Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

yaratması    labüd  idi.Tam  məsuliyyətlə  deyə  bilərik  ki,  arxaik    dövrdə  başlamış 
teatr  prosesi    VII-  yüzilliyəcən  üzvi  şəkildə  gedirdi  və  onun  özünəməxsusuluğu 
artıq  danılmazdı  .Son  dərəcə  böyük    ərazilərdə  məskunlaşan  ,  müxtəlif  qonşu 
mədəniyyətlərlə  yaxın  ünsiyyətdə  olan  və  faydalanan  türk  xalqları  ümumbəşər 
kökləri    və    özünəməxsusu  öz    estetiik  səciyyələri  olan  mədəniyyət  yarada 
bilmişdilər.Bu    möhtəşəm  mədəniyyətin  tərkibində  türk  dünyagörüşünü  ,    dünya 
duyumunu əks etdirən  canlı hərəkətə bağlı  sənət növü də öz yerini tutmuşdu.İndi 
“  teatr”    leksemasını  istifadə  etdiyimiz  ulu  sənətin  adı  bir  çox  türk    xalqlarında 
“ oyun” termini ilə ifadə olunur.Konsentual poetikanın təbiətini “ xassəsini” təmin 
edən  bu  söz-anlayışa  diqqət  yetirək  və  yenə  də    Mirəli  Seyidovun  
araşdırmalarından faydalanaq. 
 
“  Oyun”-  sözü  türk  dillərində    bəlkədə  ən  qədim  sözdü  və  buna    görə  də 
olduqca polisemantik ( çoxmənalı) hala  malikdir.Bu söz  türklərin mifologiyası ilə 
sıx bağlıdır : şaman  və onun keçirtdiyi ayinə məhz  “ oyun”  demişlər, alimlərin 
fikrincə  sözün  kökü  “oy”-dur  ki,  əski  abidələrdə    “  fikir  “,”  düşüncə”  anlamında  
işlədilir.Başqa  türk  dilləri  dialektlərində  “  oy”  –  “ağıl”,  “  dərrakə  “,  “  anlamaq”, 
“ zəka”, “ məslləhət “ deməkdir.” Oy “ – kökündən yaranmış  “ Oyuc”  sözünün 
mənaları isə  “ yarış”, “ rəks”dir. Şamanın rəkslə müşayiət olunan mərasim ayininə 
“oyun” demək  daxili məntiqə söykənir : “ başbilən , ağsaqqal  həkim , insanları 
bəladan , xəstəlikdən qurtaran ,  ağıllı  məsləhətlər verən , qam-şamanın ayini elə 
belə də adlanmalı idi”.Bütün praktiki amillərlə yanaşı bu oyunun nəticəsində bütün 
iştirakçılar  sehirli  hallara  düşüb  özlərini  ,  tanrılarını,  ruhlarını    yaddaşlarını  dərk 
edirdilər.Burada    aydınlaşır  ki,  bu    cür  oyunların  poetikasında    zaman-  məkan 
bağlılığı  “  Xronotop”  konkretlikdən  çox  uzaq  idi,  elmi  dillə  desək    daha  çox 
reliativizm  anlayışına  (  nisbiliyə)  yaxın  idi.Xatırlasaq  ki,  bu  səciyyə  çağdaş 
düşüncəmiz  üçün  də  xarakterikdir,  belə  bir  qənaətə  gələ  bilərik  ki,  bu  hal 
etnogenetik    qatdan  qaynaqlanır  və  bugünə  kimi    eyniliklə  ötürülüb.Beləliklə  ,  
fəsilin  bu    bölümünü    yekunlayaraq    qeyd  edə  bilərik  ki,milli  teatr  düşüncəmiz 
milli  sənət    təfəkkürünün  ən  dərin    qatlarından  qaynaqlanır,  mifo-epik  
yaradıcılıqla üzvi şəkildə bağlıdır, ibtidai  də olsa  poetika səciyyələrinə malikdir 


və  canlı    epik  ənənənin  vasitəsilə  çağdaş  milli  sənət  düşüncəsinin  tərkibində 
qorunub. 
 
Teatr  prosesinin  üzvi  hərəkətini  təyin  edən  bu  amillər,  heç  şübhəsiz  ki, 
çağdaş teatr sənətinin də yaşarlığının rəhni  sayıla bilər. 
 
 
 
2. TEATR  PROSESİNİN  QOLLARI : 
AZƏRBAYCAN  AŞIQ  SƏNƏTİNDƏ  TEATR 
DÜŞÜNCƏSİNİN POETİKA  ÜNSÜRLƏRİ 
 
....BİZDƏN SALAM OLSUN ARİF OLANA, 
HAQQ    NƏ  GÜNDƏ    XƏLQ    ELƏDİ  
DÜNYANI? 
YER İLƏ  GÖY NƏ SAATDA BƏHS ETDİ? 
YER NƏ ÜSTƏ  BƏNDƏ SALDI  ASLANI? 
Aşıq Ələsgər 
 
Sözün əsl mənasında  nadir sənət növü olan aşıq yaradıcılığı  həm də  sənət 
təfəkkürünün əvəzolunmaz kateqoriyasıdır.Zaman- məkan sənət növünü  musiqi və 
poeziya  ilə  bağlayan  aşıq  sənəti  müəyyən  mənada  Azərbaycan  milli  sənət  
təfəkkürünün yaradıcılıq prosesinin  zaman içində də parçalanmazlığını təyin edən 
incəsənət  faktıdır.Tarixi  zamanda  kökləri    əski    mərasim  və  ayinlərə  çatan  aşıq 
sənətinin çağdaş  mədəniyyətimizdə , sənət  təfəkküründə həm yaradıcılıq  növü , 
həm  də  institusional    səciyyələri  mövcuddr.Bu  mənada  aşıq  sənətini,  onun 
poetikasını , canlı praktikasını həm əski mədəniyyətin rudimenti  , həm də çağdaş 
mədəniyyətimizn hadisəsi kimi dəyərləndirə bilərik. 
Bu mövqedən çıxış edəndə, ilk növbədə aşıq sənətinin koninik , bərkidilmiş 
klassik  strukturlarını  nəzərdə  tuturuq  .  Eyni  zamanada    aşıq  sənətinin  bu  günkü 
vəziyyəti,  problemləri,    bir  sözlə,  inkişaf  prosesinin  səciyyələri  də  araşdırma  


predmetimiz  olan  teatr    prosesinin  inkişafında  yaranan    və  formalaşan  teatr 
düşüncəsi və teatr  poetikası problemlərini açıqlamağa geniş imkanlar verir. 
Əvvəlki bölümdə açıqladıq ki,  “ Yuğ protetiatrı” tarixi meydanı tərk edəndə 
Azərbaycan dastan yaradıcılığına təkan vermişdi.Sırf etik dastanlardan fəqli olaraq 
aşıq  dastanlarında insan amili ön plana çıxmışdı, odur ki,aşıq dastan yaradıcılığını 
mif  yaradıcılığından  ayırmalıyıq.Aydın  məsəlidir  ki,  söhbət    klassik  mif  
yaradıcılığından  gedir,  çağdaş  “  mifləşdirilmə”  prosesi  başqa  bir  araşdırmanın 
mövzusudur,  hərçənd  ki,  görkəmli  ədəbiyyatşünas    və  semioloq  Rolan  Bartın 
yazdığı  kimi  :”gerçəklikdə  istədiyim  hər  şey    mifləşdirilə  bilər,  ikinci  dərəcəli 
mifoliji sistem hər hansı mənanın , hətta.... mənanın olmaması  əsasında da qurula 
bilər.”Göründüyü kimi  bu fikir çağdaş industrial və post industrial cəmiyyətlərin 
doğurduğu  problemlər    və  mənəvi,  mədəni    proseslərə  daha  çox  aid  ola 
bilər.”Ənənəvi  cəmiyyətlə  üçün bu məsələlər o  qədər də aktual  deyil : ənənəyə 
bağlı mədəniyyətlərdə mif hakkında “ yaddaşını “itirməyən, mədəni “ dövriyyədə” 
olan    kanonik  sənət  növləri  “  çağdaş  mif  yaradıcılığının”    fəaliyyət  sahəsini 
məhdudlaşdırır, dağıdıcı, ziyanverici təsirini zərərləşdirir.R.Bartin  göstərdiyi kimi  
ikinci  dərəcəli  mifoloji    sistemlərə  fəal    müqavimət  göstərən    məhz  təbii    və 
poeziya    dilləridir.Bu  mənada    da  aşıq    dastanlarımızın  əhəmiyyətli    misilsizdir: 
dilimizi    yaşadır  ,  ilkin    mifoloji    sistemləri    qoruyub  saxlayır    və  buna  görə  də  
milli  düşüncəmizi    bir  çox  təhlükəli    bəlalardan  uzaqlaşdırırşBir  sözlə  ,  əski 
varsaqlardan  estafet  qəbul    edən    aşıqlar-ozanlar  öz  tarixi  missiyalarını    bu  günə 
qədər  icra  etməkdədirlər.Buna  görə  də  ,  baxmayaraq  ki,  XVI  əsrə  qədərki  aşıq  
şerinin    çox  hissəsi    gəlib  bizə  çatmamışdır,  ədəbiyyat  və  sənətşünaslığımızda  
qeydə    alınan    nümunələr    aşıq    sənətini    teatr    düşüncəsi    prizmasından 
araşdırmağa  kifayət  qədər əsas verir. 
Aşıq    yaradıcılığının      başlıca  mövzusunu  “  məhəbbət”  və  “    gözəllik” 
kateqoriyaları    müəyyənləşdiri.Aşıq    lirikası    nümunələinə  toxunmadan  bizi 
maraqlandıran dastan  poetikasında  teatr düşüncəsi ünsürlərini  aşkarlamağa  cəhd 
edək.Amma , bundan  öncə “ənənə”söz-anlayışının  etimoligiyasını  açıqlayaq ki, 
aşıq    yaradıcılığının  “  mənəvi  məkanının”  parametrləri    daha  aydın 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə