Tələbə: Qulizadə Emil Qrup: 212A12 Fənn: Pedaqogika Kurs: 2


Məzmununa görə ekskursiyaların təsnifatı



Yüklə 130,9 Kb.
səhifə2/11
tarix27.12.2023
ölçüsü130,9 Kb.
#162249
1   2   3   4   5   6   7   8   9   10   11
Ekskursiyanın təşkili

Məzmununa görə ekskursiyaların təsnifatı
Məzmununa görə ekskursiyalar çoxplanlı və tematik ekskursiyalardır. Çoxplanlı və ya obzor ekskursiyalar ərazi haqqında-şəhər,vilayət,bölgə barəsində ümumi təsəvvür formalaşdırır. Onların tərkibində tanış edilən ərazinin tarixi inkişaf yolu, sənayesi, elmi, mədəniyyəti, təhsili, digər turizm imkanları, hərb tarixi, döyüş yerləri, həmçinin muzeyləri, bank və maliyyə institutları, bir sözlə insanların bugünkü və keçmiş həyatı ilə bağlı hər şey qısa xülasə şəklində tanıdılır.
Çoxplanlı ekskursiyalar bir qayda olaraq çoxmövzuludurlar.Çoxplanlı ekskursiyaların özünəməxsus xüsusiyyətləri vardır. Tematik ekskursiyalardan fərqli olaraq onların işlənilməsinin müəyyən çətinlikləri vardır.Belə ki, hazırlanması və keçirilməsi yerlərindən fərqli olmayaraq onların oxşar cəhətləri vardır.Bununla yanaşı,çoxplanlı ekskursiyaların özünəməxsus xarakterik xüsusiyyətləri də vardır.Onlar müəyyən şəhər və vilayətə xas olan tarixi şərait və inkişaf səviyyəsinin diqtəsi ilə keçirilir.
Bundan fərqli olaraq tematik ekskursiyalar hər hansı bir mövzunun tamamilə açılması, burada gizlənən hadisənin tarixi mahiyyəti, onun əks etdirdiyi dövrün reallıqları, konkret maraq doğuran detallar təqdim olunur.Tematik ekskursiyalar öz növbəsində tarixi, istehsal, ekoloji, sənətşünaslıq, muzey-teatr,bədii və arxitektura-şəhərsalma yönümlü təşkil olunur.
Tarixi ekskursiyalar yarımnöv olaraq ölkəşünaslıq, etnoqrafik,hərbi-tarixi,tarixi-bioqrafik ekskursiyalarına ayrılır.
İstehsal təyinatlı ekskursiyalar aşağıdakı yarım qruplara bölünür:

  1. İstehsal-tarixi;

  2. İstehsal-iqtisadi(banklar,birjalar,iri ticarət mərkəzləri);

  3. İstehsal-texniki

  4. İstehsal-istiqamətyönümlü

Sənətşünaslıq yönümlü ekskursiyaların yarımnövləri aşağıdakılardır:

  1. Tarixi-teatr;

  2. Tarixi-musiqi;

  3. Xalq sənətkarlığı nümunələri üzrə;

  4. Görkəmli mədəniyyət xadimlərinin həyatı və fəaliyyəti ilə bağlı;

  5. Sərgi zalları, şəkil qalereyası və rəssam, heykəltaraşların emalatxanalarına təşkil olunan ekskursiyalar

  1. Bədii ekskursiyalar aşağıdakı yarımnövlərə bölünür:

  2. Bədii-bioqrafik;

  3. Tarixi-bədii;

  4. Ədəbi-bədii.


Yüklə 130,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə