Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   15   16   17   18   19   20   21   22   ...   97

43 
 
arasında  ciddi  fərq  yox  idi.  Vəzifədə  irəliləmə  bir  dərəcədən  sonrakına  keçirdi  və 
nəzəri cəhətdən hər bir adam lap aşağı vəzifədən ən yüksəyinə qalxa bilərdi. Üç vəzifə 
sahibi – kansler, imperial kansler, baş komandan imperatorun baş məsləhətçiləri kimi 
işləyir  və  hökumətin  fəaliyyətinə  axırıncı  nəzarəti  həyata  keçirirdilər.  Məsuliyyət  9 
nazir  arasında  bölüşürdü.  Bəzən  rəqabətə  də  şərait  yaradılırdı.  Belə  ki,  maliyyə 
işlərinə  iki  nazirlik  tərəfindən  nəzarət  edilirdi  –  kənd  təsərrüfatı  və  gəlir  nazirlərii 
tərəfindən.  Aşağı  Xəzinə  tərəfindən  hökumətin  müntəzəm  orqanlarında  irəli  çıxan 
qurum  «xarici  saray»  kimi  tanınırdı,  zaman  keçdikcə  «xarici  saray»  şəklində 
hakimiyyətin ikinci qolu böyüdü və bu, tarazlığın yaranmasına səbəb oldu.  
Han  sülaləsinin  xaricində  olan  böyük  ərazilər  imperatorun  qohumlarına  etibar 
edilmiş  çarlıqlar idi. Bu vaxt mərkəzi hökumət həmin əyalətləri inzibati qaydada öz 
komandirləri  vasitəsilə  olan  kimi  idarə  edirdi.  B.e.ə.  100-cü  illərdən  başlayaraq 
imperial  hökumət  çarlıqları  öz  gücündən  məhrum  etdi  və  onların  torpaqları  mərkəzi 
hökumətin idarəçiliyi altına keçdi.  
B.e.ə.  106-cı  ildən  hökumət  əyalət  qulluqçularının  işinə  yenə  də  birbaşa 
nəzarətə  cəhd  etdi.  Ümumilikdə  14  regional  inspektor  təyin  edildi,  onlar  müxtəlif 
ərazilərə səfər edir və qulluqçuların səmərəliliyi barədə mərkəzə məruzə edirdilər.  
Hakimiyyətin  son  arbitri  imperator,  bəzən  isə  dul  imperatriçə  olurdu,  onlar 
imperial idarəçilyi ediktlər elan etmək vasitəsilə həyata keçirirdilər. Han hökumətləri 
müntəzəm olaraq icmaların öz işində istifadə etməsi üçün mövsümlərdən ötəri və həm 
də  məmurların  öz  məruzələrini  dəqiq  vaxtda  təqdim  etməsi  üçün  təqvim  buraxırdı. 
Əyalət və yerli qulluqçular hökumətin məşğul olmadığı iki mühüm cəhətə məsuliyyət 
daşıyırdı  –  əhalinin  siyahıya  alınmasına  və  torpaqların,  onların  məhsul  istehsalı  ilə 
birlikdə qeydə alınmasına.  
Duz və dəmir üzərində dövlət inhisarı qoyulmuşdu. B.e.ə. 112-ci ildə sikkənin 
standartlaşdırılması  və  sikkə  buraxılışının  həddi  sahəsindəki  son  tədbirlər  dövlət 
agentliklərinə həvalə edildi. Hökumət bir sıra səbəblərə görə miqrasiyalar getməsinə 
göstəriş  verirdi.  Bəzən  belə  miqrasiyadan  niyyət  ərazini  süni  surətdə 
məskunlaşdırmaq idi, bu iş daha çox sərhəd torpaqlarında baş verirdi. Bəzən isə əhali 
təhlükədən qorunmaq üçün köçürülürdü. 
Han hökuməti xidmətə görə mükafat verməklə, tabe olmamağa və cinayətə görə 
isə tələbkarlıq qaydasında cəza vermək yolu ilə ölkəni idarə edirdi. Han imperatorları 
mədəni  həyatı  mümkün  qədər  geniş  şəkildə  yaymağa  çalışırdı.  Çinlilərin  mədəni 
həyatına  görə  onların  öz  oturaq  kənd  təsərrüfatı  işləri  və  şəhərin  əyləncələri  ilə 
Mərkəzi  Asiyanın  at  belindəki  köçərilərinin  kobud  və  çətin  həyatı  arasındakı  aydın 
fərqlər  nəzərə  alınırdı.  Han  hökuməti  ədəbi  nailiyyətlərə,  elmi  qabiliyyətə,  dini 


44 
 
fəaliyyətə,  elmi  kəşflərə  və  texnoloji  nailiyyətlərə  əsaslanırdı  və  onları  artırmaq 
qayğısına qalırdı. Daha çox ağac material üzərində yazı yazılırdı, bu material ağır və 
kövrək idi. İpək parça üzərindəki yazı isə dəbdəbə məqsədləri üçün istifadə edilirdi.  
B.e.ə.  105-ci  ilində  Çində  çox  böyük  inkişaf  baş  verdi,  kağız  kimi  yeni  yazı 
materialı istehsal edən manufaktura yaradıldı. Kağızdan istifadə ilə bundan əvvəlki üç 
və ya dörd əsr ərzində tətbiq edilən ilkin materiallar bütünlüklə sıxışdırılıb çıxarıldı. 
Bu vaxt böyüyən sivilizasiyanın çinlilərin yazı dilinə olan tələbləri çoxalmışdı. İlk çin 
dili  lüğəti  b.e.  100-cü  ilində  dərc  edilmişdi,  bu,  9.000  işarədən  ibarət  idi.  Lüğətdə 
onların mənası, yazıda istifadəsinin müxtəlif formaları izah edilirdi.  
Han qanunları nəzəri cəhətdən əhalinin bütün üzvlərini birləşdirilmişdi və bəzi 
hadisələr yüksək vəzifəlilərin cəzalandırılması barədə şəhadət verir. Son illərdə Çində 
ÇXR-in  yeni  sədri  Si  Tszipin  də  korrupasiyaya  qarşı  sərt  mübarizəyə  başlamış,  bir 
sıra  yüksək  vəzifəli  adamlar  ən  ağır  cəzaya  məhkum  edilmişdir.  O,  kampaniyasını 
«Milçəklərə  və  pələnglərə  zərbə  vur»  adlandırmaqla,  bununla  siyasət  və  inzibatçılıq 
pələnglərinin  –  xətaya  yol  vermiş  ən  yüksək  dövlət  xadimlərinin  də  cəzadan  yaxa 
qurtara bilməyəcəklərini də əvvəlcədən vəd edir. 
Han hökuməti ədəbiyyatı və öyrənməni qadağan etmək barədəki köhnə ənənəni 
pozmağa  cəhd  etdikdə,  bu  vaxt  müəyyən  addımlar  atmaqla  öz  missiyasını  yerinə 
yetirdi.  Konfutsi  ilə  bağlı  olan  əsərlərə  hörmətlə  yanaşılırdı.  «Poeziya  klassikası», 
«Dəyişikliklər  klassikası»  və  «Bahar  və  payız»  kimi  bilik  mətnlər  dərc  edildi. 
Salnamələr məmurlar üçün zəruri vasitəyə çevrildi.  
 
 
 
Altı sülalə 
II  əsrin  sonundan  Han  imperiyası  rəsmi  olaraq  öz  mövcudluğunu  kəsdi.    Bu 
dövr Sarı çalmalıların daoist üsyanlarının yatırılması ilə, cilovlanmayan müharibələrin 
və siyasi xaosun başlanması ilə əlamətdar oldu. Bundan üç müstəqil siyasi hakimiyyət 
mərkəzi  meydana  gəldi.  Şimalda  bütün  hakimiyyət  generalissimus  və  «sülalənin 
himayəçisi»  Tsao  Tsaonun  əlinə  keçdi.  B.e.  220-ci  ilində  axırıncı  Han  marionet 
imperatoru  taxt-tacı  rəsmən  Tsao  Tsaonun  oğluna  verdi.  O,  Uey  sülaləsinin  ilk 
hökmdarı  oldu.  Bundan  sonra  tezliklə,  iki  rəqabət  aparan  hərbi  lider  də  özlərini 
imperator elan etdilər. Bu «üç çarlığın» qısa və qarışıq dövrü qanlı müharibələrlə və 
diplomatik intriqalarla dolu di.  
İlk dövrlərdə hakimiyyət boşluğu çinli olmayan qüvvələrlə dolduruldu. 304-cü 
ildə hun tayfa başçısı, çinliləşmiş Hsiun-nu Han çarı titulu ilə hakimiyyəti ələ keçirdi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə