TəDQİqat bülleteni n-2



Yüklə 315,58 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix02.10.2017
ölçüsü315,58 Kb.
#2575
1   2   3   4   5   6   7   8   9

 

 

2013 

 



 



dəyişənin  Avtoreqressiya  (AR),  sürüşkən  orta 

(MA)  və  ya  ARMA  prosesi  olduğu  təyin 

edilir.  

Vektor Avtoreqressiv (VAR) modelləri struktur 

modellərdən fərqli olaraq sərbəst parametrlərə 

malikdir. 

Parametrlər 

üzrə 

heç 


bir 

identifikasiya 

məhdudiyyətləri 

nəzərdə 


tutulmadığından,  VAR  modelləri  tarixi 

statistik  məlumatlara  daha  yaxşı  uyğunlaşma 

imkanına malikdir.  

VAR  modelini  qurmaq  üçün  iqtisadi  əlaqəyə 

malik  olması  ehtimal  edilən  bir  neçə  statistik 

dəyişənlər  seçilir  və  istifadə  olunan  bütün 

dəyişənlər  endogen  dəyişənlər  olaraq  qəbul 

edilir. 


Bu 

zaman 


qiymətləndiriləcək 

dəyişənlərin  laqları  bir-biri  üzərinə  reqressiya 

edilir. Lakin, ARIMA modelində olduğu kimi, 

əvvəlcə  daxil  olan  dəyişənlərin  stasionarlığı 

yoxlanılır və daha sonra stasionar dəyişənlərin 

VAR modeli qurulur

6

.  


İnflyasiyanın 

proqnozlaşdırılması 

zamanı 

struktur  əlaqələrinə  və  nəzəriyyəyə  əsaslanan 



modellərdən  -    struktur  əlaqələrini  təsvir  edən 

vahid  tənliyə  əsaslanan  modellərdən  və 

çoxtənlikli makroiqtisadi modellərdən də geniş 

istifadə edilir.  

Təktənlikli  struktur  əlaqəli  modelə  misal 

olaraq  Fillips  əyrisini  göstərmək  olar.  Fillips 

əyrisi  70-ci  illərdə  makromodellərin  tərkibinə 

inteqrasiya  edilərək  istifadə  edilirdi.  Lakin, 

Fridman ―Monetar siyasətin rolu‖ məqaləsində 

göstərmişdir  ki,  işsizlik  və  inflyasiya  arasında 

                                                           

6

1



p

i





t

0

i-p

t-p

t

y

A

A y

ε

Burada: 



1

2

(



,

...


)

t

t

mt

y

y

y



t



y



m ölçülü vektor, 



t

ε

isə ölçülü xətalar vektorudur.  

 

mövcud olan neqativ əlaqə özünü doğrultmaya 



da bilər. 70-ci illərdə baş verən tənəzzül Fillips 

əyrisinin 

iflasına 

səbəb 


oldu. 

Lakin, 


neoklassiklərlə  başlayan  iqtisadi  fikir  inqilabı 

və  modelləşdirmə  işində  mikro  agentlərin 

qərarvermə  mexanizminə  istinad  edilməsi 

Yeni  Fillips  əyrisinin  (YFƏ)  yaranmasına 

səbəb oldu. 

YFƏ  inflyasiyanın  gələcək  dövrün  inflyasiya 

gözləntisi  və  marjinal  xərc  ilə  asılılığını 

göstərir


7

. Onun nəzəri modeli isə monopolistik 

rəqabət  mühitində  firmaların  mövcudluğu 

fərziyyəsinə  əsaslanır.  Nominal  friksionlar 

modelə  firmaların  və/və  ya  işçilərin  nominal 

qiymət və əmək haqlarını yeniləmək tezliyində 

məhdudiyyət 

kimi 


daxil 

edilir. 


Bu 

məhdudiyyətin  bir  nəticəsi  qiymət  və  maaşın 

müəyyənləşdirilməsi  zamanı  gələcəyin  nəzərə 

alınmasıdır.  Buna  səbəb  iqtisadi  agentlərin 

qiymət/maaş  səviyyəsini  tənzimləyərkən  təyin 

edilən  qiymətin/maaşın  hazırkı  dövrdən  daha 

çox  vaxt  ərzində  qüvvədə  qalmasına  dair 

gözləntiləridir. 

Mərkəzi  bankların  makroiqtisadi  proqnozlar 

çantasında hibrid və güclü nəzəri əsasları olan 

modellərə də rast gəlinir. Hibrid modellər qısa 

müddətdə  empirik,  uzun  müddətdə  isə  nəzəri 

uyğunluğu  özündə  ehtiva  etmiş  modellərdir. 

Bu 


modellərdə 

iqtisadiyyatın 

müxtəlif 

sektorları  arasında  mövcud  olan  əlaqələr 

tənliklər sistemi vasitəsi ilə ifadə edilir. Həmin 

tənliklərdən bəziləri inflyasiyanın digər makro 

dəyişənlərdən asılılığını göstərir.   

                                                           

7

 

t



t

t

t

mc

E





}



{

1



burada 

t

- inflyasiyanı 



t

mc

- isə marjinal xərci ifadə edir. 

 



 

 

2013 

 



 



Analitik  təhlillərin  hazırlanmasında  nəzəri 

uyğunluğu  əsas  götürmüş  modellərə  misal 

olaraq  Dinamik  Stoxastik  Ümumi  Tarazlıq 

(DSÜT)  modellərini  göstərmək  olar.  DSÜT 

modelləri  mikro  səviyyədə  iqtisadi  agentlərin 

qərarvermə  mexanizmini  modelə  daxil  edərək 

müxtəlif  makroiqtisadi  dəyişənlər  arasında 

əlaqələri  görməyə  imkan  verir.  Bu  zaman 

inflyasiya  Yeni  və  ya  Hibrid  Fillps  əyrisi 

vasitəsi  ilə  proqnozlaşdırılır.  Lakin,  YFƏ 

modelə  tək  tənlik  kimi  deyil,  sistemin  bir 

tənliyi kimi daxil edilir.  

Qeyd  edək  ki,  Fillips  əyrisinin  sistem 

daxilində ekonometrik qiymətləndirlməsi onun 

təcrübədə  özünü  doğrultma  hallarını  artırır. 

Məsələn, Azərbaycan iqtisadiyyatı üçün 2003-

2009-cu  illər  üzrə  qiymətləndirilən  Fillips 

əyrisinin  statistik  əhəmiyyətli  olmadığı 

müəyyən  edilmişdir.  Bu  da  həmin  dövr  üçün 

YFƏ-nin 


mövcudluğunu 

şübhə 


altına 

qoymuşdur. Əksər iqtisadi ədəbiyyatda bir çox 

ölkələr  üçün  YFƏ  üzrə  qiymətləndirmələr 

onun  statistik  əhəmiyyətli  olmadığını  göstərir. 

Lakin,  bəzi  iqtisadçılar  YFƏ-nin  iflasını  onun 

çoxsistemli  tənliyin  bir  bərabərliyi  kimi  deyil, 

vahid 

tənlik 


kimi 

qiymətləndirməsinə 

bağlamışlar. 

Qarışıq  metod  kimi  təsnifləşdirilən  Bayez 



ekonometrikası

8

 özündə statistik metodologiya 



ilə  insan  mühakiməsini  birləşdirir.  Bu  zaman 

yeni  faktlar  əsasında  Bayez  teoremindən

9

 

istifadə edilərək statistik proqnozlar yenilənir. 



                                                           

8

 statistik  məlumat  və  parametrlər  arasındakı  əlaqə: 



?????? ???????????????????????????????????????????????? ????????????????????????  =

?????? ????????????????????????  ????????????????????????????????????????????????  ??????(???????????????????????????????????????????????? )

??????(???????????????????????? )

 

 

9



 Bayes teoremi istənilən hadisə üzrə onunla statistik 

qarşılıqlı əlaqədə olan hadisənin baş verməsi şəraitində 

ehtimalı müəyyən etməyə imkan verir.  

Proqnozlaşdırma  zamanı  istifadə  edilən  VAR 

modelinin  Bayez  ekonometrikasında  qarşılığı 

Bayez  -  VAR  (BVAR)  modelidir.  Təcrübə 

göstərir  ki,  digər  proqnoz  alətləri  ilə 

müqayisədə  BVAR  modelinin  proqnoz  xətası 

kiçikdir. 

BVAR modelindən proqnoz aləti kimi istifadə 

edərkən 

üstün  (―prior‖)  olaraq 

hansı 

informasiyanın istifadəsi sualı ortaya çıxır. Bu 



məqsədlə  ədəbiyyatda  informativ  və  qeyri-

informativ priorlara müraciət edilir. İnflyasiya 

proqnozu  üçün  geniş  istifadə  olunan  prior 



Minnesota

10

 priorudur.  DSÜT  modelindən 

alınmış  informasiyadan  faydalanaraq  qurulan 

BVAR 

modeli 


BVAR-DSÜT 

modelinin 

yaranmasına səbəb olmuşdur.  

 

 

Real məzənnənin determinantları   



İqtisadi  modellərin  qurulması  və  bütövlükdə, 

dünya  iqtisadiyyatında  qlobal  proseslərin 

təhlili 

zamanı  istifadə  olunan  mühüm 

makroiqtisadi  göstəricilərdən  biri  valyuta 

məzənnəsidir.  Valyuta  məzənnəsində  baş 

verən dəyişiklik (bahalaşma və  ya ucuzlaşma) 

və  bunu  müəyyən  edən  səbəb  və  göstəricilər 

bir 

çox 


məşhur 

tədqiqatların  prioritet 

mövzularından  olmuşdur.  Əksər  tədqiqat 

işlərində  determinantlarla  yanaşı  məzənnənin 

müxtəlif  amillərdən  təsirlənmə  səviyyəsi  də 

müəyyən edilmişdir.  

Fiskal  sektor  baxımından  real  məzənnədəki 

dəyişikliyin  kəmiyyəti  yalnız  devalvasiya 

                                                           

10

 VAR  modelində  parametrlər  asılı  dəyişən  və  laqlardan 



ibarətdir.  Eyni  zamanda  makroiqtisadi  göstəricilər  sistemi 

aylıq,  rüblük  və  illik  dəyişənlərdən  ibarət  olmaqla  məhdud 

müşahidələrə  malikdir.  Bayes  metodunda  isə  empirik 

qiymətləndirmə 

ən  kiçik  kvadratlar  üsulu  ilə  bu 

məhdudiyyəti aradan qaldırmağa imkan verir. Bu, Minnesota 

prioru adlanır. 



Yüklə 315,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə