Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   2   3   4   5   6   7   8   9   ...   54

və  sairə    tənzimləyici    məsələlərin    təsirinə  nəzərə    alsaq  ,  deyə  bilərik  ki,    əski 
yunan  teatrı    ictimai    şüur    hadisəsinə  çevrilməklə    ənənəvi    mərasim    və 
rituallardan    onların  məqsəd  ,  məzmun  və  formalarından    ayrıldı,  fərqləndi  və 
özəlliyini    təsdiq  etdi.Başqa    sözlə  ,  əski  yunan    mədəniyyətində    uzun  müddət 
intitussional    teatr    və  teatrlaşdırılmış  mərasimlər  paralel    şəkildə    mövcud  idi, 
hərəsi öz məqsədlərinə  müvafiq fəaliyyət göstərirdi.Məhz  buna görə tarixi inkişaf  
prosesində  yunan metodologiyası  , ritual və mərasimlər  canlı  epik ənənəsindən  
qopub  yalnız    tarixi  sənədlərdə    qorunub  saxlandı,  teatr  prosesi    isə  konseptual 
formada  bütün  Avropa    mədəniyyətlərinə  keçid  vahid  poetikasını    canlı  teatr  
prosesində    təkmilləşdirdi,  zənginləşdirdi  və    bu  gün  bildiyimiz    “  teatr    sənəti  “ 
anlayışı  səviyyəsinə yüksəldi. 
Beləliklə , aydın oldu ki, “ teatr düşüncəsi “ və  “ konseptual teatr” anlayışı 
heç  də  eyni  şey    deyil.Bu  yalnışlıq  ondan  irəli  gəlir  ki,  tarixi  zamanın    başlıca 
keyfiyyətini  –kauzallığını  ,  yəni  hadisələrin  gedişatında  ,  inkişafında  ,  səbəb  –
nəticə  başlılığının    təyinedici  şərtini  nəzərə  almadan    bilavasitə    “  teatr”ı  və 
yaranışından    çox  –çox  əvvəl  mövcud    olan  yaradıcı  psixoloji  fenomeni  də  eyni 
terminlə    adlandırırıq.Konkret  tarixi    zamanın    dəqiqləşdirilməsi  ,  uzunluğu  – 
qısalığı  burada rol oynamır :bəşər övladı müəyyən fərqlərlə  ( bəzən çox kəskin 
fərqlərlə ) istisnasız  “ estetik  düşüncəyə”   malik idi.bu məsələ  elmdə  hələ tam 
araşdırılmayıb    və  estetik  düşüncənin    qaynaqları,  təbiəti  ,  psixoji  mexanizmləri  
aydın deyil : yer üzərində elə bir millət, xalq yoxdur ki, arxaik,əski dövrdə  ritual  
mərasim  mərhələsindən    keçməsi    və    aydın  məsələdir  ki,  “oyun  düşüncəsinə” 
malik  olmasın.Bax,  məhz    bu  “  oyun    düşüncəsi  “,  “  oyun  düşüncəsi”,  “  Oyun 
estetikası  “nın    biz  avropa  elmi    dilinin  təsiri  ilə  “teatr  düşüncəsi”  (  rusca  : 
Театралъное  мышленые) terminiylə ifadə etmək məcburiyyətindəyik. 
Fikrimizi    daha  aydın  açıqlamaq    üçün  biz    ərəbcədəki    “  təfəkkür”  ( 
düşünmə, fikirləşmə) söz-anlayışını geniş mənada  işlədərək  “ düşüncə” terminini 
daha  dar  “  oyun”la  bağlılıqla    təfəkkürün  bir    növü    və  subyektiv  yeni  olan 
məhsulun    yaranmasıyla  xarakterizə  olunan    fərdi  idrak  prosesi    mənasında 
işlədirik ki,  “ teatr düşüncəsi” spesifik yaradıcı düşüncəsidir və repoduktiv( yəni 


:hazır bili və bacarıqları  istifadə  prosesi) düşüncədən öz ilkin  niyyəti , məksədləri 
, mənaları və dəyərləndirmə  sistemi ilə  fərqlənir. 
Bunu  da  xüsusi    vurğulamağı    lazım  bilirik  ki,    Azərbaycan  milli    sənət  
təfəkkürü    bütövlüklə    təfəkkürün    bütün    növlərinə  -  intuitiv    və  praktikidən   
başlamış və nəzəri konseptual   düşüncəyə qədər malikdir.Çağdaş  teatr düşüncəsi 
isə  daha  çox    reproduktiv  əsaslara    bağlı    olduğundan    teatr  prosesinin  köklü  
problemlərinə müraciət etməyə subyektiv   və obyektiv maneələr yaradır. Belə ki,  
bu gün teatr düşüncəsinin  qarşısında  bir sıra  başqa problemlərlə yanaşı  teatrın “ 
özünü  dərketməsini”    təmin  etmək  vəzifəsi    durur:    teatrımız    özünü    subyektiv 
kimi  ( milli mədəniyyət kontekstində ) anlaçalı, düşüncə obyektilə  identifikasiya ( 
eyniləşmə)  etməli, öz  başlıca problemini ( İdealını, poetikasını) mənimsəməli  və 
bu problemə  öz münasibətini təyin etməlidir. 
Demək    artıqdır  ki,    yeni  tarixi    şəriətdə  bu  vəzifələr    ümumilli  düşüncə  
prpblemləri    ilə    ayrılmaz    vəhdət    təşkil  edir,  çünki  teatr    düşüncəsinin  
problemləri  etik,  estetik    ,  sokral    və  psixoloji    problemlərin    kəsişən  nöqtəsində  
cəm  olunaraq öz sahəsində mühüm ontoloji  ( mahiyyət) və ekzistensial ( varolma, 
mövcudluq)  problemlərin  dərki    və  həllində    güclü    və    başlıcası    emosional  
yardımçı  ola bilərFilosof  R.Bədəlov  yazır : “ Uzaq  keçmişdə Qorqudun əslində  
kim olması  mühüm deyil, epik ənənənin özü onu  ozan, yəni  sənətkar kimi təqdim 
edib.Qorqudun    müəlliflik    spesifikasında    mübahisə  aparmaq  olar,  amma  nəticə  
etibarıyla    “  Kiatbi  Dədə  Qorqud”-  “İliada”  kii    bu  abidələri    onları    yaratmış  
xalqların  yüksək  yaradıcı  potensiyasını  sübuta yetirir.” 
 
 
 
 
 
TEATR  PROSESİNİN İLK  MƏRHƏLƏSİ : 
1.
 
MİLLİ  TEATR  DÜŞÜNCƏSİNİN  ƏSKİ  QAYNAQLARI 
 


.........Qoyduğun yerdən götürmə 
“ Oğuznamə” 
 
Azərbaycan  milli teatr düşüncəsinin  qaynaqlarını  ilk öncə əcdadlarımızın  
mifoloji  təfəkküründə    axtarmaq    həm  də  ona  görə    səmərəlidir  ki,    bu  gün  də 
düşüncəmizdə    rudiment  (  qalıq)  halında    olan    bir  çox    təsəvvürlərin    mənasını 
açıqlamağa müvəffəq ola  bilərik.Milli teatr poetikasını  bir  çox səciyyələri  əski 
oğuzların    mif  yaradıcılığında,  deyimlərində  ,  müxtəlif  adət-ənənələrində  , 
oyunlarında  ,  mahnılarında    və  s..  səpələnmiş  halda  mövcuddur.Odur  ki,  əski 
oğuzların  məsləhətləriylə  biz “ qoyduğumuz yerdən  götürməyi” rəva bilirik. 
Ümumtürk    mədəniyyətinin    üzvi    tərkib    hissəsi    olan    əski    oğuz  
mədəniyyətinin  çağdaş  mədəniyyətimizə  təsiri  danılmazdır.” Oğuzlar  çox əski  
mədəniyyətə    malik    türk    dilli  qəbilə  birləşmələri  siniflərindəndir,  amma    bizi 
maraqlandıran  bu  mədəniyyətin  tərkibində  olan  müxtəlif    mifoloji-  epik  
əsərlərdəki teatr düşüncəsinin elementləridir.” Oğuzların öz dillərində  yazılmış ilk 
milli  dastanları    Dədə    qorqud    dastanlarıdır.Bu  dastanlar  son  əsrlərə  qədər  
Anadolu və İran türkləri arasında   sevilərək  dinlənilmiş, oxumuş...”Odur ki,  bu 
abidənin boylarını çıxış nöqtəsi kimi  götürmək olar. 
K.Abdullayev “ Gizli Dədə Qorqud” monoqrafiyasında  dastanın  özümüzü , 
gerçəkliyimizi , iddia və imkanlarımızı   daha  yaxşı  tanımaq  üçün arac, vasitə  
olmasını  vurğulayaraq  daha  dərin qatlardakı  Dədə Qorqud  mənalarını göstərir : 
“ bu  dərin qatdakı  Dədə qorqud   son  dərəcə  dinamik , canlı,  bütün hadisələrin  
bəlkə də  çətini  əlində  cəmləşdirən bir qüvvədir(qabartma mənimdir – M.Ə.) Gizli 
Dədə  Qorqudun    hərəkət  dairəsi  –  çox    genişdir  ,  amma  o  öz  niqabının    üzdəki  
Dədə Qorqud un  altında  elə  gizlənə bilib ki,  demək olar ki, görünmür.” Müəllif  
bu  ideyasını  bir  neçə  səmtə  inkişaf    etdirib    çox  maraqlı  ,  bəzən    paradoksal 
qənaətlərə gəlir, bizi isə bu fikrin  teatr poetikası  aspekti maraqlandırır. 
Nəzərə  alsaq  ki,  ənənəvi  olaraq  Dədə  Qorqud    yalnız    ozan  ,  nəqledici  
funksiya    kimi  qəbul  olunur  ,  burada  dinamikanın    özü  ,  hərəkət  dairəsinin  
genişliyi  ,  hadisələri  idarə  etmək  qüvvəsi      Dədə  qorqudu    məzmun    və  forma  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə