Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

müəllifliyə  can atan fərdlər irəliyə  çıxmağa başladılar.Xatırlasaq ki,  qədim yunan  
teatrının  inkişaf prosesində də  bu kimi faktlar  mövcud  olub , deyə bilərik  ki, 
əski  oğuz    yaradıcı  düşüncəsində  özəl  ,  başqa  məlum  olan  sənət  növlərindən 
prinsipcə    fərqlənən  sənət  növü,  teatr  düşüncəsi  yaranmaqda  idi.Bu  müəlliflik 
iddiası özünü  siyasi –ictima qatda biruzə verdi, çünki insanlarla canlı təmasda olan 
sənət    “  sözsüz  ki,  çağın  gərəkli,  çağın  hamilə  olduğu  ictimai    məsələlərə  də 
toxunurdu”.Göründüyü  kimi,  bütün  çağlarda  bu  cür  sənətçi  cəsarəti  iqtidar 
tərəfindən  mənfi    qəbul  olunurdu:  Albaniya    xaqanı  tərəfindən  “  Yuğ”  qadağan 
olunub.Çox  haklı olaraq M.Seyidov göstərir  ki,  “ Belə incəlikləri , doğma teatr 
tarixini    aktyor  ,  oyunbabası  –rejissor  sənətini  öyrənmək    azərbaycan 
teatrşünaslarının  araşdırma  obyektləri  olmalıdır”  .Bu  fkrə    şərik  çıxaraq  əlavə 
etməliyik  ki,  rejissor  və  aktyor  sənətinin  incəliklərini  daha  dolğun,  hərtərəfli 
araşdırmaq    üçün  qarşımızda  qəbul  olunmuş  poetikanın    parametrlərini 
dəqiqləşdimək    vəzifəsi  durur.Bunun  üçün  isə  alimlərimizn  əlində  olduqca  az 
faktiki    material  var    və  çox  zaman  mülahizələrimiz    fərziyəvi  xarakter  daşıyır. 
M.Seyidov  dil, söz termini hakkında fikir  yürüdərkən dlçiliyi qayda- qanunlarının 
tələbi  ilə    hər  hansı  araşdırmanı  dəqiqi  sübutlarla  əsaslandırır.Teatr  düşüncəsinə 
gəlincə isə  təbii olaraq  gümanlar, hipotezalarla kifayətlənməyə  məcbur olur.Belə 
ki, “ YUĞ” mərasiminin səciyyələrindən  düşünən alim yazır : “ Ola bilsin ki,  ( 
qabartma  mənimdir  –  M.Ə.)  yaradıcı  yuğçu    həm  də  bu  və  ya    başqa  meydan 
tamaşasının,  qaravəllinin,  qaragözün  müəllifi,  aktyoru,  oyunbabası,    rejissoru 
olmuşdu...Ola  bilsin  bunlar  sənət  baxımından  ilkin  bir  yerdə  yaşamış,    çalışmış, 
sonralar başqa- başqa  yolların yolçuları olmuşlar”. 
 
Alimin  bu  fərziyəsini  əsaslndırmaqdan  ötrü  əlmizdə  sənətlənmiş  faktlar 
olmasa  da  Dünya  mədəniyyətşünaslığının  uzun  zamanlardır  ki,  qəbul  etdiyi  elmi 
anlayışlara  müraciət  edə  bilərik.Bildiyimiz  kimi  qaravəlli,  qaragöz,  kilimarası  , 
meydan tamaşaları milli “ karnaval estetikası” nın təzahürləridir, xalqın yaratdığı  “ 
gülüş  mədəniyyəti”  nin  faktlarıdır.Burada  xüsusilə  qeyd  etməliyik  ki,  komik  və 
faciəvi sənət düşüncələri qarşıduran  və biri digərini inkar edən hallar deyil, əksinə 
M.Baxtinin 
fikrincə 
,çox  zaman  komizm    tərsinə  çevrilən  faciə 


anlayışıdır.Ümumiyyətlə “ hər şeyi astar üzünə çevirmək”  hər hansı milli kornaval 
düşüncəsinin,  gülüş stixiyasının  başlıca metodoloji üsuludur.” Gülüş dünyası” hər 
hansı milli düşüncənin özəl  tərkib hissəsidir  və tarixi inkişaf  prosesində  müstəqil   
konseptual  poetika    yaratmağa  müyəssər  olan  sənət    növüdür.  İbtidai  ,    ilkəl  ( 
primitiv)  komik  tamaşaların    məqsədi  “  lap  pis  insanların  bütün  əskiklikləri  , 
qəbahətləri  ilə  deyil,    gülməli  tərzdə    təsviri”  idi.Bu  məqsəd  xalq    karnaval 
oyunlarının    arxitiplərinin    estetikləşdirilmiş  nəticəsidir.belə  olan  halda  belə  bir 
qənaətə  gələ  bilərik  ki,  əski  yuğçu  artıq  teatr  düşüncəsinə  yiyələndiyindən  və 
qadağanlar  nəticəsində  yox  olmamaq  üçün  faciəvi  mistik  kateqoriyaların  “ 
işarələrini”  dəyişdirərək  teatr  düşüncəsini    kornaval  estetikasını  davam 
etdirdi.Keçəl,  Kosa  ,  Yalançı    Pəhləvan,  Keçi,  Qarağöz  və    başqa  karnaval 
personajları  insanların  ilkin  obrazları  ,    arxetiplərin  komik    təzahürü  olaraq  
ekzistensional    problemlərini,  həyat,  ölüm,  dirçəlmə  ,  axirət,  doğum,  əbədiyyət 
....və  s.  və  i.a.  məsələlərini    gülməli  oyun  tərzində    təsvir  etməyə  imkan 
verirdi.Deməli,    ənənə  qırılmırdı,  tarixi  inkişafın  tərəfləriylə    formasını, 
konfiqurasiyasını    ifadə  vasitələrini  və  dilini  yeni  şəraitə  uyğunlaşdırırdı.Alt 
məqsəd  isə    dəyişməz  qalırdı  :  Dostoyevskinin  təbirincə  “  şəfqət,  mərhəmət 
oyatmaq yumorun axtardığımız sirridir” gülüş mədəniyyətininönəmli qatını təşkil 
edən  meydan  tamaşaları    müəyyən  mənada    institusional    (  təsisatlı)  ,  peşəkar 
teatrın prototipi sayıla bilər , çünki başlıca göstəricisi - ədəbi mətnlər mövcuddur 
və  biz  bu  oyunların  ədəbi  və  teatr  poetikasını  bərpa  edə  bilərik.Bununla  yanaşı  
yuxarıda  qeyd etdiyimiz kimi ,eqzistensional  problemlərin həlli “ciddi” formada 
da    verilirdi.  M.Seyidov  yazır:  “  Yuğ”  mərasimi  geniş  həyat  hadisələrini  əhatə 
etmiş  və  onu  bədii    baxımdan    tamaşaçıya    çatdırması  ilə  Türk  xalqlarında  ilk  
dastan  janrının yaranmasına yardım etmişdir.Deməli, yuğla dastan  yaradıcılığı yol   
yoldaşı olmuşlar”.Bu möhtəşəm tarixi yolun istiqamətləri  çox zaman gözümüzdən 
yayınır , ya da qəsdən təhrif olunur , amma mənəvi  və mədəni tarimizin  qanunları  
ümumbəşər  tarixi    qanunlarla    prinsip  etibarı  ilə    ayrı  ola  bilməz    çünki  oxşar  , 
bəzən isə üst-üstə düşən proseslər dünya   mədəniyyət tarixnə bəllidir, mükəmməl 


tədqiq  olunub  və  ən  ümdəsi    müasir  mədəniyyət  və  incəsəntin  inkişaf    yönlərini 
proqnozlaşdırmağa  kömək etməkdədir. 
 
 “ Kitabi Dədə Qorqud” dastanın yuğ mərasimi ilə canlı bağlılığı , Qaragöz , 
Qaravəlli oyunlarının  poetik səciyyələrinin   dastan və mərasimdən qaynaqlanması, 
estetik  sistemlərinin  önəmli  ,    fundamental  nöqtələrdə  üst-üstə  düşməsi,  milli,  
yaradıc,  bədiiestetik  düşüncəmizin  qırımazlığından  xəbər  verir,  Azərbaycan  milli 
sənət    təfəkkürünü  proses  kimi  götürəndə  onun  mərhələlərini  görə  bilərik  :  dini  
mifoloji(  dünyanın  yenidən  strukturlaşdırılması  ),    bədii  –yaradıcı(  gözəllik  və 
harmoniya    qanunları  əsasında  dünyanın  quruluşu)  və  nəhayət    nəzəri  dərketmə 

dialektika  və  məntiqin 
əsasında    dünyanın  elmi    mənzərəsinin 
yaradılması  ),Azərbaycan  milli  sənət    ətəffürü  bu  mərhələlərdən  keçib,  hər 
mərhələdə önunə çıxan problemləri həll edib, bu haqda kifayət qədər bədii, elmi və 
maddi əsərlər yaradıb.Elə  olan surətdə nədən, nə səsbəbə, hansı  şərtlərə görə milli 
sənət    təkküründə  teatr  düşüncəsi  yarana  bilməzdi.Aydın  məsələdir  ki,  zəngin 
mədəni  tarixə  malik  olan  xalqlarda    eyni  mədəni  dəyərlər  mövcuddur,  eyni 
proseslər  getmişdir,  lakin  institusional    naticələr    fərqlənə  bilər.Qədim  yunanlar  
eyni  mərhələlərdən  keçib  inkişaf  prosesində    ilkin    ibtidai    teatr  düşüncəsini  
ideyasını  indi “ Qədim YunanTearı” adlandırdığımız təsisata  ( instituta) yüksəldə 
biliblər  .  Bu  tearın  fəlsəfəsi,  nəzəriyyəsi  ,  poetikasından  faydalanan  Avropalılar 
indi  tanıdığımız    “  Qərbi  Avropa  Teatr  modeli”ni  yaradaraq    müxtəlif  xalqların  
bədii  düşüncəsinə  örnəklər    vermişlər  .Azərbaycan  milli  teatr  düşüncəsinin    əski  
qaynaqlarına  müraciət  göstərir  ki,  konseptual  poetikasının  yaranması üçün  hər 
cür  şərait  var    idi,  başqa  sözlə  :  teatr    prosesi    üzvi  ,  məqsədyönlü    və  effektiv  
idi.Əcdadlarımızın  mifoepik  yaradıcılığı  poeziya , fəlsəfə , musiqi  və s..yaradıcı 
sənət  növləri    üçün  təməl  yaratdı.Bu  təməlin  üzərində    teatr    sənətinin    ilkin 
formalarını yaratmağa  başlayan sənətçilər  üçün  doğma  sənət təfəkkürü yetərli idi 
– bunu biz bir çox türkdilli xalqların mədəniyyətində müşahidə edə bilərik.Ən adi 
məntiqə  görə  min illərcə təbiətlə  sıx bağlı olan türk  xalqları təbii həyat tərzləri , 
təbii  landşaftın    təsirindən    “  Zaman-  məkan  “  sənət  növünü    yaratmaya 
bilməzdilər.Çağdaş  elmin  kateqoriyal  dili  ilə  desək,    türk    xalqlarının  prototeatr 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə