Tədris prosesində elektron lövhələrdən və



Yüklə 0,71 Mb.
səhifə7/11
tarix11.10.2017
ölçüsü0,71 Mb.
#4410
1   2   3   4   5   6   7   8   9   10   11

Taymerin İstifadəsi


Vaxti dayandırılaraq baxılmanı tələb edən fəaliyyətlər və ya müddətli fəaliyyət üçün istifadə olunur.

Dayandırma Saatının İstifadəsi


  1. Dayandırılaraq baxmanı Seçin.

  2. Başla düyməsinə basın.saat vaxtı saymağa başlayır.

  3. Baxmanı dayandırmaq üçün Dayandır düyməsini və yenidən başlamaq üçün Yenidən başla düyməsini basın.

Taymerin istifadəsi


  1. Vaxti seçin.

  2. Oxlarıistifadə edərək, lazım olan vaxtı Saatlar, Dəqiqələr, və Saniyələr sahəsində seçin.

  3. Vaxtı Quraşdır düyməsini seçin. Seçilmiş vaxt Taymer sahəsində əks olunur.

  4. Başla düyməsinə basın. Taymer vaxtı saymağa başlayır.

Curtain-Pərdə


Pərdə aləti siz Siçan Rejimində olarkən Şərh Pəncərəsindəki cari səhifəni gizlətmək və ya cari iş masası ekranını gizlətmək üçün istifadə olunur. Pərdənin dörd tərəfindəki idarəetmə alətləri qeyd edilmiş displeyin bir hissəsini açmağa və qalanını örtülü saxlamağa imkan verir. Siz həmçinin Pərdənin ölçüsünü müəyyən etmək üçün Pərdənin hər küncündəki ölçmə kvadartlarından istifadə edə bilərsiniz. Pərdəni keçirmək və ya ölçüsünü müəyyən etmək üçün üzərinə basın və dartın.

Pərdə Alətlər Paneli


  • Pərdənin standart rəngi qaradır. Pərdənin rəngini dəyişmək üçün Pərdə Rəngi düyməsinə basın.

  • Pərdə Rənginə bir az şəffaflıq əlavə etmək üçün Şəffaflıq slayderinə basın və sola dartın.

  • Keçirdikdən və ölçüsünü müəyyənləşdirdikdən sonra Pərdəni tam ölçüdə genişləndirmək üçün Maksimallaşdır düyməsinə basın.

  • Pərdəni bağlamaq üçün Bağla düyməsinə basın. Pərdə Aləti növbəti istifadə üçün son rəng və şəffaflıq seçimlərini yaddaşda saxlayacaq.

Tələbə Cavabı Sistemi (SRS)

Tələbə Cavabı Sistemindən istifadə edən tələbələrlə qarşılıqlı əlaqədə olmaq üçün Tələbə Cavabı sistemi pəncərəsindən istifadə edin. Siz sesiya zamanı sualları yarada, redaktə edə və qaldıra bilərsiniz və sizin tələbələr mövcud klikerlərdən pult istifadə edərək sizə cavab verə biləcəklər.

SRS pəncərəsi Workspace ilə əlaqədə olan bütün Tələbə Cavabı seçimlərini əks etdirir.

SRS-in seçilməsi


  1. Workspace-dən çıx.

  2. Məhsulun quraşdırılmasına dair təlimatlara riayət edərək lazım olan SRS-i quraşdır.

  3. Workspace-ni yenidən işə sal.

  4. Fayl > Tələbə Cavabı Sistemi seçiminə gedin.



  1. Tələbə Cavabı Sistemi seçimini etdikdən sonra Tələbə Cavabı pəncərəsi açılır. Quraşdırılmış SRS fəaldır və əvvəlcədən seçilib. Əgər sizdə birdən çoxdursa, o zaman ən üstdə olan seçiləcək.

İcra oluna bilən faylı onun quraşdırma kimi göstərir. Əgər siz onu digər yerə quraşdırmısınızsa, onu yönləndirmək üçün Axtar düyməsindən istifadə etməlisiniz.

Əgər sizin birdən artıq SRS-niz varsa, həmin seçimlər fəal olacaq və seçilə biləcək. Əgər sizdə xüsusi SRS yoxdursa, siz onu seçə bilməyəcəksiniz.
İmtahan Baxışdan İstifadə

ExamView Learning Series Workspace, CPS, və Response-nin ahəngində işləyən 9500 -dən artıq sualın toplusudur.



Workspace ilə ExamView Sınaq Fayllarının açılması

  1. ExamView-nu Aç-a bas. ExamView Faylını Aç pəncərəsini açır.

  2. Lazım olan ExamView faylına bax (.bnk və ya .tst).

  3. OK bas. ExamView fayl yüklənir və birinci sual yüklənir və Workspace Şərh pəncərəsini əks etdirir.



  1. ExamView sual faylı boyu yönləndirmək üçün ExamView alət panelini istifadə edin.

ExamView Alət paneli

ExamView Alət paneli ExamView sual faylını idarə edir. Aşağıdakı cədvəl Alət panelinin funskiyalarını əks etdirir.



Alət

Opsiya üçün istifadə et



ExamView

ExamView sınaq faylını açır.



Əvvəlki Sual/Növbəti Sual

ExamView faylı daxilində əvvəlki və ya növbəti suala keçir.



Başlıq üzrə Sualı seç

Sual Seçimi pəncərəsini açır. Pəncərə daxilində nömrələrin seçilməsi fayldakı suallar boyu yüksəlir.



Cavabı göstər

Cari suala cavabı göstərir.



Sualı yenidən hesabla

Sualın konsepsiyasını deyil, parametrlərini dəyişir.



SRS-i başla

Sizin fəal SRS-i başlayır, ExamView sualını Workspace daxilindəki sual kimi işarələyir və Sesiya Opsiyalarıpəncərəsini açır.


Xətkeşin istifadəsi

DualBoard-da xətkeş üçün miqyası əks etdirmək üçün Xətkeş alətini istifadə edin. İki xətkeş seçimi mövcuddur: biri DualBoard boyu həqiqi ölçüyə imkan verir və digəri istinadlar üçün istifadə olunur. Hər iki qayda eyni funksionalığa malikdir.





20 sm-lik xətkeş



1 m-lik xətkeş
Siz xətkeşi hərəkət etdirə, ölçüsünü dəyişə və fırlada bilərsiniz. Xətkeş özünün ölçüsünü Şərh pəncərəsi daxilində dəyişir.
Xətkeşin açılması və bağlanması

Xətkeşi açmaq və bağlamaq üçün:



  1. Xətkeş işarəsinə basın.

  2. 20 sm-lik Xətkeşi və ya 1 m-lik Xətkeşi seçin. Seçilmiş xətkeş Şərh pəncərəsində açılır.

  3. Lazım olan kimi istifadə edin. Xətkeşi keçirmək üçün aşağıdakı cədvələ istinad edin:

Alət

İstifadə



Şərh Pəncərəsi daxilində obyekti ölçmək üçün qırmızı paneli hərəkt etdirin. Xətkeşdə iki panel var.



Xətkeşi digər bucağa fırladın.



Fırlandıqdan sonra xətkeşin bucağını göstər.



Xətkeşi Annotasiya Pəncərəsində hər hansı bir yerə keçirin.



Şərh Pəncərəsi daxilində xətkeşin ölçüsünü dəyişin.



Xətkeşi bağlayın.




  1. Xətkeşi bağlamaq və onu Şərh Pəncərəsindən kənarlaşdırmaq üçün Xətkeş işarəsinə basın.

Xətkeş ilə xəttin çəkilməsi

Qələm aləti üçün düz kənar kimi xətkeşdən istifadə edə bilərsiniz.


Xətkeş ilə xəttin çəkilməsi üçün:

  1. Xətkeş işarəsinə basın.

  2. 20 sm-lik Xətkeşi və ya 1 m-lik xətkeşi seçin. Seçilmiş Xətkeşi Şərh pəncərəsində açın.

  3. Əgər hələ seçilməyibsə Qələm Alətini seçin. Xətkeş fəal kursor kimi Qələm aləti ilə ilə açılır.



  1. Qələmdən istifadə edərək xətti çəkin. Xətt avtomatik olaraq düz xəttə çevrilir.

  2. Seçim Alətini seçin.

  3. Fəallaşdırmaq üçün Xətkeşə basın.

  4. Yuxarı sağ küncdə Bağla düyməsinə basın. Xətkeş bağlanır və xətt səhifədə qalır.




Üçbucaq

Şərh Pəncərəsi daxilində necə ölçüldüyünü nümayiş etdirmək üçün Üçbucaq alətinə basın. Siz üçbucağı keçirə, ölçüsünü dəyişə və fırlada bilərsiniz. Üçbucaq Şərh pəncərəsi daxilində yerləşmək üçün ölçüsünü dəyişir.

Bu mövzuya aiddir:



Xətkeçin açılması və bağlanması

  1. Üçbucaq işarəsinə basın.

  2. Sol Üzü və ya Sağ üzü seçin. Seçilmiş Üçbucaq Şərh Pəncərəsi daxilində açılır.

  3. Lazım olan kimi sitifadə edin. Üçbucağı hərəkət etdirmək üçün aşağıdakı cədvələ istinad edin:

    Alət

    istifadə



    Üçbucağı digər bucağa fırladın.



    Şərh Pəncərəsi daxilində obyekti ölçmək üçün qırmızı panelləri hərəkət etdirin. Üçbucaqda iki panel mövcuddur.



    İki panel arasında bucaqları əks etdirir.



    Xətkeşi Şərh Pəncərəsi daxilində istənilən yerə hərəkət etdirin.



    Şərh Pəncərəsi daxilində xətkeşin ölçüsünü dəyişin.



    Üçbucağı bağlayın.

  4. Üçbucağı bağlamaq üçün Üçbucaq işarəsinə basın və onu Şərh Pəncərəsindən kənarlaşdırın.

Üçbucaq ilə Xəttin çəkilməsi

Siz xətkeşdən qələm aləti üçün düz kənar üçün istifadə edə bilərsiniz.



  1. Üçbucaq işarəsinə basın.

  2. Sol üzə və ya Sağ üzəbasın. Seçilmiş üçbucaq Şərh pəncərəsində açılıb.

  3. Əgər hələ seçilməyibsə Qələm Alətini seçin. Üçbucaq fəal kursor kimi Qələm aləti ilə açılır.

  4. Qələmdən istifadə edərək xətti çəkin. Xətt avtomatik olaraq düz xəttə çevrilir.

  5. Seçim Alətini seçin.

  6. Fəallaşdırmaq üçün üçbucağa basın.

  7. Yuxarı sağ küncdə Bağla düyməsinə basın. Üçbucaq bağlanır və xətt səhifədə qalır.


Transportir

Şərh Pəncərəsi daxilində bucağı necə ölçməyi nümayiş etdirmək üçün Transportir alətindən istifadə edin. Transportir alət daxilində bucağı dərəcələrlə əks etdirir.







Siz transportiri hərəkət etdirə, ölçüsünü dəyişə və fırlada bilərsiniz. Transportir Şərh pəncərəsi daxilində yerləşmək üçün öz ölçüsünü dəyişir.

Transportirin açılması və bağlanması

  1. Transportirə işarəsinə basın.

  2. 180 dərəcəni və ya 360 dərəcəni seçin. Seçilmiş transportir Şərh Pəncərəsi daxilindı açılır.

  3. Lazım olan kimi istifadə edin. Transportiri hərəkət etdirmək üçün aşağıdakı cədvələ istinad edin:

    Əlamət üçün istifadə



    Şərh Pəncərəsi daxilində obyektin bucaqlarını ölçmək üçün qırmızı panelləri keçirin. Transportirdə iki panel mövcuddur.



    Transportiri seçin. Fırlanma kursoru Tranportirin yuxarısına kursor keçdikdə əks olunur. Transportiri digər bucağa çevirin.



    Ölçmə panelləri bucağa keçdikdən sonra Transportirin bucaq və radiusunu göstərin.



    Transportiri Şərh Pəncərəsi daxilində hər hansı bir yerə keçirin.



    Şərh Pəncərəsi daxilində Transportirin ölçüsünü dəyişin.



    Transportiri Bağlayın

  4. Transportiri bağlamaq və onu Şərh Pəncərəsindən kənarlaşdırmaq üçün Transportir işarəsinə basın.



Pərgar

Çevrə, qövsləri çəkmək və Annotasiya pəncərəsi daxilində məsafəni ölçmək üçün Pərgar alətindən istifadə edin.

Bu mövzuya daxildir:


  • Pərgarın istifadəsi

  • Qövsün çəkilməsi

  • Pərgar kursorları

Siz pərgar hərəkət etdirə, ölçüsünü dəyişə və pərgarı çevirə bilərsiniz. Pərgar Annotasiya pəncərəsinə yerləşmək üçün özü-öz ölçüsünü dəyişir. Rəngli alət Annotasiya pəncərəsi daxilində çevrə və ya qövs çəkir. Təmizləmə aləti də möcuddur və bununla da qövs və ya çevrə çəkilə bilər.

Pərgarın radiusunu dəyişmək üçün pərgar ox göstərənə qədər kursoru rəngli alətə doğru hərəkət etdirin. Sonra siz o sonluğu arzu olunan radiusa doğru darta bilərsiniz.

Pərgarın istifadə olunması

Pərgarı istifadə etmək üçün:


  1. Pərgar işarəsinə basın. pərgar annotasiya pəncərəsi daxilində açılır.

  2. Annotasiya Pəncərəsi ətrafında hərəkət etdirmək üçün Pərgarın yuxarısına basın.

  3. Qələm alətinin rəngini dəyişmək üçün Annotasiya Pəncərəsinin aşağısında Workspace palitranı seçim edin.

  4. Pərgarı bağlamaq və onu Annotasiya Pəncərəsindən kənarlaşdırmaq üçün Pərgar işarəsinə vurun.

Qövsün çəkilməsi

  1. Pərgar oxu təsvir edənə kimi kursorunuzu rəngli alətə doğru çəkin.

  2. Alətə basın və onu arzu olunan yerə dartın. Alət şəkil çəkmə kursoruna çevrilir.

  3. Qövsü çəkmək üçün kursoru hərəkət etdirin. Workspace Annotasiya Pəncərəsi daxilində qövsü təsvir edir.

Pərgar Kursoru

Aşağıdakı cədvəl pərgar kursorunu necə istifadə etməyi təsvir edir.





Pərgarın bucağını və çevrənin radiusunu və ya çəkilmiş qövsü göstərin.



Daha geniş və ya daha kiçik çevrə/qövs yaratmaq üçün pərgarı genişləndirin və ya sıxın .



Annotasiya pəncərəsi daxilində pərgar ilə çevrə və ya qövs çəkin.



Pərgarı Annotasiya pəncərəsi daxilində hər hansı yerə köçürün.



Pərgarın ölçüsünü Annotasiya pəncərəsi daxilində dəyişin.


Whiteboard Rejimin istifadəsi

Whiteboard Rejimi Workspace daxilində ağ lövhədə səhifələr kimi hazırlanmış bütün qeydləri əhatə edir və yaddaşda saxlayır.

Whiteboard Rejim rabitəsi Lövhə və kompyuter arasında bir tərəfli yoldur. Heç bir proyektor daxil edilməyib və kompyuter məlumatı Lövhəyə geri göndərilməyib.



Whiteboard Rejiminə Başlama

Cihaz Meneceri menyusundan Whiteboard Rejiminiseçin. Kompyuter whiteboard ekranının şəklini əks etdirir.



Quru Pozma Marker Qələminin isitfadəsi

Lövhədə yazmaq üçün quru pozan marker qələmindən istifadə edin.



  • Əgər qələm qapaqsızdırsa - yazı monitorda qələmin mürəkkəb rəngində əks olunur.

  • əgər qələm qapaqlıdırsa - monitorda qələmin rəngində əks olunur.

Whiteboard Rejimindən istifadə zamanı iki maddə nəzərə alınmalıdır:

  1. Lövhədə yazmaq üçün yalnız Marker Qələmindən (qapaqlı və ya qapaqsız) istifadə edin və Lövhədə yazmağa başlamamışdan əvvəl

  2. Whiteboard Rejiminə Başlayın.

Faylda Səhifə kimi Lövhədə Şərhlərin əhatə olunması

Lövhədə şərhləri əhatə etmək üçün:



  1. Marker Qələminə qapağı qoyun və Lövhə Əlaməti Menyusunda Yadda saxla işarəsinə basın.

  2. Təmizlə işarəsinə iki dəfə basın. Kompyuterinizdəki Lövhənin elektron şəkli boş olacaq.

  3. Lövhəni səthindən quru pozan mürəkkəbini silin.

  4. Yeni səhifədə yazmağa və çəkməyə başlayın.

  5. Təqdimat faylını yaddaşda saxlamaq cə çap etmək üçün kompyuterinizdə şəklin aşağı sağ tərəfində yaranan Whiteboard Rejimi alət panelində Whiteboard alətlərini istifadə edin.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə