Tədris prosesində elektron lövhələrdən və


Ofis Rejiminin istifadəsi



Yüklə 0,71 Mb.
səhifə2/11
tarix11.10.2017
ölçüsü0,71 Mb.
#4410
1   2   3   4   5   6   7   8   9   10   11

Ofis Rejiminin istifadəsi


Ofis Rejimi PowerPoint, Microsoft Word və Excel ilə qarşılıqlı əlaqədə olmağa imkan verir. Ofis Rejimində şərhləri birbaşa slayd, sənəd və vərəqə əlavə edə bilərsiniz. Şərhlər istifadə olunan proqram faylının bir hissəsinə çevrilir və o Workspace faylında əlavə səhifə kimi saxlanmır.

Ofis Rejiminin işə salınması


Alət panelindən Ofis Rejimini seçin. Kompüter ağ lövhə ekranının şəklini təsvir edir.

Qeyd: Qeyri fəal alətlər boz rəngə çevrilir.

Rejimlərdən bir-birinə keçmə


Ofis Rejimi, dərs Rejimi və İş masası rejimi üzərində müvafiq işarəyə basmaqla şərhə keçin.

Ofis Rejimi Funksiyaları


Aşağıdakı cədvəl Ofis Rejiminin funksiyalarını təsvir edir.

Simgə Ad

İzahı



Menyu

Ofis Rejimi Menyusuna daxil olun.



Siçan

Siçanı fəallaşdırır.



Dərs rejimi

Dərs Rejimi Alət panelinə daxil olur.



İşçi masası üzərində Şərh

İşçi masası üzərində şərhə daxil olur.



Ofis Rejimi

Ofis Rejimini fəallaşdırır və Ofis Rejimi alətlərini əks etdirir.



Qələm

Microsoft faylındakı səhifə daxilində yaz və ya çək. Quraşdırma seçimləri Aşağı Oxa basmaqla giriş əldə olunmuş Alət Quraşdırması Alət panelində tap.



Markalama

Cari səhifədə hər hansı maddəni qeyd edin. Alət Quraşdırması alət panelini əks etdirmək üçün Aşağı Oxa basın.



Pozan

Qələmlə yazılanları silir.



Mətni yazın

Ekrandakı klaviaturanı açın və mətni daxil edin. Kompüter klaviaturası da istifadə oluna bilər.



Möhürləyici

Cari səhifəyə möhürlər əlavə et.



Seçim

Slayd, sənəd və ya vərəqdə obyekt və ya maddələri seçir, onları hərəkət etdirir, ölçüsünü dəyişir və ya onları çevirir. O həmçinin PowerPoint Slaydı, Word sənədi və ya Excel vərəqində saxlamaq üçün annotasiyanı istifadə etməyə imkan verir.



Əvvəlki

PowerPoint Slide Show-da əvvəlki slayda və ya Word sənədindən əvvəlki səhifəyə keçməyə imkan verir. Əgər siz mümkün məlumat itkisi ilə bağlı qeydi seçmisinizsə, əvvəlki səhifəyə keçid əmri icra olunmamışdan əvvəl sizdən şərhləri Microsoft faylında saxlamaq tələb olunacaq.



Növbəti

PowerPoint Slide Show-da növbəti slayda və ya Word sənədində növbəti səhifəyə keçməyə imkan verir. Əgər siz dərhal məlumat itkisi haqqında qeydi seçmisinizsə növbəti səhifəyə keçib əmri icra olunmamışdan əvvəl sizdən şərhləri Microsoft faylındasaxlamaq tələb olunacaq.



Ofis Alətləri

Microsoft Office proqramlarını işə salır.



Şərhləri yerləşdirin

Bütün şərhləri cari PowerPoint slaydına, Word səhifəsinə və ya Excel vərəqinə yerləşdirin.



Seçilmiş Şərhləri yerləşdirin

Seçilmiş şərhləri cari PowerPoint slaydına, Word səhifəsinə və ya Excel vərəqinə yerləşdirin.



Boş Slayd əlavə edin

Cari fəaliyyət göstərən PowerPoint Slide Show-ya boş slayd əlavə edin. O yalnız PowerPoint Slide Show işlədikdə mövcud olur.



PowerPoint slayd əlavə edin

Cari annotasiya ekranını açıq PowerPoint təqdimatına slayd kimi əlavə edin. Slayd PowerPoint faylının sonuna əlavə olunacaq.



Təmizlə

Bütün şərhləri cari ekrandan təmizləyin.



Seçimi Sil

Seçilmiş şərhləri silin.



Sualı daxil edin

Tələbə Cavabı Sistemini istifadə edərkən sualı əlavə edin.



Çıxış

Ofis Rejimindən çıxın.


Mövcud Alətlər

Aşağıdakı cədvəl Alət paneli və Alət qutusu üçün mövcud olan bütün alətləri sadalayir. Seçmək üçün Müştəri yönlü Alət paneli üstünülüklərini istifadə edin.



Simgə Ad

İzahı



Siçan Rejimi

Şərh Rejimindən Şərh Pəncərəsini bağlayan və işçi masasını əks etdirən Siçan Rejiminə keçin.



Dərs Rejimi

Dərs Rejimi Interwrite Workspace-nin ilkin əməliyyat rejimidir. Həm siçan, həm də şərh alətlərinin istifadəsinə imkan verir.



İşçi Masası üzərində Şərh

İşçi Masası Pəncərəsi üzərində Şərh Fəal İşçi Masanız əks olunarkən Şərh Alətlərini və ya Səhifə Alətlərini istifadə etməyə imkan verir.



Office Mode

Ofis Rejimi alət panelini və onunla bağlı funksiyaları işə salır.



Qələm

Şərh Pəncərəsindəki səhifədə yazmaq və ya şəkil çəkmək üçün Qələm alətindən istifadə edin. Qələm aləti üçün quraşdırma opsiyaları Əlamətlər Panelində tapılır. Cari alət quraşdırmaları baxış pəncərəsində əks olunub. Haqqında daha artıq öyrənmək üçün Əlamətlər Panelindəki xüsusiyyətə basın.



Multicolor qələm

Şərh Pəncərəsindəki səhifədə rəngli xəttləri çəkmək üçün Çoxrəngli Qələmdən istifadə edin. Çox rəngli Qələm iki müxtəlif növə malikdir, MailiRəngdə Rəng.

  • Rəngdə Rəng Növünü seçdikdə Maili Növ düyməsinin solundakı rəng, xətt eni və şəffaflıq xüsusiyyətləri kənar, sərhəd rəngini müəyyən edir, sağdakı xüsusiyytəlrə isə daxili rəngi müəyyən edir.

Sizin seçimləriniz baxış pəncərəsində əks olunur. Hər alətin növ seçiminə necə təsir etməsini müəyyən etmək üçün müxtəlif kombinasiyaları sınaqdan keçirin.



Şəkil Qələmi

Şərh Pəncərəsindəki səhifədə şəkillərin cığırını əks etdirmək üçün Şəkil Qələmindən istifadə edin.

  • Hal-hazırda seçilmiş şəkil Əlamətlər Panelinin sol tərəfində əks olunub. Şəkillər menyusuna daxil olmaq üçün onun üzərinə basın.

  • Cığırdakı şəkillərin ölçüsünü seçmək üçün xətt eninə basın.

  • Siz şəkil menyusuna yeni şəkli əlavə edə bilərsiniz. Şəkli Dəyişin düyməsinə basın. Standart olaraq Proqram Faylları/ Interwrite Learning/Interwrite Workspace/möhürləri direktivi açılır. Siz bu direktivdən şəkli seçə və ya digər yerə yönəldə bilərsiniz. Şəkil Qələmi aləti üçün istifadə olunan şəkillər BMP, GIF, JPEG, TIFF, PNG formatında olmalıdır. Yeni şəkil şəkil menyusundakı cari seçilmiş şəkli əvəz edəcək.

  • Siz həmçinin seçilmiş şəklin arxa fon rəngini dəyişə bilərsiniz.



Xətt

Şərh Pəncərəsindəki səhifədə xətləri çəkmək üçün Xətt alətini istifadə edin. Xətt aləti üçün quraşdırma opsiyaları Əlamətlər Panelində tapılmışdır. Cari alət quraşdırması əvvəlki pəncərədə əks olunub. Haqqında daha artıq öyrənmək üçün Əlamətlər Panelindəki xüsusiyyətə basın.



Sərbəst Əl Mətni

Bu alət ilə yazılmış bütün rəqəm və hərfli işarələr alətin Xüsusiyyətlər Panelindəki baxış pəncərəsində əks olunmuş şriftdən istifadə edərək yazılmış mətnə avtomatik çevrilir. Fərqli şrift seçin, şrift ölçüsünü və şrift rəngini Əlamətlər Panelindən dəyişin. Sizin seçimləriniz baxış pəncərəsində əks olunur.



Sərbəst Əl Forması

Bu alət məsələn, düzbucaqlı kimi əl ilə çəkilmiş obyekti əsl 90 dərəcəli bucaqlara və tərəfləri düz xətt parçaları olan düzbucaqlıya çevirir. Alətin Xüsusiyyətlər Paneli alətin xətt-çəkən əlamətlərini dəyişməyə imkan verir.



Markalama

Cari səhifədəki hər hansı maddəni işarələmək üçün bu alətdən istifadə edin. Xüsusiyyətlər Panelindən alət əlamətlərini seçin.



Fiqurlar

Bu alət ilə müxtəlif fiqurları çəkin. Əlamətlər Panelinin ortasındakı Fiqur düyməsinə basın və menyudan fiquru seçin. Əlamətlər Panelinin sol tərəfindəki alətlər fiqurun xətt əlamətlərinə təsir edir. Sağ tərəfdəki alətlər fiqurun doldurma əlamətinə təsir edir. Hal-hazırda seçilmiş fiqur onun xətti və doldurma əlamətləri Fiqur düyməsində əks olunub.



Flash Player

Flash Player sizə SWF fayllarını təqdimatınıza əlavə etməyə imkan verir. Alətə basın və SWF flash faylını direktivdən seçin. Flash faylını aktivləşdirmək üçün yaşıl oxa basın. Flash faylını hərəkət etdirmək, ölçüsünü dəyişmək və ya silmək üçün Seçmə alətini istifadə edin. Qeyd: Bir səhifədə yalnız iki (2) flash faylına icazə verilir.



Mətn

Təqdimat faylınızdakı səhifələrə yazılmış mətni əlavə etmək üçün Mətn alətini istifadə edin.

  • Alət panelindən Mətn alətini seçin

  • Yazmağa başlamamışdan əvvəl şrift xüsusiyyətlərini dəyişin. Seçdiyiniz şrift və əlamətlər baxış pəncərəsində əks olunacaq.

  • Mətn Pəncərəsinin əks olunmasını və yazılmanın başlanmasını istədiyiniz yerə basın.

  • Siz yazmağı bitirdikdən sonra Seçmə alətini seçin. Mətn Pəncərəsi bağlanır və mətn səhifədə yerləşir.



Möhürləyici

Şərh Pəncərəsindəki səhifəyə möhürləri əlavə etmək üçün Möhürləyicidən istifadə edin. Əvvəlcədən quraşdırılmış möhür seçimləri Möhürləyicinin Xüsusiyyətlər Panelində əks olunur. Siz şəkillərinizi Mənim Sənədlərim/Interwrite Workspace/İstifadəçi Möhürləri qovluğuna əlavə etməklə Möhürləyicini şəxsiləşdirə bilərsiniz. Şəkillər BMP, GIF, JPEG, TIFFvə ya PNG formatında olmalıdır. Onlar Möhürləyicinin Əlamətlər Panelinin sağında əks olunacaq. Əgər siz yeni möhürləti Workspace işləyərkən İstifadəçi Möhürləri qovluğuna əlavə etsəniz, möhürlər siz Workspace-ni tərk edənə və yenidən açana qədər mövcud olmayacaq.



Audio Fayl

Audio Fayl təqdimat faylınıza audio faylları əlavə etməyə imkan verir. O aşağıdakı audio faylları formatlarını dəstəkləyir: WAV, MP2, MP3, MPA,MPEG, SND, və WMA. Yazıya alma və Yenidən Canlandırma aləti ilə hazırlanmış Audio fayllar, o cümlədən digər mənbələrdən yüklənmiş fayllar (e.g., iTunes), da istifadə oluna bilər. Fayl seçilərsə seçilmiş audio fayla malik audio canlandırıcı səfihəyə əlavə olunur.



Video Fayl

Video faylları təqdimatınıza Video Faylı aləti ilə əlavə edin. O aşağıdakı video formatlarını dəstəkləyir: AVI, WMV, MOV, və MPG.

Video Fayl alətini seçin və əlavə etmək istədiyiniz video faylının yerini axtarın. Seçilmiş video faylına malik video canlandırıcısı səhifəyə əlavə olunub. Media Playeri işə salmaq üçün yaşıl oxa basın. Siz videoya şərh vermək üçün Media Player Alət panelindəki alətdən istifadə edə bilərsiniz.





Cari Səhifə

Səhifəni Şərh Pəncərəsinin ətrafında hərəkət etdirin.



Seçim

Cari səhifədə obyektləri (maddələri) seçmək üçün Seçim alətini istifadə edin. Seçilmiş obyektlərin ölçüsü dəyişə, hərəkət etdirilə, kəsilə, nüsxələnə, birləşdirilə, silinə, sırası dəyişdirilə, çevrilə, qruplaşdırıla, qrupdan ayrıla, arxa fona keçirilə, Mənim Qalereyama ixrac oluna və əlavə edilə bilər. Seçmə aləti seçilərsə, Seçmə Əlamətləri Paneli əks olunur. Bütün redaktə alətləri Əlamətlər Panelinin sol tərəfində əks olunur, Səhifə Naviqasiyası alətləri sağ tərəfdə əks olunurlar. Siz obyekti seçdikdə, seçilmiş obyektin əlamətlərini dəyişməyə və ya onun üçün link yaratmağa imkan verdikdə Əlamətlər Paneli Linklər aləti ilə ortada əks olunacaq.

Haqqında daha artıq öyrənmək üçün Redaktə Alət panelindəki alətə basın. Seçim edilənə və ya fəaliyyəti seçimə müvafiq olana qədər müəyyən redaktə opsiyaları boz rəngdə olacaq.





Pozan

Şərh Pəncərəsindəki səhifədə obyektləri silmək üçün bu alətdən istifadə edin. Slayderi Əlamətlər Panelinə keçirməklə pozanın ölçüsünü dəyişin.



Miqyas

100-ə qədər ölçüsünü böyütmək üçün Miqyas alətini seçin və Şərh Pəncərəsindəki səhifəyə basın, və ya səhifənin ölçüsünü böyütmək üçün Miqyas alətinin Xüsusiyyətlər Panelindəki böyütmə miqdarına basın.

Əgər siz səhifənin müəyyən sahəsini böyütmək istəyirsinizsə, Əlamətlər Panelinin sağ sonundakı Miqyas Pəncərəsinə basın və böyütmək istədiyiniz səhifənin hissəsi boyu pəncərəni dartın.





Boş Səhifə yaradın

Təqdimat faylına boş səhifəni əlavə edin. Arxa fon rəngini dəyişmək üçün Boş Səhifə Üstünlüklərinə basın.



Dublikat Səhifəsini Yaradın

Təqdimat faylına Şərh Pəncərəsindəki cari səhifənin dublikatını əlavə edin. Dublikat səhifə ilkin səhifənin dalınca gələn təqdimat faylına əlavə olunur.



Təqvim PəncərəsiniYaradın

Bu alətdən istifadə edərək təqdimat faylına təqvimli yeni pəncərəni əlavə edin. Bir həftəlik, bir, iki, üç və ya dörd aylıq təqvimi seçin və baxın. Başlayan Ay və İli seçin (cari ay və il standartdır) və təqvim üçün Arxa Fon rəngini seçin. Əgər siz təqdimatınızda tez-tez təqvimlərdən istifadə edirsinizsə, Alət Panelini Müştəri yönlü edin. Üstünlüklər opsiyasını istifadə edərək Alət panelinə Təqvim Səhifəsini Yarat alətini əlavə edə bilərsiniz.



Sərhəd SəhifəsiniYarat

Təqdimat faylına sərhəd səhifəsini əlavə edin. Sərhəd səhifəsi konfiqurasiyasını dəyişmək üçün Sərhəd Səhifəsi Üstünülklərinə baxın.



Şəkil SəhifəsiniYaradın

Təqdimat faylına şəkil səhifəsini əlavə edin. Səhifədə arxa fon şəklini dəyişmək üçün Şəkil Səhifəsi Üstünlüklərinə baxın.



Qalereya

Interwrite Workspace Qalereyası şəkillərin və Interwrite Sims adlanan, sizin rahatlığınız üçün Kateqoriyalarda yerləşmiş Flash simulyasiyalarının geniş toplusuna malikdir.



İşıqlandırma

Ekranın sahəsinə maraq yaratmaq və diqqəti çəkmək üçün İşıqlandırma alətindən istifadə edin. İşıqlandırma aləti seçilərkən qara pərdənin mərkəzində dairə yaranır. İşıqlandırma şəffafdır və ekranda birbaşa olanları canlandırır. Ekranın ətrafında işıqlandırmanı hərəkət etdirmək üçün Hərəkət kursoruna basın və dartın. İşıqlandırma aləti həm Siçan Rejimi, həm də Şərh Rejimində istifadə oluna bilər.



Səhifə Sortlaşdırıcısı

Təqdimat faylındakı səhifələr ardıcıllığına baxmaq üçün səhifə Sortlaşdırıcısı alətini istifadə edin. Üstünə basmaqla səhifəni seçin. Təqdimat faylına basın və səhifəni müxtəlif yerə dartın. Digər Səhifə Sortlaşdırıcısı opsiyaları Səhifə Sortlaşdırıcısı Menyusunda mövcuddur.



Əvvəlki Səhifə

Təqdimat faylında əvvəlki səhifəyə gedin. Təqdimat faylının ilk səhifəsi Şərh Pəncərəsində olarsa, alət boz rəngdə olacaq.



Növbəti Səhifə

Təqdimat faylında növbəti səhifəyə gedin. Fayldakı son səhifə Şərh Pəncərəsində olduqda alət boz rəngə çevriləcək.



Təmizləyin

Seçilmiş obyekti və ya obyektləri silmək üçün bu alətdən istifadə edin. Əgər səfihədə heç nə seçilməzsə, Təmizlə aləti səhifədəki hər bir şeyi silir.



Yaddaşda saxlayın

Hal-hazırda açıq təqdimat faylını yaddaşda saxlayın. Bağladıqda və ya Workspace-dən çıxdıqda siz təqdimat faylını yaddaşda saxlamağa dair məlumatlandırılacaqsınız. Yaddaşda saxla funksiyası həmçinin Interwrite Boards Əlamətləri Menyusunda da mövcuddur.

Standart olaraq Avtomatik yaddaşda saxla əlaməti təqdimat faylını avtomatik olaraq hər beş dəqiqədən bir yaddaşda saxlayır. Siz Avtomatik yaddaşda saxlamanı etibarsız edə və ya avtomatik yaddaşda saxlama tezliyini Üstünlüklər, Opsiyalarda dəyişə bilərsiniz.





Ekrandakı Klaviatura

Ekrandakı Klaviatura Interwrite Board-da olarkən və ya Interwrite Pad-i istifadə edərkən mətnin daxil edilməsinə imkan verir. Siz tətbiq faylına mətni daxil edə və ya Şərh Pəncərəsində şərhləri yaza bilərsiniz.



Bağlama Düymələri

Bu alətdən istifadə edərək bütün Interwrite Düymələrini sükutlaşdırın, və ya bağlayın, bu zaman onların cari sesiyaya daxiletmələrinin qarşısını alın. Bağlama Düymələri söndürülənə qədər əlaqəli qalırlar. Bu alət keçiricidir. Açma Düymələri aləti kimi o, aktivləşdirilə və ya bağlanmış düymələri açmaq üçün istifadə oluna bilər.

Sesiya Meneceri daha artıq selektiv Düymə idarəsi əlamətlərini təmin edir. Düymələri Bağla və Düymələri Aç alətləri həmçinin Interwrite Board Əlamətlər Menyusunda da mövcuddur.





Internet Browser

Internet browser-i işə salmaq üçün bu alətdən istifadə edin və onu Üstünlüklər/Opsiyalar, Internet Şəbəkə səhifəsində açın.



Yuxarı Səhifə

Şərh Pəncərəsindəki şərh səhifəsini təqdimat faylında yaddaşda saxlayarkən PowerPoint Slide Show-dakı əvvəlki səhifəyə getmək üçün bu alətdən istifadə edin. Alətin xüsusilə PowerPoint ilə işləməsi üçün qurulmasına baxmayaraq o əsasən, Interwrite Workspace altında birbaşa və Yuxarı səhifə əmrini başa düşən proqramla işləyəcək.



Aşağı Səhifə

Şərh Pəncərəsindəki şərh səhifəsini təqdimat faylında yaddaşda saxlayarkən PowerPoint Slide Show-dakı növbəti səhifəyə getmək üçün bu alətdən istifadə edin. Alətin xüsusilə PowerPoint ilə işləməsi üçün qurulmasına baxmayaraq o əsasən, Interwrite Workspace altında birbaşa və Aşağı səhifə əmrini başa düşən proqramla işləyəcək.



Pərdə

Pərdə aləti Siçan rejimində olarsa, Şərh Pəncərəsindəki cari səhifəni gizlətmək və ya cari işçi masası ekranını gizlətmək üçün istifadə olunur.



Medianı yerləşdirin

Hər hansı media faylını o cümlədən BMP, JPEG, GIF, EMF, WMF, TIFF PNG, ICO, Audio faylları, Video faylları və Flash fayllarını yerləşdirin. Audio fayllar Audio Player-ə yerləşdirilir və Video fayllar Video Player-ə yerləşdirilir və Media Player-də canlandırılır.



Tutum

Tutum ya tam ekranın, seçilmiş pəncərənin, ya da ekranın seçilmiş hissəsinin qısa şəklidir. Tutum alətini seçərkən hansı rejimdə olmanızdan asılı olaraq tutum opsiyaları sizin üçün mövcud olur.



Geri qaytar

Ən son yerinə yetirilmiş əməliyyatı geri qaytarmaq üçün bu alətdən istifadə edin. Əgər siz xətt çəkmisinizsə, Geri qaytar düyməsi onu kənarlaşdıracaq. Siz səhifədə etdiyiniz ilk əməliyyatı geri qaytarana qədər Geri qaytarma düyməsindən istifadəni davam edə bilərsiniz. Əlbəttə ki, əgər siz səhifədəki hər şeyi geri qaytarmaq istəyirsinizsə, vaxta qənaət edə bilərsiniz və Təmizlət alətindən istifadə edə bilərsiniz.



Yenidən qaytar

Bu alətdən istifadə edərək son Geriyə qaytar əməliyyatını yenidən qaytarın. Geri qaytarılmış hər bir şeyi bərpa edənə qədər siz yenidən gaytarma düyməsini istifadə edə bilərsiniz. Nə isə geri qaytarılmayana qədər alət mövcud olmayacaq.



Üstünülklər

Üstünlüklər aləti Interwrite Workspace-nin bir çox alətləri və funksiyaları üçün alətləri yarada biləcəyiniz Üstünlüklər dialoqunu yaradır.



Sərbəst Əl MətnininTanınması

Əl ilə yazılmış mətni yazılmış mətnə çevirmək və yazılmış mətni Word və ya Excel kimi fəal proqramlara yerləşdirmək üçün bu alətdən istifadə edin. Aşağıda göstərilmiş Sərbəst Əl Mətninin Tanınması dialoqu yazının yoxlanması və İdarəedici düyməni, Məsafəni, Tabulyarı və Silmə alətlərini mətnə yerləşdirməni mümkün edir.



Yazıya al və Yenidən canlandır

Yarandığı kimi səs ilə tədbirləri yazıya almaq və yenidən canlandırmaq üçün Yazıya al və yenidən Canlandır alətini istifadə edin. O audio və ekran tədbirlərini yazıya alır və onları AVI faylında yenidən canlandırmaq üçün saxlayır.



PDF Faylını ixrac et

Hal-hazırda açıq təqdimat faylını PDF formatına ixrac etmək üçün bu alətdən istifadə edin. Standart olaraq, PDF faylı Mənim Sənədlərim/Interwrite Workspace/İxrac qovluğuna ixrac edin.



PDF Faylını email ilə göndərin

Hal-hazırda açıq təqdimat faylını PDF formatına ixrac etmək və onu avtomatik olaraq email mətninə birləşdirmək üçün bu alətdən istifadə edin.



Taymer

Müddətli sinif otağı fəaliyyətləri, imtahanlar və ya tapşırıqlar üçün Taymerdən istifadə edin.



Tələbə Cavabı sistemi

Kliker işarəsi sisteminizdə Tələbə Cavab Sistemi quraşdırılarkən əks olunur. Sual menyusunu əks etdirmək üçün işarəyə basın.

Tələbə Cavabı Sistemi haqqında daha ətraflı öyrənmək üçün buraya basın.





İmtahana baxış

İmtahana baxışı İşə salır.



Xətkeş

Xətkeş sizə Şərh Pəncərəsi daxilində iki nöqtə arasında məsafəni ölçməyə imkan verir.



Üçbucaq

Üçbucaq aləti Şərh Pəncərəsi daxilində necə ölçməni nümayiş etdirməyə imkan verir.



Transportir

Transportir Şərh Pəncərəsi daxilində bucaq ölçməyə imkan verir.



Pərgar

Pərgar dairələri, qövsləri çəkməyə və Şərh Pəncərəsində məsafələri ölçməyə imkan verir.



Link Tarixi

Link Tarixi sizin GWB linkləri ilə getdiyiniz hesabdır. O, arxa linklərin qeydiyyatını saxlayır, linklərinizin tarixini izləməyə imkan verir və cari sesiya zamanı linklərdən birinə geri getməyə imkan verir. Bu alət təqdimat faylı Şərh Pəncərəsində açıq olarkən və GWB linki icra olunarkən mövcuddur.



Yeni Səhifə

Yeni Səhifə aləti bütün səhifə yaradılması opsiyalarını seçməyə imkan verir.



Doldurma Aləti

Əgər heç bir obyekt seçilməzsə, hər hansı obyekti rəng ilə doldurmaq və səhifənin arxa fonunu dəyişmək üçün istifadə olunur.



Sərhəd Səhifəsi

Sərhəd səhifəsini təqdimat faylına əlavə edin. Arxa fon rəngini dəyişmək üçün Sərhəd Səhifəsi Üstünülklərinə baxın.



Çıxış

Interwrite Workspace-dən çıx.



Alət qutusu

Alət qutusu Menyusu siz Alət qutusuna basdıqda əks olunur. O, daha az istifadə olunan alətləri əks etdirir. Siz bu menyuda və Alət Panelinin müştəri yönlü edilməsi Üstünülklər dialoqundakı Alət Panelində alətlərin təşkilini müştəri yönlü edə bilərsiniz.



Alət panelini Minimallaşdırın

Alət panelini minimallaşdırmaq və ya tam ölçülü Alət panelini yenidən bərpa etmək üçün bu alətə basın.



Workspace

Menyusu


Workspace-ni açır menu.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə