Tələbə: Qulizadə Emil Qrup: 212A12 Fənn: Pedaqogika Kurs: 2


Ekskursiyalar zamanı məntiqi qanunlar



Yüklə 130,9 Kb.
səhifə7/11
tarix27.12.2023
ölçüsü130,9 Kb.
#162249
1   2   3   4   5   6   7   8   9   10   11
Ekskursiyanın təşkili

Ekskursiyalar zamanı məntiqi qanunlar

Ekskursiya zamanı bələdçi nə qədər məlumatlı olsa da yalnız müəyyən məntiqi ardıcıllığa əməl etməklə o, öz işində uğur qazana bilər.Məhz məntiqi ardıcıllıqla həyata keçirilən tanıtım bələdiçinin söhbətində,ekskursiya təhlilində və ekskursiyanın quruluşunda öz əksini tapmalıdır. Ekskursiyalar zamanı aşağıdakı məntiqi qanunlar öz əksini göstərir. Bunlar:

  • müəyyənlik;

  • ardıcıllıq;

  • əsaslılıq;

  • bir-birini inkar etməmə qanunlarıdır.

Bunların tətbiq olunması zamanı istifadə olunan məntiqi üsullar:

  • müqayisə;

  • təhlil;

  • sintez;

  • mücərrəd təfəkkür;

  • ümumiləşdirmə hesab olunur.

Ekskursiyanın yaradılması zamanı metodist və bələdçilər məntiqi təfəkkürdən doğan:

  • Eynilik;

  • Əkslik (ziddiyyət);

  • Üçüncünün istisna olunması;

  • Kifayət qədər əsaslılıq kimi əsas məntiqi təfəkkür qanunlardan istifadə edirlər.

Eynilik qanunu ekskursiyalar zamanı özünü elə göstərir ki, bələdçi baxış zamanı müxtəlif fikirlər doğuracaq ifadələrə yol verməməli, dolayısı ilə ekskursantların fikirlərini çaşdırma- malıdır.
Əksklik qanunu onunla izah olunur ki, obyekt və ya hadisə haqqında danışılarkən hər hansı iki əks arqument eyni anda düzgün sayıla bilməz.
Üçüncünün istisnası qanunu ekskursiyalar zamanı bir- birini inkar edən və ya bir-biri ilə eynilik təşkil edən hal və ha- disədən fərqli olaraq üçüncü bir arqumentin mümkün- süzlüyüdür.
Kifayət qədər əsaslılıq qanunu onunla izah olunur ki, istənilən fikrin real qəbul olunması üçün şübhəsiz olmasına tam əmin olunan digər faktlarla sübut olunmalıdır.
Ekskursiyalar zamanı düzgün metodikaya əsaslanan məntiqi qanunlar bələdçiyə və metodistə aşağıdakı problemləri həll etməyə imkan verir:

    1. Tamaşaçı arqumentlərinə qarşı uğurlu sübutlar gətirib ekskursiyanı gözlənilən şəkildə başa vurmaq;

    2. Tarixi hadisələrin, faktların və nümunələrin məntiqi ardıcıllığını təmin etmək;

    3. Ekskursiyanın sözlü hissəsinin onun görüntü təqdimatı ilə üst-üstə düşməsi;

    4. Göstəriş və söhbətin məntiqi sxeminin seçilməsi;

    5. Mövzunun açılışını təmin edən optimal kompozisiyanın qurulması.

Ekskursiyalar zamanı məntiqi qanunlara əməl olunmasının özünəməxsus xüsusiyyətləri vardır. Onlardan ən mühümü odur ki, burada ortaya qoyulmuş əsas tezis və fikirlər ziyarətçi arqumentləri ilə izah olunur.




  1. Yüklə 130,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə