Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   14   15   16   17   18   19   20   21   ...   97

40 
 
cəhətləri onların həmin dövrdə mövcud olan çox sayda xalqlara mənsub olmalarından 
xəbər verir. Hər bir əsgər özünəməxsus fərdi xüsusiyyətlərə malikdir və biri digərinə 
bənzəmir. İmperator öz hakimiyyətinin möhkəmliyinə uyğun gələn bir orduya malik 
idi.  
Şi Hüandi bir sıra mühüm islahatlar həyata keçirdi. O, bütünlüklə feodal sistemi 
ləğv  etdi,  prefekturaların  və  knyazlıqların  inzibatçılığını  mərkəzi  hökumətin  təyin 
etdiyi  məmurlara  həvalə  etməklə,  onları  Çinin  hər  tərəfinə  göndərirdi.  Dövrə  vuran 
inspektorlar  yerli  magistratlara  nəzarət  edirdi.  Çin  40  prefekturaya  bölünmüşdü.  Şi 
Huandi imperiyası Çinin ənənəvi ərazisinə çevrilməli idi. Sonrakı eralarda Çin bəzən 
digər əraziləri də əhatə edirdi, lakin imperatorun qəbul etdiyi ərazi bölünməz olaraq 
qaldı. Bu geniş əraziyə nəzarət etmək üçün Şi Huandi öz qoşunlarının hərəkəti üçün 
geniş yollar şəbəkəsi yaratdı. Bir neçə yüz min fəhlə şimal sərhədi boyundakı mövcud 
divarın (böyük Çin Səddinin) birləşdirilməsi və möhkəmləndirilməsi işinə cəlb edildi. 
Nəticə  istehkamlanmış  divarların,  qarnizon  stansiyalarının  və  siqnal  qüllələrinin 
qarışığını  əmələ  gətirdi.  Bu  divar  qərbdə  indiki  Daxili  Monqolustan  otlaqlarından 
Huan Honun münbit torpaqlarına dövrə vurmaqla keçib, Tibetin yamaclarına çatırdı. 
Bu  müdafiə  xətti  Böyük  Sədd  kimi  tanınır  və  böyük  düzənliyin  köçəriləri  ilə  lyoss 
torpaqlarında  Çin  əkinçilərinin  bir-birlərinə  qarşı  durmalarını  bir  nişan  kimi  qeyd 
edirdi.  
İmperator digər böyük bir layihə üzrə - Cənubda dağların ətrafından keçməklə 
cənubun sahil ərazilərini Çinin başlıca bədəni (torpaqları) ilə birləşdirmək üçün kanal 
qazdırmaqda isə uğursuzluğa uğradı.  
Bütün  Çin  11  il  ərzindəki  dəyişikliklərin  yükünü  daşımalı  oldu.  Milyonlarla 
adam  nəhəng  tikinti  işlərinə  cəlb  edilirdi,  çoxları  həmin  yerə  çatmaq  üçün  uzun 
səfərlərdə  ölürdü,  digərləri  qaçırdı.  Əyalətlərdəki  varlı  və  nüfuzlu  adamlar  paytaxta 
köçürtdürülürdü.  Silahlar  müsadirə  edilirdi.  Yüzlərlə  ziyalı  imperatorun  siyasətini 
tənqidə  məruz  qoymağa  cəsarət  etdiyinə  görə  öldürülürdü.  Qanundan  əlavə  bütün 
kitablar  ictimai dövriyyədən çıxarılırdı. Bütün  bunlara görə Şi  Hüandi Çin  tarixində 
arxitiran kimi meydana çıxır.  
Onun kitabları yandırması və ziyalıları qırmağı, bəlkə də, tarixçillər tərəfindən 
şişirdilimişdir.  Şi  Huandinin  özünə  gəldikdə,  o,  dövrünün  daş  yazılarında  iddia  edir 
ki,  xalqa  məhz  sülh  və  qayda-qanun  vermişdir.  Onun  siyasi  fəlsəfəsi  sonralar  Han 
imperatorları  tərəfindən  qəbul  edildi,  onlar  isə  tarixdə  xeyirxah  hökmdarlar  kimi 
qiymətləndirilirlər.  
Şi  Huandi  ölməkdən  qorxurdu,  mümkün  olan  hər  şeyi  edirdi  ki,  ölməzliyə, 
ədəbi  həyata  nail  olsun.  Lakin  b.e.ə.  210-cu  ildə  imperiyasına  səfərlərindən  birini 


41 
 
edərkən ölüm onu yaxaladı, bu vaxt onun imperator titulunu  qəbul etməsindən 11 il 
keçirdi və vur-tut 49 yaşı var idi.  
Onun  ölümü  sülalənin  süqutuna  səbəb  oldu.  Qanuni  varis  özünə  sui-qəsd 
etməyə  məcbur  edildi,  bu  vaxt  onun  kiçik  qardaşı  taxt-tacı  qəsb  etdi.  Bacarıqlı  və 
loyal xidmətçilər ölümə məhkum edildilər, ikinci imperator yalnız dörd il taxt-tacda 
oldu. Yantszı çayı zonasında qiyam baş verdi, bu vaxt bir qrup qəsdçilər onu müşayiət 
edən  zabitləri  öldürdülər  və  hökmranlığın  imperatordan  əvvəlki  dövrə  qayıtmasını 
iddia  etdilər.  Altı  dövlətin  köhnə  idarəçilik  elementləri  öz  keçmiş  titullarının 
qaytarmağa  iddia  edəndə,  üsyan  sürətlə  yayılmağa  başladı.  İkinci  imperator  qüdrətli 
hərəm ağası (yevnux nazir) tərəfindən qətlə yetirildi və b.e.ə 206-cı ildə qiyam başçısı 
hakimiyyəti qəbul etdi.  
2000 ildən çox bir müddətdə Çində feodalizm hökm sürürdü. Bu, uzun zaman 
məsafəsi  ərzində  cəmiyyətin  inkişafının  milli  birliyə  can  atması  mühüm  tendensiya 
olaraq  qalırdı,  baxmayaraq  ki,  bəzi  dövrlərdə  feodal  separatizm  də  mövcud  olurdu. 
Müxtəlif xalqlar müəyyən antoqonizmə və münaqişələrə baxmayaraq öz aralarındakı 
sıx əlaqələri saxlayırdılar. 
Vuruşan  çarlıqlar  dövründən  Şərqi  Han  sülaləsinin  hökmranlığının  sonuna 
qədər  olan  yeddi  yüzillik  feodal  cəmiyyətinin  yaranması  və  möhkəmlənməsi  dövrü 
idi. Feodalizm ağalıq edənə çevrildi, baxmayaraq ki, bəzi rayonlarda hələ də quldarlıq 
qalırdı. 
 
 
 
Han sülaləsi 
  
 
Han sülaləsi b.e.ə. 202-ci ildə imperator tituluna yiyələnmiş Liu Pan tərəfindən 
yaradılmışdır. Liu ailəsinin 11 üzvü b.e. 9-cu ilinə qədər səmərəli imperatorlar kimi 
onun yerini tutmuşlar. Həmin ildə sülalə xətti Yan Man tərəfindən kəsilmişdir, o, öz 
rejimini Hsin titulu altında qurmuşdu. B.e. 25-ci ilinə Han sülaləsinin hakimiyyəti Liu 
Hsiu tərəfindən möhkəmləndirilmiş və o, 57-ci ilə qədər imperator kimi hökmranlıq 
etmişdi. Onun da 11 törəməsi imperatorluğu 220-ci ilədək saxlamışdı, bu vaxt vahid 
imperiyanın  idarə  edilməsi  üç  ayrıca  çarlıq  tərəfindən  aparılmışdı.  Qərb  (və  ya 
Keçmiş) Han və Şərq (və ya Sonrakı) Han terminləri meydana gəlmişdi.  
Dörd əsr  ərzində imperiyada xeyli dəyişikliklər əmələ gəlmiş, siyasi və sosial 
inkişaf  baş  vermişdi.  Hökumət  orqanları  qurulmuş,  yeni  sosial  fərqliliklər  meydana 


42 
 
gəlmişdi.  Han  ailəsinin  siyasi  stabilliyinə  və  hərbi  gücünə  müvafiq  olaraq  digər 
xalqlar arasında Çinin nüfuzu dəyişirdi. Saray nümunəsi, hökumətin fəaliyyəti, şəhər 
həyatının artan dəbdəbəsi dini və texnoloji nailiyyətlərin yeni standartlarının meydana 
gəlməsinə səbəb olmuşdu. Dul imperatriça Liu öz ailəsinin bir sıra üzvlərinin dövlətin 
yüksək  mühüm  vəzifələrinə  təyin  etmişdi  və  açıqca  ümid  edirdi  ki,  onun  ailəsi 
hökmranlıq edən Liu ailəsini əvəz edəcəkdir. Lakin 180-ci ildə onun ölümü ilə bani 
imperatora və onun ailəsinə loyallığı saxlayan adamlar tərəfindən bu planlar pozuldu. 
Şərqi Han evi Liu Hsiu tərəfindən bərpa edilmişdi, o, 25-ci ildən 57-ci ilədək 
hökmranlıq etmişdi. Bu ailənin digər üzvü öz iddiası üstündə mübahisə etdiyinə görə 
iki il sonra öldürüldü. Yevnuxlar (hərəm ağaları) sarayda irəli çıxdılar. Çinin nüfuzu 
90-cı illər ərəfəsində öz zenitinə yüksəldi, lakin 125-ci ildən nəzərə çarpan dərəcədə 
aşağı  düşdü.  88-105-ci  illərdə  tənəzzül  baş  verdi,  bu  vaxt  saray  bir  daha  çar 
arvadlarının ailələrinin və yevnuxların təsiri atına düşdü. Bu faktda taxt-tacın zəifliyi 
özünü göstərirdi. Şərqi Hanın 12 imperatorundan 8-indən az olmayanı taxt-taca körpə 
vaxtı  çıxmışdı,  onların  yaşı  100  günlə  15  il  arasında  idi.  Təqribən həmin  dövrdə  də 
Romada 12 imperatordan 7-si qətl vasitəsilə taxt-tacdan uzaqlaşdırılmışdı.  
İmperial  arvadların  ailələri  və  yevnuxlar  öz  mənafelərini  dövlətin 
mənafelərindən  üstün  tutduqlarına  görə  imperator  kürsüsünə  kimin  sahib  olmasını 
seçə  bilərdilər.  Şərqi  Hanın  axırıncı  50  ili  ərzində  Şimali  Çin  müxtəlif  tərəflərdən 
müdaxilələrə məruz qalırdı, bir sıra filosof dövlət xadimlərinin müşahidə etdiyi kimi 
inzibatçılıq  rüşvətə  çuğlanmış  və  qeyri-səmərəli  olmuşdu.  Qüdrətli  regional 
qulluqçular özlərini mərkəzi hökumətdən müstəqil etməyə qadir idilər.  
Han  sülaləsinin  gələcək  imperiya  Çini  üçün  ən  başlıca  xidmətlərindən  biri 
mülki xidməti, mərkəzi və əyalət hökumətlərinin quruluşunu inkişaf etdirmək idi. Han 
hökumətlərinin  üzləşdiyi  problemlərdən  biri  imperiyanın  mülkiyyətinə  bacarıqlı  və 
təmiz  adamların  götürülməsi  idi.  Əyalət  birliklərinə  göstəriş  verilirdi  ki,  müəyyən 
sayda  adamlar  müəyyən  müddət  fasiləsindən  sonra  paytaxta  göndərilsinlər. 
Namizədlərdən  tələb  olunurdu  ki,  siyasət  və  inzibatçılıq  barədəki  suallara  cavab 
versinlər  və  öz  qabilyyətlərini  sübuta  yetirsinlər.  Öz  uğurlarından  asılı  olaraq  onlar 
sarayda  müşavir  və  köməkçi  kimi  fəaliyyət  göstərə  bilərdilər  və  ya  mərkəzi 
hökumətdən  əyalətlərə  təyinat  ala  bilərdilər.  Bu  dövrdə  hələ  müntəzəm  imtahan  və 
təyinat sistemi yox idi, bu, yalnız Suy və Tan sülalələri vaxtı inkişaf etmişdi.  
Handa mülki xidmət vəzifələri, ümumiyyətlə, 12 dərəcəli sistemə daxil idi, ildə 
100  ölçüdə  taxıl  qazanan  aşağı  məmurdan  dövlətin  ən  yüksək  nəzarətə  malik  olan 
vəzifə  sahibinə  qədərki,  onların  maaşının  «bütöv  2000  ölçüdə»  olduğu  bildirilir, 
qulluqçulardan  ibarət  idi.  Mərkəzi  vəzifələrdə  və  ya  əyalət  qruplarında  işləyənlər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə