TəHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 33,76 Kb.
Pdf görüntüsü
səhifə19/25
tarix10.12.2017
ölçüsü33,76 Kb.
#14913
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

 
 
 
82 
 
9.
 
KADR POTENSİALININ MÖHKƏMLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ İŞ, KAFEDRANIN KADR 
BANKI HAQQINDA PLAN 
 
 
 
 
 
KAFEDRAYA MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU 
Mart-aprel ayları dərs yükü 
planına 
uyğun 
fənləri 
müəyyən etmək 
May-Avqust 
ayları 
ərzində lazımi fənlər üzrə 
müəllimlərin 
işə 
qəbulunu  elan  edərək 
həyata keçirmək 
Namizədlər  üzrə  CV-təhlil 
etmək, 
seçilmiş 
namizədlər  üzrə  müsahibə 
təşkil etmək.  
 Kafedra  əməkdaşları  tərəfindən 
müəyyən 
olunmuş 
komissiya 
iştirakı  ilə  namizədin  açıq  dərs 
(yoxlama üçün) təşkil etmək 
 Kafedraya 
işə 
qəbul 
KAFEDRADA MÜƏLLİMLƏRİN EHTİYAT KADR BANKININ TƏŞKİLİ 
May-Avqust 
Dekabr-
Yanvar    ayları  ərzində 
lazımi 
fənlər 
üzrə 
müəllimlərin  işə  qəbulunu 
elan 
edərək 
həyata 
keçirmək. 
Namizədlər  üzrə  CV-
təhlil  etmək,  seçilmiş 
namizədlər 
üzrə 
müsahibə təşkil etmək. 
Kafedra  əməkdaşları  tərəfindən 
müəyyən 
olunmuş 
komissiya 
iştirakı  ilə  namizədin  açıq  dərs 
(yoxlama üçün) təşkil etmək 
Seçilmiş 
namizədləri 
ehtiyat  kadr  bankına  əlavə 
etmək 
 
 
-    -   - 
 
 
 


 
 
 
83 
 
10.
 
KAFEDRA ƏMƏKDAŞLARININ QISA TƏRCÜMEYİ – HALI 
 
Kafedramızın  professor-müəllim  heyəti  öz  sahəsinin  tanınmış  mütəxəssis  və  alimlərindən  təşkil  olunmuşdur. 
Hazırda  kafedramızda  elmi-pedaqoji  fəaliyyət  göstərən  pofessor-müəllim  heyəti  elm  və  praktikadakı  ən  son  dəyişikliklərin  və  yeniliklərin 
tələbələrimizə ən yüksək səviyyədə öyrədilməsini təmin edir. 
 
 
 
1.
 
   MAHİRƏ NAĞI QIZI HÜSEYNOVA 
 
 Hüseynova Mahirə Nağı qızı 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində 
anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci 
sinfinə daxil olmuşdur. Yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta 
məktəbi bitirmişdir.   


 
 
 
84 
 
     1980-ci  ildə  V.İ.Lenin  adına  Azərbaycan  Pedaqoji  İnstitutunun  (indiki  N.Tusi  adına  ADPU-nun)  filologiya 
fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak  
etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 
Elə 
həmin  ildən  də  təyinatla  əvvəlcə  Abşeron  rayonu  Mehdiabad  qəsəbə  1  saylı  orta  məktəbdə,  sonra  isə  Bakı  şəhəri 
N.Nərimanov rayonu  G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil 
işçisi” adına  layiq görülmüş, döş  nişanı  ilə təltif  olunmuşdur. 2003-cü  ildə  isə  “İlin  nümunəvi  müəllimi”  Respublika  müsabiqəsinin  qalibi olmuş,  I 
dərəcəli diplom almışdır. 
     2009-cu  ildən  ADPU-nun  Müasir  Azərbaycan  dili  kafedrasının  müəllimidir.  “Həsən  Mirzəyevin  yaradıcılığında    filologiya  məsələləri”  adlı 
dissertasiyasını  2012-ci  ilin  yanvarında  uğurla  müdafiə  etmiş,  filologiya  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almışdır.  2015-ci  ilin  mayında  Müasir 
Azərbaycan  dili  kafedrasının  dosenti  vəzifəsinə  seçilmişdir.  2015-ci  ilin  dekabr  ayında  Müasir  Azərbaycan  dili  kafedrasının  müdiri  vəzifəsinə 
seçilmişdir. 
2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda 
araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur.  
 25 kitab, 3 proqram, 60-dan çox məqalənin müəllifidir.  AYB-nin  və YAP-ın üzvüdür. 
Ailəlidir, 3 övladı var.    
 
2.
 
   VİLAYƏT HÜSEYN OĞLU ƏLİYEV 
 
1938-ci il avqustun 23-də Şəku rayonunun Daşbulaq kəndində anadan olub. 1950-ci ildə Şəki rayonunun Daşbulaq kənd məktəbini, 1955-ci ildə Şəki 
Pedaqoji məktəbini bitirib1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1962-1965-ci illərdə Özbəkistanın 
Daşkənd şəhərində Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunun məqsədli göndərişlə türkologiya üzrə aspirantı olub. 


 
 
 
85 
 
1965-ci ildə Daşkənd şəhərində “Azərbaycan və Özbək dillərində feli sifət” mövzusunda namizədlik dissertasiyası 
müdafiə edərək filologiya ixtisası üzrə filologiya elmləri namizədi adını alıb. 
1990-cı ildə “Azərbaycan dilində felin təsriflənməyən formaları” mövzusunda doktorluq dissertasiya müdafiə edərək 
filologiya elmləri doktoru adını alıb. 
1992-ci ilin oktyabr ayının 22-dən Müasir Azərbaycan dili kafedrasının professorudur 
 
 
 
 
 
 
3.
 
 XƏLİLOV BULUDXAN ƏZİZ OĞLU 
 
1966-cı  ildə Qərbi  Azərbaycanın  Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur.  1990-cı  ildə V.İ.Lenin adına  Azərbaycan Dövlət 
Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində «C.Cabbarlı» adına olan yüksək 
təqaüdlə  oxumuşdur.  Biliyini,  bacarığını,  həm  də  elmə  olan  böyük  marağını  nəzərə  alaraq  Müasir  Azərbaycan  dili  kafedrasının,  o  cümlədən  Azər-
baycan  Dövlət  Pedaqoji  İnstitutunun  rektorluğunun  təqdimatı  əsasında  Təhsil  Nazirliyinin  təyinat  bölgüsündə  gənc  mütəxəssis  kimi  Filologiya 
fakültəsinin Müasir Azərbaycan dili kafedrasında laborant kimi saxlanılmışdır.  
1985-1987-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur. 


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə