Tələbə: Qulizadə Emil Qrup: 212A12 Fənn: Pedaqogika Kurs: 2


Ekskursiyanın prinsip və funksiyaları



Yüklə 130,9 Kb.
səhifə4/11
tarix27.12.2023
ölçüsü130,9 Kb.
#162249
1   2   3   4   5   6   7   8   9   10   11
Ekskursiyanın təşkili

Ekskursiyanın prinsip və funksiyaları

Ekskursiyaların təşkil olunmasında aşağıdakı prinsipləri əsas götürmək lazımdır. İlk olaraq, ekskursiyalar elmi olmalıdırlar. Faktların, hadisələrin, nəzəri mülahizələrin aid olduqları elmi prizmalardan işıqlandırılması onlara obyektiv qiymət verilməsi üçün zəmin yaradır. Bundan əlavə, ekskursiyalar turizmi təşkil edən ölkə mənafeyinə uyğun olaraq ideyalılıq ifadə etməli, burada turistlərə çatdırılan in- formasiya həqiqətə uyğun olmalı, nəzəri və praktiki cəhətdən vəhdət təşkil etməli, ekskursantlara tez qavranılan, inandırıcı olmalıdır.
Bu prinsiplərə əməl olunması halında ekskursiya fəa- liyyətinin yerinə yetirəcəyi funksiyalardan müsbət nəticə gözləmək mümkündür.
Turizm iqtisadiyyatın bir sahəsidir. Ölkə iqtisadiyyatı üçün ən sərfəli hesab olunan turizmin mühüm elementi kimi ekskursiya fəaliyyətinin də əsas funksiyalarından biri gəlir əldə etməkdir. Məhz ekskursiya xidmətlərinə motivlənmiş turistlər əraziyə səyahət edərək, xarici valyutanın ölkəyə daxil olmasına şərait yaradırlar. Buna görə də ekskursiyaların mühüm iqtisadi funksiya yerinə yetirdiyini qeyd etmək olar. Ekskursiyaların digər mühüm funksiyası kimi isə ideya, siya- si, ümumi-maarifləndirici, informasiyaverici, tərbiyəedici, konkret məzmunlu istirahət, dünyagörüşünün genişləndirilməsi, insanlarda yeni maraqların formalaşdırılması, kadr hazırlığı və təkmilləşdirilməsini göstərmək olar.



  1. Ekskursiyaların hazırlanması mərhələləri

Ekskursiyaların bu funksiyaları yerinə yetirməsi üçün onların hazırlanması mərhələlərinə dəqiq əməl olunmalı, hər mərhələnin məzmunu və ona qarşı qoyulan şərtlər ekskursiyanın əsas məqsədilə ahəngdar olmalı və operativliyə çalışılmalıdır.İlk mərhələ ekskursiyanın mövzusunun seçilməsidir. Əvvəlcədən müəyyən olunmamış bir mövzuya əsaslanmayan, kortəbii həyata keçirilməyə çalışılan bir ekskursiya ümumiyyətlə mümkün deyildir. Sonrakı ekskursiya mərhələləri kimi bu mövzuya uyğun olan mənbələrin seçilməsi, bu mövzu üzrə yeni məzmunlu ekskursiyaların tərtib olunması və onun həyata keçirilməsi üçün hazırlıq aparılması göstərilə bilər.



Yüklə 130,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə