TəHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 33,76 Kb.
Pdf görüntüsü
səhifə22/25
tarix10.12.2017
ölçüsü33,76 Kb.
#14913
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
 
90 
 
fəaliyyətinə 1975-ci ildə Krasnoselo rayonunun Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi 
kimi  başlamışdır.  İki  ildən  sonra,  1977-ci  ildə  Azərbaycan  MEA-nın  Nəsimi  adına  Dilçilik  İnstitunun  qiyabi 
aspiranturasına qəbul olmuşdur. 1977-1981-ci illərdə aspiranturada oxumuşdur. 1986-cı ildə 
“Müasir Azərbaycan   ədəbi dilinin xalq  danışıq dili hesabına zənginləşməsi yolları ” (leksika və frazeologiya) 
mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  edərək  filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.  1987-1988-ci  illərdə  Krasnoselo 
rayonunun  Toxluca  kənd  orta  məktəbində  direktor  işləmişdir.  1988-ci  ilin  dekabrında  Ermənistandan-doğulub  boya-başa  çatdığı  doğma  yurdundan 
deportasiya olunmuşdur. 
1989-cu  ildən  1993-cü  ilə  kimi  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  İnstitunun  (indiki  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman 
Akademiyası)  Azərbaycan  və  rus  dili  kafedrasının  baş  laborantı  işləmişdir.  1995-ci  ildə  Azərbaycan  Dövlət  Pedaqoji  Unuversitenin    “Azərbaycan 
dilinin onomalogiyası” elmi-tədqiqat laboratoriyasına müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə həmin Universitetin 
Müasir  Azərbaycan  dili  kafedrasına  müəllim  təyin  edilmişdir.  12  dekabr  1995-ci  ildə  həmin  kafedranın  dosenti  vəzifəsinə  seçilmiş  və  hal-hazırda 
Müasir  Azərbaycan  dili  kafedrasının  professorudur.  2001-2003-cü  illərdə  ADPU-nun  TEC-in  sədri,  2002-ci  ilin  mart  ayının  9-dan    2003-cü  ilin 
sentyabrın 23-nə kimi ADPU-nun ixtisasartirma və yenidənhazırlanma fakültəsinin dekanı işləmişdir. 4 iyun 2003-cü ildən ADPU-nun  magistratura və 
doktorantura şöbəsinin  müdiri  vəzifəsində  işləyir.Eyni zamanda o, 2005-2007-ci  illərdə  ADPU-nun tədris-metodika şöbəsinin  müdiri, 2003-2007-ci 
illərdə  universitetin  elmi  şurasının  elmi  katibi  vəzifələrini  də  yerinə  yetirmişdir.  2007-ci  iln  oktyabrın  9-da  AMEA-nın  Nəsimi  adına  Dilçilik 
İnstitutunun  nəzdində  fəaliyyət  göstərən  Dissertasiya  Şurasında  “Ermənistanın  türk  mənşəli  toponimlərinin  tarixi-linqvistik  analizi”  mövzusunda 
doktorluq  dissertasiyası  müdafiə  edərək  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almışdır.  2009-cu  ildə  ADPU-nun  Müasir  Azərbaycan  dili 
kafedrasına professor vəzifəsinə seçilmişdir. O, 2009-cu ildən ADPU-nun nəzdində fəaliyyət göstərən N 02.061 Dissertasiya Şurasının üzvüdür. O, 130 
elmi məqalənin, “Azərbaycan dili” ixtisasının magistir səviyyəsi üzrə 1 proqramın müəllifidir.İbrahim Bayramovun “Ermənistan  azərbaycanlılarının 
tarixi coğrafiyası” (1995), “Историческая география Западного Азербайджана” (kollektiv,1998), “Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi 
yolları”(1999),  “Qərbi  Azərbaycan  toponimlərinin  tərkibində  işlənən  söz  və  coğrafi  terminlər  lüğəti”  (2000),  “Qərbi  Azərbaycanın  türk  mənşəli 
toponimləri”(2002),  “Qərbi  Azərbaycanın  toponimlər  sistemi”(2005),  “Qərbi  Azərbaycan  şivələrinin  leksikası”(2010)  monoqrafiyalarıı  çap 
olunmuşdur. 
Ailəlidir. 3 övladı var. 
 


 
 
 
91 
 
5.
CƏFƏROV CƏFƏR ƏSƏD OĞLU 
 
Cəfərov Cəfər Əsəd oğlu 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonunun Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 
km  məsafədə  yerləşirdi,  balaca  bir  kənd  idi.  Buna  baxmayaraq  bu  kənd  Azərbaycan  xalqının  ən  görkəmli  simalarından  biri  olan  prof.  Əziz 
Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur.  
C.Cəfərov 1945-ci ildə Hamamlı kənd 7-illik məktəbini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə 
Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən Ermənistan Dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda 
yaşayan  azərbaycanlılar  Azərbaycan  respublikasının  müxtəlif  rayonlarına,  o  cümlədən  də  Hamamlı  kənd  sakinləri  Azərbaycanın  Salyan  rayonuna 
deportasiya olunmuşlar. 
C.Cəfərov  1950-ci  ildə  Qazax  Müəllimlər  İnstitutunu  bitirmiş,  1952-1953-cü tədris  ilində  Salyan  rayonunun  4  saylı  məktəbində  dil-ədəbiyyat 
müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim 
işləmişdir.  1960-1964-cü  illərdə  APİ-nin  (indiki  ADPU)  aspiranturasında  oxumuş,  1964-1974-cü  illərdə  Azərbaycan  dilçiliyi  kafedrasında  ardıcıl 
olaraq  assistent,  baş  müəllim,  dosent  vəzifələrində  fəaliyyət  göstərmişdir.  1974-1976-cı  illərdə  doktorluq  dissertasiyasını  tamamlamaq  üçün 
doktoranturada  olmuş,  1976-cı  ildə  dissertasiyanı  tamamlayaraq,  Azərbaycan  dilçiliyi  kafedrasında  dossentlik  vəzifəsinə  bərpa  edilmişdir.  1993-cü 
ildən  Müasir  Azərbaycan  dili  kafedrasında  professor  vəzifəsində  çalışır.  C.Cəfərov  1965-ci  ildə  “Azərbaycan  dilində  inkarlığın  ifadə  vasitələri” 
mövzusunda  namizədlik,  1992-ci  ildə  “Müasir  Azərbaycan  dilində  keçid  prosesləri”  mövzusunda  doktorluq  dissertasiyaları  müdafiə  etmişdir.  O, 
yüzdən  artıq  elmi  məqalənin,  “Nitq  hissələrində  keçid  prosesləri”  (1983),  “Müasir  Azərbaycan  dilində  inkarlığın  ifadə  vasitələri”  (2000)  adlı 
monoqrafiyaların,  “Müasir  Azərbaycan  dilinin  morfologiyası”  (N.Abdullayevlə  birlikdə,  2004)  dərsliyin,  “Linqvistik  təhlil  nümunələri” 
(N.Abdullayevlə birlikdə, 2004) dərs vəsaitinin müəllifidir. 
Cəfərov Cəfər dilçilik üzrə təşkil olunmuş müxtəlif konfrans və seminarlarda dəfələrlə iştirak edərək maraqlı məruzələrlə çıxış etmişdir. Onun 
müəllim və dilçi kadrlarının yetişdirilməsində əməyini xüsusi qeyd etmək olar.  
C.Cəfərov  BDU-nun  nəzdində  filologiya  və  jurnalistika  elmləri  doktoru  və  namizədlik  alimlik  dərəcəsini  almaq  üçün  fəaliyyət  göstərən 
Dissertasiya Şurasının üzvüdür.  


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə