Tanınmış idman xadimi Hüseyn Qabulov: “Klinikamızın unikal imkanları var və biz bu imkanlardan geniş istifadə etməliyik” GÖRKƏMLİ alim aqiL ƏLİyeviN 90



Yüklə 281,01 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix21.06.2018
ölçüsü281,01 Kb.
#50838
1   2   3   4   5   6

16 dekabr   2016-cı il

http://www.amu.edu.az

5

ATU-nun mətbuat xidməti

A

zərbaycan Tibb Univer sitetinin 

Tədris  Terapevtik  Kli nika sında 

Tibbi Şuranın növbəti iclası keçirilib.

İclası açan klinikanın direktoru, pro-

fessor Hüseyn Qabulov gündəlikdəki 

məsələlərlə  şura  üzvlərini  tanış 

edərək  bildirib  ki,  əsasən  cari  ilin 

keçən ayı ərzində klinikanın fəaliyyəti 

haqqında  və  mövcud  problemlərin 

həlli yollarının araşdırılması ilə bağlı 

müzakirələr aparılacaq.

H.Qabulov  bildirib  ki,  noyabr  ayı 

ərzində  Klinikanın  bütün  şöbə  və 

struktur  bölmələrinin  fəaliyyəti  ilə 

tanış  olub:  “İlk  olaraq  onu  qeyd 

etmək  istəyirəm  ki,  2011-ci  ildən 

klinikada  çox  mühüm  və  lazımlı 

işlər  görülüb.  Buna  görə  Klinikanın 

bütün  kollektivinə,  o  cümlədən  kli-

nikamıza  rəhbərlik  etmiş  professor 

Surxay  Musayeva  təşəkkür  edir,  bir 

müddət  öncə  direktor  vəzifəsində 

çalışan  Könül  xanımın  da  zəhmətini 

dəyərləndirirəm.

Hesab  edirəm  ki,  görülən  mühüm 

və  lazımlı  işlər  davam  etdirilməli  və 

zamana  uyğun  təkmilləşdirilməlidir. 

Bu,  bizim  fəaliyyətimizin  əsas  prin-

siplərindən biridir.

İkinci vacib və prioritet məsələ kli-

nikamızın  personalının  səmərəli  ça-

lışması üçün mümkün şəraitin yara-

dılmasıdır. Bu istiqamətdə imkanımız 

daxilində  işlər  görürük.  Digər  vacib 

məsələ  isə  tələbə  və  rezidentlərə 

nəzəri  biliklərlə  yanaşı,  praktik 

vərdişlər  də  tədris  etməkdir.  Bunun 

üçün də tələbə mümkün qədər daha 

çox xəstə görməlidir”.

“Digər  tibb  ocaqlarından  fərqli 

olaraq  klinikamızın  unikal  imkan-

ları var və biz bu imkanlardan geniş 

istifadə etməliyik”, -deyən H.Qabulov 

klinikanın 

rəqabət 

imkanlarının 

genişləndirilməsi  baxımından  va-

cib  sahələrdə  görülən  işlərin  ha-

zırki  vəziyyətə  uyğun  qurulmasının 

məqsədəuyğun olduğunu da diqqətə 

çatdırıb. 

Gündəlikdə  olan  birinci  məsələ  ilə 

bağlı  direktorun  müalicə  işləri  üzə 

müavini, dosent Adil Nuriyevin çıxışı 

dinlənilib.

O,  klinikanın  noyabr  ayındakı 

müalicə-diaqnostik fəaliyyəti ilə bağ-

lı  hesabatı  şura  üzvlərinin  diqqətinə 

çatdırıb.

Noyabr  ayı  ərzində  klinikanın 

şöbələrində  stasionar  və  gündüz 

rejimində  müalicə  alan  pasiyentlər 

barədə ətraflı məlumat verən A.Nuri-

yev, oktyabr ayı ilə müqayisədə no-

yabrda  xəstə  sayının  qəbulunda  ar-

tım olduğunu söyləyib.

Pulmonologiya,  Allerqologiya  və 

Nefrologiya,  Endokrinologiya,  Qast-

roenterologiya,  Angioqrafiya,  Pedi-

atriya  şöbələrinin  fəaliyyətini  xüsu-

si  qeyd  edən  A.Nuriyev,  adı  çəkilən 

şöbələrin daha çox xəstə qəbul etdi-

yini də diqqətə çatdırıb.

O,  eyni  zamanda  2015-ci  ilin  no-

yabr ayı ilə müqayisədə cari ilin no-

yabrında  xəstə  sayının  qəbulunda 

artımın  müşahidə  olunduğunu  da 

bildirib.

Daha  sonra  USM  həkimi  Mətanət 

Musayevanın  Sonoelastoqrafiya  mü-

ayi nəsi ilə bağlı çıxışı dinlənilib.

Sonoelastoqrafiyanın  üstünlükləri 

barədə danışan həkim bunun biopsi-

yaların sayını azaltmağa imkan verdi-

yini və bununla da pasiyentlərin stres 

səviyyəsini azaltdığını vurğulayıb.

Sonoelastoqrafiya 

müayinəsinin 

qaraciyərin sərtliyini ölçərək bu orqa-

nın fibroz mərhələsini təxmin etdiyi-

ni və fibrozun erkən dövrdə müəyyən 

olunması baxımından əhəmiyyət da-

şıdığını da qeyd edib.

İclasda  çıxış  edən  ATU-nun 

elmi  işlər  üzrə  prorektoru,  do-

sent  Rauf  Bəylərov  Tomson  Rey-

ters  veb  of  science-də  həkimlərin 

və  rezidentlərin  tibbi  biliklərinin 

təkmilləşdirilməsi  baxımından  bu-

rada  ingilis,  rus,  türk  dillərində  yer 

alan  elmi  məqalələrin  onların  tibbi 

biliklərinin inkişafı baxımından zəruri 

olduğunu bildirib.

İclas  cari  məsələlərin  müzakirəsi 

ilə işini yekunlaşdırıb.

 

Hüseyn Qabulov: “Klinikamızın 



unikal imkanları var və biz bu 

imkanlardan geniş istifadə 

etməliyik”

Konstantin Slavin kimdir?

A

zərbaycan Tibb Universi-

teti beynəlxalq əla-

qə 

lərini genişləndirir. Ali 

məktəb dünyanın müxtəlif 

nöqtələrində yerləşən univer-

sitetlərlə əməkdaşlıq edir, 

həm 

çinin yeni tərəfdaşlarla 

müna sibətlər qurur. Artıq da-

ha nüfuzlu bir elmi müəssisə 

ilə ATU arasında əlaqələrin 

qurulmasına başlanılıb. 

Bu  günlərdə  Çikaqonun    İlli-

noys  Universitetinin təmsilçiləri 

ATU-nun qonağı olublar.

İllinoys  Universitetinin  sağ-

lamlıq  üzrə  inkişaf  prorektoru 

Robert  Barişin  rəhbərlik  etdiyi 

nümayəndə  heyəti  universitetlə 

tanış olub, rəhbərliklə görüşüb.

 Görüş zamanı ATU-nun rek-

toru, professor Gəray Gəraybəyli 

qonaqlara Azərbaycanın yeganə 

tibbi  ali  təhsil  müəssisəsinin 

tarixi  və  fəaliyyəti  haqqında 

ətraflı məlumat verib. Qeyd edib 

ki,  Azərbaycan  müstəqilliyini 

əldə etdikdən sonra ATU-da in-

kişaf yoluna qədəm qoyub. Ha-

zırda  Tibb  Universiteti  nəinki 

ölkəmizdə,  ümumiyyətlə  regi-

onda tibb təhsili verən ən güclü 

ali  təhsil  müəssisələrindən  biri-

dir.  Rektor  vurğulayıb  ki,  Tibb 

Universiteti  yalnız  ali  məktəb 

deyil, həm də güclü elm ocağı və 

müalicə  mərkəzi  kimi  fəaliyyət 

göstərir.  Belə  ki,  universitet 

nəzdində müxtəlif istiqamətlərdə 

fəaliyyət  göstərən  dörd  müasir 

klinika var. Rektor G.Gəraybəyli 

ATU-da  tələbələrlə  yanaşı, 

rezidentlər  üçün  yüksək  tədris 

şəraiti yaradıldığını da bildirib.

İllinoys Universitetinin prorek-

toru Robert Bariş Azərbaycanda 

olmaqdan məmnunluq duyduğu-

nu,  qonaqpərvərliyə  görə  ATU 

rəhbərliyinə  təşəkkürünü  bildi-

rib. Prorektor Bariş İllinoys Uni-

versitetinin Çikaqonun ən böyük 

ali məktəbi olduğunu qeyd edib. 

Qonaq  universitetdə  hər  il  28 

min nəfərin təhsil aldığını bildi-

rib və qeyd edib ki, bunlardan 17 

mini tələbələrdir: “İllinoys Uni-

versiteti  tibb  təhsili  sahəsində 

ən  məşhur  elm  ocaqlarından 

biridir.  Elmi  araşdırmalara  ay-

rılan vəsait baxımından İllinoys 

Universiteti  ABŞ  üzrə  ilk  50 

yerə daxildir və 3 tibbi kollecin 

birləşdirilməsi ilə yaradılıb”.

İllinoys  Universitetinin  of-

talmologiya  fakültəsinin  de-

kanı,  professor  Mark  Ro-

senblatt  da  təmsil  etdiyi  elmi 

təhsil  müəssisəsinin  strukturu, 

fakültələrin  fəaliyyəti,  mövcud 

tədris prosesi və digər məsələlər 

haqqında  geniş  məlumat  ve-

rib.  O,  ATU  ilə  tanışlığından 

məmnun  olduğunu  bildirərək 

buradakı  şəraiti  bəyəndiyini 

söyləyib.

İllinoys  Universitetin  neyro-

cər rahiyyə  şöbəsinin  pro-

fessoru  Konstantin  Slavin 

isə  vaxtilə  Azərbaycan  Tibb 

Universitetində  təhsil  almasın-

dan qürur duyduğunu deyib. O, 

ATU-dakı təhsil illərini xatırla-

yaraq, həmin dövrdən fəxrlə da-

nışıb. Qeyd edib ki, həmin illər 

təhsil  üçün  indiki  qədər  yaxşı 

şərait yox idi. Və bu illər ərzində 

Azərbaycanın  hər  sahəsində 

olduğu  kimi  səhiyyə  və  tibb 

sahəsində  də  ciddi  uğurlar  əldə 

olunub.

ATU-nun  beynəlxalq  əlaqələr 



üzrə  prorektoru  Nadir  Zeyna-

lov  ali  məktəbin  dünyanın  bir 

çox  nüfuzlu  universitetləri  ilə 

əlaqələrindən söz açıb. Qonaqla-

rın ATU-nun Tədris-Cərrahiyyə 

Klinikası ilə tanış olduqları qeyd 

olunub. 

ATU-nun  elmi  işlər  üzrə 

prorektoru  Rauf  Bəylərov 

universitetdə aparılan elmi araş-

dırmalar  barəsində  amerikalı 

nümayəndələrə  ətraflı  məlumat 

verib.

Görüşün  sonunda  Azərbay-



can  Tibb  Universiteti  və  Çika-

qonun  İllinoys  Universiteti  ara-

sında  qarşılıqlı  münasibətlərin 

möhkəmləndirilməsi  məqsə dilə 

əməkdaşlıq  sazişinin  imzalan-

ması məsələsi müzakirə olunub. 

Gələcəkdə  universitetlər  ara-

sında  qarşılıqlı  tələbə,  rezident 

və  mütəxəssis  mübadiləsinin 

gerçəkləşdirilməsi  məsələləri 

barədə  fikir  mübadiləsi  aparı-

lıb. Həmçinin, tədris prosesinin 

strukturunda da İllinoys Univer-

sitetiinn  zəngin  təcrübəsindən 

yararlanmağın  faydalı  olacağı 

vurğulanıb.



Konstantin Slavin 1969-

cı il avqustun 20-də Bakıda 

doğulub. 1982-88-ci (13 

yaşında universitetə qəbul 

olunub) illərdə Azərbaycan 

Dövlət Tibb İnstitutunda 

(indiki ATU) təhsil alıb və 

təhsilini fərqlənmə ilə başa 

vurub. 

1988-1992-ci  illərdə  Mos-

kavada  neyrocərrahiyə  üzrə 

rezidenturasını  yekunlaşdı-

rıb,  1994-1995-ci  illərdə  İlli-

noysda ümumi cərrahiyə üzrə 

təcrübə keçmişdir.

1998-1999-cu  illərdə  Ore-

qon  Səhiyyə  və  Elm  Uni-

versitetinin 

Neyrocərrahi 

Əməliyyat  Departamentində 

funksional 

və 


stereotak-

tik  neyrocərrahiyyə  proq-

ramı  təqaüdü  çərçivəsində 

fəaliyyət  göstərib.  1997-ci 

ildə  yazılı,  2004-cü  ildə  şi-

fahi  olaraq  Neyrocərrahiyyə 

üzrə  ABNS  imtahanları-

nı  müvəffəqiyyətlə  verib. 

2013-cü  ildə  Neyrocərrahiyə 

heyətinin  ABNS  attestasi-

yasını  da  keçməyə  müvəffəq 

olub.  2004-cü  ildən  Amerika 

Neyrocərrahlar  Birliyinin  üz-

vüdür.


İndiyə kimi 17 təqaüd proq-

ramı  və  mükafata  layiq  bili-

nib, 20-yə yaxın müxtəlif tibbi 

vəzifərlərdə çalışıb, 5 araşdır-

ma həyata keçirib, 12 müxtəlif 

liderlik tələb edən vəzifələrdə 

fəaliyyət  göstərib,  15-ə  yaxın 

milli və yerli cəmiyyətlərin, 18 

müxtəlif  redaktə  heyətlərinin 

üzvüdür,  60-ya  yaxın  elmi 

mövzulu tezis və kitablara rəy 

verib,  4  kitabın  müəllifi,  33 

kitabın həmmüəllifi, 105 elmi 

məqalənin,  89  elmi  şərhin, 

125  tezisin  müəllifidir.  58 

müxtəlif  oral  və  6  elektron 

təqdimatda  natiqlik  edib.  127 

müxtəlif  mühazirələrə  qonaq 

mühazirəçi kimi dəvət olunub. 

İllinoys Universitetinin nümayəndə 

heyəti ATU-nun qonağı olub

İllinoys Universitetinin nümayəndə 

heyəti ATU-nun qonağı olub



Yüklə 281,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə