Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

47 
 
sosial iğtişaş irsi qoymuşdu. Lakin birləşmiş imperiyanı saxlamaq üçün infrastruktura 
sistemi çox böyük əhəmiyyətə malik idi.  
Böyük Səddin Şansidə yenidən tikilməsi və möhkəmləndirilməsi də böyük işçi 
qüvvəsi  tələb  etmişdi,  bu  iş  Şərqi  türklərin  təkrar  oluna  biləcək  həmlələrinə  qarşı 
ehtiyatlılıq tədbiri idi.  
Ən böyük təhlükə hələ də türklərdən gəlirdi. Çinin şimal sərhədlərinin çoxunu 
işğal  etmiş  Şərq  türklərinin  içərisində  parçalanma  bu  vaxt  başa  çatmışdı.  Nəhəng 
qüdrətə malik olan Qərb türklərinin torpaqları qərb tərəfdə Tarim hövzəsinin şimalına, 
Sasanid Persiyası və Əfqanıstana qədər uzanırdı. Onun hökmdarı Çulo xan yarımçinli 
olmaqla,  Suy  ilə  yaxşı  münasibətdə  idi.  Şərq  türkləri  də,  onların  carları  da  Çin 
printsessalarına evləndiklərindən Suy ilə həmçinin yaxşı münasibət saxlayırdılar.  
Onun ən baha başa gələn işi Koreya ilə seriya şəklində aparılan kampaniyalar 
idi.  Bu  vaxt  Koreya  üç  çarlığa  bölünmüşdü,  onlardan  daha  mühümü  və  güclüsü 
Şimali  çarlıq  idi.  Bu  çarlıq  çinlilərə  düşmən  idi  və  Yan  Tiyə  ehtiram  bəsləməkdən 
imtina etmişdi.  
611-ci  ildə  Ho-nandan  Pekinə  çəkilən  kanalın  tikintisi  başa  çatdı,  böyük  ordu 
və  ehtiyat  toplandı.  Lakin  dəhşətli  daşqın  Koreyaya  qarşı  kampaniyanı  təxirə  saldı. 
612-ci  ildən  başlayaraq  üç  il  ərzində  o,  koreyalılara  qarşı  kampaniyalar  apardı. 
Birincisi  uğursuz  oldu.  614-cü  ildə  digər  ordu  Koreyanın  içərisinə  göndərildi  və 
paytaxt  Pxenyanı  tutmaq  qorxusu  yaransa  da,  həlledici  qələbə  çalınmadan  geri 
çəkilməyə  məcbur  oldu.  Bu  yürüşlər  diqqəti  imperiyanın  özünün  böyüyən  daxili 
həyatı problemlərindən ayırırdı, nəhəng canlı qüvvə və material itkisinə səbəb olurdu. 
Onlar Suyu demoralizə edir, hərbi cəhətdən yoxsullaşdırırdı. Ona görə də Yan Ti öz 
şimal qonşuları ilə əlaqələrini qoruyub saxlamaq qərarına gəldi. Tezliklə imperiyanın 
hər  bir  regionunda  qiyamlar  və  iğtişaşlar  baş  verdi.  618-ci  ildə  o,  öz  əyanları 
tərəfindən  öldürüldü.  Onun  ölümündən  sonra  Li  Yuan  onun  marionet  hökmdarını 
devirib, özünü yeni Tan sülaləsinin imperatoru elan etdi. O, cəmi 8 il hökmranlıq etdi, 
Suy imperiyasına nəzarətə cəhd edən iddiaçılardan biri idi.  
Tan  üç  mühüm  rəqib  qüvvələrlə  rəqabət  aparmalı  idi.  Onların  müqavimətinə 
son  qoyula  bilindi,  təkcə  şimali-şərqdə  müqavimət  davam  edirdi.  İmperiya  yenidən 
bütünlüklə sakitləşdi və Tan ailəsinin başçılığı altında birləşdi.  
Tan birləşməsi Suy işğalına nisbətən daha uzun və daha qanlı oldu. Təkcə Çin 
cəmiyyəti  sürətlə  inkişaf  etmirdi,  həm  də  Yaponiya,  Koreya  və  Vyetnamdan  fərqli 
olaraq Çin birinci mərkəzləşmiş dövlət idi. Sarayın aparıcı qruplarında elə bir köklü 
dəyişiklik  aparılmadı.  Tan  nikah  vasitəsilə  Suy  çar  evi  ilə  qohum  idi,  baş  nazirlərin 


48 
 
çoxu  da  Tan  və  ya  Suy  imperial  ailələrinin  qızlarına  evlənməklə  onlara  qohum 
olmuşdular. İmperator sarayı əsasən eyni sosial mənşəyə malik adamlardan ibarət idi.  
Lu  Yuan  bir  irs  kimi  iflasa  uğramış  dövləti  qəbul  etmişdi,  onun  tədbirlərinin 
çoxu  sadə  və  ucuz  inzibatçılıq  qurulmasına  kömək  edirdi.  Onun  bürokratiyası  çox 
kiçik  idi,  özü  də  həm  mərkəzdə,  həm  də  yerli  səviyyələrdə.  Hər  bir  vergi  ödəməyə 
qadir  kişi  cinsindən  olan  adam  torpaq  hədiyyəsi  alırdı.  Böyük  torpağa  sahib  olan 
malikanələr  imperial  nəslin  üzvlərinə  və  qüdrətli  məmurlara  mənsub  idi.  Bəzi 
torpaqların  vərəsəlik  qaydasında  əldə  edilməsinə  baxmayaraq,  torpaqlar  bütün 
oğlanlar arasında bölüşdükdə sahələr kiçilməyə meylli olurdu.  
Vergi sistemi də Suy və ondan əvvəlki sülalələr dövründə olan kimi idi. Hər bir 
yaşlı  kişi  cinsindən  olan  taxılla  və  parça  ilə  adambaşına  olan  vergini  ödəyirdi  və 
mərkəzi hökumət üçün ildə 20 iş günü işləməyə qadir olmalı idi. Başqa bir iş dövrü də 
yerli hakimiyyətin xeyrinə sərf edilirdi.  
Li Yuan sikkəxana yaratdı və yaxşı mis valyuta buraxmağa başladı ki, bu bütün 
Tan  erasında  standart  olaraq  qaldı.  O,  həmçinin  bütün  mərkəzi  qanunların  yeni 
kodifikasiyasını  həyata  keçirdi,  bu  iş  624-cü  ildə  başa  çatdırıldı.  Tan  məcəlləsi 
özünün yüksək dərəcədə yararlı olduğunu zamana sübut etdi.  
Li  Yuanın  iki  oğlu  varisliyə  görə  rəqib  idi.  Bu  rəqabət  fraksiya  mübarizəsinə 
aparıb çıxardı. Hərbi çevrilişdə Li Şih- min rəqib olanı öldürdü və öz xeyrinə atasını 
taxt-tacdan  imtina  etməyə  məcbur  etdi.  626-cı  ildə  taxt-taca  sahib  olmaqla, 
ölümündən  sonrakı  Tay  Tsun  titulu  ilə  tanınmaqla  Çin  tarixinin  ən  məşhür 
hökmdarlarından biri oldu.  
Tay  Tsunun  hökmranlığı  (627-649-cu  illər)  adətən  «Çen-Kuanın  yaxşı 
hökuməti» erası kimi tanınır. O, qeyri-adi qabiliyyətli müşavirlər komandasına malik 
idi. Onun hökmranlığı siyasi təşkilatlanmada mühüm dəyişikliklərin başlanğıcı oldu. 
Saray,  demək  olar  ki,  əsasən  müstəsna  qaydada  kübar  nəslinə  aid  olan  adamlardan 
ibarət idi.  
İkinci  dəyişiklik  imtahan  sisteminin  geniş  miqyasda  tətbiq  edilməsi  idi.  Suy 
imtahanları  artıq  Kao  Tsunun  başçılığı  altında  yenidən  qurulmuşdu,  o  paytaxtdakı 
yüksək  səviyyəli  Suy  sistemini  canlandırmışdı.  Tay  Tsunun  başçılığı  altında 
məktəblər  daha  da  genişləndi  və  yeniləri  yaradıldı.  Tədbirlər  öz  təhsil  kursunda 
standartlaşdırıldı.  Paytaxtda  məktəblər  yalnız  böyük  ailələrin  və  yüksək  rütbəli 
məmurların oğlanları üçün idi. Digər imtahan namizədləri yerli məktəblərdən gəlirdi. 
İmtahanlar prinsip etibarilə hamı üçün açıq idi, lakin onlar bürokratiyaya daxil olmağa 
nisbətən az sayda yeni giriş imtahanlarına malik idi. İmtahanlar ənənəvi dərs planında 
yüksək təhsil səviyyəsi tələb edirdi və geniş qaydada gənc oğlanların və aşağı ailələrin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə