Tələbə: Qulizadə Emil Qrup: 212A12 Fənn: Pedaqogika Kurs: 2



Yüklə 130,9 Kb.
səhifə3/11
tarix27.12.2023
ölçüsü130,9 Kb.
#162249
1   2   3   4   5   6   7   8   9   10   11
Ekskursiyanın təşkili

Arxitektura-şəhərsalma ekskursiyaları isə aşağıdakı istiqamətlərdə təşkil olunur:

  1. Şəhərin arxitektura quruluşu ilə tanışlıq;

  2. Onun tarixi abidələri ilə tanışlıq;

  3. Bir arxitektorun yaradıcılığı ilə tanışlıq;

  4. Şəhərin baş planına uyğun onun tikililəri ilə tanışlıq;

  5. Müasir arxitekturanın nümunələri ilə tanışlıq;

  6. Yeni tikililərlə olan tanışlıq ekskursiyaları.

İştirakçıların sayına və tərkibinə görə ekskursiyalar fərdi, yerli əhali üçün,turistlər üçün, böyüklər və uşaqlar üçün olur. Keçirilmə yerinə görə ekskursiyalar şəhər,şəhərətrafı, istehsal, muzey ərazilərində ola bilər.
Hərəkətetmə vasitələrinə görə ekskursiyalar piyada və müxtəlif nəqliyyat vasitələrindən istifadəyə görə dəyişir.Nəqliyyat vasitələrindən istifadəyə gəldikdə onlar əsasən avtobuslardan ibarət olmaqla iki hissədən ibarət olur. Bu ilk olaraq dayanacaqlarda ekskursiya obyektlərinin analizi və dayanacaqlar arasında fikirlərdən ibarətdir. Avtobuslardan başqa ekskursiyalar üçün həmçinin tramvay, trolleybus, çay teploxodları və vertolyotlardan istifadə olunur.
Ekskursiyaların müddəti bir akademik saatdan (45 dəqiqə) bir günə kimi ola bilər. Qısamüddətli turlar zamanı (1-3 gün) adətən həftə sonlarında müxtəlif mövzularda bir neçə ekskursiya təşkil etmək olar.
Keçirilmə formasına görə ekskursiyalar aşağıdakı kimi təsnif olunur:

  1. Kütləvi ekskursiyalar-eyni anda çox sayda, yəni 10-20 nəqliyyat vasitəsinin daşıdığı ekskursantlarla aparılan işdir. Bunlar kütləvi tədbirlər xalq oyunları, folklor bayramları ola bilər;

  2. Ekskursiya-gəzinti-müəyyən gəzinti ilə müşayiət olunan ekskursiyalar;

  3. Ekskursiya-mühazirə-tələbələrin mühazirəni daha yaxşı mənimsəməsi üçün təşkil olunan ekskursiyalar;

  4. Ekskursiya-konsert-müəyyən konsert tədbiri ilə müşaiyət olunan ekskursiyalar;

  5. Ekskursiya-tamaşa-müəyyən teatr tamaşası ilə müşaiyət olunan ekskursiyalar;

  6. Ekskursiya-məsləhət-müəyyən məsləhət xarak- terli ekskursiyalar;

  7. Ekskursiya-nümayiş-hər hansı məhsul və xidmətin nümayişi ilə müşayiət olunan ekskursiyalar;

  8. Ekskursiya-dərs-şagirdlər üçün dərs məqsədilə təşkil olunan ekskursiyalar;

  9. Ekskursiya-tədris-konkret tədris proqramında nəzərdə tutlmuş ekskursiyalar;

  10. Ekskursiya-göstəriş-hər hansı yeni bir əhə- miyyətli hadisəni və ya məhsulu başqalarına nümayiş etdirmək məqsədilə təşkil olunan ekskursiyalar;

  11. Ekskursiya-reklam-müəyyən məhsul və xid- mətin reklamı məqsədli ekskursiyalar;

  12. Sınaq ekskursiyaları-hər hansı texnoloji prosesin, o cümlədən yeni bir turun sınağı məqsədilə təşkil olunan ekskursiyalar;

Ekskursiyaların düzgün təsnifatı ekskursiya prosesi zamanı bələdçinin turistlərlə işinin düzgün qurulması baxımından əhəmiyyətli olub, düzgün metodoloji qərarların verilməsi üçünzəruridir.




  1. Yüklə 130,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə