T texniki kolleci


BOŞ İŞLƏMƏ XARAKTERİSTİKASI



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə87/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

BOŞ İŞLƏMƏ XARAKTERİSTİKASI. 
Mühırrik avtomobilin qısa müddətli dayanmalı zamanı kiçik, dayanqlı sürətlə 
işləməlidir. Avtomobil mühərrikinin bütün istismar müddətinin 50%-dən çox boş 
işləmə şəraitində keçir. Bu iş rejimində mühərrikin qənaətlliyini təyin etmək məqsədi
ilə çıxarılan boş işləmə xarakteristikası mühərrikin iş göstəricilərini təyin edən əsas 
xarakteristikaslara aiddir.Boş işləmə xarakteristikası , bu rejimdə mühərrikin dövrlər 
sayı ilə saatlıq yanacaq sərfi və istənilən başqa parametrləri arasındaki qrafik əlaqəni
göstərir.Xarakteristikası minimal dayanıqlı dövrlər sayından başlayaraq çıxarılır. 
Xarakteristikanı təşkil edən əyrilər səlis dəyişmə xarakterinə malikdirsə ,mühərrikin
yük rejimlərində keçmə şəraiti yaxşı olur.Əyrilər səlis deyilsə,bu yanacaq verilişi
sisteminin pis olmasını,məsələn,karbüratorda boş işləmə və baş miqrarlaşdırıcı
quruluşları düzgün əlaqələndirilməsini göstəri. Müxtəlif mühərrikilərin boş işləmədə
qənaətliyini , yaxud mexaniki itkilərini müqayisə etmək məqsədi ilə baş işləmədə şərti 
xüsusi yanacaq sərfi parametri qəbul edilmişdir.Bu parametr boş işləmədə ən kiçik
dayanıqlı dövrlər sayında mühərrikin saatlıq yanacaq sərfinin litrajına nisbətən deyilir.
ge sərti=G
1
.
nm/Vh
.
1=kr/saat
.

ge.sn narameri kiçik 0lan mühərriklər daha təkmil hesab 0lunur. 


AVTOMOBİLLƏRİN NƏZƏRİYYISİ. 
Avtomobillərin istismar xüsusiyyətləri. 
Avtomobilin layihələndirilməsi zamanı onun konstruksiyasına qoyulan tələblərin
ödənməsi üçün ona müəyyən xüsusiyyətləri verilir. Avtomobilin xüsusiyyətlərini 
qiymətləndirmək üçün ölçü və göstəricilərdən istifadə edilir. Ölçü-xüsusiyyəti
keyfiyyət cəhətdən xarakterirə edir. Göstərici-ölçünün qiymətini kəmiyyətcə göstərən 
ədəddir.Mürəkkəb maşınlar müxtəlif xüsusiyyətlərə malikdir.Bütün xüsusiyyətlər iki 
əsas qrupda birləşdirilir. Birinci qrupa funksional xüsusiyyətlər, ikinci qrupa isə
etibarlıq aiddir. Avtomobilin funksional xüsusiyyətləri- onun təyinatına görə müəyyən
edilmiş funksiyaları yerinə yetirmək imkanıdır. Avomobilə aid funksional xüsusiyyətlər 


istismar xüsusiyyətləri adlanır.Avtomobil nəzəriyyəsi-avtomobilin istismar
xüsusiyyətləri haqqında məlumat verən bir elmidir. Bu elm yeni avtomobil modellərinin 
proyektlənməsi,müxtəlif avtomobilətin istismar şəraitlərinin seçilməsi zamanı,xüsusilə 
lazım olan elmidir.Avtomobil nəzəriyyəsində, avtomobilin hərəkəti ilə bağlı olan istismar 
xüsusiyyətləri araşdırılır. Bu xüsusiyyətlərə aiddirlər. dinamiklik,yanacaq qənaətliliyi, 
idarəolunama, 
dayanıqlıq, 
keçicilik 
və 
avtomobilin 
səlis 
hərəkəti,etibarlıq 
xüsusiyyətləri.Dartıcı – sürət xarakteristikası, tormuz xüsusiyyətləri. İstismar 
xüsusiyyətləri-avtomobilin istismar prosessinə uyğunlaşma xarakterizə edən
xüsusiyyətlər qrupudur.Etibarlıq xüsusiyyətləri - avtomobilin işləmə qabiliyyətini 
saxlamaq imkanını xarakterize edən xüsusiyyətlər qrupudur.Dinamik - 1.Avtomobilin
dinamikliyi dedikdə,maksimal orta sürətlə yük və sərnişinlərin daşınması
xüsusiyyətləri başa düşülür.2. Avtomobilin dinamikliyi, əsas olaraq avtomobilin dartqı
və tormoz xüsusiyyətlərindən asılıdır.3. Avtomobilin dinamikliyi yüksək olarsa,onun 
istehsal gücü artıq olar.Yanacaq qənaətliyi – avtomobilin hərəkət zamanı yanacaq 
enerjisindən rasional istifadə etməsidir.Çünki yanacaq sərfiyyatı daşımaların əsasını 
təşkil edir.İdarə olunma – avtomobilin hərəkət zamanı istiqamətini dəyişə bilmə 
xüsusiyyətidir.Dayanıqlılıq-hərəkət zamanı avtomobilin sürüçmə və yana çəkmə 
qüvvətlərinə tab gətirmə xüsusiyyətidir.Avtomobilin dayanıqlığı idarə olunması və 
tormoz dinamikliyi, onun hərəkətini tam təhlükəsiz edir.Keçicilik – avtomobilin 
çətinləşmiş (sulu,sürüşkən), pis (dağılmış,uçulmuş ),yolsuz şəraitlərdə işləyə bilmə 
xüsusiyyətləridir.Keçicilik,kənd təsərrsüfatı,meşə sənayəsi ,tikinti və karyer işlərində
avtomobilə lazım olan bir xüsusiyyətdir.Hərəkət səlisliyi-kuzanın sərt,sirkələnməsiz 
hərəkətini təmin edən bir xüsusiyyətdir. Bu xüsusiyyətdən – avtomobilin sürəti , 
yanacaq sərfiyyatı ,yükün qorunması və komfortluluğu asılıdır.Etibarlıq- əsas istismar 
göstəricilərinin,zəifləmədən müəyyən müddət ərzində o yük və sərnişinlərin daşınma 
xüsusiyyətidir.Təmirə yararlılıq- təmir və texniki qulluq yolu ilə bütün imtina və 
zədələnmə işlərinin asanlılqla dəyişdirilmə xüsusiyyətidir.Ümumiyyətlə avtomobilin 
istismar xüsusiyyətləri ölçü və göstəricilər sistemi ilə qiymətləndirilir.Ölçü-avtomobilin 
istismar xüsusiyyətlərinin ölçü vahididir.Məsələn avtomobilin dinamiklilik ölçüsü onun 
sürət və sürətlənmə göstəricisidir.Göstərici- bu ölçü miqyasını və onun dəyər miqdarını 
xarakterizə edən bir ədəddir.Göstərici avtomobilin iş şəraitində onun istismar 
xüsusiyyətlərinə qiymət verməyə imkan yaradır.Beləliklə avtomobilin dartqı 
dinamikliyinin 
göstəricilərindən 
biri,onun 
düz 
yolda 
maksimum 
sürəti 
yığmasıdır.Avtomobilin-öz mühərrikinin enerjisi və təkərinin ilişməsi hesabına hərəkət
edən nəqliyyat vasitəsidir. Avtomobil-sürücü-yol-mühit sisteminin bir hissəsidir və
onun xüsusiyyətləri özünü bu sistemin elementləri ilə göstərir.Avomobil hərəkət hansı
istilik xüsusiyyəti yalnız istismar şəraiti ilə qarşılıqlı əlaqəsi öyrənilir. İstismar şəraiti –
yol , nəqliyyat təbii –iqlim və texniki şəraitlərə bölünür.Yol şəraiti- yolun profil və 


planının elementləri,ərazinin relyefi yol örtüyünün növü və hamarlığı,hərəkət 
intensivliyi,hərəkətə qarşı maneələr, yol vəziyyətinin stabilliyi və hərəkət rejimi ilə
xarakterizə olunur.Nəqliyyat şəraiti-yükün növü ,daşıma və göndərişlərin həcmi 
,yükləmə boşaltma üsulları,iş rejimi,yükün saxlama şəraiti,marşurtların növü 
,daşınmaların təşkili ilə xarakterizə olunur.
Texniki-təşkilat şərait.-- İstismar rejimi,daşıma müntəzəmliyi,avtomobilin saxlama 
şəraiti ,texniki qulluq və təmirlərin aparılan sistemi və s. ilə xarakterizə olunur.Təbii-
iqlim şəraiti - mülayim,isti,soyuq və yüksək dağlıq zonaların iqlim xüsusiyyəyləri ilə 
xarakterizə olunur. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə