Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

55 
 
intellektual təsirini itirməyə başlamışdı və bir sosial institut kimi ona vurulan bu zərbə 
Çində buddizmin tənəzzülünün başlanğıcı kimi əlamətdar oldu.  
Bundan yeddi əsr sonra katolitsizmlə, Roma papası ilə əlaqəsini kəsməklə, yeni 
anqlikan  kilsəsi  yaradan  İngiltərə  kralı  VIII  Henri  də  monastır  torpaqlarını  və 
sərvətini ələ keçirməklə xeyli maddi fayda götürmüşdü. Yepiskop Con Fişer kralın bu 
tədbirinin başlanğıcında ona etirazını bildirərək, obrazlı şəkildə dediyi kimi “meşədən 
özünə  bir  sap  xahiş  edən  balta  ona  nail  olduqdan  sonra  həmin  meşəni  doğramağa 
başlamışdı,  bu  vaxt  odun  daşqını  əmələ  gəlmişdi.”  Kral  da  əvvəlcə  bir  monastır 
istəmişdi,  sadəlövh  yepiskoplar  onun  xahişinə  əməl  etdikdə  isə  o,  yepiskop  Fişerin 
xəbərdar  etdiyi  kimi,  bütün  monastır  torpaqlarını  ələ  keçirmişdi.  Ona  ömrünün  son 
ilində  Papa  III  Pavel  kardinal  rütbəsi  vermişdi,  çünki  o,  kralıın  Anna  Boleynlə 
izdivacının qanuni qüvvəsini etiraf etməkdən imtina etmişdi. Kralın yeni kilsənin ali 
başçısı  olmasını  tanımağı  rədd  etdiyindən  1535-  ci  ildə  Con  Fişerin  boynu 
vurulmuşdu.  Bundan  dörd  əsr  sonra  Vatikan  onu  kanonlaşdırmış,  Müqəddəs  elan 
etmişdi. 
 Ədəbiyyatda isə Tan dövrünün ən böyük şərəfi onun poeziyası idi. VIII əsrdən 
başlayaraq  şairlər  süni  diqqətdən  və  Cənub  sülalələrinin  saray  poeziyası  işlərindən 
uzaqlaşdılar, yeni istiqamətlər və naturalizm kəsb etdilər. Artıq şairlər aydın və sadə 
dildə yazırdılar. Sülalənin sonuna yaxın yeni poetik forma əmələ gəldi, bu, beş sözlü 
və yeddi sözlü sətirdən az olan bir müntəzəm ölçüyə malik idi və üzə çıxdıqda nəğmə 
mənasını verməli idi.  
Tan  imperatorlarının  himayəsi  altında  təsviri  sənətin  inkişafına  da  diqqət 
verilirdi. Mənzərə rəssamlığı sonrakı dövrlərin mistik təbiət rəngkarlığının müjdəçisi 
oldu.  
VIII və IX əsrlər böyümə və inkişaf dövrü idi. Münbit və məhsuldar torpaqları 
olan  Cənub,  istehsalı  xeyli  artırırdı.  Lakin  hələ  də  Cənubda  istifadə  edilməyən 
torpaqları olan geniş ərazilər qalırdı. Şəkər və çay kimi yeni qida növlərinin istehsalı 
geniş  surətdə  artırdı.  Məhsuldar  Yantszı  vadisində  iki  dəfə  məhsul  verən  torpaq 
sahələri  vardı,  burada  düyü,  qışda  isə  buğda  və  ya  başqa  dənli  bitkilər  becərilirdi. 
Erkən  Tan  zamanlarında  əsas  ipək  istehsal  edən  ərazilər  şimali-şərqdə  idi,  sonra  isə 
Yantszı deltası regionunda ipək istehsalı artdı.  
Ticarətin  böyüməsi  puldan  daha  çox  istifadəyə  səbəb  oldu.  Puldan  və 
gümüşdən  artan  istifadə  isə  həmçinin  rəsmi  maliyyəyə  və  hesablaşmalara  təsir 
göstərdi. Vergilər pulla ödənməyə başlandı. Daha çox varlanmış tacirlər duz satışı ilə 
məşğul olurdular, iri şəhərlərdəki bankirlər və tacirlər sahil limanlarında dənizlərin o 
tərəfi  ilə  ticarət  aparırdılar.  Xarici  ticarətdə  isə  bu  vaxtadək  çinli  olmayan  tacirlər 


56 
 
ağalıq  etmişdilər.  Kanton  şəhəri  iri  ticarət  icmasına  malik  idi.  Şimalın  sahil  ticarət 
yoluna koreyalılar ağalıq edirdilər. Mərkəzi Asiya ilə quru yollarla aparılan ticarətin 
əksəriyyəti  Soqdiya  və  sonralar  isə  Uyğur  tacirlərinin  əlində  idi.  Mərkəzi  Asiya, 
Soqdiya  və  Persiya  tacirləri  yerli  pərakəndə  ticarətlə  məşğul  olurdular.  Yalnız  IX 
əsrdə ticarətdə əcnəbi təsir azalmağa başladı. 
Tan sülaləsinin sonrakı dövrlərində məmurların çoxu öz pullarını kommersiya 
fəaliyyətinə  qoyurdular.  İdarə  edən  siniflə  tacirlər  arasındakı  sədd  Han  dövründən 
mövcud olsa da, IX əsrdə surətlə yoxa çıxmağa başladı.  
220-618-ci illərdəki erkən Altı Sülaləyə bənzəməyən Beş Sülalə kimi Tanın X 
əsrdəki  dövrü  qısa  müddətli  olmaqla,  Çin  mədəniyyətinin  təkamülünü  sərt  qaydada 
pozmadı.  Sosial,  siyasi,  iqtisadi  və  mədəni  sahələrdə  çox  saydakı  uzun  müddətli 
dəyişiklik  meylləri  artıq  hərəkətdə  idi  və  sonrakı  Çin  cəmiyyətini  keçmişdən 
xarakterik qaydada fərqləndirirdi. Tarixçilərin əksəriyyəti Tandan Suna keçidin əhatə 
etdiyi bir sıra əsri böyük ayrılma dövrü kimi qiymətləndirirlər. Beş sülalə qısa dövrü 
sadəcə keçid səhnəsi idi, onun hərbi və siyasi metamorfozaları dərin təsirə malik olan 
dəyişikliklərin nümayişi idi.  
Tan  mədəniyyətinin çox uzağa gedən  təsiri sərhəddə nomad, yarım nomad  və 
çoban xalqların qalxmasına səbəb oldu. Həmin vaxtdan etibarən XVII əsrdə yeni Tsin 
sülaləsi  qalxanadək  Çin  iki  hissədən  ibarət  idi,  hərbi  cəhətdən  güclü  Şimaldan, 
iqtisadi  və  mədəni  cəhətdən  varlı  Cənubdan.  Çində  on  müxtəlif  çarlıq  –  şimalda 
Tanqut və Xitan, cənubda isə səkkiz kiçik çarlıq meydana gəldi. Şimali-qərb küncdəki 
Tibet xalqı olan tanqutlar Böyük Səddin indiki Kansudakı uzaq qurtaracağı ilə Huan 
Honun  Daxili  Monqolustana  birləşdiyi  yerin  arasındakı  regionda  yaşayırdı.  Onların 
yarımvahə iqtisadiyyatı, irriqasiya əkinçiliyi ilə çobanlığı birləşdirirdi. Onlar məşhur 
İpək Yolunun çıxış məntəqələrinə nəzarət etməklə, Mərkəzi Asiya ilə Çin arasındakı 
ticarətdə  vasitəçilik  edirdilər.  Onlar  dövlət  dini  kimi  buddizmə  uyğunlaşmışdılar, 
hökumətdə və təhsildə isə Tan modelini seçmişdilər və öz dinləri üçün yazı əlifbasını 
icad etmişdilər. Burada qarışıq olmaqla zəngin mədəniyyət çiçəklənirdi, mağaralarda 
saxlanılan  Çin,  Tibet,  Uyğur  dillərindəki  və  digər  dillərdəki  10  min  dini  rəsm,  əl 
yazısı və kitablar bunu sübut edir.  
1038-ci  ildə  tanqutlar  özlərinin  Hsi  Hsiya  çarlığını  elan  etdilər  və  bu  dövlət 
Şimali  Çinin  qonşu  dövlətləri  ilə  sərhəd  toqquşmalarına  cəlb  olunmalarına 
baxmayaraq,  iki  əsrə  qədər  yaşadı.  Çarlığın  sonu  monqollar  vasitəsilə  gəldi,  onlar 
Çinin bütün hissələrini ilk köçəri işğalına məruz qoydular.  
Beş  sülalənin  həmin  dövrundə  şimala  tərəf  yarımköçəri,  lakin  əsasən  çoban 
olan  Xitan  xalqı  qalxdı,  Xitan  (və  ya  orta  əsrlər  Avropasında  Marko  Polonun 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə