi qalıf.
Kirtizdəməx'/ldrkitləməx  (f.)  -   toxunan  xalçamn  ilməsini 
düyüb  bərkitmək.  -   Hanadakı  xalçıyı  oxartana  kirtizdədim  kin, 
qollanm la f duruf'.
Kirtiz  (is.)  -   ipı  nazildən  mıxça.  -   İnin  yunnu  kirtiznən 
yolullar.
Kirmişcə  (z.)  -   səssizcə,  sakit.  İsfəndiyann  bum u  nədənsə 
əyilif,  qapımızdan kirmişcə keşdi,  salam vermədi.
Kirkit (is.) -  kilim,  xalça,  həsir və digər toxunan şeyləri xanada 
döyüb  bərkitmək  üçün  taxtadan  hazırlanmış  ikidişli  alət.  -   Kirkidi 
bərt ağaşdan düzəldillər.  Belə bir xana bayatısı da var:
Maralm izi hanı?
İzi var, gözü hanı?
Kirkit, sən buynuzusan,
Bəs maral özü hanı?
Kirkitdəm əx’  (f.)  -   xanada  toxunan  iləmələrin  kirkitlə 
döyülərək  bərkidilməsi.  -   Toxunan  xalçam  kirkitdəməsən  tez 
sökülür, həm də seyrəx' olur.


Kikra//kirkirə  (is.)  -  əl  dəyirmam.  -   Kirkirə  tişəx'dən 
tüşdüyünə bulğuru çox iri çəx'ir.  Kirkirəynən duz da çəx’irdilər.
Kobnx  (is.)  —  çiçəkli  qanqalın  özəyi,  şirintəhər  dadı  olan 
yeməii bitki. -  Göllünün seioyunda yekə kovuxlar biter.
Kox (is.)  -  əkin,  biçin  yerlərində,  taya  və  xırmanda  müvəqqəti 
düzəldilən  daxma.  -   Pçin  vaxtı  koxu  Yalaxlımn  üstündə  qurordux 
kin, hər tərəf əl içi kimi görünsün (B., Q.).
Koğuş  (is.)  -   qayada  olan  boş  yer.  -   Arpaçaym  dərəsindəki 
qayalıxda iri koğuşdar var.  Orda quş yuvaları da çoxdu.
Kola  (sif.)  -   buynuzsuz  keçi.  -   Bir  kola  keçimiz  vanydı,  çox 
sakit gəzirdi.
Kom  (is.)  -   qış  aylannda  qoyun-quzunun  saxlanıldığı  tövlə.  -  
Komun kərməsini kəsmoyin vaxtıdır, çox qalınnıyıf sadnr.
1.  Koma  (n.s.)  -   top.  --  Əvin  yamndakı  divəyin  böyrünə  bir 
koma qanşqa yığılıf.
2.  Korna  (is.)  -   kiçik  daxma.  -   Xırmanm  vanında  qaroyuldan 
ötrüm bir koma düzəldiflər.
Komalaşmax  (f.)  -   toplaşmax.  -   A niar  bir  yerə  komalaşıflar, 
deəsən təzə ana çıxır pətəx'dən.
Konullanmax  (f.) -  həvəslənmək,  razılaşmax.  -D əsəıı Miirsəlin 
qızı konullanıf. Valehə ərə getməyə.
K or (sif.) -  iti olmayan (bıçaq, balta, kərki,  iskənə və s.).  - Kor 
pıçaxnan malı, qoyunu kəsməx' çox günahdır.
Kora  (is.)  -   mismar.  -   Əvin  kirəmidini  vurmağa  3  kiloy 
kirəmit korası aldım.
Koralamax (f.) -  basdırmaq. -  Əvin üstünü birtəhər koraladım.
Korafdhim  (sif.)  -  bacanqsız,  diqqətsiz.  -  Korafəhim uşağa  nə 
desən, nə.
Korumax  (f.)  -   zəifləmək.  -  Bəyaxdan  təndir  koruyuf,  deəsən 
badı qızdırmıyacax.
Korxuşmax 
(f.) 
 
danxmaq, 
bezmək. 
-  
Nəvəm
əsgəmydəydədi, anası yaman korxuşur.
Korşumax (f.) -  koralmaq. -  Dəhrə korşuyuf, əti çapbır.
Koruxşamax  (f.)  -   kütləşmək,  kəsərdən  düşmək.  -   Kərkiyi 
qonşumuz  Xurşud  aparmışdı,  korası  olan  ağacı  yonduğuna 
koruxşuyuf.
Korruxdan  çıxmax  (f.)  -   çətinlikdən  çıxmaq.  -   Uşax  yaman 
xəstəydi, şükür Allaha kom ıxdan çıxdı.
Korun-korun  (z.)  -   yavaş-yavaş.  -   Seviyə  ufax  kömür 
tökdüyümüzdən korun-korun yaner (X., B., E.).
Kotrnel  (sif.)  -   sifətdən  çirkin,  bumuəyri.  -   Qasım  kişi  bir 
kotmei adamıydı.
Kozar  (is.)  -   döyülən  taxılm  içində  qalan  sünbüllər.  -   Taxılın 
kozanm  təmizdədix'  (Ç.).
Köçəri  (is.)  -   oyun  havası.  -   Göllülü  Zumaçı  İsənin  çaldığı 
“Köçəri”yə göydə quşdar da oynuyurdu.
Köfşm//kəfşən  (is.)  -   otlaq  sahəsi.  -   Quraxlıx  olduğuna 
kəfşənm otu quruyuf tamarn,  yağam x başdasaydı, göyərərdi.
Köhləməx  (f.)  -   paltann  əllə  müvəqqəti  tikilməsi.  -   Donu 
köhlədim,  bir əzdən maşnıya verəcəm.
Köhlü-köməşdi  -   yerli-dibli,  hamısı.  -   Bayramda  köhlü- 
köməşdi babamgilə getmişdix’.
Kökə//koka  (is.)  -  uşaqlar üçün təndiıdə  bişinlən kiçik çörək. -
0  vədə uşaxlara koka pişirərdilər.
Kökələnməx'  (f.)  -   kökəlmək,  böyümək.  -   Niyann  xırdası 
yaman kökələnif.
Kölüx' (sif.)  -  buynuzsuz qoyun-quzu. -  Kölüx qoun sakit olor, 
həm də qorxusunnan süriinün. qvrağmda gəzer (Q., B., E.).
Kölgələnəcəx [//köigənəcax' (is.) -  kölgəlik. -  Çaxmağın altında 
şəköi  pazısı  yığırdıx, uşaxlara kölgələnəcəx' qayırmışdıx (M.).
Kölgə iiəndə  (z.) -  günorta.  -  Kölgəitəndə hava çox qızdırdı.
Köləməx'  (f.)  -   daşı  yonmaq.  Usda  Nəbiyə  əvi  tikdirirəm,  bir 
gi'ın daşı kölüyür, o biri giin tufar qoyur (S.).
J.Köməşməx'  (f.)  -   ruhdan  düşmək.  -   Bu  pis  xavardan  söra 
köməşif qalmışam  mətəl.
l.K öm əşm əx'  (f.)  -   toplaşmaq.  -   Quzular  nədənsə  ülküf
köməşifıər.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə