Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

Qaradavan  (sif.)  -   uğursuz,  xeyir  gətirməyən,  -   Orıun 
qaradavannığını  onda  gördüm  kin,  quzulan  eşiyə  çıxartnıışdım,  o  
görənnən söra üçü xəstələndi.
Qaraboğaz  (is.)  —  quş  adı.  -   Uşaxlar  kışda  cələynən  çoxlu 
qaraboğaz tutullar. Əmə qaraboğazın yağlı əti olur.
1.  Qarğın  (is.)  -   Qar  suyunun  axdığı  yer.  -   Odu,  qounnar 
qarğmm ətəyində otduyullar.
2.  Qarğın  (is.)  -   qar  suyunun  birdən  axması.  -   Əvin 
qabağuman bir qarğm getdi kin, yol-izi də tamara basdı.
Qara  arxac  (is.)  -  böyiik  qoyun yatağı.  -  Qara  arxaşdar dağm 
daşdı yerində, günöydə olur müdam.
Burda  qara  “böyük:’  mənasmdadır.  Ağbabada  Qaraarxac 
makro oronimi də vardır.
Əzizim Ağlağandı,
Qararxac Ağlağandı.
Gedək dırddi yanına,
Görəh kim ağlağandı.
Qaraçıx  (is.)  -  yağışlıq  olanda  taxıla  düşən  xəstəlik.  -  Buyıl 
yağam x taxıla qaracıx saldı. 
^
Qaralamax  (f.) -  kimin haqqmdasa pis  fıkir yaymaq.  -  Məsim 
məllim harda olsa.  direxturu qaralıyır.
Qarqara  (is.)  -  ərimiş  qarrn  suyu.  -   Qarqara  suyu  əliııə 
dəydimi, dəriyi çataadır.
Qarayel  (is.)  -   dağ  yeli,  şimal  küləyi.  -  Ağbavada  avqustun 
onunnan söra bir qara yel əşir,  otu-ələfi tamam qurudur.
Qara  yellə  (is.)  -   çilik-ağac  oyununda  çiliyi  vurmamn  bir 
növü. -  Səməd yaman qara yellə vurur.
Qarasakqız olmaq  (f.)  -   davakar  olmaq,  höcətlik  etmək.  -   Bu 
Kərəm də qarasakqız oiuf asıidı yaxamdan, əl çəx’mir kin, əl çəkmir.
Qara yaz  (is.)  -  yazm  ilk  ayı  (mart  ayı).  -  Qara  yazdan  bərim 
havalar heş düzəlmir kin düzəlmir..
Qarayer  (is.)  -   məzar,  qəbir.  -   Elə  kin  vaxtm  gəldi  qarayer 
heş bir  şeyə baxnıır,  apanr.  Belə bir qarğış  da var:  - Ayıbını  qara yer 
örtsün. Qarayerə girəsən səııi.
Qaratisəx' (is.) -  çənli,  dumanlı havada toz kimi yağan yağış. -  
Dağ tərəfdən qaratisəx' gəlir.
Qaragünnüx' (is.)  -  dar  gün üçün saxlanılan ərzaq  məhsulu. -  
“Hər  kişinin  qarayünnüx'  üçün  bir  əz  saxlancı  olmahdı”  -   deyərdi 
Yasin kişi.
Oaragünə  (is.) -  pis gün.  -  Qurban maşını ap an f b atm f çayıra, 
qaragünə qoyuf.
Qaramat/Zqərəmət  (is.)  -   fikirli,  qəmli.  -   Oğlum  şəhərə 
getmişdi,  çox gecix'diyinə məni qərəmət basdı.
Qaragünə  qalmax  (f.)  -   pis  günə  qalmaq.  -   Əri  ölənnən  söra 
Sona 5  ıışağı ilə qaragiinə qaidı.
Qaradiş  -   3  yaşmdan  yuxan  erkək  qoyun.  -   Qaradişin 
qavırması kışda yeməli olur.
Qarazırtıx  (sif.)  -   eybəcər,  çirkin,  kifır.  -   İslamm  xırda  qızı 
qarazırtığm biridi,  onu kim bəyənəcəx' (Çax.).
Qara  düşm əx'  (f.)  -   yazbaşı  əriyən  qarm  panltxsmdan  gözün 
ağnması.  -   Uşax  çöldə  o  qədrə  xizəx'  m inif kin,  gözünə  qara  tüşüf 
(D.).
Qaradavan  (sif.)  -   uğursuz,  xeyirverməz.  -   Bu  Xeyransa  çox 
qaradavan adamdı.
Qarayanıx (sif.) -  gürıün qabağında işləməkdən yanıb qaralmış 
adam. -  Qarayamx adamın sifətinnən bilinir kin, hardasa işdiyir.
Q am ax (is.) -  dağrn və dərərıin quzeyində yayda qar qalan yer.
-   Yasdı  adamlar  xəstəliyəndə  uşaxiar  qamaxdan  qar  gətirillər  ona. 
(Qar.)
1.  Qart  (is.)  -   qoca,  yaşlı  (toyuq,  xoruz  və  s.).  -   Noyruz 
bayıamma  kəsməyə  iki  qart  xoruz  saxlamışam,  bir-birilə  yola 
getmillər,  döyüşüllər.
2.  Qart  (is.)  -  gec  evlənən  oğlan  (qız). -  Osman qızmı bir qart 
gədiyə vcrif,  35  yaşı var.
Qart (s if) -  vaxtı keçmiş bitki. -  Qart qımını yığmıllar ha.
Qartalmax  (f.) -  vaxtı  keçmək...  -  Əminənin  qızı  qartahf qalıf, 
düz qırx yaşı var,  ta onu kim alajax (G.,  Q., B).
1.  Qaraqayış  (is.)  -   kctana  qoşulan  ikinci  cüt  öküz.  -  Əkındə 
qaraqayışa çox  güc tüşür.


2. 
Qaraqayış (is.) -  ağır işlərə tab gətirən,  hər əziyyəti qatiaşan 
adam.  -   Qaraqayış  Xəlid  çox  işləh  adamıydı,  işdəməhdən 
yorulmurdu.
Qarapərə  (is.)  -   yalandan  hay-havar  tökmək.  -   Getmişdim 
qardaşımdan borc pul  istəməyə,  yengəm bir qarapərə tökdü kin,  kor- 
peşman geri qayıtdım.
Qaroy (is.) -  axşamtərəfi  zəif görmə.  -  Gözüm  andır da  qaroy 
oluf,  şərqavışanda heç şeyi seçəmmirəm.
Qaroyul  (is.)  -   gözətçi.  -   Qalxoz  sədri  xırmana  ıki  qaroyul 
qoyufdu.
Qaroyolçu  (is.)  -   peşə.  -   Gözümü  açannan  bu  H əbif 
qaroyolçudu.
1.  Qardaşdıx  (is.)  -   dostlux.  -   Əvvəllər  çox  döyiişürdülər 
Nuruynan Azad, əmə indi qaradaşdıx oluflar der.
2.  Qardaşdıx  (f.)  -   öyə  (ögey)  qardaş.  -   Məsim  Nurunun 
doğma qardaşı döl, ata bir qardaşdığıdı.
Qarrahlanmax  (f.)  -   kiməsə  arxalanmax.  -   Bu  sədir  ki  var, 
kiməsə qarrahlamr, yoxsa bu nədi gündə bir hoqqa çıxardır.
Qarrax  (is.)  -   tövlədə  qan  əridib  suya  çevirmək  üçün 
hazırlanmış  xüsusi  yer.  -   Qar  çox  olan  kəntdərdə  keçmişdə  pəyədə 
qarrax düzəldirdilər kin, içəridə mal-qoun su işsin.
Qarsalamax  (f.)  -   yandırmaq.  -   Təndir  oddu  olduğuna  ilkinə 
yapılan çörəxlər qarsalandı.
Qarmax (is.) -  tayadan otçəkən  alət (buna çəngəl  də  deyilir).  — 
Qarmağı tayya soxanda qırdrnı (Ög.).
Qartdamax  (f.)  -   -  Boz  düə  yaman  qartdanır,  dəsən  onun 
gənəsi var.
Qarmnamax  (f.)  -   ev  divanmn  uçma  təhlükəsi.  -   Əvin  tufan 
yaman qannnıyıf,  qorxuram uça, bizi yaman günə qoa.  (Qar.)
Qarm-qarta (is.) -  mal  içalatı. -  Qann-qartanı  da təmizdəməx’ 
çətin olor.
Qarsımax  (f.)  —  yandırmaq.  -  Eşix’də  çox  souxdu,  ha  eliyif 
bulaxdan su gətirənə kimi ayaz əl-üzümü qarsıdı.
Qarmotaran  (sif.)  -   boğazkar,  hara  oldu,  orda  yeyən.  -  
Qannotaran adamlar, toydan bir giin əw əl çörəx' yemillər.
Qarış  (n.ş.) -  ölçü vahidi. -  Bir qanşm 
20 
santımdır.
Qarğaburnu  (is.)  -   qapı  cəftəsi.  -   Qadan  alem,  qarğabumunu 
aşağı  sal, qapı açılmasm (Q.B.E.).
Qarı  (is.)  —  qoyunun  qabaq  qolunun  ayaqdan  yuxan  hissəsi.  -  
Qızm yengəsi  oğlan əvinə qan pişirif aparar.
Qanxdırmax/fkarıxdırtnax  (f.)  -   çaşdırmaq.  -   Bu  sağolmuş 
məni elə qanxdırdı kin. üzümü də qırxammadım.
Qartanf/xərtən  (n.s.)— qədər.  -  Bu  qartan//bu  xartan  soux  oldu, 
ama sular hələ donmuyuf.
Qaralamax  (f.)  -   gözdən  salmaq.  -   İraykom  xırmanda  sədri 
yaman qaraladı,  deəsən çıxardajax.
Qannalamax (f.) -  tez sahib olmaq (yeməx). -  İttər acıydı,  sür- 
sümüyü göydə qarmaladılar.
Qarımış  (z.)  -  ərlik  vaxtı  keçmiş  qız.  -   Dilbann  Süsənbəri 
qanm ış qızdı, ta onu kim yaxın duracax.
Qartoy (sif.) -  vaxü  keçmiş.  -  Evlənmə vaxtı  keçmiş qız və ya 
oğlana kinayə ilə qartoy delərdi.
Qartdanmax  (f.)  -   qaşınmaq.  -   İt  yaman  qartdanır,  dəsən 
gənəsi var,  andınn.
Qartalmış  (sif.)  -   köhnəlmiş,  vaxtı  keçmiş,  qocalmış.  -  
Qartalmış qımının  turşusu pis  olur.  Qartalmış qızı kim aiacax bunnan 
söram.
Qartdaşmax  (f.)  -   qazlann  dimdiyi  ilə  bədənini  qaşıması.  -  
Qazdar yaman  qartdaşır,  dəsən pitdəri var.
Qartdalanqaz/Zqartdanqaz  (is.)  -   odlu  təndirdə  həddən  çox 
qurumuş çörək. -  İlkinə yapılan çörəklər qartdalanqaz olur.
Qart-qart  (z.)  -   lovğa-lovğa.  -  Bu  Adışirinin  oğlu  əsgər gedif 
gələnnən  söram  çox  qari-qart damşır.
Qartounu  qaldırmax  (f.)  -   hoydu-hoyduya  qoymaq.  -   Bu 
qonşu’lar  da  bir  şey  eşitdıləmıi,  o  sahat  onun  qartounu  qaldınllar 
(M ).
1.  Qasnax  (is.)-  ələk  və  ya  xəlbirin  əsas  taxta  hissəsi.  - 
Xəlbirin qasnağı  q m lıf tökülüf.
2.
  Qasnar.  (ıs.) -  araba təkərinin dairə şəklində olan dəmir şini.
-- Təkəri  saxhyan qasnaxdı.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə