Tələbə: Qulizadə Emil Qrup: 212A12 Fənn: Pedaqogika Kurs: 2



Yüklə 130,9 Kb.
səhifə9/11
tarix27.12.2023
ölçüsü130,9 Kb.
#162249
1   2   3   4   5   6   7   8   9   10   11
Ekskursiyanın təşkili

Ekskursiyalarda təqdimat

Ekskursiyalardakı təqdimat çoxmərhələli bir prosesdir. Bəzi hallarda təqdimat obyektin nümayişi kimi başa düşülsə də bir çox xüsusiyyətlərinə görə onları eyniləşdirmək çətindir. Belə ki, nümayiş dedikdə, müəyyən qrup insanların diqqətinə çatdırılmaq üçün predmet və ya hadisənin kütləvi göstərişi başa düşülür. Ekskursiya təqdimatı isə ixtisaslı mütəxəssisin rəhbərliyi ilə konkret bir obyektin ekskursantlara məqsədli şəkildə tanış edilməsi başa düşülür.Başqa sözlə, təqdimat dedikdə, nümayişdən fərqli olaraq hadisənin və ya obyektin xüsusiyyətini, qabiliyyətini və keyfiyyətini açıb göstərmək, nümayiş zamanı ilk baxışda görünməyən tərəf- lərini ekskursantlara izah etməkdir.


Ekskursiyalar zamanı təqdimat üç elementdən ibarət olur:

  • ekskursantın görməli yer üzrə müstəqil müşahidələri;

  • ekskursantlar üçün nəzərdə tutulan bələdçinin hazır- ladığı materiallar üzrə təqdimat;

  • bələdçinin rəhbərliyi ilə digər kənar obyektlərin təq- dimatı.

Təqdimat süjetli süjetsiz olaraq iki yerə bölünür.Süjetli təqdimatlar adətən tarixi və məişət mövzulu ekskursiyalarda təşkil olunur. Süjet xətti olan ekskursiyalarda hökmən bir aparıcı şəxs vardır. Onun üçün hər hansı bir hərəkət xarakterik olub ekskursiyanın canlanması, ekskursantların tarixi faktı daha yaxşı yadda saxlaması, hadisələrin əsl mahiyyətini mənimsəməsi mümkün olur.
Ekskursiyalar zamanı təqdimatın aşağıdakı vəzifələri
vardır:

  • Ekskursantlar qarşısında olan obyektin onlara

  • göstərilməsi;

  • Artıq özü olmayan və ancaq şəkil və fotoda olan obyektlərin təqdim olunması;

  • Hadisə olmuş həmin yerdə həmin hadisənin təsəvvürünü yaratmaqla onu təqdim etmək;

  • Tarixdə yaşamış görkəmli şəxsin həmin yerdəki tarixi işlərini canlandırıb təqdim etmək;

Obyektin təsvir olunduğu perioda uyğun vəziyyətini təsdiq edən əvvəlki halını göstərən təqdimat.

Yüklə 130,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə