Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

xüsusiyyətlərindən şirələnir.Buna etiraz edənlər  yaxşı olar ki, “  ot kökü  üstə bitər 
“  atalar  sözünü  xatırlayıb  ,    aşıq  dastan  yaradıcılığının    milli  sənətə  teatr 
düşüncəmizə  və  konkret    olaraq  milli  teatr  poetikasına      ötürdükləri  mənəvi, 
estetik,    bədii  və  psixoloji    dəyərləri  qiymətləndirsinlər.  Yenilik    şövqü  ilə 
yaşayanlar da  əski ənənədən üzlərini döndərməsinlər , fransızların təbirincə desək 
, “ hər hansı yenilik , əmməlicə unudulmuş əskilikdir “.Teatr poetikasının məzmun 
xəttini    “  paradiqmasını”  təşkil  edən  aparıcı  mövzuları  ,onların  bədii  estetik,  
formal  səciyyələrini  Azərbaycan  aşıq  sənətinin  klassik    formalə    məhəbbət 
dastanlarının  məzmun və forma  strukturlarında aşkarlamaq  və teatr düşüncəsinin 
yaradıcı  dövriyyəsinə buarxmaq sənətşünaslğımızın aktual məsələsidir. 
Qəhrəmanlıq dastanları  tipoloji səciyyələrinə  görə “ Kitabi Dədə Qorqud” 
eposunun    etnomədəni    modifikasiyasıdır.K.Lev-Strosun    təsnifatına  görə  mif-
epos-  dsatna-  nağıl    sistemində    vahid  mənbə    mifoloji    təfəkkür  olduğundan  
mifoloji  mövzu    və  sujetlər    transformasiyaya  uğrayıb    yeni  çağların  yeni 
mədəniyyət    və  incəsənət      tələblərinə  uyğunlaşdırılır.əgər  mifdə    qəhrəmanların 
igidliyi,  .şücaəti    mifik  səbəblərlə    əsaslandırılarsa  ,  qəhrəmanlıq  dastanlarında  
başlıca motivlər  artıq sosial xarakter daşıyır, magik sehirli  əsasalr isə implissid ( 
aşkar olmayan),  metaforik ( məcazi) və ya reduktiv( zəiflədilmiş, sadələşdirilmiş ) 
formada    istifadə  olunur.Srtuktur  qururluşuna  görə    qəhrəmanlıq  dastanları 
məhəbbət dastanlarından o qədər  də fərqlənmir , amma başlıca  göstəricisnə görə 
bu  tipli  dastanlar    milli  düşüncədə  özünəməxsusu  yer  tutur.Məsələ  ondadır  ki,    “ 
Koroğlu”,  “  Qaçaq  Nəbi”,  “  Qaçaq  Kərəm”,  “  Qaçaq  Tanrıverdi”,  “  Dəli  Alı”,  “ 
Qandal  Nağı  “  dastanları  (  cəngavərlik  kodeksi)ni  bədii  vasitələrlə  əks    və 
tərənnüm  edən    aşıq  dastanlarıdır.bu  dastanların  tipologiyası    universaldır    və 
dünya qəhrəmanlıq dastanları ilə səsləşir. 
Teatr  düşüncəmizin  “  faciə”  janrının  qavrayışını  hazırlayan  və  təmin  edən 
qəhrəmalıq  dastanlarının    poetikasının  teatr    poetikasına  ötürdüyü    başlıca 
kateqoriyalar    “  cəngavərlik”,  “igidlik”,”  fiziki    qüvvə”,  “  alicənablıq  “,  “  
dönməzlik”  və  s..qeyri  şərtidir,  metoforik  deyil.R.Bədəlovun    fikrincə  bu 


kateqoriyalar  artıq  “  uydurma  “  sayıla  bilməz  bunlar  artıq  bədii  həqiqət 
sistemliliyində anlaşılaraq  dəyərləndirilməlidir.” 
Yeni  çağların tələbələrinə  görə dastan  qəhrəmanları  epik qəhrəmanlardan  
fərqli  “  humanistləşdirilmiş”  personajlardır, onların  fərqli    xarakter  xüsusiyyətləri  
daha qabarıq verilir və teatr düşüncəsinin  tələblərinə  daha çox cavab  verirlər. 
Didaktik  dastanlar  tipologiyasına  görə mif  və dastan yaradıcılığının  son  
mərhələsidir,  onlar  daha  çox    ailə-  məişət  tipli  nağıllara  daha  yaxındır  .Teatr 
düşüncəmizdə    “  dram”  termin-anlayışına    körpü  olan    didaktik  dastanlar  teatr  
poetikasının  etik səciyyələrini təmin edə biləcək  material sayıla bilər. 
Aşıq  dastanlarının  dil- ifadə  vasitələri , mövzuları , kompozisiya  quruluşu  
prinsipləri    və  başqa    poetika  səciyyələri    Azərbaycan    sənətşünaslığında    geniş 
tədqiq    olunub    və    əldə  olunmuş  elmi  qənaətlər    bizə  imkan  verir  ki,    aşıq 
yaradıcılığının  teatr düşüncəmizi  ilkin mərhələsi kimi  dəyərləndirək.Milli  teatr  
poetikasının    bazisini  təşkil  edən    milli  sənət    təfəkkürü    və  mənəvi-  əxlaqi  
dəyərlər    sisteminin  üzvi  tərkib  hissəsi  olan  aşıq    sənəti  ,  onun  klassik 
nümunələrindən yaradıcı tərzdə faydalanmalı  və teatr sənətinin yeni çağlarda yeni 
vəzifə  və məqsədlərinə uyğun yeni formaları yaratmasına  kömək etməlidir. 
Teatr poetikasının  özəl kateqoriyası  olan  sukkestivlik ( təlqin  etmə) aşıq  
sənətində    əsrlərcə    sınaqdan    keçib    və  emosional    gücünü    təsdiq  edib.Bu 
keyfiyyətin    həm  ədəbi-nəzəri  ,  həm  də  praktiki  –  yaradıcı    konsepsiyası 
olduğundan  burada  mürəkkəb  estetik  əməliyyat  tələb olunmur : aşıq  sənətinin  
müvafiq    sistem  və  mexanizmləri    teatr  poetikasının    şərtlərinə  
uyğunlaşdırılmalıdır.Aşıq  dastanlarının    milli    düşüncəyə  autentik  (  qaynaqlara  
əsaslanan)  olması    institutsional    sənət  növü  olan    teatrı  və  onun    konseptual 
poetikasını  öz köklərinə qaytarıb  məzmun və formaca  yeni sənət  təfəkkürünün  
inkişafına güclü  təkan verə bilər.Bu da  öz növbəsində  milli teatr prosesinin  yeni 
şəraitdə   tam yeni keyfiyyət  və xassələr qazanmasına  səmərəli zəmin yaradır.... 
 
 
 


 
 
 
 
3. TEATR  PROSESİNİN SOKRAL QATI: 
    AZƏRBAYCAN  MİLLİ  TEATR DÜŞÜNCƏSİ 
    VƏ ƏNƏNƏVİ  İSLAM MƏDƏNİYYƏTİNİN   
    MƏNƏVİ  DƏYƏRLƏR SİSTEMİ 
 
            “  BİSMİLLAH  İR    RƏHMAN-İR 
RƏHİM” 
HƏKİMLƏR 
 
XƏZİNƏSİNİN  
QAPISININ  
AÇARIDIR.” 
NİZAMİ  
GƏNCƏVİ 
 
 
 
 
 
 
 
 
 
 
 
“ Sirlər xəzinəsi” 
Əvvəlki bölümlərdə milli  teatr  düşüncəsinin əski qaynaqlarını  araşdıranda 
düşüncəsinin  əski  qaynaqları  araşdıranda  örnəkləri  mifik , mistik  düşüncədən  
götürürdük.Bu    bizə    həm    ondan    ötrü    əhəmiyyətli    göründü  ki,    mif    və 
dastanların  obrazlılıq  sistemində  arxaik süşüncə  , arxetiplər  daha aydın  sezilir : 
sonrakı  mədəni   əməliyyatlar  mənzərəni o qədər  də  təhrif etmədiyindən  etnik 
mədəniyyətin  hadisə  və faktlarını  ilkin görkəmində təhlil  etmək mümkündür. 
Azərbaycan    milli  mədəniyyətinin  özəlliyi  həm  də    ondan    ibarətdir  ki,  
çağdaş mədəni  və sənət düşüncəmizdə  bir çox əski  mədəni- psixoloji  fenomenlər  
demək  olar  ki,    çox    az  transformasiya    olunmuş  halda    işləməkdədir.bu  sıradan  
aşıq    sənəti    ,  muğam    və  xalq  musiqisi    min  illik  inkişaf    yolunu    keçərək  öz 
məzmun  və  dil-  ifadə    qatlarında    qaynaqlarını    və  tarixi    təsirlərin    izlərini  
günümüzə  qədər  çatdırmışdır  Konseptual  və  tarixi  poetikaya    malik    olan    bu 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə