Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

görünsün.”Ənənə”  ərəbcə  iki    mənada  işlənir  :  Birincisi,  rəvayət    vasitəsilə  
nəsildən- nəsilə geçən hər bir  şey, ikincisi ümumiyyətlə adət “ Göründüyü kimi , 
bir sözdə  anlayışın  həm mnemonik9 yaddaş), həm  də  mediativ( örtüsü), həm də  
konservativ  (  qoruyucu)  funksyaları    birləşir.Bütövlükdə  isə  insanların    sosial  
persepsiyasını  (  bir  –birinə    uyuşmasını,  birgə  yaşayışın  tənzimləməsini)  təmin 
edən    ənənə    hər  hansı  cəmiyyətin    həm  də  canlı    inkişafını  istiqamətləndirir.  Bu  
tipik cəmiyyətlərdə  mövcudluğu labüd  və təbiidir.Yuarıda  qeyd etdiyimiz kimi, 
aşıq    yaradıcılığının    aparıcı  mövzularını  “  məhəbbət2  və  “  gözəllik”  anlayışları 
təşkil  edir.Buradaca    dəqiqləşdirsək  ki,    ənənəvi  mədəniyyətin  məna  qatında  bu  ( 
və başqa ) anlayışlar “ adət”ə  görə  polisemantik ( çoxmənalı) halda-mövcud  olur 
və məhz  buna görə öz  çoxfunksyalılığını  qoruyub saxlaya bilir. 
Yuxarıda    göstərdiyimiz    funksyalara  (  yaddaş,  ötürücü,  tənzimləyici...) 
yanaşı  aşıq    yaradıcılığı    bədii  yaradıcılığa    məxsus  olan    estetik  (  zövq  )  , 
didaktik(tərbiyəvi)  və  kommunikativ(  rabitə,  əlaqə)  funksyalarını    yerinə 
yetirir.aydın  olduğu  kimi, sadaladığımız  funksyalar  universal  xarakterlidir, odur 
ki,    aşıq  yaradıcılığının    özəl  funksyalarına    keçməzdən  öncə    qeyd  eləyək  ki,  
çağdaş Azərbaycan  aşıq sənəti  institussional( təsisatlı0 mədəniyyətimizdə ənənəvi  
mədəniyyətin  canlı    təmsilçisidir.Onun    markinal    xarakteri  (  sərhəd,  iki    hal  -  
hadisənin    kəsişmə    sahəsində  mövcudluq)  məhz  iki  mədəniyyətə    mənsub 
olmasıyla    izah  olunur.Buna  görə  də    araşdırma  predmetimiz    olan  teatr  
düşüncəsinin    poetika    ünsrlərini    aşıq    sənətinin  poetikasında    axtarmağımız  
məntiqli  və məhsuldar ola  bilər. 
“  Klassik    aşıq    ədəbiyyatında    məhəbbət    mövzusu  zəngin    və  müxtəlif  
ənənələrə ( qabartma mənimdir – M.Ə.) bağlıdır seyən alim  xüsusilə  vurğulayır 
ki,  aşıq  yaradıcılığının  artıq klassikası  sayılan “ Əsli və Kərəm”, “ Qurbani “, “ 
Abbas  və  Gülgəz”,  “  Aşıq  Qərib”,  “  Məsud  Diləfruz”,  “  Əmrah”  ,  “  Tahir    və 
Zöhrə”    və  bu  kimi  onlarca    dastanların    mövzusunun  əsasında  “  insanın  nəcib 
hissləri  , arzu  və  istəkləri”  , onun  məhəbbəti  durur”.Başqa    çox    maraqlı və   acib  
səciyyələrə    toxunmadan    buradaca    bizdən    ötrü    önəmli    məsələnin    üzərində  
dayanaq. 


 
Aşıq    dastanlarının    mövzuları    açıq-aydın    göstərir  ki,  mif,  mərasim- 
ayinlərdən      fərqli  olaraq  ,  dastanlarda  bütün    mənəvi  ,  əxlaqi,  sokral,  sosial    və 
psixoloji    anlayışlar    artıq      personifikassiyalaşır  -    insaniləşir  ,  konkret  insan  
obrazlarına  ,  istəklərində  ,  bir  sözlə    sujetdə  gerçəkləşdirir.Təbii  ki,    sujetqurma  
prinsipləri  əvvəlki  ənənədən    qaynaqlanır  ,  bu  prinsiplərdə    arxetiplər  (  ilkin  
anlayışlar)  nəzərdə    tutulur,  amma    artıq    yeni    çağların    yeni    düşüncəsinin  
humanitar  əsasları  fərdi, insani , qəhrəmanı  ön plana  çəkir, arxaik  dastanlardan  
fərqli  olaraq  onu  çox zaman  cəmiyyətlə  konflikt-münaqişədə  təsvir edir. 
Qara Namazov yazır : “....” Əsli və Kərəm” dastanında  məhəbbət  cəmiyyəti  
parçalayıb məngənəyə salan dini  ayrı- seçkiliklə  qarşılaşır və ona mənəvi qalib 
gəlir.Məhəbbət  “ Qurbani “, “ Abbas və Gülgəz” dastanlarında  qılınca, “ Qərib” 
dastanında  isə pula , digər  tərəfdən heç  bir şeylə hesablaşmayan vaxtda ( Qərib “ 
üç aylıq  yolları  üç günə gəlir”).Xatırlasaq ki,  Qədim yunan  teatrının  sənət  növü  
kimi  formalaşma  yolunda  ilk  addım  kütləvi  xordan  ayrılıb- qəhrəmanın önə  
çıxması , daha sonra “ antoqonist-protoqonist” çütlüyünün  yaranması oldu, görərik 
ki,    bu  proses  milli    yaradıcı  təfəkkürümüzdə    də    getmişdir.Fərq    ondadır  ki,  
Yunanıstanda    bu    proses    çox  qısa  bir  tarixi    zamanda    və  bir  sənət  növünün  
çərçivəsində  gedib    ,  milli  sənət    təfəkkürümüzdə  isə  bu  prosesi  dəqiqləşdirmək 
üçün    artıq  müəyyən  mənada    “  müstəqilləşmiş”  sənət    növlərini    müqayisəli  
təhlilə çəkmək məcburiyyətindəyik. 
Aşıq  dastanlarının  ədəbi  strukturlarına  özəl  sistemliyinə  diqqət verəndə  
görürük  ki,    burada  “  məhəbbət  “    kateqoriyası  bir  qayda  olaraq    konflikt-  
münaqişəyə    təkanverici  şərt  kimi    dəyərləndirilir  və  qəhrəman  bu  şərti  mütləq  
qanun  kimi  qəbul  edərək  onun    uğurunda  ölümə  getməyə  belə  razıdır.Yenə  də  
Avropa teatr  sistemindəki  “ faciəvi qəhrəman”  anlayışını xatırlayaq .Qəhrəmanın 
“faciəviliyinin    kökləri”  ictimai  inkişafın  təzadları  və    insanların  tərəqqiyə 
ödədikləri    dəhşətli,  qanlı    qiymətindədir  “İnsanı  önə    çıxaran  qədim  Yunan  
filosofları xüsusilə qeyd edirdilər ki, “yalnız insan xeyir və şər , haqq və nahaq  və 
buna  bənzər  anlayışları    qavramağa  qadirdir.”  Bundan  belə  bir  nəticəyə    gələ 
bilərik  ki,    aşıq  dastanlarında  “məhəbbət  “    kateqoriyası    məhz    “insan  azadlığı  , 


seçmək  hüququ  “  sistemində  özəl  məna    qazanır.Bu  sistemin  ,  təbii  ki.  Arxaik  
dövrlərdən fərqli  olaraq sosial  aspekti  də  daha qabarıq  formada özünü biruzə 
verirdi, çünki vahid etnopsixoloji  şüurlu təbəqələşmiş, qütbləşmiş  düşüncə əvəz 
etmişdi.H.Araslı    yazır:  “  Orta    əsr    vətəndaşları  azadlıq    uğrunda    apardıqları  
mübarizənin ilk pilləsində “ mənəvi  azadlığı ( qabartam – mənimdir M.Ə.) könül 
aləmində  ,  məhəbbət  aləmində  ,  bərabərlim  tələblərini    məhəbbət    mövzusunda  
əbədiləşdirirdilər  “  Marksist  –leninçi    nəzəriyyəsinin    vulqar  (  bayağı)  
sosiallaşdırma    meylini    kənara  qoysaq  “  Məhəbbət”  və  “  azadlıq  “  
kateqoriyalarının  mənəvi  sistemində  sinonimləşməsini  qeyd edə bilərik .İrəliyə 
sıçrayıb  ,  peşəkar  Azərbaycan  teatrının    institusional    poetikasının  
formalaşmasında    bu    iki  sinonimləşmiş    kateqoriyanın  olduqca    böyük  rol 
oynamasını    göstərə  bilərik.bu  həm    də    ona    görə    baş  verə  bilmişdi  ki,    “  eşq, 
məhəbbət  “  kontekstində    hər  hansı  mücərrəd    problem  emosional,  duyğulu  
formada  təqdim  olunduğundan    qavrayış  üçün  xeyli  asandlaşdırılırdı,  cəmiyyətin 
bütün  sosial  və  intellektual    təbəqələrinə  eyni  dərəcədə    anlaşıqlı  görünürdü. 
Məhəbbət lirikasının dil-ifadə vasitələrinin dastanlarda  olduğu kimi  köçürülməsi  
də  bu  məqsədə  qulluq  edirdi  :  dinləyiciyə  mükəmməl  bildiyi  dil  (  həm  doğma  , 
təbii,  həm  də    metaforik    poeziya  anlamında  )  təqdim  olunurdu  və  bütün 
problemlər    adekvat(  eyniliklə)  qavranılırdı.Şifahi    tərz    də  ənənəyə  uyğun  idi, 
çünki  rəvayətin  ərəbcədəki  bir  mənası  həm də “xəbər “ deməkdir.... 
Aşıq  lirikasının   ikinci  mühüm  kateqoriyası  olan “ gözəllik”  anlayışı  da  
ambivalet  (  ikili  )xarakterə  malik  olmasından    yeni  düşüncə  sistemliyində    üzvi  
tərkib  hissəsi  və    yaradıcı  element  kimi  yer  tutdu.”  Gözəllik”  kateqoriyasının  
ambivalentliyi  etik  və estetik  mənaları  özündə  birləşdirməsində  anlaşılır.Belə  
ki,    bu  kateqoriya    estetik  mənada    fiziki,  cismani    gözəlliyi  ,  yəni  hisslərlə 
qavranılan    və  bədii  qanunlarla  qavranılan    və    bədii  qanunlarla    tənzimlənən  
anlayışları  etik, ənənəvi əxlaq ( qəbul  olunmuş davranış , prinsip  və normaların  
məcmusu)  anlayışlarıyla  eynilişdirilib,  eyni  zamanda  həm  əql  ,  həm  də  hissiyyat  
kateqoriyası    kimi    təsir    göstərir.Əski    dastan    və  miflərdə    fərqli    olaraq  aşıq  
dastanlarında  “ gözəllik” termini  həm də “ ədəb”, “mərifət”, “ədalət”, “ paklıq”, “ 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə