TəDQİqat bülleteni n-2



Yüklə 315,58 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix02.10.2017
ölçüsü315,58 Kb.
#2575
1   2   3   4   5   6   7   8   9

 

 

2013 

 



 



tempi  və  fiskal  tənzimlənmə  səviyyəsindən 

deyil,  həm  də  fiskal  kəsrin  azaldılması 

vasitələrindən 

asılıdır.  Real  məzənnənin 

ucuzlaşması  vergilərin  artırılması  və  ya  ticari 

və  qeyri-ticari  sektora  dövlət  xərclərinin 

azaldılmasından asılıdır.  

Büdcədən 

ticari 

sektora 


investisiyalar 

artırılanda,  REM  ilkin  olaraq  ucuzlaşır  və 

qısamüddətli  dövrdə  ucuzlaşma  davam  edir. 

Lakin, 


bu 

tendensiya 

son 

nəticədə 



uzunmüddətli bahalaşma ilə əvəz olunur. 

Qeyri-ticari  sektora  investisiyalar  artırılanda, 

REM  ilkin  olaraq  bahalaşır,  ardınca  ucuzlaşır 

və  sonra  U  trayektoriyasına  uyğun  olaraq 

yenidən uzunmüddətli dövrdə möhkəmlənir.  

İnvestisiyalara vergi güzəştləri tətbiq edildikdə 

REM-in  dinamikasında  oxşar  tendensiya 

müşahidə  olunur,  lakin  REM-in  bahalaşma 

periodu daha çox davam edir.  

Bu  səbəbdən  real  məzənnəni  hədəflənən 

səviyyədə  saxlamaq  və  bununla  tədiyə 

balansında tarazlığı qorumaq üçün fiskal kəsri 

aradan 

qaldırmaq, 



məzənnənin 

hərəkət 


trayektoriyası  və  məzənnə  siyasəti  arasında 

uyğunluğu bərpa etmək zəruridir.   

Real  məzənnənin  müəyyənləşməsində  ticari 

sektorda  məhsuldarlığın  da  mühüm  rolu 

vardır.  Balassa  -  Samuelson  modelinə  görə 

ticari  sektorda  məhsuldarlıq  artımı  yüksək 

olan 

ölkələrdə 



real 

məzənnənin 

möhkəmlənməsi  baş  verir.  Belə  ki,  ticari 

sektorda  məhsuldarlığın  artması  real  əmək 

haqqının  da  artmasına  səbəb  olur.  Lakin, 

Vahid  Qiymətlər  Qanununa  görə  ticari  mallar 

üzrə  nisbi  qiymətlər  sabit  qala  bilər.  Bütün 

sektorlarda  əmək  mobil  olduğundan,  ticari 

sektorda  real  əmək  haqqının  artması  qeyri-

ticari  sektorda  da  real  əmək  haqqının  və  nisbi 

qiymət  səviyyəsinin  artmasını  şərtləndirir. 

Bütün  bunlar  isə  inflyasiyanın  artmasına  və 

real  məzənnənin  möhkəmlənməsinə  səbəb 

olur.  


Uzunmüddətli 

dövrdə 


real 

məzənnənin 

Balassa  –  Samuelson  effektindən  asılılığının 

16  inkişaf  etmiş  ölkə  üzrə  tədqiqi  göstərir  ki, 

ticari  və  qeyri-ticari  sektorlar  arasında 

məhsuldarlıq 

fərqi 

qeyri-ticari 



malların 

qiymətinə əhəmiyyətli  təsir edir. Bu da uyğun 

olaraq  real  məzənnənin  müəyyənləşməsində 

mühüm rol oynayır.  

Danimarka,  Norveç,  Finlandiya  və  İsveç  üzrə 

aparılan  tədqiqatlara  görə  daha  çox  istehsal 

artımına və ticarət kəsrinə malik ölkələrdə real 

məzənnənin  möhkəmlənməsi  baş  verir.  Real 

məzənnənin  uzunmüddətli  hərəkətinin  əsas 

determinantı Danimarka və Norveçdə ekzogen 

xarici ticarət şokları, Finlandiya və İsveçdə isə 

isə tələb şoklarıdır.  

Bununla yanaşı, Skandinaviya ölkələrində real 

məzənnənin  determinantları  ilə  bağlı  daha  bir 

araşdırmada  ticari  sektorda  məhsuldarlığın 

inkişafı  və  iqtisadiyyatdakı  təklif  şokları  real 

məzənnənin  mühüm  determinantları  hesab 

edilir.  1960  –  1998-ci  illərdə  Danimarka, 

İsveç,  Norveç,  Finlandiya  kimi  ölkələrin  hər 

biri  üçün  real  məzənnənin  uzunmüddətli 

dəyişimini  izah  edən  əsas  amil  təklif  şokları 

olmuşdur. Eyni zamanda, real məzənnə daima 

şoklardan  təsirlənirsə,  real  məzənnənin 

tarazlıq  səviyyəsi  qeyri-stasionar

11

 kök  hesab 



                                                           

11

 



Qeyri-stasionar  davranışlar trend,  tsiklik  və  təsadüfi 

dolaşan  (random  walk)  və  ya  bu  üçünün  kombinasiyaları 

şəklində  olur.  Qeyri-stasionar  göstərici  bir  qayda  olaraq 

əvvəlcədən  bilinməyəndir  və  modelləşdirilə  və  ya 

proqnozlaşdırıla bilinməz. 

 



 

 

2013 

 

10 


 

olunur.  Norveç  istisna  olmaqla  digər  üç 

Skandinaviya 

ölkəsində 

məzənnənin 

müvəqqəti komponentlərindəki dəyişmə daimi 

komponentlərdə  yaranan  variasiyadan  daha 

çoxdur və bu, struktur şokları ilə (əsasən təklif 

şokları) ilə izah olunur. 

Struktur  şokları  baxımından  isə  uzunmüddətli 

və  qısamüddətli  dövrdə  real  məzənnədə 

dəyişmənin  əsas  hissəsi  tələb  şokları  ilə  izah 

edilir.  Belə  ki,  əksər  tədqiqatlarda  təklif 

şoklarının  real  məzənnəyə  təsiri  statistik 

əhəmiyyətli  olmamışdır.  ABŞ,  Kanada, 

Yaponiya  və  Almaniya  üzrə  tədqiqatda  bütün 

tələb  şoklarının  məzənnədəki  dəyişmənin 

90%-dən çoxunu izah etməsi qeyd edilir.   

Birləşmiş  Krallıq  və  Avrozona  ölkələri  üzrə 

qurulmuş  sabit  qiymət  və  əmək  haqqı 

modelinə 

görə 


Ümumi 

Faktor 


Məhsuldarlığının  (ÜFM),  əmtəə  və  əmək 

bazarlarında  inhisarçı  rəqabətin  artması  real 

məzənnənin ucuzlaşmasına səbəb olur. Ticarət 

sektorunda  əmtəələrin  alqı-satqısı  prosesində 

ÜFM-in  artması  zamanı  ticarət  qiymətləri 

ucuzlaşır və qeyri-ticari əmtəə qiymətlərindəki 

bahalaşmanı kompensasiya edir.  

Bununla  yanaşı,  açıq  iqtisadiyyatda  həm 

monetar, həm də təklif şokları real məzənnədə 

dəyişikliyə  səbəb  olur.  Həmçinin  ticarətin 

açıqlıq  dərəcəsinin  müxtəlifliyi  real  effektiv 

məzənnənin 

volatilliyindəki 

variasiyanın 

böyük hissəsini izah edir. 

Aparılan  empirik  tədqiqatlarda  real  məzənnə, 

xalis  xarici  aktivlər  və  ticarət  axınlarına  təsir 

edən  digər  amillər  arasında  uzunmüddətli 

əlaqə  müəyyən  edilmişdir.  ABŞ  və  Yaponiya 

üzrə  II  Dünya  Müharibəsindən  sonrakı  dövr 

üçün  aparılan  kointeqrasiya  təhlili  göstərir  ki, 

ölkənin xalis ticarəti əsasında  müəyyən  edilən 

struktur  amillər  və  xalis  xarici  aktivlər  ABŞ 

dolları  və  Yapon  yeninin  real  dəyərinin 

uzunmüddətli 

trayektoriyasını 

müəyyən 

etməyə imkan verir. 

Məzənnənin  dəyişməsində  monetar  şokların 

əhəmiyyətli  rol  oynadığı  xüsusi  qeyd 

edilməlidir. 

Belə 


ki, 

məzənnədəki 

flaktuasiyalar 

qiymətlərin 

ləng 

formalaşmasına 



və 

monetar 


siyasətdə 

volatilliyin  artrmasına  səbəb  olur.  Real 

məzənnələrin  Dinamik  Stoxastik  Ümumi 

Tarazlıq  (DSÜT)  modelində  də  monetar 

şokların  real  məzənnəyə  təsiri  yüksək 

səviyyədə qiymətləndirilmişdir.  

Monetar şokların məzənnəyə təsiri real məcmu 

buraxılışın hərəkəti vasitəsilə izah olunur. Belə 

ki,  real  məcmu  buraxılış  sabit  qaldıqda, 

monetar 


ekspansiya 

məzənnənin 

sürətlə 

ucuzlaşmasına səbəb olacaqdır.  

Resursla  zəngin  ölkələrdə  məzənnənin  həmin 

resursların  ticarət  əməliyyatlarından  asılı 

olması  da  bəzi  tədqiqatların  əldə  etdiyi 

nəticələrdən  biridir.  Xüsusilə  neftlə  zəngin 

ölkələrdə neftin dünya bazarındakı qiymətinin 

məzənnənin  uzunmüddətli  flaktuasiyalarının 

əsaslandırılmasında  və  müəyyən  olunmasında 

mühüm 


rolu 

vardır.  Belə  ki,  neftin 

qiymətlərində  baş  verən  artım  neft  ixracatçısı 

olan  ölkələrin  cari  hesabındakı  qeyri-tarazlığı 

(müsbət saldo) izah edir. AQP hipotezinə görə 

real 


məzənnədəki 

bütün 


dəyişikliklər 

müvəqqətidir və bu nəticə həm nəzəri, həm də 

empirik olaraq təsdiq edilmişdir.  

 



Yüklə 315,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə