Tanınmış idman xadimi Hüseyn Qabulov: “Klinikamızın unikal imkanları var və biz bu imkanlardan geniş istifadə etməliyik” GÖRKƏMLİ alim aqiL ƏLİyeviN 90



Yüklə 281,01 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix21.06.2018
ölçüsü281,01 Kb.
#50838
1   2   3   4   5   6

16 dekabr   2016-cı il

http://www.amu.edu.az

7

Mütəxəssis sözü

u

 



    

Qızılca  və  məx mə rəyin 

eliminasiyasının veri-

fikasiyası üzrə Avropa 

Regional Komissiyası təsdiq edir 

ki, Azərbaycan 2012-ci ilin yan-

var ayından 2014-cü ilin dekabr 

ayınadək qızılcanın rəsmi sənədlə 

təsdiqlənmiş eliminasiyasına nail 

olub. Bu fakt bütün Avropa regi-

onunda qızılca və məxmərəyin 

eliminasiyasına çatmaq üçün 

əhəmiyyətli töhfədir.

AZƏRTAC  xəbər  verir  ki,  bu, 

Azərbaycanın  Səhiyyə  Nazirliyinə 

qızılca  və  məxmərəyin  eliminasi-

yasının  verifikasiyası  üzrə  Avropa 

Regional  Komissiyasından  daxil 

olan sənəddə əks olunub. Komissi-

yanın digər sənədi isə həmin dövrdə 

Azərbaycanda  məxmərəyin  elimi-

nasiyasına nail olunduğunu rəsmən 

təsdiqləyir.

Hər  iki  sənədi  qızılca  və 

məxmərəyin  eliminasiyasının  ve-

rifikasiyası  üzrə  Avropa  Regional 

Komissiyasının  sədri  Günter  Pfaf 

imzalayıb.  Bu  komissiya  Dünya 

Səhiyyə Təşkilatının (DST) Avropa 

regional  bürosu  tərəfindən  yaradı-

lıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinə 



DST-nin  Avropa  regional  bürosu-

nun direktoru xanım Jujanna Yaka-

bın imzası ilə minnətdarlıq məktubu 

da  daxil  olub.  Məktubda  deyilir: 

“Malyariyadan azad Avropaya doğ-

ru  yolda  mühüm  fəaliyyətinizin 

təsdiqi  nişanəsi  olaraq  2016-cı  il 

aprelin  20-də  DST-nin  Avropa  re-

gional  bürosu  Avropa  ərazisində 

malyariyanın  yerli  ötürülməsində 

fasiləyə  nail  olunduğunu  bəyan 

etdi.  Beləliklə,  Avropa  dünya-

da  malyariyadan  azad  ilk  region 

oldu.  Bu  nailiyyəti  mümkün  edən 

möhkəm  siyasi  tərəfdaşlığınıza, 

yüksək  sayıqlığınıza  və  sərf  et-

diyiniz  resurslara  görə  sizə  DST 

adından minnətdarlığımı bildirmək 

istərdim”.

Dünya Səhiyyə Təşkilatı Azərbaycanın malyariya, qızılca və 

məxmərəklə mübarizədə uğurlarını yüksək qiymətləndirir

u

 



 

“Səhiyyə Nazirliyi yo-

luxucu xəstəliklərlə 

mübarizə işini daim nəzarətdə 

saxlayır, fəaliyyətində profilak-

tik və əksepidemik tədbirlərin 

təkmilləşdirilməsinə diqqəti 

mütə madi  artırır. Bütün bey-

nəl xalq təşkilatlarla əməkdaşlıq 

çərçivəsində Azərbaycanda yo-

luxucu xəstəliklərlə mübarizə 

işində əhəmiyyətli nəticələr 

əldə edilib, spesifik profilaktika 

vasitələri ilə idarə olunan infek-

siyalar üzərində nəzərəçarpan 

nailiyyətlər qazanılıb. Bir 

çox ölkələrdə və regionlarda 

gərginliyə baxmayaraq, aparılan 

tədbirlər sayəsində ölkəmizdə 

epidemioloji vəziyyət stabildir”.

Bu sözləri Səhiyyə Nazirliyinin 

baş  epidemioloqu  İbadulla  Ağa-

yev deyib.

Yoluxucu  xəstəliklərin  qarşı-

sının  alınması  məqsədilə  həyata 

keçirilən  tədbirlərdən  danışan 

İ.Ağayev bildirib ki, bununla bağlı 

səhiyyə  naziri  tərəfindən  2016-cı 

il  6  oktyabr  tarixində  əmr  imza-

lanıb.  Hazırda  payız-qış  mövsü-

mü  olduğu  üçün  qrip  və  kəskin 

respirator  virus  infeksiyalarına 

qarşı  profilaktik  və  əksepidemik 

tədbirlərin,  həmçinin  infeksiya 

üzərində  epidemioloji  monito-

rinqin  gücləndirilməsi  məqsədilə 

bütün tibb müəssisələrinə göstəriş 

verilib.

Baş epidemioloq vurğulayıb ki, 

son illər ölkəmiz üçün xarakterik 

olmayan heç bir yoluxucu xəstəlik 

qeydə alınmayıb.

Mövsüm 


dəyişikliyi 

ilə 


əlaqədar  qripin  daha  da  yayıl-

masına  gəlincə,  İ.Ağayev  qeyd 

edib  ki,  havaların  soyuması  ilə 

əlaqədar  əhalinin  tənəffüs  yolu 

xəstəlikləri,  o  cümlədən  qriplə 

xəstələnməsi  bir  qayda  olaraq 

artır.  “Odur  ki,  hər  bir  şəxs  özü-

nü  və  ailə  üzvlərini,  xüsusilə 

uşaqları  bu  xəstəliklərdən  qoru-

malıdır.  Yoluxucu  xəstəliklərin 

digər  xəstəliklərdən  fərqi  onda-

dır  ki,  bunları  proqnozlaşdırmaq 

çətindir. Ona görə də, insanlar öz 

sağlamlıqlarına  ciddi  yanaşmalı-

dırlar”.

Onun 


sözlərinə 

görə, 


Səhiy yə 

Nazirliyinin 

bütün 

müəssisələrində hər hansı yoluxu-



cu  xəstəliklə  mübarizə  aparmaq 

üçün lazım olan dərman preparat-

ları ehtiyatı vardır. Qrip və kəskin 

respirator  virus  xəstəliklərinin 

qarşısının  alınması  üçün  nazirlik 

tərəfindən  tibb  müəssisələrində 

qabaqlayıcı tədbirlər planı işlənilib 

hazırlanıb.  “2016-cı  ildə  Avropa 

regionunun  əksər  ölkələrində  və 

bizimlə həmsərhəd ölkələrdə ağır 

gedişi,  yüksək  ölüm  faizi  olan 

H1N1  qripi  epidemiyası  aparılan 

profilaktik  tədbirlər  nəticəsində 

Azərbaycanda  qeydə  alınmayıb. 

Mövsüm  dəyişikliyi  ilə  əlaqədar 

qripin hər hansı bir ölkədə artaca-

ğını  proqnozlaşdırmaq  mümkün 

deyil.  Əgər  xəstələnənlərin  sayı 

artarsa, buna qarşı mübarizə apar-

maq  iqtidarındayıq”,  -  deyə  baş 

epidemioloq bildirib.

Baş epidemioloq: Son illər ölkəmiz üçün xarakterik 

olmayan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb

Son zamanlar bəzi 

valideynlər uşaqlara 

peyvəndlərin vurulmasından 

imtina edir. Bu, çox 

təhlükəli haldır. Bununla 

valideyn tək öz uşağını 

deyil, digər uşaqları da 

təhlükə altına salır. 

Səbəb 


kimi 

valideynlər 

peyvənddən sonra “reaksiya”lardan qorxduğunu göstərirlər.

Lakin  statistika  göstərir  ki,  99,9%  hallarda  peyvənddən  sonra 

mümkün  olan  fəsadların  səbəbi  peyvənd  yox,  uşaq  orqanizminin 

xüsusiyyətləri və bir çox hallarda uşağa düzgün olmayan baxımdır.

Peyvəndlərdən sonra mümkün olan fəsadları minimuma çatdırmaq 

üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır: 

1.  İlk  növbədə  peyvənd  yalnız  tam  sağlam  uşaq  oluna  bilər. 

Əgər  uşaq  vaksinasiyaya  yaxın  1  ay  ərzində  heç  bir  ciddi  xəstəlik 

keçirməyibsə,  vaksinasiya  günü  uşaqda  hər  hansı  xəstəlik,  zökəm, 

öskürək,  səpgilər,  hərarət,  ishal,  qəbizlik  yoxdursa,  uşaq  peyvənd 

oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim 

tərəfindən müayinə olunmalıdır. 

Soyuqdəymə,  qrip,  digər  infeksion  xəstəliklikdən  sonra  1  ay 

gözləmək lazımdır. Daha tez vurulan peyvənd müxtəlif ağırlaşmala-

rın inkişafına səbəb ola bilər.

2. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün 

sonra  uşağı  həddindən  artıq  yedizdirməyin.  Bağırsaq  nə  qədər  az 

yüklənərsə, o qədər yaxşıdır. Uşağa kifayət qədər maye verin.

Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 

həftəyə  qədər)  uşağa  yüksək  allergiya  xüsusiyyətlərinə  malik  olan 

qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şoko-

lad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək ol-

maz.

Körpə uşaqların qidalanmasına peyvənddən 1 gün əvvəl, peyvənd 



günü  və  peyvənddən  təxminən  1  həftə  sonra  yeni  qidaları  daxil 

etmək olmaz.

3.  Peyvənd  olunduqdan  sonra  uşağı  soyuqdəymədən,  infeksiya-

lardan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini 

məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşağı dükana, uşaq baxça-

sına, teatra və s. yerlərə aparmayın.

4.  Bütün  peyvəndlər  üçün  müəyyən  əks-göstərişlər  mövcuddur: 

əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, 

ilkin  immunodefisitlər,  onkoloji,  autoimmun,  proqressivləşən  sinir 

sistemi xəstəlikləri, allergik xəstəliklər. Bunu mütləq nəzərə almaq 

lazımdır.

5. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək 

fəsadları  haqqında  ətraflı məlumat  almalı  və  lazım  olduqda  dərhal 

həkimə müraciət etməlidir.



Peyvənddən sonra fəsadların qarşısını 

almaq üçün faydalı məsləhətlər

Bu bitki qədim Çin təbabətində çox 

geniş istifadə olunurdu.

Qədimdə bu bitki “ölümdən başqa bü-

tün  xəstəliklərin  dərmanı”  sayılır  və 

həqiqətən  də  çox  yaxşı  kömək  edirdi. 

Jenşen  cavanlığı  qoruyan,  insanın  öm-

rünü  uzadan  vasitə  sayılırdı.  Jenşenin 

köməyi  ilə  bir  çox  xəstəlikləri  müalicə 

edirdilər  -  impotensiya,  yuxusuzluq, 

ürək xəstəlikləri, müxtəlif yaralar və xo-

ralar və s.

Hal-hazırda  jenşenin  faydalı  xüsu-

siy yətləri  ənənəvi  tibdə  təsdiq  olunub. 

Bu  bitki  bir  çox  dərman  preparatların 

tərkibinə daxil edilir.

Müalicə zamanı əsasən jenşenin kökündən 

istifadə  olunur.  Jenşen  kökünün  çox  ma-

raqlı forması var - kök insana bənzəyir.

-  Jenşen  ümumi  möhkəmləndirici  təsirə 

malikdir.  Bu  səbəbdən  bitki  immunite-

ti  möhkəmləndirən  bir  çox  preparatla-

rın  tərkibinə  daxildir.  Jenşen  orqanizmin 

müxtəlif  infeksiyalara  qarşı  davamlılığını 

artırır, sağalmanı tezləşdirir.

- Bitki insanın mərkəzi sinir sisteminə çox 

müsbət təsir edir - yaddaşı möhkəmləndirir, 

yuxusuzluqdan  və  depresiyalardan  azad 

edir,  stresi  azalıdr,  nevrasteniya  zamanı 

kömək edir.

- Jenşen təbii tonuslaşdırıcı vasitədir - in-

sanı daha gümrah və fəal edir, əqli yorğun-

luğunu azaldır, iş qabiliyyətini yaxşılaşdırır.

-  Jenşen  ürək-damar  sisteminə  olduq-

ca  müsbət  təsir  edir,  ürək-damar  sistemi 

xəstəliklərinin  inkişafının  qarşısını  alma-

ğa kömək edir - ürəyin əzələsini qoruyur, 

arterial  təzyiqi  tənzimləyir,  qanda  xoles-

terinin  səviyyəsini  aşağı  salır,  damarlarda 

trombların əmələ gəlməsinin qarşısını alır.

- Jenşen qanda şəkərin səviyyəsini aşağı 

salır.


-  Kişilər  üçün  jenşen  xüsusilə  xeyirli-

dir.  Jenşen  cinsi  zəifliyi  aradan  qaldırma-

ğa  kömək  edir,  cinsi  funksiyanı  və  sper-

moqrammanın  nəticələrini  yaxşılaşdırır. 

Məhz bu səbəbdən jenşen kişi sonsuzluğu, 

spermatogenezin  (spermanın  “istehsalı”) 

müxtəlif pozulmaları, impotensiya zamanı 

tez-tez istifadə olunur.

- Jenşen qadınlarda menstrual funksiya-

nın yaxşılaşmasına kömək edir.

- Jenşen mübadilə prosesləri yaxşılaşdı-

rır,  piylərin  parçalanmasını  sürətləndirir. 

Bu  səbəbdən  jenşen  arıqlamaq  üçün  olan 

müxtəlif preparatların tərkibinə daxil edi-

lir.

-  Jenşen  kökünün  və  yarpaqların  dəm-



lə məsi  sağalmayan  yaraların  və  xoraların 

müalicəsində istifadə olunur.

- Jenşen dərinin vəziyyətinə çox müsbət 

təsir edir - dəridə mübadilə prosesləri və 

qan  dövranını  yaxşılaşdırır,  hüceyrələrin 

yenilənməsini  sürətləndirir,  dərini  daha 

dartılmış və elastik edir.

Jenşen  müalicəvi  vasitədir.  Bu  səbəbdən 

tərkibində  jenşen  olan  preparatları  yalnız 

həkim təyin etməlidir.



Jenşenin inanılmaz sayda 

faydalı xüsusiyyətləri

Xalq təbabəti


http://www.amu.edu.az

16 dekabr  2016-cı il

Hərbi səfərbərlik, xüsusi,  kadrlar şöbələrinin və mülki 

müdafiə qərargahının əməkdaşları hərbi səfərbərlik şöbəsinin 

müdiri Əlisa Kamalbəyova qardaşı  



Elman Kamalbəyovun 

 vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

Yoluxucu xəstəliklər kafedrasının əməkdaşları iş yoldaşları 

Qızbəs Şahımovaya əmisi

 Şirin Şahımovun 

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 364

T i b b     a l ə m i n d ə

 Kafedraların müdirləri:  

     

- II daxili xəstəliklər kafedrası 

- İnsan anatomiyası kafedrası  

- Travmatologiya və ortopediya kafedrası  

- Patoloji fiziologiya kafedrası 

- Əmək gigiyenası və uşaq- yeniyetmələr 

  gigiyenası kafedrası  

- Biofiziki və bioüzvi kimya kafedrası  

- Ortopedik stomatologiya kafedrası 

 

 Kafedranın dosenti:  



 

- Epidemiologiya kafedrası - 1 yer

 

Kafedraların assistentləri: 

 

- III daxili xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)

- Bioloji kimya kafedrası - 1 yer 

- Urologiya kafedrası -1 yer (0,5 vahid)



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim 

olunma müddəti elan qəzetdə («Təbib» qəzeti, 16 

dekabr 2016-cı il) dərc olunduğu gündən 30 gün 

keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə 

ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri - Az 1007, Ənvər Qasımzadə, 14: 

Telefon: (012) 597-43-23

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR  ÜZRƏ 

AŞA ĞI DA KI  YERLƏRİ  TUTMAQ 

ÜÇÜN 

MÜSA BİQƏ ELAN EDİR

II müalicə-profilaktika  fakültəsinin VI  kurs, 338

b

 qrup tələbəsi Əkbərli 



Tutu Bəhram qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika    fakültəsinin  V    kurs,  104

a

  qrup  tələbəsi 



Məmmədzadə Məryəm Muxtar  qızının adına verilmiş tələbə bileti itdiyi 

üçün etibarsız sayılır.

I müalicə-profilaktika  fakültəsinin V  kurs, 104

a

 qrup tələbəsi Qədirli 



Elman Mehman oğlunun  adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız 

sayılır.


Stomatologiya   fakültəsinin hazırlıq şöbəsinin dinləyicisi Burak Dariye-

rinin   adına verilmiş dinləyici  bileti itdiyi üçün etibarsız sayılır.

Hərbi tibb fakültəsinin I kurs, 1125

b

 qrup tələbəsi Məcidli Cabir Rəşad 



oğlunun  adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

 Allah  rəh mət  elə sin!



M

ütəmadi olaraq antidepressant qəbul edən 

qadınlar insultdan daha çox əziyyət çəkirlər.

A Z Ə R T A C 

xəbər verir ki, bu 

barədə  Amerika 

Ürək  Assosiasi-

yasının  saytında 

dərc 

olunmuş 


tədqiqatda məlumat 

verilib.


Mütəxəssislər 

ağır  ürək-damar 

xəstəliklərindən 

əziyyət  çəkən  və 

depressiya  yaşa-

yan  qadınlarda 

insult riskinin 32 

faiz yüksək oldu-

ğunu bildiriblər.

Tədqiqatda  qeyd  olunur  ki,  depressiyanın  ağır  formaları 

ürək-damar sisteminin fəaliyyətinə pis təsir edir. Bu pozğunluq 

isə insultu, eləcə də xroniki xəstəlikləri gücləndirə bilər.

Məqalə  müəllifləri  öz  həmkarlarına  depressiyadan  əziyyət 

çəkən  xəstələrin  ürək-damar  sisteminin  vəziyyətinə  xüsusi 

diqqət yetirməyi məsləhət görürlər.

ABŞ alimləri belə qənaətə gəliblər ki, miqrenlərdən əziyyət 

çəkən qadınlarda da insult riski xeyli yüksəkdir.

Oyun başlamazdan öncə fakültənin dekanı, professor 

Tahir Süleymanov  intellektual oyunların keçirilməsinin 

əhəmiyyətindən danışaraq qeyd edib ki, bu cür oyunlar 

perspektivli mutəxəsislərin hazırlanmasında müsbət rola 

malikdir.

  Ümumilikdə  yarişa  qoşulan    8  komandadan  “36.6”, 

“Nevroz” , “Expandables” və  “Albatros”            koman-

daları “A” qrupunda, “Morfin”, “Histamin”, “Rezonans”, 

“Şah və Mat” komandaları isə “B” qrupunda mubarizəyə 

başlamışdır. “Nevroz” və “Expendables” komandası “A” 

qrupundan, “Morfin” və “Histamin” komandası isə “B” 

qrupunda daha çox xal toplayaraq finala vəsiqə qazan-

mışdır. Final mərhələsində daha çox xal toplayan “Nev-

roz” komandası qalib olmuşdur. Qalib olan komanda pul 

mükafatına və diploma layiq görülmüşdür. Yarış, eləcə 

də fakültə haqqında digər məlumatlarla fakültənin rəsmi 

facebook ünvanı olan “ATU Eczaciliq”  səhifəsində tanış 

ola bilərsiz.

Komandamız finala vəsiqə qazanmışdır

Dekabrın 9-da Əczaçılıq fakültəsinin Tələbə Gənclər 



Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə 

təşkilatçılığı ilə “Xəmsə MİO” oyunu keçirilib. 

AZƏRTAC  “vistanews.

ru” saytına istinadla xəbər 

verir  ki,  mağaraya  tarixi 

obyekt kimi UNESCO-nun 

təbii  irsi  statusu  verilib. 

Amma  bu  mağaraların 

içində daim çoxalan virus-

lar üzündən 20 il əvvəl on-

lara  giriş  qadağan  edilib. 

Sən demə, bu mağaralarda 

mikroblar  özünəməxsus 

ssenariyə  uyğun  yaşayır 

və  çoxalır.  Bu  mikroblar 

ətraf mühitin təsirinə düş-

mür. Tədqiqatçılar genomu 

öyrənən biokimyəvi analiz 

və texnologiyalar vasitəsilə 

bakteriyaların  ştammla-

rını  tədqiq  ediblər.  Beləcə 

mikroorqanizmlərin daxili 

strukturunu görə biliblər.

Sonra  alimlər  müasir 

antibiotikləri  bakteriya-

lar  üzərində  sınaqdan 

keçiriblər.  Bakteriyalar  18 

növ müasir preparata qar-

şı  dayanıqlı  olub.  Alimlər 

bunu mikrobların struktu-

rundakı mutasiyaların heç 

bir antibiotikin olmadığı 4 

min il əvvəl formalaşması 

ilə izah ediblər.

Antibiotiklərin təsirinə dayanıqlı olan bakteriyalar tapılıb

Kanadanın 



Makmaster və Ak-

ron Universitetinin 

alimləri Meksikanın 

dərin mağaralarında 

antibiotiklərin təsirinə 

dayanıqlı olan nadir 

bakteriyalar tapıblar. 

Məlum olub ki, bu 

mikroorqanizmlərin 

təqribən 4 milyon il yaşı var.

Üstəlik,  genetik  amillər  səbəbindən 

beynində  boz  maddə  qıtlığı  olan  ca-

vanlar  spirtli  içkilərə  daha  meyilli 

olurlar.

Mütəxəssislər  tədqiqat  zamanı  60-

dan  çox  gənci  müayinə  ediblər.  Təd-

qiqatda  iştirak  edən  yeniyetmələr 

nə  qədər  və  hansı  tezliklə  spirtli  içki 

içmələri  barədə  anket  doldurublar.  35 

yeniyetmə spirtli içki düşkünü kateqo-

riyasına  aid  edilib.  Nəticələr  göstərib 

ki, baş beynin müəyyən nahiyələrində 

boz  maddənin  miqdarı  az  olan 

yeniyetmələr spir tli içkilərə daha çox 

qurşanırlar.

Müəyyən  edilib  ki,  spirtli  içkiləri 

çox içmək sosial təcrid, psixi sağlam-

lıq problemləri və təhsil səviyyəsinin 

aşağı  olması  ilə  də  bağlıdır.  Bu  cür 

yeniyetmələrin  həyəcanlılıq  səviyyəsi 

yüksək  olur,  onlar  çoxlu  siqaret  çəkir 

və  narkotik  vasitələrdən  istifadə 

edirlər.


Mütəxəssislər  bildirirlər  ki,  baş  be-

yin  neyronlarının  çox  hissəsi  boz 

maddənin tərkibindədir. Buna görə də 

onun  miqdarının  azalması  psixi  sağ-

lamlığı pozur. Spirtli içkidən vaxtında 

imtina etmək sayəsində boz maddənin 

miqdarı arta bilər.

Spirtli içki içmək gənclərin beynini dəyişdirir

m

 



Şərqi Finlandiya Universitetinin alimləri bildirirlər ki, çoxlu spirtli içki 

içən yeniyetmələr baş beynin yaddaşa, emosiyalara, qərarların qəbul edilməsinə və 

özünənəzarətə cavabdeh olan mühüm strukturunun - boz maddənin çatışmazlığından 

əziyyət çəkirlər.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik 

günü ilə əlaqədar ölkədə 5 gün iş olmayacaq.

2016-ci ilin dekabrın 31-i Dünya Azərbay can -

lılarının  Həm  rəylik  günü  ilə  əlaqədar  qey ri-iş 

günüdür. 2017-ci ilin yanvarın 1 və 2-si də Yeni 

il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

Əmək  Məcəlləsinə  əsasən,  dekabrın  31-i 

həftənin şənbə, yanvarın 1-i isə bazar gününə 

təsadüf  etdiyindən  yanvarın  3-ü  və  4-ü  də  iş 

olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olu-

nur.


Xüsusilə qışda 

meydana gələn 

boğaz quruluğu 

müalicəsində, 

limonlu çay, bitki 

çayları kimi üsullar 

istifadə edilir. 

Ancaq duzlu su ilə 

qarqaranın təsiri 

hamıya məlum deyil.

Qışda  quru  ha-

valarda və davamlı kondisionerli mühitdə olan in-

sanlarda boğaz quruluğuna tez-tez rast gəlindiyini 

deyən mütəxəssislər bir çox halda cökə, səhləb, li-

monlu çay kimi isti mayelər və qarqara ilə birlikdə 

yaxşılaşma təmin olunduğunu söyləyirlər.

Boğaz  quruluğunun  bundan  əlavə,  allergiyalara, 

siqaretə, kifayət qədər su içməməyə, tənəffüs yolu 

infeksiyalarına bağlı olaraq inkişaf edir. Bir həftədən 

artıq davam edən hallarda həkim nəzarətinin şərt 

olduğu bildirilib.

Qarqara isə, boğazda qan axınını nizamlayır, bak-

teriya  və  viruslarla  mübarizə  aparır  və  sağalma 

prosesini sürətləndirir.

Bu səbəbdən də duzlu su ilə qarqara əla seçimdir. 

Lakin qarqara suyunu udmaq olmaz.

Bundan  əlavə,  bir  stəkan  su  ilə  qarışdırıla-

caq bir limon suyu və bir qaşıq bal da boğazınızı 



sakitləşdirəcək.

Yeni il bayramı ilə əlaqədar 

qeyri iş günləri açıqlandı

Duzlu suyun möcüzəsi

Yüklə 281,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə