TəHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 33,76 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix10.12.2017
ölçüsü33,76 Kb.
#14913
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
 
86 
 
1992-ci  ildə  namizədlik,  1999-cu  ildə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  1994-cü  ilin  mart  ayından 
müsabiqə  yolu  ilə  Müasir  Azərbaycan  dili  kafedrasında  müəllim,  1996-cı  ilin  may  ayından  dosent,  2001-ci  ilin  iyul 
ayından professor vəzifəsində çalışır. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin dekanı seçilmişdir. 2011-ci ilin 
sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə təyin olunmuşdur. Filologiya elmləri doktoru, professordur.  
B.Ə.Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaranmış «Dədə 
Qorqud» elmi-tədqiqat laboratoriyası»na rəhbərlik etmişdir. 
Prof.B.Ə.Xəlilov 1990-cı ildən indiyə kimi məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərir. Bu müddət ərzində 
o, laborantlıqdan professorluğa qədər ucalmışdır. Hal-hazırda filologiya fakültəsinin dekanıdır. 
1992-ci il dekabr ayının 7-də Naxçıvan Muxtar Respublikasına qarşı təcavüzə, Respublikanın Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevə 
qarşı böhtan və hədələrə qəti şəkildə son qoymaq məqsədilə xüsusi qurum – Naxçıvan MR dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər 
Əlirza oğlu Əliyevin hüquqlarının qorunması üzrə Müdafiə Komitəsi yaradılarkən B.Ə.Xəlilov Müdafiə Komitəsinin fəal üzvlərindən biri olmuşdur. 
B.Ə.Xəlilov 2000-ci ilin dekabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.  
B.Ə.Xəlilova 2013-cü il fevral ayının 21-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının veteran vəsiqəsi verilmişdir. 
Prof.B.Xəlilov fəal ictimaiyyətçidir. Respublikanın televiziya kanallarında və radio verilişlərində, mətbuat orqanlarında dilimiz, ədəbiyyatımız, 
mədəniyyətimiz, dövlətimiz, dövlətçiliyimiz və milli maraqlarımızla  bağlı müntəzəm çıxışlar edir. 
Prof.B.Ə.Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun    400-dən çox elmi, elmi-publisistik əsəri çap edilmişdir. Bunlardan 28-
i monoqrafiya, dərslik və dərs vəsaitidir. 
Azərbaycan dilçiliyinin, türkoloji dilçiliyin ən müasir məsələləri, problemləri B.Ə.Xəlilovun elmi yaradıcılığının əsasını təşkil edir.  
B.Ə.Xəlilov 1999-cu  il  iyunun 9-da  «Azərbaycan dili»  ixtisası üzrə (10.02.02) Bakı Dövlət Universiteti  nəzdində  filologiya elmləri doktoru 
alimlik  dərəcəsi  almaq  üçün  dissertasiyaların  müdafiəsini  keçirən  Təhsil  Nazirliyi  və  Elmlər  Akademiyasının  Birləşdirilmiş  (D.054.03.15) 
İxtisaslaşdırılmış  Şurasının  iclasında  «Azərbaycan  dilində  fellərin  fono-semantik  inkişafı»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək, 
filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. Onun doktorluq dissertasiyasında əldə olunmuş elmi nəticələr yeniliyi ilə diqqəti cəlb etmiş və 
türkoloji dilçiliyin nailiyyəti kimi qiymətləndirilmişdir. 
B.Ə.Xəlilovun elmi yaradıcılığının istiqamətlərindən biri dilimizin tarixi ilə bağlıdır. O, «Azərbaycan dilində təkhecalı fellərin əsasında duran 
ilkin  köklərin  fonosemantik  inkişafı»  (1995),  «Azərbaycan  dilində  ikihecalı  fellərin  fonosemantik  inkişafı»  (1996),  «Fellərin  ilkin  kökləri»  (1998) 
kitablarında fellərin təşəkkül etdiyi ilkin kökləri bərpa etmiş və onların bir çoxu müxtəlif dillərlə müqayisə edilərək tutuşdurulmuşdur. Bu kitablarda 
amorf  quruluşlu  ilkin  köklərin  sinkretikliyi  və  onların  amorfluqdan  təkamül  edərək  iltisaqi  quruluşa  yiyələnməsi  kimi  hallar  da  tədqiqata  cəlb 
olunmuşdur. 
Prof.B.Ə.Xəlilovun elmi yaradıcılığında mühüm istiqamətlərdən biri də türkologiya ilə bağlıdır. Onun «Birinci Beynəlxalq Türkoloji qurultay» 
(1999),  «Türkologiyanın  intibah  dövrü»  (2001),  «Türkologiyaya  giriş»  (2006)  kitablarında  XIX  əsrdən  başlayaraq  XX  əsrin  30-cu  illərinə  qədərki 
dövrdə milli türkologiyamızın  bir  sıra  vacib  məsələrinə geniş  yer verilir. XIX əsrin, eləcə də XX əsrin (30-cu  illərə qədər)  milli türkoloqlarının  bir 
qisminin türkologiya sahəsindəki fəaliyyətinə diqqət yetirilir.  


 
 
 
87 
 
O, arxiv materiallarına istinad edərək ilk dəfə olaraq I Türkoloji qurultayın stenoqrafik materiallarını izahlar və 
şərhlərlə  çap  etdirmişdir.  Türkoloji  istiqamətdə  olan  elmi  yaradıcılığında  türk  dillərinin  tarixi,  quruluşu,  təsnifi  ba-
rəsində  təhlillər  aparılır,  bu  dillərin  digər  dil  ailələri  ilə  qohumluğu  barəsində  mövcud  olan  cərəyanlar  haqqında 
məlumat verilir, Ural-Altay cərəyanının yaranması, öyrənilməsi, müasir mövqeyi geniş izahını tapır. 
Prof.B.Ə.Xəlilovun  elmi  yaradıcılığının  ən  böyük  nailiyyətlərindən  biri  də  müasir  Azərbaycan  dili  və  onun 
müasir problemləri ilə bağlıdır. Bu mənada «Azərbaycan dili» (VI-VII siniflər üçün, 2003), «Müasir Azərbaycan dilinin morfologiyası. I hissə» (2000), 
«Müasir Azərbaycan dilinin morfologiyası. II hissə» (2003), «Azərbaycan dili: dünən, bu gün» (2004), «Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, 
qrafika,  orfoqrafiya,  orfoepiya»  (2007),  “Müasir  Azərbaycan  dilinin  leksikologiyası”  (2008)  kitabları  ən  qiymətli  dərslik  və  dərs  vəsaitləri  kimi 
olduqca  dəyərlidir.  Bu  kitablarda  qrammatika,  qrammatik  quruluş,  kök,  şəkilçi,  nitq  hissələrinin  təsnifi  geniş  şərhini  və  izahını  tapır.  Burada  əsas, 
köməkçi, xüsusi və qeyri-müəyyən nitq hissələrinə gen-bol yer ayrılır. 
«Azərbaycan  dili:  dünən,  bu  gün»  (2004)  kitabında  Azərbaycan  Respublikasının  ideoloji  istiqamətdə  apardığı  kursun  tələblərinə  və    milli 
məfkurəmizə uyğun şəkildə ədəbi-bədii irsimizin, yaddaş tariximizin bəzi qaranlıq məqamları təhlil olunur. «Kitabi-Dədə Qorqud»un Sovetlər İttifaqı 
dövründə sovet ideologiyasının tələblərinə uyğun repressiya olunmasının kökləri, eləcə də həmin  dövrdə Azərbaycan dilinə qarşı  yönəlmiş təqib və 
təzyiqlərin səbəbləri geniş izahını tapır. Ədəbi-bədii irsimizə sovet rejiminin qərəzli mövqeyi ilə dilimizə qarşı tuşlanmış qərəzli münasibətin bir-biri 
ilə əlaqəli olduğu göstərilir və o dövrdə Azərbaycan dilinin repressiyaya məruz qaldığı diqqətdən yayınmır. Bundan başqa, Azərbaycan dilinin tətbiqi 
ilə bağlı bu gün qarşıya çıxan problemlər, qayğılar faktlar əsasında, obyektiv və real təhlil düşüncəsi ilə verilir. 
Prof.B.Ə.Xəlilov dilçiliyin ən vacib sahələri ilə bağlı bakalavr, xüsusilə də magistr pilləsi üçün proqramların yazılmasına da öz yaradıcılığında 
mühüm yer ayırır. Onun «Türk dillərinin müqayisəsi» (2002), «Müasir Azərbaycan ədəbi dili» (2002), «Müasir Azərbaycan ədəbi dilinin  fonetikası» 
(2002),  «Azərbaycan  dilinin  tarixi»  (2005),  «Azərbaycan  dilinin  müasir  problemləri»  (2005),  «Azərbaycan  dili  elminin  tarixi  və  metodologiyası» 
(2005) proqramları dilçilik elminin son elmi nailiyyətlərinə əsaslanaraq tərtib və çap olunmuşdur. 
Prof.B.Ə.Xəlilovun  çap  etdirdiyi  dərsliklər,  dərs  vəsaitləri,  monoqrafiyalar  mütəxəssislər  tərəfindən  yüksək  qiymətləndirilmiş,  çoxlu  sayda 
rəylər mətbuat səhifələrində çap olunmuşdur. 
Prof.B.Ə.Xəlilov  «Birinci  Türkoloji  qurultay»,  «Türkologiyanın  intibah  dövrü»,  «Türkologiyaya  giriş»,  «Feillərin  ilkin  kökləri»,  “Türkün 
hikmət  xəzinəsi:  Xoca  Əhməd  Yəsəvi”,  “224  qədim  türk  sözü”  və  s.  kitablarını  xarici  ölkələrə  yaymış  və  onlardan  istifadə  olunur  (Türkiyədə, 
Türkmənistanda və digər yerlərdə). 
Prof.B.Ə.Xəlilov  Respublikada  və  ondan  kənarda  dilçilik  problemlərinə  həsr  olunmuş  konfranslarda  öz  məruzələri  ilə  iştirak  edir.  Bişkekdə 
1992-ci ildə, Ufada 1994-cü ildə, Ankarada 2006, 2007, 2008-ci illərdə, Aşğabadda 2010-cu ildə və s.  O, Azərbaycan Dövlət Pedaqoji Universitetində 
I Türkoloji Qurultayın 75 və 80 illiyi ilə bağlı konfransın təşkilatçısı olmuş və hazırda da bu istiqamətdəki tədbirlərə xüsusi diqqət yetirir.  
Prof.B.Ə.Xəlilov  elmi  kadrların-magistrlərin,  namizədlərin  yetişdirilməsində  fəal  iştirak  edir.  O,  8  magistrin  rəhbəri  olmuş,  hal-hazırda  5 
aspiranta, 9 dissertanta rəhbərlik edir. Onun aspirantlarından 5-i  müdafiə  etmiş, 3-ü  isə  müdafiə ərəfəsindədir. Onlarla elmi  əsərin rəsmi opponenti 
olmuşdur. 


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə