TəHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 33,76 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix10.12.2017
ölçüsü33,76 Kb.
#14913
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
 
95 
 
8.
 
 QƏHRƏMANOVA(ERGİN) YEGANƏ QÜRBƏT QIZI 
 
Qəhrəmanova (Ergin) Yeganə Qürbət qızı 1976-cı il yanvarın 26-da Abşeron rayonunun Məhəmmədli kəndində anadan olmuşdur. 1983-c ildə 
Məhəmmədli  kənd  orta  məktəbinə  daxil  olmuş,  1993-cü  ilə  orta  məktəbi  bitirərək  N.Tusi  adına  ADPU-nun  filologiya  fakültəsinə  qəbul  olmuşdur. 
Universitetdə  oxuduğu  illərdə  öz  fəallığı  ilə  seçilmiş,  fakültədə  keçirilən  konfransların,  elmi  və  bədii  yığıncaqların  iştirakçısı,  hətta  təşkilatçısı 
olmuşdur.  M.Füzulinin  500  illik  yubileyində,  M.Şirəliyevin,  Ə.Dəmirçizadənin  və  başqa  görkəmli  dilçilərin,  bir  çox  ustad  aşıqlarımızın  yaradıcılıq 
gecələrində çıxışlar etmişdir. Ilk dəfə ikinci kursda oxuyarkən TEC-in konfransında “Yunis İmrə və dərviş-sufi ədəbiyyatı” mövzusunda məruzəsinə III 
kursda  “Müasir  Azərbaycan  dilində  feli  bağlama  şəkilçiləri”,  IV  kursda  isə  “Azərbaycan  dilində  feillərin  lüğəvi  məna  qrupları”  mövzusunda 
məruzələrinə görə I yeri tutmuşdur.  
1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib “Azərbaycan dili” ixtisası üzrə magistraturaya daxil olmuşdur. “Çoxmənalı  fellərin lüğəvi 
cəhətdən təsnifinə dair” adlı ilk elmi məqaləsi “Dil məsələlərinə dair tematik toplu”da  (ADPU, 1997, №2) nəşr olunmuşdur. Magistraturada oxuduğu 
müddətdə  mətbuatda  elmi  məqalələrlə  çıxış  etmiş,  konfranslarda  məruzələr  etmişdir.  1999-cu  ildə  universitetdə  keçirilən  “Dədə  Qorqud-1300” 
konfransında  “Kitabi-Dədə  Qorqud”  dastanında  məsdərlərin  qrammatik  xüsusiyyətləri”,  “Kitabi-Dədə  Qorqud”da  feli  sifətlərin  bəzi  xüsusiyyətləri” 
mövzularında məruzələrinə görə mükafata layiq görülmüşdür. Həmin ildə aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransında “-madan,-
mədən feli bağlama şəkilçisinin etimologiyası” mövzusunda məruzə etmişdir. 
Yeganə  Qəhrəmanova  1999-cu  ildə  magistraturanı  da  fərqlənmə  diplomu  ilə  bitirərək  “Kitabi-Dədə  Qorqud”da  təsriflənməyən  fellər” 
mövzusunda  magistr  dissertasiyasını  müdafiə  etmişdir.  Həmin  ildən  universitetin  Müasir  Azərbaycan  dli  kafedrasında  müəllimə  kimi  fəaliyyətə 
başlamışdır. O, universitetimizin tarixində ilk magistr müəllimidir. 2003-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi 
şöbəsinin disertantı olmuş, “Kitabi-Dədə Qorqud” dastanında təsriflənməyən fellər” mövzusunda namizədlik dissertasiyası üzərində çalışmış, 25 iyun 
2007-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya elmləri doktoru və filologiya elmləri namizədi elmi dərəcələri almaq 
üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasında (D. 01. 141) namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan 
Respublikasının prezidenti yanında Ali Attestasiya komissiyasının 20 may 2008-ci il tarixli (protokol №18-k) qərarı ilə filologiya elmləri üzrə fəlsəfə 
doktoru elmi dərəcəsi almışdır. 
2003-2006-cı  illərdə  Universitet  TEC-in  sədri,  “Pedaqoji  Unversitet  xəbərləri”  humanitar  elmlər  seriyasının  redaktoru  müavini  vəzifələrində 
çalışmışdır.  


 
 
 
96 
 
2011-ci  ildə  Təhsil  Nazirliyi  ilə  Ailə,  uşaq  və  sağlamlıq  mərkəzinin  orta  məktəblərin  X-XI  sinifləri  arasında 
keçirilən  “Zərifə  Əliyeva:  ana,  qadın,  həkim  və  ictimai  xadm  kimi”  inşa  müsabiqəsinin  qiymətləndirilməsi  üzrə 
komissiyanın üzvü olmuşdur.  
2011-  ci  ildən  universitetin  Gender  mərkəzinin  fəaliyyətində  yaxından  iştirak  edir.  2012-ci  ilin  dekabr  ayında 
keçirilən  qadın  zorakılığı  mövzusunda  4  həftəlik  təlimdə  həm  iştirakçı,  həm  də  təlimçi  kimi  iştirak  edib  sertifikat 
almışdır.  2012-ci  il  sentyabar  ayının  3-dən  10-a  qədər  BMT-nin  “İnsan  inkişafı”  layihəsi  çərçivəsində  Bakıda  təşkil  olunmuş  təlimin  də  iştirakçısı 
olmuş, təlimçi sertifikatı almışdır.  
2012-2015-ci ildən AMEA Elmi İnnovasiyalar Mərkəzində elmi-tədqiqat, təcrübi konstruktor işləri şöbəsində “Türk dillərində ümumi qrammatik 
kateqoriyalar” mövzusunda elmi-tədqiqat işi yerinə yetirmişdir.  
2012-2014-cü illərdə Təhsil Nazirliyi yanında dərslikləri qiymətləndirmə şurasında ekspert kimi iştirak etmiş, 2014-cü ildə TN-nin orta məktəb 
müəllimləri arasında keçirdiyi “İlin müəllimi” müsabiqəsinin qiymətləndirilməsi üzrə komissiyanın üzvü olmuşdur.  
2014-cü ildə Abşeron rayonu Məmmədli bələdiyyəsinə üzv seçilmişdir.  
2014-cü ildə keçirilən I Bakı Elm festivalında “Kərkük türkmənlərinin dili” mövzusunda məruzə etmişdir.  
2014-cü ilin iyun ayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir.  
2014-cü ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasında elmlər doktoru proqramı üzrə “Azərbaycan dilində hal kateqoriyasının struktur-
semantik inkişafı” mövzusunda doktorluq dissertasiyası üzrində çalışır.  
Fakültə Həmkarlar Təşkilatının üzvüdür. 
“Kitabi-Dədə Qorqud” dastanında felin təsriflənməyən formaları” adlı dərs vəsaitinin, magistratura üçün “Elmi-pedaqoji təcrübə” adlı proqramın, 
22 elmi məqalə və tezisin müəllifidir.  
2005-ci ildən YAP-ın üzvüdür. 
 
 
9.
 
 KÖNÜL İBRAHIM QIZI SƏMƏDOVA 
 


 
 
 
97 
 
Könül  İbrahim  qızı  Səmədova  1  may  1974-cü  ildə  Azərbaycan  respublikasının  Zaqatala  rayonunun  Qımır 
kəndində anadan olmuşdur. 1980-ci ildə Zaqatala rayonu Qımır kənd orta məktəbinin I (birinci) sinfinə qəbul olunmuş, 
1989-cu  ildın  isə  Bakı  şəhəri  Həbib  bəy  Mahmudbəyov  adına  Texniki-humanitar  litseyin  humanitar  bölməsində  orta 
təhsilini  davam  etdirmişdir.  1991-ci  ildə  litseyi  əla  qiymətlərlə  bitirmiş,  elə  həmin  ili  də  ADPU-nin  filologiya 
fakültəsinə qəbul olmuş, 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.  
Əmək fəaliyyətinə təyinatı üzrə 1996-cı ildə Zaqatala rayon Qımır kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. 
Bir ildən sonra 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin aspiranturasına qəbul olmuşdur. 1997-2001-ci illərdə 
aspiranturada oxumuşdur. 2004-cü ildə isə “Qərbi Azərbaycan – indiki Ermənistan etnotoponimlərinin arealları” mövzusunda namizədlik dissertasiyası 
müdafiə  edərək  filologiya  elmləri  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almışdır.  Elə  həmin  ildən  də  ADPU-nun  filologiya  fakültəsinin  “Müasir 
Azərbaycan dili” kafedrasında saathesabı dərs deməyə başlamış, eyni zamanda Xətai rayonu 147 saylı texniki-humanitar litseydə də Azərbaycan dili və 
ədəbiyyatı müəllimi vəzifəsində işləmişdir. 
2007-ci  ildən  ADPU-nun  filologiya  fakültəsinin  “Müasir  Azərbaycan  dili”  kafedrasında  müəllim,  2010-cu  ildən  baş  müəllim,  2014-cü  ildən 
dosent vəzifəsində işləyir. 
30-dan  çox  elmi  məqalənin,  2  dərs  vəsaitinin  (1.  Qərbi  Azərbaycan  –  indiki  Ermənistan  etnotoponimlərinin  arealları;  2.  “Şimal-Qərb  qrupu 
dialekt sözlərinin lüğəti və arealları”) və 1 proqramın (magistratura üçün “Elmi-tədqiqat təcrübəsi”) müəllifidir. 
Hal-hazırda    AMEA-nın  Nəsimi  adına  Dilçilik  institutunun  dissertantıdır.  “Azərbaycan  dili  Şimal_Qərb  qrupu  dialekt  və  şivələrində  qıpçaq 
elementləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.  
Səbail rayonu YAP-ın üzvüdür. 
Ailəlidir. 2 övladı var. 
 
 
10.
 
 SEVINC SƏRHAD QIZI SADIQOVA 
 
Sadıqova Sevinc Sərhad qızı 11 mart 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri, Sabunçu rayonunun 252 saylı orta 
məktəbinin I (birinci) sinfinə qəbul olunmuş, 1995-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.  


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə