Tanınmış idman xadimi Hüseyn Qabulov: “Klinikamızın unikal imkanları var və biz bu imkanlardan geniş istifadə etməliyik” GÖRKƏMLİ alim aqiL ƏLİyeviN 90



Yüklə 281,01 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix21.06.2018
ölçüsü281,01 Kb.
#50838
1   2   3   4   5   6

http://www.amu.edu.az

16 dekabr  2016-cı il

4

D



ekabrın 2-də Azərbaycan 

Tibb Universitetinin rek-

toru, professor Gəray Gəraybəyli 

bir müddət əvvəl ATU-da ke-

çirilmiş Tələbələrin və Gənc Hə-

kimlərin III Beynəlxalq Tibb 

Konqresinin aktiv iştirakçılarını 

qəbul edib.

  

Öz  adından,  universitet  rəhbərliyi 



adından  TEC-in  fəallarına  minnət-

darlığını  bildirən  rektor  işlərinin  çox 

olmasına  baxmayaraq,  tələbələrlə 

tez-tez  görüşməyə  çalışdığını  de-

yib.  Müasir  cəmiyyətdə  bəzən  insani 

keyfiyyətlərin  arxa  plana  çəkildiyini, 

bir  çox  məsələlərin  maddiyyat  üzə-

rindən qurulduğunu, bunun qlobal bir 

tendensiya xarakteri aldığını təəssüflə 

qeyd  edən  G.  Gəraybəyli  tələbələrə 

daha  çox  özlərinin  daxili  enerjisinə 

güvənməyi,  hər  bir  məsələdə  təşəb-

büskarlıq etməyi məsləhət görüb: “Sizi 

burada  birləşdirən  elmə  yaxınlığınız, 

intusiyanızdır.  Çünki  universitetdə  6 

mindən artıq tələbə təhsil alır. Hər kəs 

də bu işdə iştirak etmir və etməməlidir. 

Əslində  mümkün  də  deyil  ki,  6  min 

tələbənin  hamısı  elmə  yaxın  olsun, 

elmi  konfransların  təşkilati  işlərində 

aktiv  rol  oynasın.  Universitetin  sizin 

kimi tələbələrin köməyinə böyük ehti-

yacı var. Mən həmişə demişəm və yenə 

də  deyirəm  ki,  bizim  fəaliyyətimiz 

bilavasitə  tələbələrlə  bağlıdır.  Əsas 

məqsədimiz  tələbələrin  maraqlarını 

qorumaqdır. Artıq 2 nəfər tələbə rek-

toryanı şuranın tərkibinə daxil edilib. 

Gələcəkdə bir neçə tələbəni Böyük Elmi 

Şuranın üzvlüyünə də qəbul edəcəm. 

Çünki universitetin məhsulu tələbədir. 

Siz öz sözünüzü deməli, öz haqqınızı 

tələb  etməlisiz.  Səsiniz  idarəçilikdən 

gəlməli, universitetdə həlli vacib olan 

məsələlərin müzakirəsi zamanı xüsusi 

fəallığınızla seçilməlisiz”.

Tələbə  Elmi  Cəmiyyətinin  fə aliy-

yətində  professor  Amaliya  xanım 

Əy yubovanın  xidmətlərini  yüksək 

qiymətləndirən  rektor  özünün  tələ-

bəlik  dövründə  və  hal-hazırda  elmi-

tədqiqat  işləri  aparmaları  üçün  tələ-

bələrə  yaradılan  şəraiti  müqayisə 

edərək  paralellər  aparıb:  “Mən  hələ 

tələbə olarkən Amaliya xanımın Tələbə 

Elmi Cəmiyyətinə ürəkdən can yandır-

masının şahidi olmuşam. Bizləri necə 

əzizləyirdi, necə hazırlayırdı.  İndi siz 

istədiyiniz ölkəyə gedə bilərsiz. O za-

man  biz  yalnız  SSRİ  məkanında  olan 

tədbirlərə  gedə  bilirdik.  Ukraynaya 

gedəndə  bizim  üçün  böyük  bir  bay-

ram idi. Sevinirdik ki, Azərbaycandan 

harasa  getdik  və  hansısa  tələbə 

konfranslarında  iştirak  elədik.  Hələ 

o  illərdə  Amaliya  xanım  böyük  alim, 

həkim və kafedra müdiri ola-ola həm 

də Tələbə Elmi Cəmiyyətinin ideoloji, 

metodoloji rəhbəri idi”. 

Bu  görüşdən  əvvəl  Amerikanın  Çi-

kaqo  şəhərinin  İllinoys  Universite-

tinin  böyük  bir  nümayəndə  heyətini 

qəbul  etdiyini,  ikitərəfli  əməkdaşlıq 

haqqında  müzakirələr  aparıldığını  və 

artıq ilk sazişin hazırlanması ilə bağlı 

tapşırıqlar  verdiklərini  söyləyən  rek-

tor  tələbələrin  elmi  işə  cəlb 

edilməsinin  əhəmiyyətini  vur-

ğulayıb:  “Universitetdə  çalı-

şan  əməkdaşların  fəaliyyəti 

əsasən  3  istiqamətdən  ibarət-

dir:  tədris,  elm  və  prakti-

ki  fəaliyyət.  Elm  tədrisi  irəli 

aparan bir amildir. Elm inkişaf 

etməsə,  tədris  də,  texnologi-

ya  da  inkişaf  etməyəcək.  İlli-

noys  Universitetinin  rektoru 

deyir  ki,  bizdə  mühazirələrin 

əksəriyyəti  kompüter  vasitə-

silə aparılır. Tələbə professorun 

mühazirəsini  zalda  yox,  kom-

püter vasitəsilə dinləyir. Ancaq 

sinifdaxili təhsil hansısa konk-

ret  bir  xəstəlik  üzərində  qu-

rulur. Həmin univer sitetin elmi 

araşdırmalara, tədqiqatlara ay-

rılan  büdcəsi  300  milyon  dol-

lardır  ki,  hələlik  bunu  bizdə 

təsəvvür  etməyin  özü  çətindir. 

Gələn il həmin universitetlə müqavilə 

imzalamağı planlaşdırırıq. Düşünürük 

ki, bundan sonra tələbələrimizin orada 

qısamüddətli də olsa elmi fəaliyyətinə 

imkan yaradılacaq”. 

Əvvəllər elmi-tədqiqat işində iştirak 

edərək  fərqlənən  tələbələrin  hansısa 

kafedrada saxlanıldığını bildirən rek-

tor indi bu mexanizmlərin olmadığını 

deyib.  Onu da əlavə edib ki, elmdə daha 

aktiv iştirak edən insanlar müəyyən bir 

güzəştə  malik  olmalıdır:  “Gələcəkdə 

sizləri  universitetimizdə,  klinikaları-

mızda da görəcəyik. Tibb elmini, tibb 

təhsilini  gələcəyə  tələbəlik  illərindən 

elmə  bağlı  olan  sizin  kimi  insanlar 

aparacaqlar.  Universitetimizdə  keçi-

rilmiş Tələbələrin və Gənc Həkimlərin 

III  Beynəlxalq  Tibb  Konqresi  də  sizin 

və  elmi  rəhbərlərinizin  gərgin  əməyi 

nəticəsində  müvəffəqiyyətlə  baş  tu-

tub.  Xarici  qonaqlardan  təşəkkür 

məktubları  alırıq.  Çox  gözəl  bir 

ənənədir.  Gələcəkdə  ola  bilsin  ki, 

tədbirin  formatını  biz  bir  qədər  də 

genişləndirək.  Hamınızı  bir  daha 

təbrik edirəm”. 

ATU-nun  Tələbə  Elmi  Cəmiyyətinin 

sədri  Müşfiq  Həsənov  göstərilən 

diqqətə  və  qiymətləndirməyə  görə 

rektora  təşəkkürünü  bildirib.  O, 

konqresdə xarici ölkələri təmsil edən 

professorların  rəsmi  minnətdarlıq 

məktubunu və konqresin gedişi barə-

də Azərbaycan Dövlət Televiziyasının 

hazırladığı verilişin diskini də rektora 

təqdim edib. 

Görüşün sonunda konqresin işindəki 

aktiv fəaliyyətinə görə 32 tələbə rek-

tor tərəfindən sertifikata layiq görü-

lüb. 


TEC-in  fəaliyyətində  fəallıqlarına 

görə  fərqlənən  tələbələrə  diplomlar 

təqdim olunub.

Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

TEC-in fəalları mükafatlandırıldı

Layihə çərçivəsində aşağıdakı istiqamətlər 

üzrə fəaliyyətlər nəzərdə tutulub:

-        Azərbaycan  ərazisində  rast  gəlinən 

vərəm  ştamlarının  molekulyar  –  genetik 

tədqiqi;


-    Ölkədə rast gəlinən vərəm ştamlarının 

izolyantları muzeyinin yaradılması;

-      Vərəm  mikobakteriyalarının  genetik 

mutasiya  xüsusiyyətləri  və  yayılma  in-

tensivliyi,  həmçinin  dərmanlara  davamlı-

lıq  spektri  göstərilməklə  ilk  epidemioloji 

xəritənin tərtibi;

-    Vərəm  infeksiyasının  dərmanlara  da-

vamlı  formalarının  erkən  aşkarlanma-

sı  və  vərəmin  diaqnostik  alqoritminin 

təkmilləşdirilməsi  üçün  tövsiyələrin  hazır-

lanması;


-    Ölkə üzrə vərəm infeksiyasına epidemi-

oloji  nəzarət  sisteminin  təkmilləşdirilməsi 

üçün tövsiyələrin hazırlanması.       

Azərbaycan  Respublikasının  müxtəlif  re-

gionlarında ağ ciyər vərəmi olan xəstələrdə 

vərəm mikobakteriya ştamlarının molekul-

yar  genetik  spesifikliyinin  tədqiqi  vasitəsi 

ilə erkən diaqnostika və epidemioloji nəzarət 

tədbirlərinin  təkmilləşdirilməsi  layihənin 

əsas elimi tədqiqat ideyasıdır. 



Ftiziatriya kafedrası qrant 

müsabiqəsinin qalibi oldu

Azərbaycan Tibb Universitetinin Fti-



ziatriya kafedrasının Elmi-Tədqiqat Ağ ciyər 

Xəstəlikləri Institutu ilə birgə planlaşdırdığı 

“Azərbaycan Respublikasında ağ ciyər vərəmi 

olan xəstələrdə vərəm mikobakteriyası ştam-

larının molekulyar - genetik mutasiyalarının 

tədqiqi” layihəsi Azərbaycan Respublikasının 

Prezidenti yanında Elmin İnkişafı Fondunun 

kompleks elmi-tədqiqat proqramları üzrə  qrant 

müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib 

layihələrinin siyahısına daxil edilmişdir. Belə ki, 

ATU-nun Ftiziatriya kafedrasının müdiri, dosent Ra-

fiq Bayramovun da iştirak etdiyi layihə  çərçivəsində 

aparılacaq tədqiqatın məqsədi – Azərbaycan Respub-

likasının müxtəlif regionlarında ağ ciyər vərəmi olan 

xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamla-

rının molekulyar genetik spesifikliyinin tədqiqidir.

Azərbaycan Tibb Univer-

sitetinin təşkilatçılığı ilə 

Azərbaycan xalqının Ümum-

milli Lideri Heydər Əliyevin 

vəfatının on üçüncü ildönümü 

ilə əlaqədar Universitetdə 

təhsil alan xarici tələbələr 

üçün Heydər Əliyev Mərkəzinə 

ziyərət təşkil edilib.

 

 

Təşkil edilmiş ziyarətdə uni-

versitetin  xarici  tələbələrlə  iş 

üzrə  dekanlığının  rəhbərliyi 

də iştirak edib.

 Ziyarət çərçivəsində iştirak-

çılara Mərkəz haqqında 

ətraflı  məlumat  veri-

lib, onlar Heydər Əliyev 

Mərkəzini  və  burada 

yerləşən  Heydər Əliyev 

Muzeyini  ziyarət  edib, 

həmçinin    ulu  öndərin 

zəngin və mənalı ömür 

yolunu əks etdirən eks-

ponatlarla,  siyasi  ir-

sini  təbliğ  edən  əyani 

vəsaitlərlə tanış olublar.

  Ziyarətin  sonunda 

xatirə şəkili çəkdirilib.

Xarici tələbələr  də ulu öndərin  əziz xatirəsini yad etdilər



Yüklə 281,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə