T texniki kolleci


Ağır yük daşıyan –yarımqoşqular və qoşqular



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə79/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Ağır yük daşıyan –yarımqoşqular və qoşqular.
Ağır yük daşıyan – yarımqoşqular və qoşqular ayrılmayan iri qabaritli həmçinin qabaritsiz 
və ağırçəkili yükləri daşımaq üçün nəzərdə tutulub.Bu yüklərə müxtəlif inşaat, yol 
,yerqazan maşınlar,arqeqatarlar ,sənaye obyektlərin avadanlıqıları ayrılmayan tikinti 
bloklarına aiddir. Ağır yük daşıyan – yarımqoşqular və qoşquların konsturksiyasına 
qoyulan tələblər:1)Xüsusi çəkisinin maksimal dərəcədə aşağı salınması ( avtomobil 
yollarının saxlamı təmin etmək üçün. )2)Çərçivənin (optimal ) və yükdaşıyan hissənin
optimal konstruksiyası – yükün rahar yerləsğşdirilməsi üçün. 3)Minimal qabarit ölçülər – 
Yolun qabarit məhdudiyyətlərinə maksimal dərəcədə uğunlaşdırmaq üçün. 4) Ən kiçik 
yükləmə hündürlüyü – yükləmə və boşaltma işlərinin rahar aparılması üçün. 5) Yüksək 


manevretmə qabiliyyəti – ümümi nəqliyyat şəbəkəsi yollarında hərəkəti təmin etmək 
üçün. 6) Yükləmə - boşaltma işərini yüngülləşdirmək üçün qurğuların tətbiqi.Ağır yük 
daşıyan – yarımqoşqu və qoşquların komponovka sxemləri çərçivənin və təkərlərin bir-
birinə qarşı yerləşməsidir.1-ci sxem –çərçivə təkərlərin üstündə yerləşir.Burada sadə 
konstruksiya və kiçik uzunluqla fərqlənir.Çatışmayan cəhəti – yüksək yükləmə 
hündürlüyü ( 1,5 m-ə qədər və daha çox) və ağırlıq mərkəzinin hündürdə yerləşməsinə 
görə dayanıqlığın pis olması ,Konstruksiyasına görə çərçivə düz və pilləli ola bilər.Düz 
çərçivəli ağır yük daşıyanla (qoşqular) adətən qoşqu daşımaq üçün nəzərdə tutulur.Pilləli 
çərçivə yastı (dayaz səthi ) yük daşıyıcı hissədən və onun səviyyəsindən yuxarıda 
yerləşən pillədən ibarətdir.Pillə dönmə aralığına söykənir.
2-ci sxem –çərçivə qabaq və arxa təkərlər arasında yerləşdirilir (aşağı çərçivəli 
).Yarımqoşquda çərçivənin pilləli elementi dartıcı avtomobillə bərkidilir.Qoşqu 2 eyni 
arabacıqdan ibarətdir.Müsbət cəhəti- yüksək olmayan yükləmə hündürlüyü və 
yaxınlaşdırılmış dayanıqlığında.Əsas çatışmayan cəhəti – çoxaldılmış uzunluğudur.
3-cü sxem – çərçivə 2 lonjerondan ibarətdir.Bu lonjeronlara yük asılır.lonjeronların 
(çərçivə ) 2 arabacığa dayaqlarla bərkidilir.
4-cü sxem- çərçivəsiz konstruksiya yük kronşteyinlərə asılır və onunla birgə bir aparan 
konstruksiyadan-ibarətdir.
Ağır yük daşıyıcıların əsas hissələri bunlardır : çərçivə,arabacıq,döndərmə qurğuları 
,tormoz sistemi, elektrik avadanlığı sistemi ,yük- boşaltma.Qoşqu əsasən çərçivədən, 
ona da arxa körpü ressor vasitəsi ilə bərkidiləb, qabaq dönmə arabacığı çarxlarla birlikdə 
çərcivəyəalt ilə birləşdirilir.Avtomobil nəqliyyatında ağır yükgötürmə qabliyyəti qoşqular
adi qoşqulardan konustruksiyasının mürəkkəbliyi ilə fərqlənir.Bu prinsiplər 3 oxla 20 
tonlu,4oxlu 60 ton və daha böyük tonlu olurlar.Aşağı-çərçivəli qoşqularda yükdaşıyıcı 
hissə adətən platforma formasında hazırlanır
AVTOMOBİL MÜHƏRRİKİNİN NƏZƏRİYYƏSİ.
Daxili yanma mühərriklərinin ideal və nəzəri tsiklləri. 
Daxili yanma mühərriklərində istilik enerjisi mexaniki enerjiyə bir sıra ardıcıl fiziki-
kimyəvi və termodinamik proseslər vasitəsi ilə çevrilir. Bu proseslər birlikdə periodik, 
dönməyən və açıq tsikl təşkil edir.Belə tsiklə iş tsikli və ya real tiskl deyilir.Real 
tsiklin gedişinə konstruktiv amillər(silindrin təmizlənməsi və doldurulması,sıxma 
dərəcəsi, yanıcı qarışığın hazırlanma üsulu, qazpaylama üsulu,qazpaylama fazaları və 
b.). tənzimləmə parametrləri(qarışığın miqdarı və tərkibi) və mühərrikin iş rejimi (yük
və dövrlər sayı) təsir göstərir. Mühərrikin silindrində istilik enerjisinin mexaniki enerjiyə 
çevrilməsi prosesinin bu cür sadələşdirilməsi nəticəsində real tsikllər ideal tiskllərə
çevrilir. İdeal tisklin xüsusiyyətləri aşağıdakılardır.1)tiskldə istifadə olan işçi istilik
tutumu sabit olan qazdır. 2)tisklə sərf olunan müddətdə işçi cisimin miqdarı və tərkibi 


sabit qalır.Deməli tsikldə silindrin yanma məhsullarından təmizlənməsi və yeni qarışıqla 
doldurulması prosesləri yoxdur. 3)ətraf mühitə istilik verilmir,sıxma və genişlənmə 
prosesləri adiabatikdir.4)yanacağın yanması , istilik mübadiləsi , silindrlərin 
təmizlənməsi prosesləri əvəzinə işçi cismə isti mənbədən Q1 istiliyinin verilməsi və 
ondan Q2 istiliyinin alınması prosesləri gedir.İsti mənbədən istilik sabit
həcmdə(V=const) ,sabit təziqdə (p=const) və ya həm həcmdə,qismən sabit olduğu 
(qismən V=const,qismən də p=const) şəraitdə, soyuq mənbəyə isə istilik yalnız sabit 
həcmdə (V=const) verilir. Tsikldə istiliyin mexaniki işə çevrilməsi mümkün olan 
dərəcədədə, yəni ideal tsiklin termodinamik faydalı iş əmsalı maksimum qiyməyə 
malikdir.Porşenli mühərriklər nəzəriyyəsində ideal tiskldən başqa nəzəri və real tsikllər 
də öyrənilir. NƏZƏRİ TSİKL ideal tsikldən onunla fərqlənir ki, ondakı içşi cisim real
mühərrikdə olduğu kimi tərkibi və istilik tutumu dəyişən real qazdır.Yanacaq 
tamamilə yanır, istilik itkiləri yoxdur(istilik mübadiləsi yoxdur) və həmçinin yanma 
prosesi ideal tsikldəki istilik tutumu verilmə qanunları üzrə gedir.Real tsikllər
mühərrikin silindrlərində alınır. Tsikl ideal şəraitdə əmələ gəlir və ən yüksək 
ğöstəricilərə malik olur.Nəzəri tsiklin əmələ gəlmə şəraiti real tsiklin şəraitinə 
yaxınlaşır.Real tsikl isə real mühərrikdə alınır.Nəzəri tsikl ideal və real tsikllərə nisbətən
aralıq yer tutur.Nəzəri tsikl də ideal tsikl kimi yalnız nəzəri olaraq mümkündür,ancaq 
onun alınma şəraiti həqiqi tsikin alınma şəraitinə daha yaxındır.İdeal və nəzəri tsikllərin 
öyrənilməsindən məqsəd sıxma dərəcəsi , istiliyin verilmə üsulu ( yanma prosesi), 
mühərrikin yükü ( verilən istiliyin miqdarı) kimi əsas parametrlərin mühərrikin işinə 
təsirini aydınlaşdırmaqdır. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə