TəDQİqat bülleteni n-2



Yüklə 315,58 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix02.10.2017
ölçüsü315,58 Kb.
#2575
1   2   3   4   5   6   7   8   9

 

 

2013 

 

13 


 

Belə  bir  ehtimal  da  var  ki,  BRİCS  Bankı 

dünya    resurslarının  bölüşdürülməsində  ―yeni 

paradiqma‖  kimi  Dünya  Bankına  potensial 

rəqib ola bilər. Belə ki, Avropa və Amerikanın 

dominantlıq  etdiyi  Dünya  Bankında  digər 

ölkələrin səs hüququ məhduddur. 

BRİCS  Bankının  əsas  fəaliyyəti  infrastruktur 

layihələrinin 

maliyyələşməsindən 

ibarət 

olacaqdır. Hesablamalara görə, növbəti 5 ildə 



BRİCS 

ölkələrinin 

iri 

infrastruktur 



layihələrinə  (avtomobil,    dəmir  yollarının  və 

digər  infrastruktur  obyektlərinin  tikintisi)  4.5 

trln. ABŞ dollarından çox vəsait lazımdır.  

Bundan 


əlavə,  BRİCS  bankı  ―BRİCS 

ölkələrinin  müştərək  ehtiyatları‖  adlı  ehtiyat 

fondu  da  yaradacaq.  Burada  məqsəd  BRİCS 

ölkələrini iqtisadi şoklardan müdafiə etmək və 

qərb institutlarından asılılığını azaltmaqdır.  

Bir  çox  ekspertlərin  fikrincə,  Çin  yeni 

yaradılacaq  bankda  üstün  mövqeyə  malik 

olacaqdır.  Belə  ki,  Çinin iqtisadiyyatı Cənubi 

Afrika  Respublikasından  (CAR)  təqribən  20 

dəfə,  Rusiyadan  və  Hindistandan  isə  4  dəfə 

böyükdür. 

Bankın 


baş  ofisi  CAR-da 

yerləşəcəkdir.  



Rusiya  Mərkəzi  Bankı  kreditlərin  dəyəri 

üzrə məsləhət verəcəkdir 

İqtisadi  artımı  stimullaşdırmaq  məqsədi  ilə 

Rusiya hökuməti mərkəzi nanka kreditlər üzrə 

faiz 


dərəcəsini 

aşağı  salmaq  tapşırığı 

vermişdir.  Belə  ki,  Rusiya  mərkəzi  bankı 

indikativ faiz dərəcəsi üzrə yeni metodologiya 

işləyib  hazırlayacaq.  Kommersiya  bankları 

kreditlər  üzrə  faiz  siyasətini  formalaşdırarkən 

indikativ  faiz  dərəcəsinə  əsaslanacaqdır.  Bu, 

bank  və  sahibkarlara  bazarda  olan  faiz 

dərəcələri ilə  mərkəzi  bankın  məsləhət bildiyi 

faiz  dərəcələrini  müqayisə  etmək  imkanı 

verəcək.  

Bundan  əlavə,  hökumətə  və  mərkəzi  banka 

real 

iqtisadiyyatda 



fəaliyyət 

göstərən 

sahibkarların  kreditləşdirilməsi  üzrə  maya 

dəyərinin  aşağı  salınması  tapşırılmışdır.  Bu 

məqsədlə banklar tərəfindən inzibati xərclərin 

azaldılması, 

kreditorların 

hüquqlarının 

müdafiəsi  sisteminin  təkmilləşdirilməsi  və 

bank  sektorunda  rəqabətin  inkişafı  üzrə 

tədbirlərin 

həyata 


keçirilməsi 

nəzərdə 


tutulmuşdur.  

Türkiyə  Mərkəzi  Bankının  məzənnənin 

sabitləşməsi tədbirləri 

Siyasi  proseslər  türk  lirəsinin  dollara  qarşı 

məzənnəsinin 

ucuzlaşmasına  və  valyuta 

bazarında 

volatilliyin 

artmasına 

səbəb 


olmuşdur.  Valyuta  bazarının  və  məzənnənin 

sabitliyinin  qorunması  məqsədi  ilə  Türkiyə 

Mərkəzi  Bankı  (TMB)  qısamüddətli  sərt  pul 

siyasəti  elan  edərək  bir  sıra  tədbirlər  həyata 

keçirmişdir.  Belə  ki,  TMB  xarici  valyuta 

hərraclarında  kommersiya  banklarına  ABŞ 

dolları satmaqla bank sistemində türk lirəsinin 

miqdarını  azaltmış  və  bankların  maliyyə 

resurslarını 

bahalaşdırmışdır. 

Son 

illər 


Türkiyədə rəsmi valyuta ehtiyatlarının artması 

TMB-nin  bu  addımının  effektivliyini  təmin 

etmişdir.  Nəticədə  valyuta  təzyiqləri  də 

azalmışdır.  Bundan  əlavə,  TMB-nin  Pul 

Siyasəti 

Komitəsinin 

18.06.2012-ci 

il 


iclasında  repo  faiz  dərəcələrinin  4.5% 

səviyyəsində,  faiz  dəhlizinin  isə  3.5-6.5% 

intervalında 

sabit 


saxlanması 

qərara 


alınmışdır. Qeyd edək ki, son hadisələrə kimi 

TMB  yumşaq  pul  siyasəti  çərçivəsində  faiz 

dərəcələrini 

davamlı  olaraq  azaltmışdır. 

Yumşaq  pul  siyasətini  i)  iqtisadi  artımın 



 

 

2013 

 

14 


 

dəstəklənməsi zərurəti və ii) ölkəyə daxil olan 

kapital  axınlarının  türk  lirəsının  məzənnəsini 

möhkəmləndirməsi şərtləndirmişdir.  

Lakin,  ABŞ-da  ―Aktivlərin  alışı  proqramı  3‖ 

(Quantitative  Easing  3)-ün  2014-cü  ildə  sona 

çatdırılması  haqqında  elanı  yenidən  lirənin 

məzənnəsinin  ucuzlaşmasına  təkan  vermişdir. 

Belə  ki,  ABŞ-da  pul  siyasətinin  sərtləşməsi 

gözləntiləri 

ABŞ 

dövlət 


istiqrazlarının 

gəlirliyini  yüksəltmiş  və  Türkiyə  kimi  inkişaf 

etməkdə  ölkələrdən  kapitalın  ABŞ-a  axınını 

şərtləndirmişdir.  

Ekspertlərin  fikrincə,  siyasi  vəziyyətin  daha 

da pisləşməsi halında kapitalın ölkədən qaçışı 

ehtimalı  yaranır.  Bu  isə  Türkiyənin  cari 

əməliyyatlar  balansındakı  artan  kəsirin 

maliyyələşdirilməsində  problem  yarada  bilər. 

Bu 


vəziyyətdə 

TMB 


türk 

lirəsinin 

ucuzlaşmasının  qarşısını  almaqda  çətinliklə 

üzləşə bilər.  



Qeyri-işlək 

kreditlərin 

tanınması 

meyarları: beynəlxalq müqayisə 

Beynəlxalq təcrübədə kredit borclarının qeyri-

işlək borc kimi tanınması üçün iki əsas meyar 

mövcuddur:  i)  əsas  məbləğin  və  faizlərin  90 

gün  və  ya  daha  çox  gecikdirilməsi,  ii)  borc 

alanın  ödəniş  qabiliyyətinin  aşağı  düşməsi 

haqda faktların olması. 

Lakin,  bu  əsas  meyarlardan  əlavə,  ikinci 

dərəcəli  meyarlar  da  mövcuddur:  i)  borcların 

restrukturizasiyası  ii)  təminatın  mövcudluğu 

iii) bir borcalanın digər borclarının qeyri-işlək 

borc  kimi  tanınması  iv)  kredit  üzrə 

gecikdirilmiş hissənin deyil, kreditin tam qalıq 

məbləğinin qeyri-işlək kimi tanınması.  

Qeyd  edək  ki,  bu  meyarlardan  istifadə 

səviyyəsi  ölkələr  üzrə  fərqlidir.  Belə  ki,  bəzi 

ölkələr  bu  meyarların  yalnız  bir  qismindən 

istifadə edir. Nəticədə ölkələr üzrə qeyri-işlək 

kreditlərin 

həcmində 

fərq 

yaranır  və 



beynəlxalq  müqayisə  çətinləşir.  Məsələn, 

İngiltərədə yuxarıdakı meyarlardan yalnız ―90 

gün  və  daha  çox  gecikmə‖  meyarından 

istifadə 

edilir 

və 


beləliklə, 

beynəlxalq 

müqayisədə  qeyri-işlək  kreditlərin  həcmi 

azaldılmaya meyilli olur. 

Portuqaliyada  isə  əgər  kredit  üzrə  90  gün  və 

ya  daha çox gecikmə  olduqda, kreditin  yalnız 

gecikmiş  hissəsi  qeyri-işlək  kredit  kimi 

tanınır.  Bu  isə  qeyri-işlək  kreditlərin 

məbləğinin daha az göstərilməsinə səbəb olur. 

Bundan əlavə təminatın mövcudluğu Avstriya

Finlandiya,  Fransa,  Almaniya,  İrlandiya, 

İtaliya  və  İspaniya  kimi  ölkələrdə  kreditlərin 

təsnifləşdirilməsi  zamanı  ―təminat‖  meyar 

kimi çıxış etmir. Azərbaycanda isə kreditlərin 

təsnifləşdirilməsi  zamanı  yuxarıda  göstərilən 

meyarlardan  hər  ikisi  (90  gün  və  daha  çox 

gecikmə  və  ödəniş  qabiliyyətinin  aşağı 

düşməsi), 

həmiçinin 

ikinci 


dərəcəli 

meyarlardan:  i)  borcların  restrukturizasiyası, 

ii)  təminatın  mövcudluğu  və  iii)  kredit  üzrə 

gecikdirilmiş hissənin deyil, kreditin tam qalıq 

məbləğinin 

qeyri-işlək 

kimi 

tanınması 



meyarlarından  istifadə  olunur.  Qeyri-işlək 

kreditlərin  tanınmasında  meyarların  əhatə 

dairəsinin  genişliyi  kredit  həcminin  daha 

böyük hissəsinin qeyri-işlək kimi tanınmasına 

imkan.  Beynəlxalq  təcrübədə  istifadə  edilən 

meyarların demək olar ki, hamısından istifadə 

edilməsi  kreditlərin  təsnifləşdirilməsinə  daha 

ciddi  yanaşmadan  xəbər  verir.  Qeyd  edək  ki, 

yaxın  illərdə  qeyri-işlək  kreditlərin  tanınması 

uçun 


Avropa 

İttifaqı 

üzrə 

vahid 


metodologiyanın təqdim edilməsi gözlənilir. 


Yüklə 315,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə