Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   16   17   18   19   20   21   22   23   ...   97

45 
 
və nomad ordaları ilə Şimali Çini işğal etməyə başladı. O, yerli çinlilərin üsyanlarının 
köməyi ilə çin sivilizasiyasının qədim vətənini işğal etdi. İki paytaxtın məğlub olması 
və dağıdılması bir neçə əsrliyə Şimalın çinli sülaləsinin hökmranlığını sona çatdırdı. 
Bütöv Şimali Çin düzənliyinin özü müxtəlif «barbar» xalqları dövlətlərinin səhnəsinə 
çevrildi, kollektiv qaydada bu, Çin tarixçiliyində Altı çarlıq kimi tanınır.  
«Barbar»  hökmdarlar  yarımçinli  olan  dövlətlər  yaratdılar,  onlarda  xarici 
element hərbi kübarlığı təşkil edirdi və silahlı qüvvələrin özəyi idi. İnzibatçılıq işləri 
üzrə təcrübələri olmadığından və öz tayfa institutları iri aqrar cəmiyyəti idarə etməyin 
mürəkkəb  vəzifələrinə  uğyun  gəlmədiyindən,  onlar  idarəetmənin  ənənəvi  çinli 
qaydalarından  istifadə  etməyə  məcbur  oldular.  Bir  tərəfdən  öz  etnik  varlığını 
saxlamaq  ehtiyacı  ilə,  digər  tərəfdən  çinli  ailələrinin  üzvlərindən  istifadə  etməyin 
praktiki  zərurəti  arasında  gərginlik  meydana  gəldi.  Bu  qısa  ömürlü  imperiyaların 
əksəriyyəti həmin gərginlikdən salamat çıxa bilmədi.  
Çinin  torpaq  mulkiyyətçiləri  olan  kəndlilər  yenidən  cəmiyyətin  onurğa 
sütununa çevrildilər, köçəri mənşəli primitiv nomadlar sadəcə onların həyat yollarına 
keçməyə məcbur oldular. Barbar sarayları çinlilərin mərasim və etiketinin mürəkkəb 
qaydalarını  qəbul  etməyə  məcbur  oldu.  Əcnəbi  işğalçılar  qanunilik  haləsi  yaratmaq 
üçün  özlərini  çinli  mədəniyyəti  şəraitində  ifadə  etməyə  məcbur  idilər. Bunu  etdikdə 
isə  onlar  hökmən  öz  xalqına  mənsubluqlarını  itirirdilər.  Tarix  özünü  yenidən  və 
yenidən  təkrar  edirdi.  Buna  uyğun  olaraq,  IV  və  V  əsrlərdəki  Çieh  və  Toba  XIX 
əsrdəki Mançu hökmdarlarının müjdəçiləri idilər.  
 
 
 
Suy və Tan sülalələri 
  
 
Suy  sülaləsi  dörd  əsrə  yaxın  davam  edən  siyasi  parçalanmalardan  sonra  Çini 
yenidən  birləşdirdi.  Suy  Çində  elə  institutlar  yaratdı  ki,  onların  varisləri  Tan 
tərəfindən də qəbul edildi.  
Suy sülaləsinin banisi Yan Çien (581-604-cü illərdə hökmranlıq etmişdi) Şimali 
Çjou  sarayında  yüksək  rütbəli  qulluqçu  idi,  şimalın  qüdrətli  kübar  ailəsindən 
çıxmışdı,  Şimali  Çindəki  qeyri-çinli  sarayında  xidmətə  götürülmüşdü  və  öz  əcnəbi 
ağalarının ailəsindən olan qıza evlənmişdi. Qüdrətli orduya komandanlıq etmək üçün 
o,  vaxt  itirmədən  öz  sərhədləri  daxilində  qayda  yaratdı.  O,  özünə  köhnə  Han 
paytaxtının yaxınlığında yeni böyük paytaxt tikdirdi, bu məqsədlə məcburi əməkdən 


46 
 
israfçılıqla istifadə edirdi. Həmin böyük şəhər Çanqan adı altında Tan sülaləsinin də 
paytaxtı oldu və X əsrin başlanğıcına qədər hökumətin iqamətgahı burada yerləşirdi.  
O,  yeni  dövlətinin  sərhədlərini  tezliklə  qorumağa  girişdi.  VI  əsr  ərzində  Çin 
türklərin timsalında qorxulu şimal qonşusuna malik idi, onlar Mancuriya sərhədindən 
Bizans  və  Sasanid  imperiyalarının  sərhədlərinədək  çölə  nəzarət  edirdilər.  Bu  vaxt 
türklər iki böyük imperiyaya bölünmüşdülər. Şərqi imperiya Çinin şimal sərhədindən, 
Mancuriyadan Kansuya qədər olan ərazidə ağalıq edirdi. Qərbi imperiya isə Mərkəzi 
Asiyanın  içərisindəki  geniş  qövs  şəklində  –  Tarim  hövzəsinə  qədər  uzanırdı. 
İmperatror  Yan  Çien  Qərbi  türklərin  xanına  dəstək  verməklə  bu  ayrılmanın  baş 
tutmasına  kömək  etmişdi.  O,  Şərq  türklərinin  də  arasındakı  fraksiya  mübarizələrini 
qızışdırırdı.  Eyni  vaxtda  o,  Böyük  Səddi  təmir  etməklə  şimaldakı  sərhədlərini 
möhkəmləndirirdi. 580-ci illərin sonunda Yan Çuen dövləti stabil idi.  
Suy  rejiminə  qarşı  cənubda  bir  sıra  qiyamlar  baş  verdi,  lakin  onlar  asanlıqla 
yatırılırdı.  Elə  hökumət  modeli  yaranmışdı  ki,  bu  quruluş  Tan  sülaləsi  dövründə  və 
sonralar  da  yaşamağa  qadir  oldu.  Çox  işləyən  inzibatçı  kimi  Yan  Çuen  bir  sıra 
müstəqil  dərəcədə  qabiliyyətli  olan  nazirlər  təyin  etmişdi.  Onlar  savadlı  xalqın 
etimadını  qazanmaq  üçün  Konfutsinin  dövlət  rituallarını  dirçəltdilər.  Həmin  vaxt 
onlar  Buddizmə  də  hörmətlə  yanaşırdılar,  bu,  cənubda  hakim  din  idi.  Ona  görə  də 
ideal  buddist  qaydasındakı  müqəddəs  çarlılıq  idealına  uyğun  olan  imperator  imicini 
yaratmaq istəyirdi.  
İkinci Suy imperatoru Yan Ti (605-618-ci illərdə hökmranlıq etmişdi) cahillik, 
əllaməlik, pozğunluğun ali nümunəsi kimi təsvir edilir. O, manyakcasına düzəldilmiş 
tədbirlərə və ağılsız hərbi macəralara hamilik edirdi. Onun ölümündən sonra bu mifik 
Yan  Ti  haqqında  düşmənçiliklə  yazılmış  çoxlu  məlumatlar  vardır.  Qanun  məcəlləsi 
sonralar  bir  daha  təftiş  edildikdə,  607-ci  ildə  həmin  vaxtadək  həyata  keçirilən  əsas 
cəzalar  xeyli  azaldıldı.  609-cu  ilin  siyahıya  alınmasına  qədər  əhalinin  sayının  50 
milyon olduğu göstərilirdi.  
Yan  Tinin  ən  mühüm  nailiyyəti  Cənubun  birləşmiş  Çinə  daha  möhkəm 
inteqrasiya edilməsi idi. Əhalinin siyahıya alınması bütövlükdə vergi sistemi və hərbi 
işlər üçün bünövrə rolunu oynayırdı. Yan Ti özü Cənubla şəxsən çox bağlı idi, Lian 
cənub dövlətinin printsesasına evlənmişdi. Onun ən böyük planlarından biri atasının 
metropoliya regionunda başladığı kanal sisteminin birləşmiş imperiyadakı inkişafına 
kömək  etmək  idi.  O,  Ho-nanı  Cuay  Ho  ilə  birləşdirən  böyük  kanal  çəkdirmişdi. 
Burada  işləməyə  çoxlu  fəhlə  kütləsi  məcbur  edilmişdi.  Digər  böyük  kanalı  şimal 
tərəfə  çəkdirmək  istəyirdi,  bu,  indiki  Pekinə  gəlib  çatmalı  idi.  Bu  tikililər  qeyri-adi 
qaydada  böyük  xərc  tələb  edirdi,  dəhşətli  əzablara  səbəb  olurdu  və  geniş  yayılmış 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə