T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə33/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

İlişmə
muftasının
ayırıcı
intiqalı

Avt—bildə qüvvəni, məs,sürücüdən hər hansı bir mexanizmə ötürmək ücün intiqal
mexanizmələri mövcuddur. Friksion sürtünmə muftasının intiqalı mexaniki, hidravlik


və ya elektromaqnit ola bilər.Avt—llərin əksıriyyətində mexaniki və hidravlik
intiqallar tərbiq edilir.Elektromaqnit intiqal nadir hallarda, əsasən, ilişmə prosesinin
idarə edilməsinin avtomatlaşdırılması zəruri olduqda tətbiq edilir.Idarə edilmənin
sadələşdirilməsi ücün bəzi avt—lərdə İM-da intiqalında pnevmatik və vakuum
gücləndiriclər tətbiq edir.Kicik minik avt—llərində İM-nin intiqalı kimi tez-tez
mexaniki tros intiqalından istifadə edirlər.Onun üstünlüyü sadəliyi və ucu zluğudur.Belə
tipli intiqalda friksion üstlüklərin yeyilməsi İM pedalının vəziyyətinin dəyişməsinə
səbəb olur.Buna görə da tro intiqalının konstruksiyasında, adətən,əllə və ya avtomatik 
nizamlanma imkanı nəzərdə tutulur.İlişmə muftasının (şəkil 3.20) pedalı 1 buraxdılqda
aparılan disk 10 nazimçarx 9 və sıxıcı disk 8 arasında sıxılır.İlişmə muftasının belə
vəziyyəti qoşulmuş hesab edilir, çünki mühərrik işlədikdə güc və burucu moment
nazimçarxdan və sıxıcı diskdən sürtünmə qüvvələri hesabına aparılan diskə 10 və
ötürmələr qutusunun aparan valına 11 ötürülür. Ilişmə muftasının pedalını basdıqda, 
intiqalın trosu 2 örtükdə 3 hərəkət edir və ayrıcı çəngəl briləşmə nöqtəsi ətrafında 
dönür. Çəngəlin sərbəst ucu sıxıcı yastığı 5 sıxır, nəticədə o nazimçarx istiqamətində 
hərəkət edir və diafraqma yayın ləçəklərini sıxır,onlar isə nazimçarxı geri çəkir.Bu
halda aparılan disk onu nazimçarxa sıxan qüvvənin təsirindən azad olur və ilişmə ayrılır. 
Ilişməni qoşmaq üçün pedalı səlis buraxmaq lazımdır.Pedalın buraxılması prosesində 
aparılan diskdə qüvvə tədricən artacaq. Buna görə də diskin nazimçarxa nəzərən 
sürüşməsi və onların tam birləşmə anına qədər səlis birləşməsi baş verəcək. Ilişmə 
muftasının hidravlik intiqalında mayenin sıxılmayan olması xüsusiyyətindən istifadə 
edilirİşçi maye kimi hidravlik tormoz intiqalında istifadə edilən maye istifadə olunur. 
İntiqal öz aralarında boru xətləri ilə birləşdirilmiş baş və işçi silindrlərə malikdir. İşçi
silindrin porşeni itələyici vasitəsilə İM-nın ayrıcı çəngəlinə təsir edir.Çəngəl sıxıcı yastıqla 
əlaqəlidir.İntiqaldan havanın kənar edilməsi üçün hidravlik intiqalın silindrlərində xüsusi 
klapanlar yerləşdirilir. Bəzi hallarda İM-nın hidravlik intiqalında dempferləyici quruluş
yerləşdirilir,o, ilişmə muftasının işi zamanı yaranan rəqsləri söndürür. Ilişmə muftasının 
intiqalının baş silindri 3 kiçik bakla 6 birləşmişdir.Silindrdə seyrəklik yaranan bakdan 
silindrə işçi maye daxil olur.Silindrin daxilində porşenlər 4,5 yerləşdirilib.Kipləşməni 
təmin etmək üçün porşenlər kipləşdirici halqa və manjetlə təmin edilir.Qızmadan 
genişlənməvaxtı maye deşiyi vasitəsilə silindrin boşluğundan baka qayıdır. Pedal 1 
basıldıqda qüvvə itəyici 2 vasitəsilə itələyicinin 4 və baş silindrin porşenlərinə 5 ötürülür 
və porşenlər yerini dəyişir.Porşen baka qayıtma deşiyini örtən kimi, silindrdə təzyiq artır 
və təzyiq boru xətti 7 vasitəsilə işçi silindrə 8 ötürülür. İM-nın pedalının buraxılması 
mayenin əksinə axmasına və birləşmənin qoşulmasına səbəb olur.Bu halda mayenin 
təzyiqi yayı sıxaraq əks klapanı açır və mayenin çox hissəsi işçi silindrdən baş silindrə 
axır.İntiqalda mayenin təzyiqi yayın sıxma qüvvəsindən bir qədər az olduqda,klapan 
bağlanır və sistemdə mayenin kiçik izafi təzyiqi qalır.Bu intiqalın mexaniki hissəsində 
bütün araboşluqlarının aradan qaldırılması üçün lazımdır.İM-nın pedalını kəskin 
buraxdıqda maye intiqaldan silindrə qayıdaraq porşenin arxasındakı həcmi doldurmağa 
çatdırmır və silidrin boşluğunda seyrəklik yaranır.Bu seyrəkliyin təsiri ilə maye
bakdan tədrici buraxma klapanından keçməklə porşrnin boşluğunu axmağa başlayır. 
silindrdə seyrəklik aradan qalxana qədər mayenin axması davam edir.İM-nın işini
asanlaşdırmaq və pedala təsir edən qüvvəni azaltmaq üçün İM intiqalında


gücləndiricilər istifadə olunur.Kompakt modulda yerləşdirilmiş elektrik intiqalı
hidronasos sürücü pedalı basdığı anda isə düşür, pedalda tələb olunan qüvvə
100N-dan çox olur...... 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə