Tələbə: Qulizadə Emil Qrup: 212A12 Fənn: Pedaqogika Kurs: 2


Ekskursiya pedoqoji bir proses kimi



Yüklə 130,9 Kb.
səhifə8/11
tarix27.12.2023
ölçüsü130,9 Kb.
#162249
1   2   3   4   5   6   7   8   9   10   11
Ekskursiyanın təşkili

Ekskursiya pedoqoji bir proses kimi

Ekskursiyanın pedaqoji əsasları ilk növbədə onun didaktik prinsiplərində görünür.Bu prinsiplərə görə ekskursiyanın elmiliyi, ideyalılığı və həyatla bağlılığı, obyektin əlçatanlığı, ekskursiyanın ümumi sistematikliyi, onun başa-düşülənliyi və inandırıcılığı əsas götürülür.İstənilən bir pedaqoji fəaliyyət kimi burada iki tərəf öyrədən bələdçi və öyrənən turistlər vardır.Bu proses zamanı bələdçinin pedaqoji ustalığı ilk olaraq onun ixtisası üzrə biliklərindən, təhlil aparmaq qabiliyyətindən,düşüncə irəli sürmək məharətindən, ekskursantların psixologiyasını başa düşmək qabiliyyətindən,qrupu idarə etmək bacarığından, pedaqoji texniklər üzrə biliklərindən,intuisiya keyfiyyətindən, ekskursantın şəxsiyyətinə hörmətdən və həmçinin ekskursiyanın pedaqoji vasitələrindən istifadə səriştəsinə əsaslanır.
Ekskursiya zamanı pedaqoji bacarıq,lazım olan anda tərbiyə prosesinin sürətləndirilməsinə və eyni zamanda ləngi- dilməsinə səbəb ola bilər.Ekskursiyanı aparan bələdçi- pedaqoq hər şeydən əvvəl öz ekskursantlarına mənəvi inkişaf, kollektiv hərəkətlərə hörmət, öz xalqına və digər xalqlara sevgi kimi dərin mənəvi keyfiyyətlər aşılamalıdır.
Eksursiya zamanı pedaqoji proseslərdən istifadədə induktiv və deduktiv metodlardan istifadə olunur. Bələdçi induksiya metodunu tətbiq etməklə verilmiş material və faktlar əsasında ümumiləşmə aparıb fərdi hallardan ümumi yekun fikirə keçir.Deduktiv metodun istifadəsi isə bələdçinin əlində konkret tezislər olduğu zaman və buna uyğun arqumentlər gətirə bildikdə istifadə olunur.
Pedaqogikanın tələblərinə uyğun olaraq bələdçi ekskursiya zamanı birbaşa deduktiv izahda kifayət qədər biliklər və məhdud biliklər olduğu zaman yaranmış vəziyyətə keçmək üçün beş variantdan istifadə edir:

    1. Faktların hamıya məlum olan nəzəri biliklər bazasında izahı;

    2. Əvvəlcədən əldə olunmuş biliklərin kombinasiya olunması;

    3. Əvvəlki iki nəticədən əldə oluna bilinməyən deduktiv nəticələrin yeni forma ilə izahı;

    4. Hadisə və faktların modelləşdirilməsi və ya analogiyası ilə izahı;

    5. Hadisə və faktların induktiv izahı. Bu üsul əvvəlki modelləşdirmə, analogiya üsulları səmərə vermədikdə tətbiq olunur.

Ekskursiyanın pedaqoji proses kimi səmərəsi hər iki tərəfin -bələdçi və ekskursantın fəallığından çox asılıdır. Gənclərlə işləyən bələdçilər bu insanların yaradıcılığını,onların enerjisini zəruri yönə çevirməyi bacarmalıdır.
Ekskursiya zamanı mühüm pedaqoji vəzifələrdən biri verilən informasiyanın yaddaşda möhkəmləndirilməsidir
Pedaqoji proses kimi ekskursiyanın vacib bir mərhələsi ekskursiyadan sonrakı işin aparılmasıdır.
Yekun nəticədə bələdçinin pedaqoji fəaliyyətini aşağıdakı mərhələlərə bölmək olar:

  1. Bələçinin ekskursiya qrupunu hazırlaması;

  2. Ekskursiyanın özünün keçirilməsi;

  3. Ekskursiyadan sonrakı möhkəmlətmə mərhələsi





  1. Yüklə 130,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə