T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə77/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Yarımqoşqular. 
Yarımqoşqular yəhərli dartıcı avtomobillərə qoşularaq işlədilmək üçün nəzərdə 
tutulmuşdur. Yarım Qoşquların yükgötürmə qabiliyyətindən asılı olaraq onlar biroxlu, 
yaxud ikioxlu buraxılır. Yarımqoşquların çoxu furqon tipli kusovlu buraxılır.Belə 
yarımqoşquların bütöv metal yaxud qaynaqlanmış daşıyıcı konstruksiyalı kuzovu vardır. 
Bu kuzov əsasdan və əyilmiş qövs şpanqout şəklində hazırlanmış və əsasən 
pərçimlənmiş ya da qaynaqlanmış karkasdan ibarətdir. Yarımqoşqunun kuzovunun 
döşəməsi pilləlidir, arxa hissəyə getdikcə aşağı enir. Əsasın qabaq hissəsində dartıcı 


avtomobil ilə birləşdirmək üçün dayaq-qoşma qurğusu vardır. Dayanacaqda (dartıcı 
avtomobilsiz) üfüqü vəziyyətdə saxlanıla bilməkdən ötrü yarımqoşqu dayaq qurğusu ilə 
təchiz olunmuşdur. Dayaq qurğusu diyircəkli teleskopik dayaqlar şəklində olub, hərəkət 
zamanı yığışdırıla bilər. Yarımqoşquların hamısında dartıcı avtomobilin tormoz 
sistemindən ötürücü olan təkər tormozları, habelə dayanacaq tormozları qurulur. 
Yarımqoşqularla işləmək üçün yəhərli dartıcı avtomobillərdən istifadə olunur. Yəhərli 
dartıcı avtomobillər Respublikamızda istehsal olunan yük avtomobillərinin əsas 
modellərinin bazasında buraxılır.Yəhərli dartıcı avtomobillər qısabazalı düzəldilir (onların 
qabaq və arxa oxları arasındakı məsafə yük avtomobillərinin qabaq və arxa oxları 
arasındakı məsafədən kiçik olur). Yəhərli dartıcı avtomobillərin kuzovu yoxdur. Bunun 
əvəzinə çərçivənin arxa hissəsində yırğalanan dayaq-qoşma qurğusu qoyulur. 
Yarımqoşqu həmən qurğuya söykənir.Yırğalanan yəhər qurğusu əsasdan (1), dayaq 
lövhəsindən (2), və balansirdən (4) ibarətdir. Əsasın lövhəsi dartıcı avtomobilin çərçivəsi 
üzərində yerləşdirilmişdir. Balansir və yəhər lövhəyə oynaqlı birləşdirilir. Balansirin oxu 
dartıcı avtomobilin oxu boyunca yönəldilmişdir və yəhərə (balansirlə birlikdə dartıcı) 
balansirlə birlikdə dartıcı avtomobilin köndələninə yırğalanmağa imkan verir. Yəhərin 
oxu dartıcı avtomobilin oxuna perpendikulyar vəziyyətdədir və yəhərə uzununa 
istiqamətdə yırğalanmağa şərait yaradır.Yarımqoşquya qoşulmaqdan ötrü yəhər 
yarımavtomat qıfıl qurğusu ilə təchiz olunmuşdur. Avtomobil qatarının özbaşına 
ayrılmasının qarşısını almaq üçün qoruyucu (3) nəzərdə tutulmuşdur. Qoruyucu qoşulma 
qurğusunu bağlı vəziyyətdə saxlayır. 



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə