TariXİ MƏlumatlar



Yüklə 331,01 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix09.03.2018
ölçüsü331,01 Kb.
#31022
1   2   3   4   5   6   7   8

 

10

 



1733  fevral 

Bağdad  müqaviləsi.  Osmanlı  qoşunlarının  komandanı  Əhməd    paşa  ilə  Nadir  xan  arasında 

imzalanan  Bağdad  müqaviləsinin  şərtlərinə  görə  Osmanlılar  son  on  ildə  işğal    edilmiş  bütün 

torpaqları  Səfəvilərə  qaytarmağı  öhdəsinə  götürdü,  Osmanlılar  Azərbaycanın  cənubunda  hərbi 

əməliyyatlar dayandırılaraq buradan çıxarıldı. 

1735  21 mart 

Gəncə  müqaviləsi.  Rusiya  ilə  Səfəvi  dövləti  arasında  imzalanan  müqavilənin  şərtlərinə  görə  rus 

qoşunu Xəzəryanı  vilayətləri tamamilə tərk etməli idi. 

1780 

Gürcü  çarı  II  İraklinin    Hüseynəli  xanla  müqavilə  bağlaması.  Müqavilənin  şərtlərinə  əsasən 

Hüseynəli  xan  ona  ildə  müəyyən  məbləğdə  pul  verməyi  vəd  etdi,  bunun  müqabilində  II  İrakli 

Gürcüstana  köçürdüyü  əhalini  geri  qaytarmağı  və  İrəvan  xanlığının  ərazi  bütövlüyünü  qorumağı 

öhdəsinə aldı. 

1783  24  iyul 

Georgiyevski  traktatı.  Gürcüstanın  Rusiyanın  himayəsinə    keçməsi  haqqında  Georgiyevsk 

traktatının (müqaviləsinin) şərtlərinə görə II İrakli  özünün  və  varislərinin adından Rusiya  çarının 

ali  hakimiyyətini qəbul etdi,  Rusiya II İrakli çarlığının  bütövlüyünə  və  Kartli-Kaxetiya  tacının  

qorunmasına    təminat  verirdi,  Rusiya  Gürcüstanı    xarici    hücumlardan    qorumalı  idi,  Gürcüstan 

taxt-tacının  vəliəhdi   Peterburqda rus çarı tərəfindən təsdiq  etməli idi, II İrakli daxili  idarəetmə  

işlərində    müsətəqilliyi  saxlayır,  xarici    siyasətdə    isə  Tiflisdə    otruracaq    rus    məmuru    ilə  

hesablaşmalı idi. 



1802  26  dekabr 

Georgiyevski  müqaviləsi.  Georgiyevsk  müqaviləsinin  şərtlərinə  əsasən  bu    müqaviləni 

imzalayanlar İran  hücum  edən hallarda ona  qarşı  birgə çıxmağı  öhdələrinə götürürdülər, Cənubi 

Qafqazda rus  tacirlərinin  təhlükəsizliyi və Xəzər dənizində gəmiçilik inkişaf etdirilməli idi, Quba, 

Dərbənd və Lənkəran  xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq  üsmisi  öz xahişləri ilə Rusiya 

himayəsinə qəbul oluna  bilərdilər. 



1803  12  aprel 

 “Andlı öhdəlik” adlı sənədin  imzalanması. “Andlı öhdəliy”in şərtlərinə görə Car-Balakənin daxili 

muxtariyyəti  saxlanıldı,  Carlılar  Rusiya    xəzinəsinə  ipəklə  xərac    ödəməli,  sədaqət  əlaməti  olaraq 

Rusiyaya əmanətlər verməli, öz ərazisində  rus qoşunlarını yerləşdirməli idi. 



1805  14 may 

Kürəkçay  müqaviləsi.    Rusiya  ilə  Qarabağ  xanlığı  arasında  11  maddədən  ibarət  imzalanan 

müqavilənin şərtlərinə əsasən Qarabağ xanlığı, xan, onun varisləri və xanlığın bütün əhalisi  Rusiya 

təbəəliyinə  qəbul  olundu,  xanlıq  müstəqil  xarici  siyasət  hüququndan    məhrum  edildi,  xanlığın 

daxili idarəsi  xanın ixtiyarında  saxlanıldı, xan çar xəzinəsinə  hər il 8  min çervon xərac verməyi 

öhdəsinə  götürdü, ruslar Şuşada rus qarnizonunun  saxlanılmasına razılıq  alındı. 



1805  29 may 

Şəki xanlığının Rusiya ilə Kürəkçay müqaviləsi imzalaması. 



1805  27 dekabr 

Şamaxı xanlığının Rusiya ilə Kürəkçay müqaviləsi imzalaması. 



1812  16  may 

Buxarest  sülhü.  Osmanlı  dövləti  Rusiya  arasında  imzalanan  Buxarest  sülhünün  şərtlərinə  əsasən 

Osmanlılar  Cənubi  Qafqazın  böyük  bir  hissəsinin  Rusiya  tərəgindən  işğal  olunmasını  təsdiq  etdi  

və 1806-1812-ci illər Rusiya-Osmanlı müharibəsi başa çatdı. 



1813  12  oktyabr 

Gülüstan    sülhü.  Bu    müqaviləni    İran    tərəfindən    Mirzə      Əbülhəsən    xan,  Rusiya    tərəfindən  

Qafqazdakı   rus qoşunlarının  baş  komandanı Rtişşev imzaladılar. Gülüstan   sülhünün şərtlərinə 

əsasən: İran   Gəncə,  Qarabağ,  Şəki, Şamaxı,   Quba, Bakı və  Lənkəran   xanlıqlarının  ərazisinin,  

Şərqi  Gürcüstan və Dağıstanın Rusiyaya ilhaq  edilməsini tanıdı, İrəvan və Naxçıvan xanlıqlarının 

İranın hakimiyyəti altında  qalmasına  razılıq  verildi, Xəzər dənizində  hərbi  donanma saxlamaq 

hüququ    yalnız    Rusiyaya  verildi,  Rusiya  tacirlərinin  İranla  ticarətində  5%-lik  gömrük    rüsumu  

müəyyənləşdirildi,  İran    ərazisində  rus  tacirləri  daxili  gömrük  rüsumlarını  ödəməkdən  azad 

edildilər. 

1814  25  noyabr 

Tehran müqaviləsi. İngiltərə ilə İran arasında imzalanan bu müqaviləyə  əsasən İran  hökuməti öz  

sərhədləri    tərəfindən  Hindistanın  təhlükəsizliyini  təmin  etməyi    öhdəsinə    götürürdü.  Bunun  

əvəzində isə İngiltərə İrana 1809-cu  il müqaviləsi  üzrə hər il müəyyən  edilmiş məbləğdə maliyyə 

yardımı göstərmək, silah və hərbi  gəmilər ayırmaq haqqında  üzərinə  götürdüyü  öhdəliyi yerinə 

yetirəcək, Gülüstan  sülh müqaviləsinin şərtlərinə yenidən  baxılmasına  kömək göstərəcəkdi. 



1823   

İranla  Osmanlı dövləti  arasında əməkdaşlıq haqqında  müqavilə bağlanması. 



1828  10 fevral 

Türkmənçay  sülhü.    İran    ilə  Rusiya  arasında    15  maddədən  ibarət  Türkmənçay  müqaviləsinin 

imzalanması ilə II Rus-İran müharibəsi başa çatdı.  Türkmənçay sülhünün şərtlərinə əsasən Rusiya 

öz qoşunlarını Cənubi Azərbaycan  torpaqlarından  çıxarmağı  öz öhdəsinə   götürdü, İran Şimali 

Azərbaycana  olan iddialarından birdəfəlik əl çəkdi, İran əvvəllər işğal  edilmiş xanlıqlarla birlikdə, 

İrəvan  və  Naxçıvan  xanlıqalarının  da  Rusiyaya  ilhaq  edilməsinə    razılıq    verdi,  İran  Xəzər 




 

11

 



dənizinin   Rusiyanın daxili  dənizi olduğunu  tanıdı, Xəzər  dənizində  hərbi  donanma  saxlamaq  

hüququ  yalnız  Rusiyaya  verildi,  İran    Rusiyaya    20  milyon  gümüş  manat  məbləğində  təzminat  

verməli  və  bu  məbləğin  çox  hissəsi      ödənilənə  qədər  Cənubi  Azərbaycan  vilayətləri  Rusiyanın 

işğalı altında qalmalı idi, əhalinin  İrandan Cənubi  Qafqaza hərəkətinə icazə  verildi. 



1829  2 sentyabr 

Ədirnə  sülhü.  Rusiya  ilə  Osmanlı  arasında  imzalanan  Ədirnə  sülhünün  şərtlərinə  əsasən  Rusiya  

Axalsıx  paşalığının  bir  hissəsini    Osmanlı  dövlətindən  aldı,  Osmanlı    dövləti  bütün  Cənubi  

Qafqazın Rusiya tərəfindən işğal edilməsini  tanıdı, Osmanlı  dövlətindən Cənubi  Qafqaza, eləcə 

də Şimali  Azərbaycana 84 min nəfərdən çox erməni köçürmək nəzərdə tutuldu. 

1917  5 dekabr 

Ərzincan sazişi. Zaqafqaziya Komisarlığı ilə Osmanlı dövləti arasında imzalanan bu sazişə əsasən 

rus qoşunları Qafqaz cəbhəsindən geri çəkildi. 

1918  3 mart 

Brest-Litovsk  sülhü.  Sovet  Rusiyası  ilə  Almaniya  arasında  imzalanan  müqavilənin  şərtlərinə 

əsasən:  Rusiya  I  Dünya  müharibəsindən  çıxdı,  1877-1887-ci  illər  Rusiya-Osmanlı    müharibəsinə 

qədərki  sərhəd  xətti  bərpa  edildi,  Qars,  Ərdahan    və  Batum  vilayətləri  Osmanlı    imperiyasına  

qaytarıldı,  rus  qoşunları  osmanlı  ərazilərində  və  sərhəddə  yerləşən  erməni  silahlı  birləşmələrini  

tərk-silah etməyi öhdəsinə götürdü. 



1918  4 iyun 

Batum  müqaviləsi.    AXC-in  Osmanlı  dövləti  ilə  Sülh  və  dostluq  müqaviləsi  imzalanması.  Bu 

müqavilənin şərtlərinə əsasən Osmanlı dövləti Azərbaycanın dövlət müstəqilliyini tanıdı, Osmanlı 

dövləti  Azərbaycana  hərbi  yardım  göstərməyi,  müqavilənin  4-cu  bəndinə  görə  ehtiyac  olarsa, 

Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürdü. 

1918  27 avqust 

Sovet Rusiyası ilə Almaniya arasında gizli Avqust sazişinin imzalaması. Avqust sazişinin şərtlərinə 

əsasən  Almaniya  üçüncü  bir  dövlətin,  yəni  Osmanlı  imperiyasının  Bakıya  daxil  olmasına  mane 

olmağa çalışmalı, Rusiya isə bunun qarşılığında Bakı neftinin 1/4 hissəsini Almaniyaya verməli idi. 



1919  16 iyun 

AXC hökuməti ilə  Gürcüstan arasında hərbi-müdafiə  müqaviləsi imzalanması. Müqavilənin əsas 

məqsədi  Denikindən  qarşı  birgə  qorunmaq  idi.  Bundan  başqa  Gürcüstanda  Azərbaycan    səfirliyi 

yaradıldı. Gürcüstanla Zaqatala dairəsi ətrafında ərazi mübahisəsi də dinc yolla həll edildi. 



1919  yay 

AXC hökumətinin neft ixracı ilə əlaqədar xarici şirkətlərlə ticarət müqavilələri bağlaması. 



1920  21 mart 

İranla  Azərbaycan    arasında  Dostluq  haqqında  müqavilə  imzalanması.  Müqaviləyə  əsasən  İran 

AXC-nin müstəqilliyini tanıdı, Təbrizdə baş konsulluq, Tehranda isə Azərbaycan səfirliyi açıldı. 

1919  9 avqust 

İngilis-İran  sazişi.  Sazişin  bağlanması  nəticəsində:  İran  siyasi  və  iqtisadi  cəhətdən  Böyük 

Britaniyadan  asılı  vəziyyətə  düşdü.  Saziş  Cənubi  Azərbaycanda  milli-azadlıq  hərəkatına  təkan 

verdi, ingilis müstəmləkəçilərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi. 



1920  16 mart 

Moskva  müqaviləsi.  RSFSR  ilə  Turkityə  arasında  imzalanan  müqavilənin  3-cü  maddəsinə  əsasən 

Azərbaycanın  himayəçiliyi  altında  Naxçıvanın  muxtar  ərazi  olmasına  razılıq  verildi,  Azərbaycan  

Naxçıvanı  üçüncü dövlətə güzəştə gedə bilməzdi. 



1920  avqust 

Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlanması. Sazişə əsasən Şərur-Dərələyəz 

qeyd-şərtsiz Ermənistana verildi, Rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zəngəzur və Naxçıvan isə 

mübahisəli ərazilər elan olundu. 



1920  dekabr 

Gümrü  (Aleksandropol)  müqaviləsi.  Türkiyə  ilə  Ermənistan  arasında  imzalanan  müqavilənin 

şərtinə  görə İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 

min km


2

 hüdudlarında müəyyənləşdirildi. 



1921 

Sovet-İran müqaviləsi imzalanması. 



1921  13 oktyabr 

Qars  müqaviləsi.  Rusiya  ilə  Türkiyə  arasında  imzalanan  müqavilə  ilə  Naxçıvanın  Azərbaycan 

ərazisi  olması  bir  daha  təsdiqləndi,  Naxçıvanın  sərhədləri  və  gələcək  statusu  qəti  olaraq 

müəyyənləşdirildi. 



1922  22 fevral 

Sovet respublikalarının RSFSR ilə saziş bağlaması. Bu sazişə əsasən ZSFSR ölkələri, o cümlədən 

Azərbaycan    beynəlxalq  münasibətlərdə  öz  mənafeyini  təmsil  və  müdafiə  etməyi  RSFSR-ə 

tapşırırdı. 



1992  15 may 

SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqında Daşkənd müqaviləsinin imzalanması. 



1991  sonu 

Rusiya  ilə  Ermənistanın  “Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  təhlükəsizlik  haqqında  müqavilə” 

bağlaması. 

1994  12 may 

Bişkek protokolunun imzalanması. Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsi. 



1999  noyabr 

ATƏT-in İstanbul sammitində Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında saziş imzalanması. 



2001  yanvar 

Azərbaycanla  Rusiya  Federasiyası  arasında  Xəzər  dənizinin  dibinin  Milli  sektorlara 

bölüqşdürüləsinə dair sazişlər bağlanması. 



Yüklə 331,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə