Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

agah olur...gəncə verərkən ona istilik – günəşim istiliyini,odunu... həyat qüvvəsini 
verir”məhz  buna  görə  kompzisyanın  dördüncü  bəndi(“yarış  və  qələbə”)qondarma 
”xoşbəxt  sonluq”  kimi  qavranılmır:”belə  bir  mifik  qüvvəyə(qabartma  mənimdir-
M.Ə)yiyələndiklərinə görə onlar yenilmirlər,düşməni rəqibi əzirlər. 
 
Milli  teatr  düşüncəsi  üçün  bu  hal    olduqca    vacibdir,  çünki  dastanın  
məzmunu  ,  mənaları  çəişət  qatından  yüksəlib    alı  mənəvi  dəyərlər    sistemində 
mənalandırılır.Magik-  sehirli    aləmdə    cərəyan  edən    hadisələrin  gedişatında  
dinləyici  mifoloji    yəfəkkürünün    mənalar  fondundan    faydalanır,  mühüm 
eksiztensional    problemlərin  həlli  ilə    məşğul  olmaq  imkanlarını    qazanır.Daxili  
konfliktin kauzallıqdan  (  zamanda    səbəb-  nəticə  sistemliliyinə  bağlılıq) qurtulub 
birbaşa  ekzistensional  keyfiyyətə  girməsi  kompozisiyanın  sonrakı  səciyyələrini 
də  adilikdən , bayağı gerçəklikdən azad edir.Bu halın başqa  çox vacib bir aspekti 
də mövcuddur,ənənəvi  mədəniyyətlərə magik- sehirli ayin və sənətin  psixoloji –
terapeftik    təsir  imkanlarını  araşdırarkən    Klod    Levi  –Stros    yazır  :  “  psixoloji 
baxımdan dürüst olan ərz və tələb arasında müəyyən müvazinət yaranır, amma iki 
şərtlə : kollektiv ənənənin  və  fərdi uydurmanın  uzlaşaraq  nə isə elastik struktur , 
yəni  situasiyanın bütün  elemtlərini  özündə  cəm  edən  o  pozisiya  və  korrelyasiya  ( 
qarşıdurmalar və uyğunlaşdırmalar-M.Ə.)sisteminin yaradılması  vacibdir” .Burada 
“  kollektiv  ənənə”  –  milli    sənət  düşüncəsi,  “  fərdi  uydurma”-  aşıq  sənəti  kimi  
analşılsa məsələ tam açıqlanır : milli düşüncənin təbii sehr ,  mifoloji( qida) tələbi 
aşığın sənət  “ ərzi  ilə “ ödənilir və nəticədə psixoloji müvazinət yaranır ki, teatr 
düşüncəsi  üçün    bu  misilsiz  bir  amildir.K.Levi  –Strosa  görə    ikinci  şərt  
tamaşaçıların bu yaradıcı- psixoloji situasiyada( aşıq yaradıcılığı prosesində ) az da 
olsa  , iştirakıdır : simvolik    anlayışların canlı    təzahürü (  reaksiyalarda) təxəyyül 
dünyasının    gerçəkləşdirilməsinə  səbəb    olur,  beləliklə    fərdi  yaradıcılıqla  
tamaşaçı- dinləyici arasındakı  qarşıdurma  və fərqlər aradan götürülür. 
 
Məhəbbət  dastanlarının  üçüncü  kompozisiya    elementi  –maneələrin 
meydana çıxması  və onları dəf etmək uğrunda mübrizə də bir çox  mədəniyyətlər 
üçün universal haldır.Hər dastanda “ maneə” kateqoriyası  konkret formada təsvir 
oluna  bilir  ,    amma  onun  vahid  mənası  mövcuddur:  Mifik  qüvvəyə  yiyələnən 


qəhrəman o qüvvəni yalnız  maneələrlə qarşılaşanda  realizə edə bilər . Hər hansı 
teatr  poetikası  üçün    “  mübarizə”  kateqoriyası  həlledici  əhəmiyyətə  malikdir  : 
mübarizədə bütün   başqa  ideya  kateqoriyaları  açıqlanır  ,  dəyərləndirilir və nəticə 
etibarı  ilə  hadisələrin  ümumi    mənasını  gerçəkləşdirir.  Məhəbbət  dastanlarının 
hadisələrinin  məişətdən uzaq olduğundan  burada  “ mübarizə “ də  “ sehirli əməl” 
kimi  qavranılır.  Burada  universallaşdırılma  ,  ümumiləşdirilmə  aparıcı 
üsuldur.Nağıl  və  dastanların  sujet  və  kompozisiyasını  təhlil  edərkən 
A.N.Veselovski  yazır  :”  güzərən  gerçəkliyinin  sıralanan    formalarında  insanın 
həyat  və  psixika  aktları    ümumiləşdirilir.Məhz  ümumiləşdirilməklə    də  hər  hansı 
əməlin  müsbət  və  ya  mənfi  dəyərləndirilməsi  bağlıdır  “.  Teatr  düşüncəsi  üçün  
psixoloji  aktların  ümumiləşdirilməsi  başılca  şərtdir  :  həddindən  artıq    özəllik,  
xüsusilik, tamaşaçı- dinləyicinin qəhrəmanla eyniləşdirilib onunla birgə hadisələri 
yenidən  yaşamaq  imkanını  təbii  olaraq  əngəlləyə  bilər.Bu  isə    kütləvi  ənənənin  
ekzistensional  təbiətinə    ziddir.Bu  fenomeni  araşdıran    V.Propp    yazır  :  “  sujet(  
kompozisiya – M.Ə.) vahid deyil, kompleksdir, o sabit deyil, dəyişəndir.Beləliklə , 
müxtəlif  dətyişən dastan sujetlərində maneələr  və mübarizə  formaları asanlıqla 
dəyişə  bilər,  dəyişməyən  kateqoriyaların      kompleksli    funksyalarıdır.Məhəbbət 
dastanlarında    maneələr    və  mübarizə  formaları    qəhrəmanın  yiyələndiyi  sehirli 
qüvvənin  açılmasına,    gerçəkləşdirilməsinə  xidmət  edən  kompozisiya  ,  sujet  
funksyalarıdır. 
 
 Məhəbbət  dastanının  dördüncü  kompozisiya  elemti    yarış  və  qələbə    bir  
başa  milli    mifoloji    təfəkkürlə    bağlı  anlayışdır.    Döyüş,  vuruşma,  əlbəyaxanın 
simvolik əvəzedicisi  olan aşıq  yarışması  deyişməsidir. 
 
Aşıq  deyişməsini  üç  mərhələyə    bölən    və  araşdıran  Qara  Namazovun 
verdiyi  təsnifatdan  açıq  –  aydın  görünür  ki  ,  iki  aşığın  deyişməsi  metaforik 
formada gerçək  dava, müharibə strukturlarını əks etdirir. 
 
Qarşı-  qarşıya  deyişən  aşıqların  simvolok    “  döyüşməsinin”  birinci  
mərhələsi özləri hakkında məlumat verməsi , “ özünün tərifləməklə qarşıdakı aşığı 
qorxudub, necə deyərlər gözünün odunu almaq məqsədini güdür. 


İkinci  mərhələ  hətta  öz  adıyla  gerçək  vuruşlardan  xəbər  verir.”  Aşıq 
sənətində hərbə-zorba adı ilə məşhur olan bu mərhələdə , doğrudan da , aşıqlar bir- 
birlərinə tuttarlı sözlərlə “ hücuma  keçirlər “. 
Bağlama  mərhələsi  adlandırılan  üçüncü  mərhələ  “    döyüşün”  həlledici 
məqamıdır : “ qıfılbəndi  aça bilməyən aşıq  bağlanmış hesab olunur və bununla da 
deyişmə sona yetir”  
Məhəbbət dastanlarının qəhrəmanları da maneələri keçəndən sonra  rəqibi ilə 
( bəzi dastanlarda bu “ rolu” sevgilisi də ifa edir ),  son  “döyüşə” çıxır : deyişmə  
vasitəsilə    qarşılaşır,  yoxlayır,  qorxudur,  qıfılbəndlə  bağlayır,  qalib    gəlir    və  öz 
məqsədinə , isdəyinə çatır . 
Göründüyü  kimi    dastanda  “    döyüşmə  “    “deyişmə  ilə  “  əvəz  olunur    və 
burada bir saiti dəyişməklə  bütün bir dünya görüşünün  dəyişməsinə nail olunur. 
Yüksək  mənəvi  dəyərlərin  daşıyıcıları    və  tərənnümçüsü  olan  aşıqlar  yeni  çağın 
humanist      prinsiplərini  təsdiqləyib,  onları  canlı  yaradıcı  prossdə  əks 
etdirirdilər.Düzdür  bu imtahanda məğlub olan aşıq öz  sənəti ilə vidalaşmalı olur, 
amma  qardaş qanı  tökülmür, kimsə ölmür, əksunə  çoxları üçün bu “ döyüşmə  - 
deyişmə” bi dərs olur. 
Burada  “  qələbə”    qateqoriyası  kiminsə  yenilməsini,  məğlub  olunmasını 
təsvir  etməkdən  çox  məhəbbətin,    gözəlliyin,  hakkın,  xeyirin  təntənədi  kimi  ön 
plana  gətirilir  və  buna    görə  də  macəraların  sonunu  aşiq  –aşığın  toy  düyünlə 
nəticələnməsi daxili məntiqə  söykənir.Bu  məntiqə görə  sehirli qüvvəyə yiyələmiş 
qəhrəman  bu  qüvvəsi  ilə    görüşməlidir,  onu  artırmalı  el  içində  yaymalıdır.Toy 
mərasiminin,  ümumiyyətlə  bayram  ovqatlı    məclislərin  başlıca    məqsədləri  də  
məhz    budur  :  qut,  qüvvə,  bərəkət,    var-  dövlət    gizı=lində  qalmamalıdır, 
soydaşlarla sevinc içində paylaşdırılanda o  tükənmir , əksinə artır, çoxalır. 
Təbii,  burada  söhbət məhəbbət dastanlarının poetika səciyyələrindən gedir, 
qəhrəmanlıq    dastanlarında  məsələ  bir  qədər    fərqlidir.Aşağıda    biz  qəhrəmanlıq 
dastanlarının poetika  xüsusiyyətlərinə toxunacayıq indi isə  qeyd etmək istəyirik 
ki,  teatr  düşüncəmizdə    lirik-  psixoloji,    sentimental,  romantik  üslubların  tipoloji 
kökləri  eyni  zamanda    genetik  kökləri  aşıq  dastanlarının    poetika  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə