Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
 
 
 
 
 
 
*             *               *                *                  * 
 
 
 
 
Əzizim el arasın 
Cənnət  say el arasın,  
Ölüm  yaddır o kəsə,  
El sevsin, el arasın... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bayatı 
Bir    çox    türk    xalqlarında  ,  o  cümlədən  oğuzlarda  ölümlə,  dəfnlə    bağlı 
mərasimlərin    sırasında    “  yuğ”  ritual  –ayini    xüsusi    yer  tutur.Məhz  teatr 
düşüncəsinə  çox yaxın olduğundan biz onu müfəssəl araşdırmağı  rəva  bildik.Bu  
araşdırmada    əsas    mənbəyimiz    Mirəli    Seyidovun    tədqiqatları    olacaq  ,  çünki 
görkəmli    alimimiz    bu    mərasimə    etnomifoloji    düşüncəmizin    köklərini  
açıqlamaqda    özəl  diqqət  yetirir.Fikirlərimizin    kontekstində    əsas  
konstotassiyadan  başlayaraq M.Seyidov yazır : “ Yuğ” hakkında  danışarkən  öncə  
deməliyik  ki,  insanın  özünü    az  –  çox   dərk    etməsi  , özü   hakkında   düşünməsi  
prosesi  ilə  bağlı mərasimdir ( qabartma  mənimdir- M.Ə.) “. 
Bu  ideya    teatr  düşüncəsinin    təməli  ,  bazis    kateqoriyalarının    üzərində  
konseptual    poetikasının    qurulması    üçün    çox  vacibdir  ,  çünki  geniş  mənada  
adlandığımız  “  idrak”  və  “  özünü  dərketmə”  proseslərini    biri-  birindən    ayırır  , 
ikincisini    sonradan    “  incəsəntdüşüncəsi,  təfəkkürü”  adlandırdığımız    sahəyə 
yerləşdirir. 
Təbii  ki,  burada    heç  bir    antoqonist  qarşıdurma    yoxdur  ,  sadəcə  rasional 
dərketmə  üsulu  ilə  irrasional  düşüncənin  obyektlərini dəqiqləşdirmək  niyyəti  


var.Mərasimlərin    yeni  formaları    və  motivləri    hər  hansı    milli    incəsənətin  
təşəkkül  və inkişafından xəbər verir , çünki”...incəsənət  yeni formaları  idrak  və 
əməl    üçün  artıq    gerçəkləşmiş    hər  şeyə  dəyərləndirici    münasibət  (qabartma  
mənimdir-  M.Ə.)  kimi  yaradır  :  incəsənətdə  biz  hər  şeyi    tanıyırıq  və  hər  şeyi  
xatırlıyırıq...”Aydın    məsələdir    ki,    rasional    idrakda  bu    məqam  tam  yoxdur, 
yalnız  bilmədiyimiz , tanımadığımız və yaddaşımızda  olmayan  “ nəsnələri” dərk 
etmək lazım gəlir. 
Mirəli  Seyidov xüsusilə vurğulayır ki, “ Yuğ” Azərbaycan  xalqının tarixi, 
mənəvi  inkişafı  ,  mifik  –  fəlsəfi  ,  ictimai,  siyasi  və  özəlliklə    bədii  təfəkkürü  ilə 
bağlı söz termindir.Bizi maraqlandıran mövzunun  çərçivəsində  daha çox  sonuncu  
səciyyəyə  diqqət  yetirəcəyik, həm də bu cür baxım ilk  dəfə tətbiq olunduğundan  
bəzi məqamların üstündə  daha müfəssəl  dayanmalı olacayıq. 
Ən əvvəl  ümumi bilikləri verək.Burada  təkrarladığımız” yuğ” söz- terminin  
elmi  sözaçmasının( etimoloji tədqiqatın)nəticəsində M.Seyidov belə  qənaətə gəlir 
:”  yuğ”-  “  qəbir  üstündə    söz”,  “nitq”,  “  danışıq”,  “  kədər”,  “  çətinlik”, 
deməkdir.Ə.Haqverdiyev  “  yuğ”  mərasimi  hakkında  belə  yazmışdır  :  “  Qədim  
Azərbaycanda  ölən böyük qəhrəmanlar üçün  ağlamaq bir adət idi.Qəhrəman  ölən  
günü  camaatı  bir yerə toplayırdılar.Bu toplantıya  “ yuğ “  deyirdilər.(“ yuğlama”-
“ ağlamaq” sözündəndir).Toplananlar  üçün  qonaqlıq  düzələrdi, xüsusi  çağrılmış 
“  yuğşular”  isə    ikisimli  “  qopuz”    çalıb  oynayırdılar”.Qədim  tarixçi  Musa  
Kalankatlı    isə  ölübasdırma  mərasimini  belə  təsvir    edirdi:  “  Qılıncla  ,  bıçaqla  
parçalanmış 
meyitlər 
 
üzərində 
 
təbil, 
zurna 
çalırlar.....Qılıncla 
vuruşurlar...Qəbristana  çatanda  sevişirlər...Bir  sırası  ağlayır,  hönkürür  ,  bir  sırası 
isə  iblisanə    adətlərinə    görə    rəks  edirdilər  .Onlar    oyunlar  ,  rəkslər  oynayır    və 
oxuyurlar”. 
Bunlarla    belə  “  Yuğ”  mərasimi  adi    ölübasdırma  ,  yas  ,  matəm  “  təbiri” 
deyildi:  bu  mərasimin    başlıca    məqsədi    ölümə    qarşı    çıxmaq  idiQəbristanda  , 
ölünü basdıran  zaman  insanların  sevişməsi  ölümün  mütləq  hökmünü , dağıdıcı 
gücünü  yeni  yaradılan  həyatla  zəiflətmək  kimi  qavranılırdı... 


M.Seyidov    yazır:  “  Yuğ  mərasimindən    danışarkən    bir  tarixi  ,  etnoqrafik 
sənət    məsələsini  ötəri    də  olsa    yada    salmaq    gərəklidir”  və    görkəmli    teatr  
biliciləri    Məmməd    arif    və    Cəfər    Cəfərovun    “  Yuğ  “da  “  tamaşa  –teatr 
ünsürlərini” görməsinə  işarə edir.Kitabda  göstərilən  bu  “ ünsürləri”sadalayaq : 
mərasimin  “  sözsüz”(hərəkətli)  və  “  sözlü”bölmələrdən    ibarət    olması  ,  musiqi 
alətlərindən  istifadə edilməsi , dəqiq müəyyənləşdirilmiş kompozisiyanın  icraçı , 
mərasimin    peşəkar  icraçılar  və  təbii  iştirakçılar    tərəfindən    gerçəkləşdirilməsi  , 
peşəkar  icraçıların    arasında  “  rol  bölgüsü”,  amplua    və    vəzifələrin    bölünməsi, 
mərasimi idarə  edən  şəxsin özəl  funksyaları  teatr  düşüncəsindən  xəbər verir. 
M.Seyidov    M.Qumilyovun  “  Хунны    и  Китае”  əsərinə    istinad  edərək  
bizdən  ötrü  çox  səmərəli  bir  ideyanı  irəli atır.O, yazır : “ Bəllidir ki,  Hunlar 
hələ  Çinlə  qonşuluqda    yaşayarkən  onlarda  teatr    tamaşaları  geniş  şəkildə 
yayılmışdı.Onlar  bir çox yerlərə  yayılarkən teatr  sənəti 
(qabartma mənimdir –M.Ə.) də özləriylə  aparmışlar. 
Sözsüz  ki,  Hunların  ölübüsdırma  mərasimi  sonralar  onlarda  teatr  sənətinin  
yaranmasında  örnək  rolunu  oynamışdır “. 
 
M.Seyidov  çox    doğru  olaraq  xüsusilə    vurğulayır  ki,  “yuğçuların”  istifadə 
etdikləri    üsul  və  formalar    gəlmə,  götürülmə  deyildi,  çünki  mərasim  birbaşa 
inamlara,    görüşlərə,    arxetiplərə   bağlı  idi, onları   gerçəkləşdirirdi.Buna görə də  
etno-psixoloji  düşüncəyə  uyğun  “  teatr  düşüncəsini”  və  “  teatr  praktikasını”  yəni 
poetikanı tələb edirdi. 
Göründüyü  kimi,  hələ  V-  VIII    yüzillikdə  “  türk  teatrı  anlayışı  və  intitutu( 
təsisisatı)  üçün  bütün  şərtlər  mövcud  idi.Yazıqlar  olsun  ki,    Azərbaycanla  bağlı  
mürəkkəb, geosiyasi  problemlərin basqısıyla “Yuğ” mərasimi rəsmi  yasaqlanır. 
 
“  Yuğ”  mərasimi  -    tamaşalarının    nəzəri  strukturlarını  araşdırarkən 
M.Seyidov    belə  bir  qənaətə  gəlir  ki,  peşəkar  yuğçular    yaradıcılıq  potensialı 
baxımından    2  yerə  bölünürdü  :  1-  fərdi    xüsusiyyəti  olmayanlar,  2-  fərdi 
xüsusiyyəti,  özümlüyü  olan    yaradıcı  .Birincilərə  tam  dəqiqliklə  aktyor  demək  
mümkün  deyil,  amma    ibtidai    poetika  nöqteyi-  nəzərindən  bu  qənaət  çox 
önəmlidir.Demək  olar  ki,  ənənəvi    mərasimlərin  ifaçıları    sırasından    artıq 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə