TəDQİqat bülleteni n-2



Yüklə 315,58 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix02.10.2017
ölçüsü315,58 Kb.
#2575
1   2   3   4   5   6   7   8   9

 

 

2013 

 

11 


 

1.4.

 

İnkişaf iqtisadiyyatı üzrə tədqiqatlar 

Dünyada orta təbəqənin inkişafı  

Orta  təbəqənin  miqyası  və  dinamikası  həm 

İnkişaf Etmiş Ölkələrdə (İEÖ), həm də İnkişaf 

Etməkdə  Olan  Ölkələrdə  (İEOÖ)  ümumi 

inkişafın  mühüm  meyarlarından  biridir. 

Qloballaşma  orta  təbəqənin  roluna  yeni 

çalarlar  əlavə  etmiş  və  orta  təbəqənin  payı 

artıq  dünya  iqtisadiyyatının  uzunmüddətli 

proqnozlarında vacib parametrə çevrilmişdir.  

Orta  təbəqənin  artması  ilə  bağlı  müsbət 

gözləntilər 

əsasən 


İEOÖ-lərin 

dünya 


iqtisadiyyatında  və  ticarətində  artan  payı  ilə 

bağlıdır.  Bu  proses  son  qlobal  böhrandan 

sonra  aktuallaşan  və  İEOÖ-lərin  daha  çox 

istehlakı  stimullaşdırması,  sosial  xidmətlərin 

əhatə  dairəsinin  genişləndirməsi  (pensiya 

sistemi,  təhsil,  səhiyyə  və  s.)  kimi  siyasətləri 

özündə  ehtiva  edən  yenidən  tarazlaşma 

strategiyası  nəticəsində  daha  da  güclənmişdir. 

Digər  tərəfdən,  İEÖ-lərdə  tamamilə  əks 

proseslər gedir. Belə ki, son böhran məhz orta 

təbəqəni  güclü  zərbəyə  məruz  qoymuşdur  və 

əmək  bazarının  qloballaşması  fonunda  onun 

vəziyyətinin  tezliklə  yaxşılaşacağına  ümid 

azdır. 


2007-ci  ildə  Goldman  Sachs-ın  analitiklərinin 

75 ölkədə apardığı araşdırma qlobal səviyyədə 

orta  təbəqə  ilə  bağlı  bir-birinə  əks  iki 

tendensiyanı  aşkar  etmişdir:  i)  İEÖ-lərdə  orta 

təbəqənin artımının dayanması və ―köhnə orta 

təbəqənin‖  sayının  azalması;  ii)  İEOÖ-lərdə 

yoxsulluq  həddini  keçən  əhalinin  sayının 

sürətli  artımı.  Bu  tendensiyaları  nəzərə 

almaqla  proqnozlar  göstərir  ki,  2030-cu  ildə 

dünyada  orta  təbəqə  statuslu  insanların  sayı  2 

mlrd. nəfər artacaqdır.   

2011-ci  ildə  McKinsey  institutu  tərəfindən 

aparılan  digər  bir  tədqiqatda  isə  artıq  ―bahalı 

resurslar  erasının‖  yaxınlaşdığı  vurğulanır  və 

bunun  üçün  enerjiyə,  resurslara  qənaət  edə 

biləcək  texnologiyanın  yaradılması  vacib 

hesab  edilir.  Qarşıdakı  20  il  ərzində  dünyada 

bu məqsədlərə 3.5 trln. ABŞ dolları həcmində 

vəsaitin  xərclənəcəyi  proqnozlaşdırılır.  Bunun 

əsas səbəbi İEOÖ-lərdə 2020-cu ilədək 1 mlrd. 

yeni  istehlakçının,  2030-cu  ilədək  isə  orta 

təbəqəyə  aid  olan  əlavə  1,5    mlrd.  insanın 

qlobal  iqtisadiyyata  daxil  olması  ilə  bağlı 

gözləntilərdir. 

Cari  ilin  fevral  ayında  təkrar  aparılan 

hesablamalar öncəki nəticələri təsdiqlədi. Belə 

ki,  2030-cu  ildə  planetin  əhalisinin  sayının  8 

mlrd.  nəfər  səviyyəsində  proqnozlaşdırıldığını 

nəzərə  alsaq,    20  il  ərzində  orta  təbəqənin  3 

mlrd.  insan  artaraq  5  mlrd.-a  çatacağı 

gözləniləndir.  Bu,  kifayət  qədər  yüksək  artım 

tempidir.  Müqayisə  üçün  qeyd  edək  ki,  1980-

2009-cu  illərdə  orta  təbəqə  təxminən  700 

milyon nəfər artmışdır. 

McKinsey  institutu  tərəfindən  orta  təbəqə 

üzrə


12

 2020  və  2030-cu  il  üzrə  proqnozlarına 

əsasən  dünyada  bu  təbəqənin  ən  çox  artacağı 

region  Asiya-Sakit  okean  regionu  olacaqdır. 

Belə  ki,  2010-cu  ildə  bu  regionda  orta  təbəqə 

525  mln.  nəfər  idisə,  2020-ci  ildə  1.740  mln, 

2030-cu  ildə  isə  3.228  mln.  nəfər  olması 

proqnozlaşdırılır.  Proqnozlara  əsasən  Afrika-

Cənubi  Saxara,  Yaxın  Şərq  regionlarında  da 

orta  təbəqə  artacaqdır.  McKinsey  institutunun 

                                                           

12

 Orta  təbəqə  olaraq  gündəlik  xərcləri  10-100$  (alıcılıq 



qabiliyyəti  pariteti  əsasında)  olan  istehlakçılar    nəzərdə 

tutulur.


 


 

 

2013 

 

12 


 

təhlilinə görə xərclərə uyğun olaraq gəlirlər də 

sürətlə  artmaqda  davam  edir.  Məsələn, 

Hindistan  və  Çində  adambaşına  real  gəlirin 

artımı İngiltərədə sənaye inqilabı zamanı olan 

artımdan 10 dəfə daha sürətlidir.  

PriceWaterhouseCoopers 2012-ci il (Profitable 

growth  strategies  for  the  Global  Emerging 

Middle  —  Learning  from  the  Next  4  Billion 

markets)  hesabatında  da  çox  maraqlı  təhlillər 

vermişdir.  Qiymətləndirmələrə  görə  orta 

təbəqə  (gəlir  səviyyəsi  3946-12195  ABŞ 

dollarə)  və  ondan  sonrakı  təbəqə  (gəlir 

səviyyəsi  996-3945  ABŞ  dolları)  arasında 

təhsil  ili  üzrə  fərq  25%,  şəhər  əhalisinin  payı 

arasında  fərq  45%-dir.  Orta  təbəqə  və  ondan 

sonrakı  təbəqə  arasında  ən böyük fərq isə  hər 

1000  nəfərə  düşən  avtobomil  sayındadır  – 

84%.  

Qeyd  edək  ki,  ―yeni  orta  təbəqə‖nin  artım 



tempini Beynəlxalq Əmək Təşkilatı (BƏT) da 

təsdiqləyir.  BƏT  2013-cü  il  hesabatında  qeyd 

edir  ki,  inkişaf  etməkdə  olan  ölkələrdə  orta 

gəlir qrupuna daxil olanların sayı 1999-cu illə 

müqayisədə  2010-cu  ildə  2.5  dəfə  artmışdır. 

BMT-nin  məlumatlarına  görə  isə  dünyada 

gündəlik  gəliri  2$-dan  az  olan  yoxsul 

təbəqənin  xüsusi  çəkisi  1990-cı  ildəki  43%-

dən  2010-cu  ildə  22%-ə  düşmüşdür.  BƏT 

tərəfindən  aparılan  qiymətləndirmələrə  görə 

qlobal  məşğulluq  2015-2018-ci  illərdən  tez 

artmayacaq.  Həmin  dövrə  isə  dünyada 

işsizlərin  sayı  208-214  mln.  nəfəri  ötə  bilər. 

Belə  bir  vəziyyət  on  milyonlarla  gənc  üçün 

(2013-cü  ilin  birinci  rübündə  gəncər  arasında 

işsizlik 73.4 mln. nəfər idi) ―sosial mobilliyin‖ 

uğursuzluğu  mənasına  gəlir.  Bu  proseslər  son 

nəticədə inkişaf etmiş ölkələrdə orta təbəqənin 

sıxılması riskini yaradır.  

Son 


dövrlər 

dünyada 


əsas 

müzakirə 

mövzularından  biri  də  ―yeni  orta  təbəqənin 

artımı ― ilə bağlı çağırışlardır. Urbanizasiya bu 

çağırışlar  arasında  çox  ciddi  problem  kimi 

qiymətləndirilir.  Proqnozlara  görə  2030-cu 

ildə urbanizasiya səviyyəsi 60% olacaqdır: 4.9 

mlrd.  insan  şəhər  yerlərində  yaşayacaqdır. 

Əhalinin  yarısının  içməli  su  problemi  ilə  də 

üzləşəcəyi  gözlənilir  Orta  təbəqənin  sürətli 

artımı hesabına (2017-ci ilə 390 milyon nəfəri 

keçməsi  proqnozlaşdırılır)  təhsil  və  səhiyyəyə 

tələb  artacaqdır.  Bütün  bunlar  yeni  strateji 

çağırışları formalaşdırır.  

Dünyanın  bir  çox  ekspertləri  hesab  edir  ki, 

―yeni  və  köhnə  orta  təbəqənin―  proqnozları 

dövlətlərin  sosial  siyasəti  üçün  müəyyən 

risklər  yaradır.  İnkişaf  etməkdə  olan  ölkələrin 

iqtisadi  modelinin  dəyişməsi,  yeni  yoxsullar 

sinfinin  yaranması,  ―orta  gəlir  tələsinə‖ 

düşmə,  yeni  iş  yerlərinin  yaradılması,  sosial 

tələbin artması bu risklərə aiddir.  



1.5.

 

Mərkəzi banklar və qlobal maliyyə sistemi 

BRİCS bankı   

Braziliya,  Rusiya,  Hindistan,  Çin  və  Cənubi 

Afrika Respublikasının (CAR) dövlət başçıları 

bir 


sıra 

infrastruktur 

layihələrinin 

maliyyələşdirilməsi  məqsədi  ilə  inkişaf  bankı 

yaradılması  haqda  razılaşma  əldə  etmişlər. 

Növbəti  mərhələlərdə  BRİCS  ölkələrindən 

əlavə  digər  ölkələr  də  BRİCS  Bankına 

qoşulacaqdır. 




Yüklə 315,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə