Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

1)  K.D.Q-nın    zahiri  əlamətlərindən      faydalanıb,  onun    sujet  xəttini  , 
qəhrəmanlarını  ,  hadisələri  və  s.modernləşdirməklə  “  aktual  “  məsələləri    həll 
etmək. 
2)K.D.Q-nın  daxili  mifo-epik    strukturlarından  faydalanaraq    yazılı 
ədəbiyyatın imkanlarını təzələmək  niyyəti  ( çağdaş mifo-epik  yaradıcılığı) 
3)  K.D.Q-nın    strukturuna    çağdaş  ədəbi  (    formal)  məntiqlə    müdaxilə  
edərək  “  qaranlıq  “  mənaları    işıqlandırmaq,  çağdaş    nöqteyi  –nəzərdən    boşluq  
olan hissələri  doldurmaq  cəhdləri 
Hər üç  meyli  biz qənaətbəxş   sayırıq , çünki  nəzərə  çarpan  cəhətlər  milli 
düşüncəmizin  əski  xəzinəsindən  faydalanmaq  deməkdir. 
Araşdırmamızın    kontekstində  bizi  maraqlandıran      aspekt    dramaturji  
prosesin  genezisi  baxımından  çox faydalıdır.K.D.Q mətnlərinə  müəyyən mənada  
səhnə  üçün  ədəbi    əsas  kimi    yanaşanda  ,  onun  hadisələrinə  tam  etibar  edərək 
inanırıq. Heç bir çağdaş  yozuma   yol vermədən  onun  ilkin ifadə vasitələri  və 
imkanlarını  gerçəkləşdirmək  daha səmərəli görünür.Bu  fikrimizi  açıqlayaq. 
Bizcə  K.D.Q-nı    yozmaqdansa  ,  onu    olduğu  kimi    səsləndirmək 
vacibdir.Çünki  mənşəyinə  görə    şifahi  olan  bu  deyim    ilk  növbədə  son    dərəcə  
təsirli və informativ                                                 ritmə , ahəngə  söykənir, ondan 
faydalanır. 
K.D.Q-nın    mifoloji  (sehrli)  başlanğıcı    hər  hansı  vasitələrlə  
adiləşdirməməlidir, əksinə  çağdaş  fəlsəfi  nailiyyətlərdən təkan  alaraq  dastanın  
mistik  mənalarını    gücləndirmək    lazım  gəlir.Başqa    sözlə  ,  bu  gün    səhnə    əsəri  
üçün    əsas    kimi    götürən    K.D.Q  dini    kitabələr    kimi    qavranmalıdır.Bu  halda  
onun    sokral      mənaları    öz  ilkin    anlamlarında    təsir    göstərmiş    olar.Dədə 
Qorqudun “qayibdən  dürlü  xəbər  verməsi” ( mifoloji  keyfiyyəti) bəlkə də  bütün  
başqa    keyfiyyətlərdən  önəmlidir.Bu  keyfiyyət    bu  gün    hiss  olunan  “  mifoloji 
aclığı”  aradan    götürüb    canlı    epik    ənənənin    davamını  təmin  edə  bilər.Teatr 
prosesi üçün  isə bu hal  ən mühüm və  həlledici  amillərdən   biridir.K.D.Q-nın  
istisnasız  bütün  boylarında  mifo- epik  struktur  və mənaları  aşkarlamalıyıq, əks 
təqdirdə  biz sehrli məsələləri  etnopsixoloji problemlərlə əvəz edə bilərik. 


Dədə  Qorqudu  ozan-  sənətçi  kimi  anlayanda , unutmamalıyıq ki,  arxaik  
dövrdəki  hər hansı sənət  hələ öz mistik mənşəyini  və məqsədlərini sırf  peşəkar  
funksionallığına  dəyişməmişdi.Unutmayaq ki,  Dədə Qorqud  qopuzu icad  etmiş 
demiurqdur,  deməli  hər  hansı  sənət  düşüncəsinin,  o  cümlədən  teatr  prosesinin 
banisidir. 
Bəlkə  də  miflə  mübarizə  etmək,  onun  sehrini    buxar  kimi  havaya    sovurub 
anlaşılmalı  və sadə ( adi) hala gətirmək institusional  mədəniyyətin qanunudur, hər 
halda  , Avropa  mədəniyyəti  və incəsənəti  bu yolu  keçib : Yunan  mifologiyasını 
,  daha  sonra    xristianlığın    sehrli-  sokral    hadisələrini    və    personajlarını    öz 
səviyyəsinə enidrərək bunu “ humanistləşdirmə” adlandırıb.Allahları   və ilahələri  
öz  ölçülərinə , qanunlarına uyğun davranmağa  məcbur edən humanistlər  bununla 
ədəbiyyat  və  incəsənətin  inkişafına  güclü  təkan  vermiş  oldular.Amma  itirdikləri 
daha  böyük  bir  şey  –  mifoloji  düşüncənin    qutu,  ruhsal,  ruhani  xassəsi  adi  
psixologizmlə əvəz edildi.Sonralar Avropalılar  “ mifoloji  aclıqdan” gileylənməyə  
başladılar,  amma  ,  necə  deyərlər  ,  sonrakı  peşamnçılıq  faydasız  olar.Mifolojinin 
yerini  saxta  ,  psevdomuflər    tutmağa  başaladı  ki,    XX  əsrdə    nasional-sosializm 
kimi  əjdaha bunun dəhşətli    təzahürüdür.Unutmayaq  ki,   hitlerizmin    alt    qurumu  
məhz  modernləşdirilmiş  və aktuallaşdırılmış  alman  mifologiyası oldu... 
Təbii  ki,    milli    mənəvi    sərvətimiz  olan    K.D.Q-nın    institussional  
mədəniyyət    və  incəsənətimizlə  müxtəlif    təcəssümləri    olmalıdır  ,  necə  ki, 
indiyənəcən  bəziləri  olub da : romantik pafoslu  filmlər , tamaşalar,  adaptasiyalar 
(  uyğunlaşdırılmalıdır),  elmi    monoqrafiyalar,  hətta  parodiyalar(“  Fransız” 
filmində...).Hələ  opera  ,  balet  ,  cizgi    filmi,  lap    balacalar  üçün    adaptasiya    və  
başqa    formalarda    K.D.Q    materialı  əks  olunmalıdır.Amma  bizcə  ,  hər  hansı 
təcəssüm  variantında    K.D.Q-nın    mifoloji  ,  sehrli  ,  ovsunlu    başalanğıcı    cari  
ideoloji  məqsədlərlə  əvəz  edilməməlidir. 
Çağdaş    teatr  prosesinin   bəzi  “  düyünlü”  problemli  məhz    “  Dədə qorqud   
açarı”  ilə  açılıb   tam  gücü    ilə    öz  ədəbi    işini    görə    bilər..Əgər    bu  problemlər  
sırasında  milli  dramaturgiya    (  və  ya    dramaturji  ədəbiyyat)  məsələsinə  ayrıca  
nəzər salsaq , görərik ki,  bu gün onun çatışmayan cəhəti  məhz sehrdir, qutudur, 


ovsundur .Bunları isə  dramaturgiya məhz  məhz K.D.Q-nın boylarından əxz edilə 
bilər:  bundan  ötrü  yalnız  hamımızın    düşüncəsində  yaşayan    duyğu  və  inanclara 
çağdaş  forma  vermək yetərlidir.Unutmayaq ki,  Dədə Qorqudun  özü  daha qədim  
ənənələrdən  faydalanırdı : 
Bəs  Dədə  Qorqud  ənənəsindən  qədim  ənənələr    hansılardır    ki,    biz    teatr 
düşüncəmizin köklərinə aid   edib  araşdıraq? 
Birinci  və    ən  əhəmiyyətlisi    ritual-mərasimlər  –ayinlərdir  ki,    hər  hansı  
etnosun  mədəniyyəti    onları    yaddaşında    saxlayır.V.Ternerə    görə  :”...ritual-
jestləri, sözləri və obyektləri  və obyektləri əhatə edən , məxsusi yerdə ( məkanda) 
icra    olunan  və    fövqəltəbii  qüvvələrə  ,  ya  məxluqlara  ifaçıların    maraqları    və 
məqsədlərinə    uyğun    təsir  göstərə    biləcək  əməllərin  (əməliyyatların)  stereotipli 
(qəliblənmiş- M.Ə.) ardıcıllığıdır”. 
Bu qısa  təyinlə  kifayətlənib xatırladaq ki,  mərasimlər mövsümü , işgüzar , 
nigah,  qurbanlıq  ,  müalicə,   doğum,  ölüm,  fəlakət  , sokral   və sairə    mövzularda 
olur.Sonrakı    mülhizələrimizi  daha  aydın  anlamaq  üçün      Ternerin  bir  mühüm 
tezisini  də  göstərək : bir halda  ki,  cəmiyyətlər  donub qalmış  strukturlar  deyil, 
dəyişikliklərə cavab verən proseslərdir – onların  içində  yeni rituallar yaranır , ya 
da  ki, kənardan  götürülür, əski rituallar isə  tənəzzülə uğrayıb  yox olur .Bununla 
– belə  bu daimi  dəyişikliklərin axınında, rituallar üçün  yeni  bəhanələrdə, hətta 
yeni    ritual  konfiqurassiyalarda  radikal    yenilikdən    çox  ,  bir  qayda  olaraq  
keçmişin variantlarının  görkəmini alan   formalar qorunub saxlanılır. 
Dədə  Qorqud    ənənəsi    məhz    əski  oğuzların    zəngin    ritual  ənənəsindən  
qaynaqlanıb cəmiyyətin  yeni tarixi şəraitdə  yeni mənəvi –psixoloji  tələbatlarını 
ödəməyə      yönəlmişdi.Oğuz  elinin    mərasim    və  ayinləri  ,  dünyagörüşü    və 
inanclarının  bədii-estetik səciyyələri  Azərbaycan elmi  tərəfindən  mükəmməl  və 
müfəssəl    öyrənilib  araşdırıldığından    biz  maraqlananları  V.V.Bartold, 
A.H.Bernştam  ,  Z.Bünyadov,  M.Vəliyev,  V.A.Qordelevski,  A.Hüseynzadə  , 
R.Şükürova    və  başqa    alimlərin  əsərlərinə  yönəldirik.Burada    isə    araşdırma  
predmetimizə  güclü  işıq  salan bir  mərasimə  diqqət  yetirək. 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə