TəDQİqat bülleteni n-2



Yüklə 315,58 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix02.10.2017
ölçüsü315,58 Kb.
#2575
1   2   3   4   5   6   7   8   9

 

 

2013 

 

15 


 

1.6.

 

Ödəniş sistemləri üzrə son  meyillər və qlobal tədqiqatlar

Ödəniş sistemlərində innovasiyanı şərtləndirən amillər 

Ödəniş 


sistemlərində 

innovasiyaların 

inkişafına  ekzogen  və  endogen  amillər  təsir 

edir. Ekzogen amillər ödəniş sisteminin kənar 

mühit, xüsusilə, texniki inkişaf, istifadəçilərin 

davranışı və tənzimləmə ilə əlaqədar olmasını 

nəzərdə  tutur.  Endogen  amillər  isə  ödəniş 

sisteminin daxili mühiti, məsələn, əməkdaşlıq, 

qiymət 

strukturu 



və 

təhlükəsizliklə 

əlaqədardır. 

Ekzogen amillər:

  

Texniki  inkişaf.  Son  onillikdə  e-ticarətin 

sürətli  inkişafı,  o  cümlədən  yeni  ödəniş 

metodlarının  yaranması  nəticəsində  online 

ödənişlərin  miqyası  əhəmiyyətli  artmışdır. 

Bundan başqa, mobil telefon və smartfonların 

inkişafı  mobil  telefonları  ödəniş  vasitəsinə 

çevirmişdir.  



İstifadəçilərin 

davranışı. 

Araşdırmalar 

göstərir  ki,  istifadəçilərin  daha  təhlükəsiz, 

effektiv və rahat ödəniş alətinə ehtiyacı ödəniş 

sistemində  innovasiyaya  təkan  verir.  Belə  ki, 

i) 


e-ticarətin 

artması  innovativ  ödəniş 

sistemlərinə tələbin artması ilə nəticələnmişdir 

ii)  istifadəçilər  davamlı  olaraq  daha  rahat 

yolla  ödəniş  etməyin  yollarını  axtarırlar  iii) 

istifadəçilər 

ödəniş 

xidmətlərinin 



təhlükəsizliyini tələb edirlər. 

Real vaxt rejimində ödənişlər. Bir çox ödəniş 

alətləri  ödəniş  prosesini  gecikmə  ilə  həyata 

keçirir.  Gecikmə  isə  kredit  və  likvidlik 

riskinin yaranmasına səbəb olur. Belə ki, alıcı 

kredit  kartı  ilə  ödəniş  edərkən  risklə  üzləşə 

bilər. 


Məsələn, 

pul 


vəsaiti 

hesaba 


köçürülərkən gecikə (likvidlik riski) və ya tam 

çatmaya (kredit riski) bilər. Ödəmə prosesinin 

sürətlənməsi 

bu 


riskləri 

azalda 


bilər. 

Həmçinin  prosesin  sürətlənməsi  xərclərin 

effektivliyini  də  artırır:  i)  istehlakçılar  daha 

effektiv  kanallarla  ödənişi  həyata  keçirməyə 

başlayırlar (məsələn, kağızdan internetə keçid) 

ii)  ödəniş  sistemləri  üzrə  infrastruktur 

müasirləşir və konsolidasiya edilir iii) elektron 

ödəniş  sisteminin  inkişafı  nağd  puldan 

istifadənin azalmasına səbəb olur. 

İctimai  nəqliyyatda  innovasiya.  1990-cı  ilin 

sonlarında  ictimai  nəqliyyatda  smart  kart 

vasitəsi  ilə  ödənişin  tətbiqi  bilet  probleminin 

effektiv  həllinə  kömək  etmişdir.  İlk  dəfə  bu 

kart  (Octopus  Card)  1997-ci  ildə  Honq-

Konqda  istifadəyə  verilmişdir.  Sonradan 

1999-cu ildə Vaşinqtonda (SmarTrip), 2011-ci 

ildə Tokioda (Suica) və Sinqapurda (EZ-link), 

2003-cü  ildə  Londonda  (Oyster  Card)  və 

2004-cü ildə Seulda (T-Money) buraxılmışdır. 

Hazırda  isə  dünyanın  əksər  ölkələrində  bu 

kartdan  istifadə  edilir.  Lakin,  ödəniş  alətləri 

kimi 

smartkartlardan 



yalnız 

ictimai 


nəqliyyatda  istifadə  edilir.  Bununla  belə,  bəzi 

kartlardan çoxməqsədli ödənişlər üçün istifadə 

edilir.  Bu  tip  kartlar  istifadəçinin  ehtiyacını 

daha rahat və sürətli qarşılayır. 



Maliyyə 

inkluzivliyi 

siyasəti. 

Bir 


sıra 

ölkələrdə  əhalinin  müəyyən  seqmentinin  ya 

bank  xidmətlərinə  çıxışı  yoxdur,  ya  da  yalnız 

effektiv 

olmayan 

qeyri-formal 

maliyyə 

xidmətləri  ilə  əlaqələri  mövcuddur.  Maliyyə 

inkluzivliyinin  əsas  məqsədi  də  maliyyə 



 

 

2013 

 

16 


 

xidmətlərinə 

çıxışı  inkişaf  etdirməkdir. 

Məsələn,  başqa  bir  ölkədə  işləyən  və  öz 

ölkəsində  ailəsinə  pul  göndərmək  (pul 

baratları)  istəyən  şəxsə  maliyyə  inkluzivliyi 

kömək  edə  bilər.  Dövlət  üçün  isə  maliyyə 

inkluzivliyi  sosial  ödənişləri  (məsələn,  tibb 

ödənişləri,  işsizlik,  pensiya  və  təhsillə 

əlaqədar təqaüd) bank xidmətlərindən istifadə 

imkanı 

olmayanlar 



arasında 

effektiv 

bölüşdürməyə imkan verir. Beləliklə, maliyyə 

inkluzivliyi  dövlət  sektorunda  innovasiya 

üçün təkanverici qüvvə hesab oluna bilər. 

Nəzarət  və  tənzimləmə  orqanları.  Nəzarət  və 

tənzimləmə  ödəniş  sistemlərində  innovasiya 

üçün  potensial  tələbə  və  ya  xidmətlərin 

dəyərinə  təsir  edə  bilər.  Bu  isə  yeni  xidmət 

növlərini  genişləndirə  və  ya  azalda  bilər.  Bu 

baxımdan  tənzimlənmə  innovasiya  üçün  ya 

təkanverici  və  ya  onun  qarşısını  alan  qüvvə 

rolunu  oynayır.  Ödəniş  sistemləri  bazarını 

tənzimləməkdə 

əsas 


məqsəd 

bazarın 


təhlükəsizliyini 

və 


effektivliyini 

təmin 


etməkdir.  

Endogen amillər: 

Əməkdaşlıq.  İnnovasiyalar  adətən  sabit 

investisiya  xərcləri  tələb  edir,  lakin  yeni 

məhsul  və  ya  prosesin  əhəmiyyətli  dərəcədə 

tələb  yaradacağı  və  ya  uzunmüddətli  dövrdə 

rəqabətli  olacağına  zəmanət  yoxdur.  Banklar 

arasında  əməkdaşlıq  bu  maneəni  xərcləri 

azaltmaq  və  ya  əlavə  xidmətlər  təklif  etmək 

yolu  ilə  aradan  qaldıra  bilər.  Ödəniş 

sistemlərində  innovasiyaların  mürəkkəbliyi 

iştirakçılar  arasında  əməkdaşlıq  əlaqələrini 

artırır.  Bu  əməkdaşlıq  iki  istiqamətdə  inkişaf 

edir: 


 

Sahələrarası: 

məsələn, 

ödənişləri 

həyata  keçirmək  üçün  istifadə  olunan 

POS-terminal,  çip,  mobil  telefon 

istehsalçıları,  şəbəkə  operatoru  və 

ödəniş  üzrə  təchizatçılar  arasında 

əməkdaşlıq tələb olunur.  

 



Ölkələrarası: 

Məsələn, 

ABŞ  və 

Meksika  arasında  pul  köçümələrini 

həyata keçirmək məqsədi ilə xüsusi bir 

fond yaradılmışdır. 



Qiymətqoyma  və  qiymət  strukturu.  Qiymətin 

formalaşması  strategiyası  innovasiyaların 

uğurlu  olması  üçün  mühüm  rola  malikdir. 

Belə  ki,  Ödəniş  Xidməti  Təchizatçısı  (ÖXT) 

tərəfindən    müəyyən  edilən  qiymətlər  həm 

rəqabətli  olmalı,  həm  də  gəlirliyi  təmin 

etməlidir.  Beləliklə,  qiymətlərin  innovasiyada 

rolu  ikili  xarakter  daşıyır:  əgər  ÖXT-nin 

istiqaməti 

düzgün 


müəyyən 

edilsə, 


innovasiyaya  təkan  vermiş  olacaqdır.  Digər 

tərəfdən qiymət maneyə də çevrilə bilər. Belə 

ki,  bir  çox  amillər  qiymətin  formalaşmasında 

çətinliklər  yarada  bilər:  i)  xərclərin  strukturu 

və  bazar  iştirakçılarının  gücü    ii)  şəbəkə 

effektinin  növü  və  müddəti  iii)  tənzimlənmə 

mühiti. 

Təhlükəsizlik.  Yeni  ödəniş  sistemləri  ilə 

əməliyyatlarda mövcud olan qeyri-qənaətbəxş 

təhlükəsizlik  əhalinin  inamını  zəiflədə  bilər. 

Texniki  inkişaf  və  prosesin  sürətlənməsi 

ödəniş  sistemləri  üçün  yeni  imkanlar  yaratsa 

da,  təhlükəsizlik  risklərini  də  yüksəldir.  Bu 

səbəbdən 

ÖXT-lər 


davamlı 

olaraq 


təhlükəsizlik  səviyyəsinin  keyfiyyətini  artırır 

ki,  bu  da  innovasiyada  vacib  amil  hesab 

olunur.  



Yüklə 315,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə