Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   19   20   21   22   23   24   25   26   ...   97

51 
 
Yeni  vəzifələrin  çoxu  imtahandan  keçən  namizədlərlə  doldu.  Kübarlığa  digər 
zərbə  659-cu  ildə  imperiyanın  şəcara  ağacının  tərtib  edilməsi  oldu.  Onu  deməyə 
ehtiyac yoxdur ki, bütün ailələr içərisində birinci ailə Unun ailəsi oldu. Imperatriçənin 
möhkəm  dəstəyə  malik  olduğu  bürokratiyanın  aşağı  dərəcəliləri  yeni  vəzifələr 
yaradılmaqla  irəli  çəkilmək  yolu  ilə  və  maaşlarının  artırılması  ilə 
həvəsləndirilmişdilər.  
Əvvəlki dövrlərdə çinlilər çoxlu xarici müharibələr aparırdılar. 657-ci ilə qədər 
onlar türklərlə xeyli davam edən müharibə apardılar və öz ərazilərini 659-66-ci illərdə 
öz  protektoratlığıı  altında  olmaqla  Oks  vadisinə  qədər  genişləndirmişdilər.  Kao 
Tsunun  hökmranlığı  dövründə  ən  ciddi  xarici  təhlükə  qərbdə  yeni  yaranan,  qüdrətli 
gücə  malik  olan  tibetlilər  idi.  Onlar  630-cu  ildən  şimal  sərhədinə  daim  təzyiq 
göstərirdilər.  670-ci  ildən  tibetlilər  Koko  Nor  hövzəsində  yaşayanları  öz  evlərindən 
qovdular.  
683-cü  ildə  Kao  Tsun  öldükdə  onun  yerini  gənc  Çun  Tsun  tutdu.  Lakin 
imperatriçə U  dul imperatriçə kimi  mərkəzi inzibatçılığa bilavasitə nəzarəti  öz  əlinə 
keçirdi.  Bir  ildən  də  az  müddətdə  o,  Çun  Tsunu  da  devirdi  və  onun  yerinə  digər 
marionet imperatoru yerləşdirdi. 684-cü ildə hakim sinfin narazı üzvləri cənubda ciddi 
qiyam qaldırdılar, lakin o tezliklə yatırdıldı. Imperatriçə Tanın çar ailəsinin üzvləri və 
məmurları  arasında  terror  hakimiyyəti  yaratdı,  bu  məqsədlə  agentlər  və  xəbərçilər 
ordularından  istifadə  edirdi.  Saray  həyatının  üstünü  qorxu  və  vahimə  almışdı. 
İmperatriçə  elan  etdi  ki,  sülalə  Tandan  Suya  dəyişmişdir.  O,  öz  hüququnda  rəsmi 
olaraq  imperatriçəyə,  Çin  tarixinin  yeganə  qadın  hökmdarına  çevrildi.  U  soyadını 
daşıyan hər bir adam vergidən azad edilirdi. Hər bir prefekturada məbəd yaradılması 
barədə  göstəriş  verilmişdi.  Onlarda  rahiblər  imperatriçənin  Buddanın  inkarnasiyası 
olduğunu  izah  etməli  idilər.  Paytaxt  şəhəri  «müqəddəs  paytaxta»  çevrildi.  690-cü 
ildən  onun  rejiminin  ən  pis  əməlləri  artıq  arxada  qalmışdı.  Lakin  o,  ləyaqətsiz 
favoritlərinin  təsirinə  şübhəli  münasibət  bəsləməkdə  qalırdı  və  700-ci  ildən  sonra 
işlərə diqqətini tədricən itirməyə başladı.  
İmperiyanın  xarici  işləri  bu  vaxt  daha  da  pisləşməyə  üz  tutdu.  Tibetlilər 
sərhəddə  müharibəni  bərpa  etdilər.  696-ci  ildə  Mancuriyada  Xitan  özünün  çinli 
qubernatoruna  qarşı  qiyam  qaldırdı.  698-ci  ildə  türklər  öz  növbəsində  Hopehə 
müdaxilə etdilər.  
İmperiyanın  artan  xərcləri  yeni  vergilər  qoymağı  tələb  edirdi.  Ev  sahibliyinə 
görə  vergi  tətbiq  edildi.  Şəhər  əhalisindən  də  belə  vergi  tutulurdu.  Yeni  vergilər 
məhsuldarlıq  və  ya  sərvət  əsasında  olmalı  idi,  adambaşına  olan  vergidən  isə  imtina 
edilirdi.  Bəziləri  vergidən  yayınmaq  üçün  öz  yararlılıqlarını  itirdiklərini  irəli 


52 
 
sürürdülər. Kəndli alilələri Hopeh və Şandun ərazilərindən istismara və ağır vergilərə 
görə  qaçırdılar.  Onlar  mərkəzi  və  cənubi  Çinin  boş  torpaqlarında  məskunlaşırdılar. 
705-ci  ildə  imperatriçənin  80  yaşı  olanda,  o,  hadisələrə  artıq  barmaqarası  baxırdı. 
Saraydakı  bürokratik  fraksiya  onu  Çun  Tsunun  xeyrinə  istefa  verməyə  məcbur  etdi. 
Tan sülaləsi bərpa edildi.  
Yeni  imperator  da  imperatriçə  Ueyin  şəxsində  özünün  hökmlü  arvadına  malik 
idi.  716-cı  ildə  o,  öldükdə,  onu  öz  arvadının  zəhərlədiyi  güman  edilir,  qadın  ondan 
əvvəlki  imperatriçə  U  kimi  özünü  hökmdar  elan  etməyə  çalışdı.  Lakin  imperatriçə 
Unun  heybətli  qızı,  printsessa  Tay-nin  və  saray  ordusu  onun  atası  Cuy  Tsunu  (Çun 
Tsunun qardaşını) taxt-taca bərpa etdilər. İndi də printsessa imperatora ağalıq etmək 
istədi, onların arasında da mübarizə başlandı. 712-ci ildə taxt-tacı ələ keçirən Hsüan 
Tsun 756-cı ilə qədər hökmranlıq etdi. Bu dövr Tan sülaləsinin yüksək nöqtəsi idi. Bu 
var-dövlət  və  inkişaf  erası  idi,  institutsional  proqresslə  yanaşı,  incəsənətin 
çiçəklənməsi baş verdi. Siyasi həyata əvvəllər imtahan sistemindən gələn bürokratlar 
ağalıq edirdi.  
720-ci  ildən  sonra  əhalinin  geniş  miqyasdakı  qeydə  alınması  və  vergi 
ödəyənlərin xeyli artması baş verdi. Yeni ev sahibliyi və torpaq vergiləri genişləndi. 
Çox sayda qeydə alınmış ailələr üzərində dövlətin nəzarəti bərpa edildi. Imperatriçə U 
tərəfindən  laqeyd  münasibət  bəslənən  kanal  sistemi  təmir  edildi  və  Yantszı 
regionundan  paytaxta  və  şimal  sərhədlərindəki  ordulara  taxıl  daşınması  qaydaya 
salındı.  Nəhayət,  Cənub  maliyyə  cəhətdən  Şimala  inteqrasiya  edildi.  740-cı  illərdən 
hökumət nəhəng taxıl və sərvət ehtiyatları toplayırdı.  
Torpaq  qeydiyyatı,  nəqliyyatın  yenidən  qurulması  və  sikkə  islahatı  böyük 
qüdrətə malik olan xüsusi təyin edilmiş komissiyalar tərəfindən idarə olunurdu. 736-cı 
ildən  sonra  kübar  elementlərin  siyasi  ağalığı  möhkəm  qaydada  yenidən  quruldu. 
Hsüan Tsunun hökmranlığında hərbi komandanların qüdrətinin böyüməsi ən mühüm 
yeni inkişaf idi. Onun hökmranlığının başlanğıcında türklər yenə də başlıca qüvvəyə 
çevrilməklə təhlükə törədirdilər. Türk xanı Mo-co şimali-qərbi Çinə hücum etdi, sonra 
isə  nəzərini  şimala  tərəf  döndərdi.  711-ciildən  o,  Çin  sərhədindən  Transoksianaya 
qədər çölə nəzarət edirdi, bu yeni birləşmiş Türk imperiyası kimi meydana çıxmışdı. 
716-cı  ildə  o,  öldü  və  onun  möhkəm  olmayan  imperiyası  müxtəlif  türk  təbəəsindən 
ibarət  olan  tayfalar  arasında  gedən  mübarizədə  uğurla  qələbə  çalmışdı.  714-cü  ildə 
onlar  qüdrətli  imperiya  qurdular  və  o,  840-cı  ilədək  Çinin  şimal  sərhədində  aparıcı 
qüvvə  olaraq  qaldı.  Tanla  daim  müttəfiqlik  siyasəti  aparırdılar.  Bir  sıra  təsadüflərdə 
isə  Uyqurun  köməyi  hətta  çətin  şərtlər  müqabilində  təklif  olunsa  da,  sülaləni 
bədbəxtlikdən xilas etmişdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə